Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   2   3   4   5   6   7   8   9   10   ...   57

21 
 
qovuşmaq istəklərində idilər. Bu gəlişlər, Baba yurdunda, Ata 
yurdunda, Baba məzarını, ziyarət edib, o Böyüklüyə  təşəkkür mə`nası 
daşıyırdı. 
Çox maraqlı hallardan biri də, o idi ki, ərazimizdə olan duza, 
ətrafda qığılcım saçan daşlara, böyük təşəkkürlə baxıb, baba 
ərazisindən, özləri ilə  işıq payı aparırdılar. O daşları ki, biri-birinə 
vurduqda (çaxdıqda) qığılcım saçırdı! O daşlara “çaxmaq daşı”- 
deyərək, “çax”- zərblə biri-birinə vurmaq, “maq”- isə  işıq saçan, İşıq 
yayan, işığın “qığılcımı”- kimi adlandırırdılar. 
Ərazimizdə  və dağ  ətəyində olan qığılcım saçan o daşlara, 
“qovv”, “qavv”, sonrakı mərhələrdə, tələffüslərdə “v”-düşüb, “f”- kimi 
tələffüz edilərək Qaf dağı, Qaf ərazisi, İşıqlar, Qığılcım, İşıq saçan ərazi 
kimi adlandırılıb.  
Ərazini Qaf-qal, sonda Qafqaz kimi adlandırıblar. Bu anlayış və 
adlıqla Qaf dağı, Qafqaz dağı, Qafqaz sıra dağları kimi ad daşıyıcısına 
çevrilib. 
Zər, qığılcım saçar anlamını, Hindistanda “Benqal odları” 
(çubuqda) indinin özündə  də,  şad günlərdə, bayram günlərində 
alovlandıraraq, bayramı Zərlə, qığılcım işıqları ilə yad edirlər. 
Bu icra çox-çox qədim olan yaddaşdan gələn bir icradır. Yer 
üzündə, dövlətlərdə bütün bayramları Atəş  fəşanlıqla, səmada  İşığın 
zərrənin parıltısı halı ilə qeyd edirlər. Çünki Zər, qığılcım yaradıcı, 
törədici  İşıq payıdır,  əminamanlıqdır. Zər,  İşıq - dağıdıcı, məhv edici, 
viranə edici deyil. 
Çox sonralar odlu silah düzəldilərkən o ad daşıyıcısı, “çax-
maq”, o sılahın əsas bir detalı kimi adlanıb. 
O çaxmaq daşlarından yaranan qığılcımlara “zər, parlaq 
qığılcım”- deməklə bizim ərazinin daşları  qığılcım saçan, torpaq 
altından şölələnən odları görüb, ərazimizə Odlar, Ata-şlar Yurdu, İşıqlar 
Yurdu 
ərazisi kimi ad verib, adlandırıblar. 
Min illərlə Azərbaycan, Abşeron, Naxçıvan  ərazisində yer altından 
qalxan, odlar şölələndiyindən ərazimizə “Odlar yurdu” adı verilib.  


22 
 
Amma çox yerinə düşəcək bir sual, bir maraq yaranır bu anda bu 
məqamda ona görə ki, əgər bu ərazinin ilki, özü, Zərlə, işıqla idisə, İşıq 
əhatəsində idisə, bəs bu işıqların aqibəti nə oldu, necə oldu? 
Ən maraqlı,  ən düşündürücü hal oradadır ki, 1970-ci illərdə 
Kosmik elmi tədqiqatlar üçün Sovet (o vaxtkı) Kosmonavtları, kosmosa 
elmi ekspedisiya uçuşları keçirərkən, kosmik gəmi içərisində olan 
kosmonavtlar, kosmosdan maraqla (doğrudan, çox maraqlı görüntüdür) 
yer kürəsinin səthinə baxarkən, kürə boyucan ancaq bir sahəni güclü 
işıq içərisində olduğunu müşahidə ediblər. Fiziki coğrafi xəritəyə 
baxarkən o sahənin Azərbaycan  ərazisində, Naxçıvan Muxtar 
Respublikası olduğu aşkarlanıb və bilinib. Uçuşdan sonra o Sovet 
kosmonavtı Naxçıvana gəlib və ərazini çox heyranlıqla seyr edibdir. 
İşıq varsa Dönməz. Olan O İşıq Sönməz, o İşığı “söndürmək”- 
olmaz. 
Tufandan xilas olmuş insanlar arasında, “Zər” – (zər – ziba, 
parlaq örtük, tanınmış, seçilmiş insanların üst geyimi, gözəlliyi,  şaha, 
padşaha layiqli olan), “Bab”(aparıcı, uyğun olan, natiq, birliyə 
toplamağı bacaran, qabaqda, öncül olan, “Ona” inam olan, İnam 
daşıyıcısı), “Maq”-(işıqlı, işıq saçan, işıq yayan, işıqla kömək edən, 
gücə, işıq gücünə malik olan), onun əksi isə, “Qam”- (Kainatın yaranış 
anı ərəfəsində yeddi tamda, bütün məvhumlar cəmi yeddidə qərarlaşan, 
rənglər, səslər yeddidə  cəm edilən, mütləq olan, iç – içə, biri-birini 
tamamlayan mə`nası), “Kahin, Kahinlər” - (odun, inancın, işıq 
mə`bədinin nəzarətçısı, qoruyucusu yeddi tamın, yeddi cəmdə, yeddinin 
yer anlamında Kainatla bir bağlılıqda olan, müqəddəs olan İşıq o 
İşıqdan törənən və törədicilıyi bəyan edən mə`nası) “Dur”- durlar 
(sonralar tur, turdan-tura bir mərhələdən başqa mərhələyə keçmək, 
İşığın mərhələlərlə yayılma sərhəddi, mərhələ, sərhədd, 
məsafə,sərhədliliyi qoruyan, sədd, istinad, divar, mövqe saxlayan) və.s 
kimi bildirilirdi. 


23 
 
Bu qəbildən olan o icraçılar inam və inancından heç vaxt 
dönməzdilər. Bütün zərlər, bablar, maqlar, qamlar, kahinlər, durlar və s. 
Həzrəti Nuh ailəsinin nümayəndələri hesab olunublar. 
Onlar İşıqlılar, İşıq daşıyıcıları, İşıq inanclılar idilər. Onların bir 
adı da, “Kimsənələr” – hamı arasından, çoxları arasından seçilmiş 
olanlar, çoxları ilə bərabərləşməyən kimi də, qəbul edilirdi. 
Azərbaycan, Naxçıvan yə`ni İşıq daşıyıcıları, İşıq sahibləri kimi 
də adlandırılırdılar. Zərlər, A-Zərlər, Azərilər bizə özümüz yox, 
gələnlər, baxanlar bizi belə ad veriblər. O adlardan biri də “Tolerant” – 
adıdır. Gələnlər bizə baxdılar-baxdılar, düşündülər-düşündülər ki, hər 
gələnə çox diqqətlə yanaşırlar, qonaqpərvərdirlər, hamı ilə bölüşürlər. 
Bu baxış, tamamı ilə düzgün baxışdır. Biz bu əraziyə heç bir 
yerdən gəlməmişik, amma bu ərazidə ilkdən var olmuşuq. Hər gələni 
də, özümüzə qonaq bilmişik. 
Amma çox qədim xəritələrdə Xəzər dənizi “Kirkan”- dənizi adı 
ilə adlandırılırdı. Sonrakı tarixi mərhələlərdə Haa-Zərlər (Haa - 
tükənməyən, davamlı, qurtarmayan, bitməyən, sonu görünməyən 
Zərlər, işıqlılar kimi) adlandırılaraq “h”- düşərək, “x”-ilə əvəzlənib. Xə-
Zər kimi, tələffüz olunub.  
Azər dedikdə, o tarixi ərəfə,  ərazi ilə - ərazidə  məskunlaşmış 
insanlar nəzərdə tutulur. Azər-İ dedikdə, “İ”- cəm  şəkilçisi kimi ifadə 
olunaraq, Azər-in özlüyünün, məkanının ifadəsidir. 
Fiziki – coğrafi xəritələrdə, “Azərİ” – adlı heç bir kənd, qəsəbə, 
ərazi mövcud deyil ki, Azər-İ adlığı “kiməsə, harasa, hansısa bir 
əraziyə) məxsus olsun. 
“İ”- yönəldici, istiqamətləndiricidir. Ada, Adlığa tamamlayıcı və 
funksiya daşıyıcısıdır. Cəm şəkilçisidir, mənsubiyyət bildiricisidir. (Bu 
ərəfədə çox tez-tez deyilən,  şərhi isə verilə bilinməyən, tarixi kökü 
olmayan, Azər-İ “bizə yaddır, adlığı”, çox lazımsız, mə`nasız, boş 
düşüncədən başqa, bir daşıyıcı deyildir).  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə