33
inşa edilən binaların fasadlarında Günəşi simvolizə edən, Günəşi
binanın fasadlarına işarə kimi, daxil edirdilər.
Çox sonralar Azərbaycan ərazilərində Günəş mə`bədləri inşa
edilməyə başlandı. O məbədlərdən biri Abşeron yarımadasında Bakı
şəhərində, dəniz kənarında Qız Qalası adı ilə, indi də, əzəmətlə Günəşi
simvolizə edir.
Axtarıb, axtaracaq
Rəssam – cizgi axtarır. Heykəltaraş – daş axtarır. Bəstəkar –
səsdə ton axtarır. Suçu – su ilə, sahə axtarır. Alpinist – dağda yol, cığır
axtarır. Aşpaz – qazanla, kəfkir axtarır. Dəmirçi – zindanla, körük
axtarır. Aktyor – söz deməyə, səhnə axtarır. Sürücü – maşın axtarır.
Gopçu – hadisə axtarır. Yazıçı – personaj axtarır. Müəllim – siniflə,
auditoriya axtarır. Xəbərçi – xəbər axtarır. Toyxana – sazandar axtarır.
Qəbristanlıq – məzar yeri axtarır. Həkim – xəstə axtarır. Əczəxana
(aptek) – resept axtarır. Dükan, yeməkxana, çayxana – müştəri axtarır.
Çoban – otlaq axtarır. Alim – elm axtarır. Bal arısı – çiçək axtarır.
Qarışqa – dən, azuqə axtarır. İt – hürüməyə yad axtarır. İşçi – vaxt
axtarır. Bekar – yerlə, söhbətə adam axtarır.
Cəhrə xala – qarışdırmağa, Feyruz bala axtarır. Pinəçi –
yamamağa başmaq axtarır. Dəllək – baş axtarır. Cibgir – cib axtarır.
Tibb bacısı – iynə vurmağa, qol axtarır. Nə isə... axtara-axtara tapırıq,
tapa-tapa axtarırıq, gözləyə-gözləyə nigaran oluruq.
Baş, yaddaş
Yer üzünə “bildim”-lə gəlmir insan, “bilmək üçün” – gəlir
insan. İlkinə bənzəyir insan – bildikcə, bilmək istəyir insan! Suallara
ömür çatır, “bildimə” –ömür çatmır. İnsan yer üzünə suallarla gəlir,
suallarına cavab axtarmağa gəlir! İlk canlı yaranışı forması (embrion,
34
rüşeyim) sual formasına bənzəmirmi? Torpaqdan ilk baş qaldıran bitki,
cücərti sual işarəsinə bənzəmirmi? Bənzəyir suala (simvol), oxşayır
suala (işarə). İlk toxum, (əkilən, basdırılan dənə) qaranlıq içərisində
deyilmi? Torpaqdan qalxan, görünən, bilinən o Qaranlıqdan işığa, İşıqla
deyilmi? O, cavab deyilmi? Bilinən, görünən, böyüyən, doğulan –
örtülü “suala”, cavab deyilmi? İlki, maraq sualından deyilmi? (övlad: –
oğlan, qız?).
Sualsız, o suala cavabsız insan olarmı? Axtarmasa, bilmək
istəməsə, o insan kamil insan olarmı? Sual başdan başda olar, cavab
başla başda olar, dillə, dil deməklə (məqsədli) suallara cavabları
qarışdırmaq olar.
Heyvanat, bitki aləmi onu əhatə edən aləmlə qane olur. Bir tək
insan, onu əhatə edən aləmlə qane olmur, ancaq sual, o suallara cavab
axtarır!
Suallar, mübahisə yox mübadilədir, mübağiləsiz (şişirtmə)
fikirləri bölüşməkdir. Sual konkretdir, cavab isə o suala, müxtəlif yönlü
yanaşmalardır.
İnsan başı (beyni) Kainat modelidir. O, yatmaz, susmaz,
mürgüləməz, dayanmaz, düşüncə vaxt və sü`rətini, dayandıra bilməz.
Çünki başda yaddaş nöqtələri biri-birinə köməkçidir, onu işlək edən də
yaddaş, düşüncənin dayanmayan sü`rətidir.
Baş, yaddaş on səkkiz milyardlıq bir yaddaş hücrələrindən
ibarətdir. Yaddaş hücrələri beyin daxili, beyin qırışları arasında çox
kiçicik amma, çox tutumlu yaddaş daşıyıcısıdır. Maraqlı hal ondadır ki,
o hücrələr biri-birinə köməkçi və çox olduqlarından onlar müxtəlif
yönlü ölümlərlə utilləşib məhv olmur (yanğınlar, partlayışlarla).
Yer həyatında nə qədər müddət olmuş olsaq da, o müddətlər
ərzində
hər an yeni-yeni hallarla, səslərlə, hadisələrlə,
qarşılaşdıqlarımızla, eşitdiklərimizlə, düşündüklərimizlə, deyib
aydınlaşdırdıqlarımızla, xatirələrimizlə və s. hamısı başda, beyində
yaddaş hücrələrinə yerləşir.
35
Yaddaş hücrələri, eyni vaxtda Kainatla bağlı rabitədə
olduğundan, oradan da informasiya alınır. Yuxu ilə informasiya, onunla
yanaşı dad, rəng, iy, isti, soyuq, pis, yaxşı, arzu, istək, şirin, acı, ilıq və
s. yaddaş hücrələrimizə yerləşir. Misal olaraq bir gün ərzində, yuxudan
oyanan andan, axşam yatana qədər olan müddət ərzində saysız, hesabsız
hallarla qarşılaşırıq. Yolda, nəqliyyat vasitələrində, piyada, iş yerində,
istirahətlərdə, müxtəlif yığıncaqlarda, tədbirlərdə, yas, toy, ad
günlərində v.i onların hamısı yeni olan hallar kimi yaddaş
hücrələrimizdə yaddaşlaşır.
O halların hamısı yenidir, ilk dəfə rastlaşdığımızdır. Onları
anilikdə, yaddaşımızda olan keçmiş halla müqayisə edib, yad edirik. O
müqayisə prosesi yaddaşımızda olan o hala aid olan hücrə anilikdə
aktivləşir, amma o hücrə bağlanıb pozulmur ki, onun yerinə indi olan
hadisə yerləşsin. Ona aid köməkçi hücrə açılır.
Ümumiyyətlə yaddaş hücrələri, eyniliklə arı pətəyində olan, altı
tərəfli “hücrəyə”- bənzəyir. Yə`ni qonşu olan hücrə boşdur, o hücrəyə
isə yeni-yeni informasiya daşınır, toplanır. Ona o yeniliyi yerləşdirməyə
köməkçi hücrələr açılır, müxtəlif
hallar o hücrələrə yerləşir,
yaddaşlaşır.
Bu dünyaya gələndən, bu dünyadan köçənə kimi hər an (deyək
ki, ölçü vahidi saniyə. “Saniyə”- diskret kəmiyyət kimi anilikdə çox
saylı saniyə bölgüsünə keçdiyindən, bir saniyə ərzi çox sü`rətlə yaddaş
hücrələrini biri-biri ilə əlaqələndirir. Bir saniyə anında, yaddaş hücrələri
elə bir sü`rətə uyğunlaşır ki, on səkkiz milyard çox kiçicik tutum kimi
görünür. On səkkiz içərisində, bir neçə on səkkiz işlək olur) hər saniyə
bir yeniliklə rastlaşırıq və o, həmin an yaddaşla, özünə aid olan hücrəyə
yerləşir.
Beləliklə insan tək bu aləmdə olduğu müddətdə, yaddaş
hücrələri ilə o biri aləmə qayıdarsa da, orada rastlaşdığı hallar,
ardıcıllıqlar boş olan hücrələrə yerləşir.
Yoxsa bu dünyadan köçəndə, yaddaşımızı, etdiklərimizi, bildiklərimizi
bu aləmdə qoyub, boş bir yaddaşla qayıdardıq. Belə olan halda insan,
Dostları ilə paylaş: |