Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   2   3   4   5   6   7   8   9   ...   57

12 
 
olunmuşlar isə: - insanlar. Bu böyük inancın bir daha başlanğıcı  və 
davamı idi. 
Böyük inanca qayıtmaq, onu qorumaq o dövr üçün zəruri idi. 
Çünki, tufandan əvvəl insanların yer üzündə biri-birinə pis saxtakarlığı, 
münasibəti, ziyankar, məhvedici davranışının sonu və aqibəti idi. O 
dövr tufan ərəfəsi və tufandan sonrakı ərəfə insanlara Göy qübbəsi, Göy 
qübbəsində hərəkətdə olan simmetrik ulduzlar quruluşu müəyyən dövrü 
əhatə edərək yer həyatını əkin-biçin, suvarma, məhsul yığma, torpağın 
dincə keçdiyi ərəfələri, səma cisimləri yəni ulduzlar toplumunun 
simmetrik quruluşuna baxaraq onlara, ərəfəyə uyğun davranırdılar. Bu 
daha doğrusu “təqvimi” əvəz edirdi. 
Göy qübbəsində olan ulduzlar quruluşu heç vaxt ardıcıllığı 
pozulmadan hərəkət etdiyindən o, simmetrik ulduzlar toplusuna “bürc” 
– zirvə, ardıcıllığı pozulmayan, bir ardıcıl hərəkət və hərəkət verici kimi 
qəbul edirdilər. 
Xilas olmuş insanlar su çəkildikdən sonrakı  mərhələlərdə 
yaşayış  məskənləri inşa etməyə başladılar. Onunla yanaşı sonrakı 
mərhələlərdə  mə`bədlər,  İşıq mə`bədi, təşəkkür mə`bədi inşa etməyə 
başladılar. Inşaata və arxitekturaya dörd element yə’ni dörd künc 
elementi saxlanıldı. O, üç künc Günəşi müşahidə etmək, dördüncü künc 
Şimal küncü çağırış küncü kimi bilinirdi.  
Bu günəşin çıxma və batma trayektoriyasındakı günəşin 
hərəkətini bildirir. Mə’bəd daxili Göy qübbəsi elementi (sonralar 
kümbəz) mərkəzində olan beşinci element (o kümbəz ki, pıçıldasan o, 
hər tərəfdə  bərabər səs tezliyində  eşidiləndir ki, “sən piçildasan da O, 
Kainat Sahibi səni eşidəndir”) anlamı daşımaqla inşa edirdilər. 
Tarixdə Həzrəti Nuh dövrü tufanı mövcuddur. Tufan ərəfəsində 
qalın qara  buludlar arasında o dövr insanlar xilasa Günəş  İşığını 
axtarırdılar. Günəş görünsə  əgər qara buludlar çəkiləcəkdir (sonralar 
insanlar xalq arasında “başımızın üstünü qara buludlar alıb” ifadəsini 
işlədərdilər) çağırışı ilə səmada günəş işığını axtarırdılar. 


13 
 
Tufandan xilas olmuş o insanlara bir inam və inanc qaldı ki “biz 
suda, sudan su ilə,  xilas olduq” yaddaşı ilə ərəfəni yaddaş etdilər (çünki 
təqvim yox idi). 
Bəs o tufan hansı ərəfədə baş verdi ki, o ərəfəni hansı əlamətlə 
yaddaş etdilər? O ərəfəni Göy qübbəsində görünən ulduzlar quruluşunu 
“Su tökülən, Su ərəfəsi” kimi yad edərək, o bürcü “Su tökən, Su 
tökülən” ərəfə kimi qeyd edib o ərəfədə, Göy qübbəsində, göy cisminə 
ad verdilər. Bəs bu hansı ərəfədə baş verdi? Tufan 11-18 fevral (fevral 
sonrakı  mərhələlərdə aylara verilən addır)  ərəfəsində  yə’ni Su tökən 
bürcü Qafqaz ərazisini əhatə edən dövrü yaddaş etdilər. Yanvar-fevral 
ayı  ərəfəsində “Su tökən” bürcü Qafqaz ərazisindən müşahidə edilir. 
Azərbaycanda 18-21 mart Qoç bürcündəki günləri bayramla 
şadyanalıqla yad edərək, bu ərəfəni yer aləmində  həyatın başlanma 
dövrü kimi qeyd ediblər.   
Baxmayaraq ki, çox-çox sonrakı  ərəfədə tarixi tufan 11-18 
fevral ayı  ərəfəsində baş verdiyindən, min illərlə,  əsrlərlə Azərbaycan 
və Naxçıvan  ərazisində  məskunlaşan insanlar yaddaşlardan-yaddaşlara 
çatdıraraq o ərəfəni Böyük çillə, Kiçik çillə ərəfəsi ilə və Xıdır bayramı 
kimi yad ediblər və insanların bu ərəfədə sudan xilası kimi 
tarixləşdiriblər. Xıdır bir bayram kimi yad edilərək o günlər dənli 
bitkilər toxumlarını saclarda qovuraraq o keçmiş  ərəfəni yə’ni su 
çəkilməyə, soyuqlar çəkilməyə başlayan  ərəfədə torpaq istinər, dənli 
bitkilər göyərməyə başlayar ki, insanlar sevinclə, sadlıqla yad ediblər. 
Müxtəlif dövrlərdə Azərbaycana, Naxçıvana hərbi yürüşlər 
edilərək və tarixi mərhələlərdə müxtəlif mif, əsatir, rəvayət, nağıllarla o 
həqiqi tarixi mərhələ və ərazini özgəninkiləşdirmək cəhdləri baş verib. 
Baxmayaraq ki, Azərbaycanda, Naxçıvanda Həzrəti Nuhun 
məzarı  və  məqbərəsi çox-çox qədim tarixlərdə, səmavi kitablarda 
Peyğəmbərlər tərəfindən bəşəriyyətə bilgilər veriblər. 
Müxtəlif uydurma tarix, adlıq və  ərazi falsifikasiyaları  hələ  də 
rast gəlməkdədir. Amma tarixi mərhələlərdə, qədim dünya tarixində, 


14 
 
şəxsiyyətləri, xilaskarları, səmavi kitabların yer üzünə gəlmə mərhələsi 
və  ərazisi təkzib edilməz tarixi bir faktlardır. Ona görə ki, o 
mərhələlərin, o xilaskarların, o səmavi kitabların yer üzünə bəşəriyyətə 
çatdırılmasına və bərqərar olmasına daha Ali olan Sahib mövcuddur və 
əbədi də mövcud olacaqdır. O Həmişədir, insanlar isə qayıdandır. 
Nə  qədər bəşər gəldi yer üzünə, nə  qədər bəşər qayıtdı yer 
üzündən, Səmalardan yer üzünə göndərilən bilgilər, ərazilər dəyişdimi? 
Sahibi mütləq Baxışı, Sahib mütləq bərqərarı  dəyişərmi? Insan yer 
dəyişəndir, ərazi yer dəyişməzdir. 
 
Zər, Azər 
 
Yer üzünün ən mühüm və  təksib olunmaz tarixlərindən biri
Səmavi Kitablarda qeyd olunan, Həzrəti Nuh dövründə baş vermiş 
Dünya tufanıdır. Bu analoji hadisə tez-tez, ardıcıl olaraq baş 
vermədiyindən, həmin Səmavi Kitablarla yer üzü insanlarına o Dünya 
tufanı haqda bilgi verilib. O bilgilərlə, yer həyatının Həzrəti Adəmdən 
sonra, yer üzünün ikinci atası, Həzrəti Nuh olduğu bildirilib. Bununla 
yanaşı, mətnlərdə Əshabül-Kəhf (yeddi Kimsənələr), Azər oğlu, Həzrət 
İbrahim və bu kimi, müxtəlif mühüm informasiyalar da, öz əksini tapıb. 
Amma, bunlarla yanaşı olaraq, dünya tufanı  ərəfəsində  Həzrəti 
Nuh, ailəsi, və o dövr sudan xilas olmuş insanların məskunlaşdığı, 
yaşadığı  ərazi və o ərazinin tarixi adı da, yer üzü insanlarına mə`lum 
olub. 
Bizim, o dövr, coğrafi ərazi adlığımız, (Tufana qədər, tufandan 
sonra) Bilqamıs dastanında Həzrəti Nuh dövründə, “Ur”- olduğu qeyd 
olunur. Bu, Əjdər Fərzəlinin “Təkrar olunmaz Abidələr diyarı” adlı 
məqaləsində, “Bilqamıs 1985 s. 8, tərcümə İsmayıl Vəliyevindir” – ona 
istinadən qeyd olunub.  
Onu da demək yerinə düşər ki, “Ur” – la əlaqədar olan bir çox 
tarixi adlıqlar saxlanılmaqda, qalmaqda, işlənilməkdədir. O tufan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə