Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

33 
 
inşa edilən binaların fasadlarında Günəşi simvolizə edən, Günəşi 
binanın fasadlarına işarə kimi, daxil edirdilər.  
           Çox  sonralar  Azərbaycan  ərazilərində Günəş  mə`bədləri inşa 
edilməyə başlandı. O məbədlərdən biri Abşeron yarımadasında Bakı 
şəhərində, dəniz kənarında Qız Qalası adı ilə, indi də, əzəmətlə Günəşi 
simvolizə edir.
 
 
 
Axtarıb, axtaracaq 
  
 
Rəssam – cizgi axtarır. Heykəltaraş – daş axtarır. Bəstəkar – 
səsdə ton axtarır. Suçu – su ilə, sahə axtarır. Alpinist – dağda yol, cığır 
axtarır. Aşpaz – qazanla, kəfkir axtarır. Dəmirçi – zindanla, körük 
axtarır. Aktyor – söz deməyə, səhnə axtarır. Sürücü – maşın axtarır. 
Gopçu – hadisə axtarır. Yazıçı – personaj axtarır. Müəllim – siniflə, 
auditoriya axtarır. Xəbərçi – xəbər axtarır. Toyxana – sazandar axtarır. 
Qəbristanlıq – məzar yeri axtarır. Həkim – xəstə axtarır.  Əczəxana 
(aptek) – resept axtarır. Dükan, yeməkxana, çayxana – müştəri axtarır. 
Çoban – otlaq axtarır. Alim – elm axtarır. Bal arısı – çiçək axtarır. 
Qarışqa – dən, azuqə axtarır.  İt – hürüməyə yad axtarır.  İşçi – vaxt 
axtarır. Bekar – yerlə, söhbətə adam axtarır. 
Cəhrə xala – qarışdırmağa, Feyruz bala axtarır. Pinəçi – 
yamamağa başmaq axtarır. Dəllək – baş axtarır. Cibgir – cib axtarır. 
Tibb bacısı – iynə vurmağa, qol axtarır. Nə isə... axtara-axtara tapırıq, 
tapa-tapa axtarırıq, gözləyə-gözləyə nigaran oluruq. 
 
 
 
Baş, yaddaş 
Yer üzünə “bildim”-lə  gəlmir insan, “bilmək üçün” – gəlir 
insan.  İlkinə  bənzəyir insan – bildikcə, bilmək istəyir insan! Suallara 
ömür çatır, “bildimə” –ömür çatmır.  İnsan yer üzünə suallarla gəlir, 
suallarına cavab axtarmağa gəlir!  İlk canlı yaranışı forması (embrion, 


34 
 
rüşeyim) sual formasına bənzəmirmi? Torpaqdan ilk baş qaldıran bitki, 
cücərti sual işarəsinə  bənzəmirmi? Bənzəyir suala (simvol), oxşayır 
suala (işarə).  İlk toxum, (əkilən, basdırılan dənə) qaranlıq içərisində 
deyilmi? Torpaqdan qalxan, görünən, bilinən o Qaranlıqdan işığa, İşıqla 
deyilmi? O, cavab deyilmi? Bilinən, görünən, böyüyən, doğulan – 
örtülü “suala”, cavab deyilmi? İlki, maraq sualından  deyilmi? (övlad: – 
oğlan, qız?). 
Sualsız, o suala cavabsız insan olarmı? Axtarmasa, bilmək 
istəməsə, o insan kamil insan olarmı? Sual başdan başda olar, cavab 
başla başda olar, dillə, dil deməklə (məqsədli) suallara cavabları 
qarışdırmaq olar. 
Heyvanat, bitki aləmi onu əhatə edən aləmlə qane olur. Bir tək 
insan, onu əhatə edən aləmlə qane olmur, ancaq sual, o suallara cavab 
axtarır!   
Suallar, mübahisə yox mübadilədir, mübağiləsiz (şişirtmə) 
fikirləri bölüşməkdir. Sual konkretdir, cavab isə o suala, müxtəlif yönlü 
yanaşmalardır.   
İnsan başı (beyni) Kainat modelidir. O, yatmaz, susmaz, 
mürgüləməz, dayanmaz, düşüncə vaxt və sü`rətini, dayandıra bilməz. 
Çünki başda yaddaş nöqtələri biri-birinə köməkçidir, onu işlək edən də 
yaddaş, düşüncənin dayanmayan sü`rətidir. 
Baş, yaddaş on səkkiz milyardlıq bir yaddaş hücrələrindən 
ibarətdir. Yaddaş hücrələri beyin daxili, beyin qırışları arasında çox 
kiçicik amma, çox tutumlu yaddaş daşıyıcısıdır. Maraqlı hal ondadır ki, 
o hücrələr biri-birinə köməkçi və çox olduqlarından onlar müxtəlif 
yönlü ölümlərlə utilləşib məhv olmur (yanğınlar, partlayışlarla). 
Yer həyatında nə  qədər müddət olmuş olsaq da, o müddətlər 
ərzində 
hər an yeni-yeni hallarla, səslərlə, hadisələrlə, 
qarşılaşdıqlarımızla, eşitdiklərimizlə, düşündüklərimizlə, deyib 
aydınlaşdırdıqlarımızla, xatirələrimizlə  və s. hamısı başda, beyində 
yaddaş hücrələrinə yerləşir. 


35 
 
Yaddaş hücrələri, eyni vaxtda Kainatla bağlı rabitədə 
olduğundan, oradan da informasiya alınır. Yuxu ilə informasiya, onunla 
yanaşı dad, rəng, iy, isti, soyuq, pis, yaxşı, arzu, istək, şirin, acı, ilıq və 
s. yaddaş hücrələrimizə yerləşir. Misal olaraq bir gün ərzində, yuxudan 
oyanan andan, axşam yatana qədər olan müddət ərzində saysız, hesabsız 
hallarla qarşılaşırıq. Yolda, nəqliyyat vasitələrində, piyada, iş yerində, 
istirahətlərdə, müxtəlif yığıncaqlarda, tədbirlərdə, yas, toy, ad 
günlərində v.i onların hamısı yeni olan hallar kimi yaddaş 
hücrələrimizdə yaddaşlaşır. 
O halların hamısı yenidir, ilk dəfə rastlaşdığımızdır. Onları 
anilikdə, yaddaşımızda olan keçmiş halla müqayisə edib, yad edirik. O 
müqayisə prosesi yaddaşımızda olan o hala aid olan hücrə anilikdə 
aktivləşir, amma o hücrə bağlanıb pozulmur ki, onun yerinə indi olan 
hadisə yerləşsin. Ona aid köməkçi hücrə açılır. 
Ümumiyyətlə yaddaş hücrələri, eyniliklə arı pətəyində olan, altı 
tərəfli “hücrəyə”- bənzəyir. Yə`ni qonşu olan hücrə boşdur, o hücrəyə 
isə yeni-yeni informasiya daşınır, toplanır. Ona o yeniliyi yerləşdirməyə 
köməkçi hücrələr açılır, müxtəlif  
hallar o hücrələrə yerləşir, 
yaddaşlaşır. 
Bu dünyaya gələndən, bu dünyadan köçənə kimi hər an (deyək 
ki, ölçü vahidi saniyə. “Saniyə”- diskret kəmiyyət kimi anilikdə çox 
saylı saniyə bölgüsünə keçdiyindən, bir saniyə ərzi çox sü`rətlə yaddaş 
hücrələrini biri-biri ilə əlaqələndirir. Bir saniyə anında, yaddaş hücrələri 
elə bir sü`rətə uyğunlaşır ki, on səkkiz milyard çox kiçicik tutum kimi 
görünür. On səkkiz içərisində, bir neçə on səkkiz işlək olur) hər saniyə 
bir yeniliklə rastlaşırıq və o, həmin an yaddaşla, özünə aid olan hücrəyə 
yerləşir. 
Beləliklə insan tək bu aləmdə olduğu müddətdə, yaddaş 
hücrələri ilə o biri aləmə qayıdarsa da, orada rastlaşdığı hallar, 
ardıcıllıqlar boş olan hücrələrə yerləşir. 
Yoxsa bu dünyadan köçəndə, yaddaşımızı, etdiklərimizi, bildiklərimizi 
bu aləmdə qoyub, boş bir yaddaşla qayıdardıq. Belə olan halda insan, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə