Microsoft Word vencur kapital docx



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix04.04.2018
ölçüsü0,68 Mb.
#35834
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

51 

 

Vençur  kapitalı  (ing.  Venture  Capital)  –  yatırımçıların  yeni,  böyüməkdə 



olan  və  bazarda  yer  üçün  mübarizə  aparan  müəssisə  və  firmaların 

maliyyələşdirilməsi  üçün  nəzərdə  tutulan  və  buna  görə  də,  yüksək  və  ya 

müqayisədə yüksək riskə bağlı olan kapitalıdır; yüksək gəlir əldə etmək ümidi 

ilə  riskli  qiymətli  kağızlara  və  müəssisələrə  yatırılmış  uzunmüddətli 

investisiyalardır.  Vençur  kapitalı,  adətən  innovasiya  şirkətləri  ilə  assosiasiya 

edilir. 


Vençur  kapitalının  mahiyyəti  və  ya  təyinatı  innovasiya  layihələri  və  ya 

müəssisələrinin  həyata  keçirilmələrinin  ilk  mərhələsində  (3-5  il)  onların 

maliyyələşdirilməsi  və  ya  müəssisələrin  böyüdülməsi  və  müasirləşdirilməsi, 

onların  yeni  texniki  əsaslarda  bölünməsi  məqsədi  ilə  investisiya  vəsaitlərinin 

birləşdirilməsidir. 

Vençur  kapitalının  ən  geniş  yayılmış  ölkəsi  olan  ABŞ-ın  təcrübəsinə 

əsaslanaraq, 

üç əsas formada istifadə olunur. 

1.

  Orta kapitalı 300 min $-dan 4 mln. $-a qədər olan özəl vençur firmaları. 



2.

 Maliyyə  əməkdaşlığının  başlanğıcına  əsaslanan  kiçik  investisiya 

şirkətləri (K Ş). 

3.

 Korporativ  (“Kseroks”,  “Citikorn”,  “ZM”  və  s.  kimi)  sənaye  vençur 



şirkətləri.  Bu  c

ür  şirkətlər  10-15  mln.  $  dəyərində  olan  böyük  innovasiya 

layihələrini maliyyələşdirirlər. 

              Vençur  biznesi  böyük  və  kiçik  biznesin  ən  geniş  istifadə  edilən 

təsərrüfat  əlaqələri  formasıdır.  Vençur  biznesinin  rolu  daha  çox  elmi-texniki 

sahədə  innovasiya  həyata  keçirilməsində  hiss  olunur.  Vençur  kapitalının 

köməyi  ilə,  həmçinin,  yeni  iş  yerləri  yaradılır,  xərclər  və  sabit  valyuta  gəliri 

çoxalır. 

Riskli  maliyyələşdirmənin  öz  xüsusiyyətləri  vardır.  Birincisi,  riskli  kapital 

yatırımları  halında,  texnoloji  yeniliklər  tətbiqində  ixtisaslaşdırılmış  kiçik 

firmalara kredit perspektiv ideya şərtiylə verilir, və bu kreditin məhz fondlar 

və s. aktivlərin əmlakı hesabına ödənilməsi barədə heç bir zəmanət haqqında 

danışıqlar aparılmır. 



52 

 

    Riskli kapital yatırımlarının ikinci xüsusiyyəti odur ki, bu yatırımlar, bir 



qayda olaraq, elmi-texniki tərəqqinin (ETT) ən öndə gedən sahələrində həyata 

keçirilir. 

      Üçüncü  xüsusiyyət  odur  ki,  investorlar  (yatırımçılar)  yalnız  maliyyə 

krediti verilməsi ilə kifayətlənmir. Onlar şəxsən və ya öz təmsilçiləri vasitəsi ilə 

yeniliyin həyata keçirilməsinin bütün mərhələlərində yeni firmanın idarəsində 

iştirak edirlər. 

      ABŞ-da  (bu  ölkədə  vençur  maliyyələşdirilməsi  –  yüksəksəviyyəli 

sahədir)  vençur  biznesinin  əsas  iştirakçıları,  əsasən,  MMC  olan,  vençur 

fondlarıdır.  Burada  böyük  rol  kiçik  müəssisələr  üçün  investisiya  şirkətlərinə 

(KM Ş)  -  federal  hakimiyyət  lisenziyası  ilə  iş  görən  firmalara  -  məxsusdur. 

Həmçinin,  böyük  sənaye  korporasiyaları  tərəfindən  yaradılmış  və 

maliyyələşdirilmiş vençur fondları da mövcuddur. 

nkişaf  etmiş  bazar  iqtisadiyyatlı  ölkələrin  təcrübəsi  maliyyələşdirmənin 

vençur  formasının  iqtisadi  artım  və  məşğulluq  dinamikasına  müsbət  təsiri 

olduğunu  göstərir.  Qərbi  Avropa  ölkələrinin  vençur  kapitalının  inkişafı 

stimullaşdırması  üzrə,  ABŞ-ın  bu  sahə  üzrə  təcrübəsindən  istifadə  edərək, 

tədbirlər görməsi təsadüf deyil. 

Vençur  biznesi  sahəsində  ABŞ  sözsüz  liderdir.  Hal  hazırda  bütün  dünya 

vençur  investisiyalarının  həcminin  yarısı  ABŞ  payına  düşür.  ABŞ-ın  vençur 

biznesində  erkən  mərhələ  firmaları,  genişlənmə  mərhələsi  fondları  fəaliyyət 

göstərir.  Həmçinin,  vençur  kapitallı  təşkilatların  hər  mərhələsində 

investisiyalar  həyata  keçirən,  tənzimlənmiş  fondlar  da  mövcuddur.  Şirkət 

inkişafının,  vençur  firmalarının  investisiyaları  həyata  keçirdikləri,  üstün 

mərhələsi  genişlənmə  mərhələsidir.  nvestisiyalar  üçün  kapital  korporativ  və 

fərdi vençur investorları tərəfindən verilir. 

    Əksər  hallarda,  vençur  fondları  ayrı-ayrı  banklar  və  sığorta  şirkətləri 

tərəfindən şöbə strukturları kimi yaradılır. 

      90-cı  illərin  əvvəlində  ABŞ-da  vençur  biznesi  inkişafının  yeni 

tendesiyası – dövlət əmlakı özəlləşdirilməsinin maliyyələşdirilməsi – meydana 



53 

 

gəldi.  Bu  tendensiya  dövlət  sektorunun  kiçik  müəssisələrini  əldə  edən  fərdi 



sahibkarlara dəstəkdə və şəxsi firmalarını yaratmaq məqsədi ilə, ayrı-ayrı şöbə 

və laboratoriyalara yiyələnən dövlət müəssisələri işçilərinə vəsait verilməsində 

əks olundu.  

     Hal 

hazırda 

ABŞ-da, 


dövlət 

əmlak


ı 

özəlləşdirilməsinin 

maliyyələşdirilmə  sahəsində  ixtisaslandırılan,  100-dən  çox  vençur  fondu 

müvcuddur, və onların sayı ildən ilə çoxalır. 

      Vençur  karitalı,  əsasən,  peşəkar  firmalar  tərəfindən,  riskli  innovasiyaları 

həyata  keçirmək  üçün,  ilk  növbədə,  kiçik  və  orta  şirkətlərə  (yəni  digər, 

alternativ  maliyyələşdirmə  qaynaqlarından  istifadəsi  məhdud  olan  şirkətlərə) 

səhmdar  kapital  verilməsini  təşkil  edir.  nnovasiya  layihələrinə  vəsait 

yatırmaları  ilə  birlikdə,  vençur  fondları,  həmçinin,  fəaliyyətə  yeni  başlamış 

şirkətləri idarə edir və gələcək inkişaf 

üçün yüksək potensialı göstərir. 

Vençur kapitalının proektə və ya yeni şirkət yaradılmasına yatırılmasının 

tipik ardıcılığı cədvəl-3. 1.-də göstərilib. 

Cədvəl.3. 1. 

Maliyyələşdirmənin birinci mərhələsi 

Başlanğıc 

öncəsi kapital 

Texniki-iqtisadi əsasların və onlarla bağlı tədqiqatların hazırlanması üçün 

nəzərdə tutlan kiçik məbləğlər. 

lkin 


start kapitalı 

Məhsulun  sənaye  planlaşdırılması  və  topdan  məhsul  istehsalı,  şirkətin, 

faktiki  olaraq  nəyisə  istehsal  etməsi  üçün  həyata  keçirilən 

maliyyələşdirilməsi. 

Şirkət genişlənməsi və inkişaf

ının maliyyələşdirilməsi 

kinci 

mərhələ 


lkin inkişafa dəstək olan dövriyyə kapitalı; gəlir hələlik yoxdu. 

Üçüncü 


mərhələ 

Şirkət  genişlənməsinin  əsas,  sat

ış  həcminin  sürətlə  artdığı,  mərhələsi, 

firmanın  öz  xərcini  ödəməsi  sıfır  dərəcədədir,  və  ya  daha  yeni  artmağa 

başlayıb, hər halda, firma özəl şirkət olaraq qalır. 

Dördüncü 

mərhələ 

Firmanın SC olmasına hazırlıq üçün keçid maliyyələşdirməsi. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə