Microsoft Word vencur kapital docx



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix04.04.2018
ölçüsü0,68 Mb.
#35834
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

48 

 

strategiyasını həyata keçirmək qabiliyyətinə malikdirlər.Nəzərə alsaq ki,



 bu işin 

mövzusu tətbiqi xarakter daşıyır. Əsas problemlərdən biri – yeni texnika və ya 

texnologiyaların  iqtisadi  səmərəliliyi  müəyyənləşdirildiyi  zaman  gəlir  və 

xərclərin  müqaisə  ediləcək  hala  gətirilməsidir  (diskontlama).  Diskontlama 

prosessinin  keçirilmə  səbəbi  inflyasiya,  investisiyaların  arzu  olunmaz 

dinamikası,  sənaye  istehsalı  səviyyəsinin  enməsi,  vergi  sistemində  baş  verən 

dəyişikliklər və s. ola bilər. 

Riskli  kapital  və  onun  innovasiya  fəaliyyətini  maliyyələşdirməsində  rolu 

mövzusunun  tədqiqinin maraq döğuran məqamları aşağıdakılardır: 

- nnovasiya müəssisələrinin mahiyyətini aşkara çıxarmaq. 

- nnovasiya  texnologiyaları  və  innovasiya  müəssisələrinin  qiymətləndirmə 

meyarlarını və metodlarını araşdırmaq. 

-Azərbaycanda  innovasiya  texnologiyaları  və  innovasiya  biznesinin 

inkişafı tədqiqatını həyata keçirmək. 

Ş

irkətlərin    innovasiya  fəallığının  monitorinqi  və  bu  əsasda  innovasiya 



texnologiyaları,  dünyada  fəaliyyət  göstərən  innovasiya  müəssisələrin 

təcürbəsini öyrənməkdir. 

      Bizim  tətbiq  edtiymiz  metodları  əsasən  ədəbiyyat  təhlilləri  və  praktiki 

məlumatların keyfiyyət və kəmiyyət təhlili və onların kompyuter və Microsoft 

Word  proqramı  vasitəsi  ilə  emal  aparılmasından  ibarətdir.  Mobil  reklam 

xidmətləri  təqdim  edən  Azərbaycanın  Manads  şirkəti  Türkiyə  bazarına  çıxır.  Bu 

barədə  “Marja”ya  şirkətdən  bildirilib.  Manads  şirkəti  yeni  keyfiyyət  səviyyəsinə 

keçilməsi,  şirkətin  miqyasının  və  xidmət  sferalarının  genişləndirilməsi,  həmçinin 

Türkiyə  bazarına  çıxması,  yeni  auditoriyaya  açılması  səbəbilə  rebrendinq  də 

redib.  Şirkətin loqosu olduğu kimi qalsa da, qara-sarı rənglərdən imtina edilərək, 

ağ-mavi  rənglər  seçilib.  Qeyd  edək  ki,   Manads  şirkəti  “Infipro  Inc.”  tərəfindən 

investisiya  olunub.  “Infipro  Inc.”  informasiya  texnologiyası,  internet  və  proqram 

təminatı  üzrə  ixtisaslaşan  bizneslərin  başlanğıc  mərhələsinə  investisiya  edən 

vençur kapitalı şirkətidir. 



 


49 

 

Fəsil-3.  nnovasiya müəssisələrində və vençur kapitalının tətbiqinin gələcə



perespektivləri 

 

3.1. Vençur kapitalı əsasında innovasiya yönümlü şirkətlərin inkişaf 



istiqamətləri 

 

      Müasir  istehsal  qüvvələrinin  sürətli  inkişafı  zamanında  ictimai 



istehsalatın dinamik inkişafının əsas aparıcı qüvvəsi innovasiyalardır. 

“ nnovasiya” anlayışı təşkilat, elmi-tədqiqat və s. sferalarda yeni məhsul və 

ya xidmətə, istehsal üsuluna, digər yeniliyə, xərclərin qənaətini təmin edən və 

ya bu cür qənaət üçün şərait yaradan təkmilləşdirməyə aid edilir. 

Tədqiqatçıların  çoxu  innovasiyanı  yeni  məhsulların,  prosesslərin  və 

avadanlıqların  meydana  gəlməsinə  səbəb  olan  texniki,  istehsal  və  ticarət 

tədbirləri məcmunu adlandırır. 

nnovasiyalar  üçün  innovasiya  bölmələri  yaradılıır.  xtisaslaşdırılmış 

müəssisələr və fondlar təsis edilir və sürətli inkişaf edir.  nkişaf etmiş ölkələrin 

əksəriyyətində, faktiki olaraq,  iqtisadiyyat

ın xüsusi innovasiya biznesi sektoru 

formalaşıb. 

nnovasiya  firması  –  fəaliyyətin  xüsusi  növü  olaraq,  innovasiya  təsisi, 

tətbiqi  və  yayılması  məqsədi  ilə  təsis  edilən  ixtisaslaşdırılmış  müəssisə  və  ya 

təşkilatdır. 

Son onilliklərdə daha da geniş istifadə olunan innovasiya müəssisələri, elmi 

inteqrasiya  və  istehsalat  dəstəyinin  ərazi  forması  rolunda  texnopolislər, 

texnoparklar  və  innovasiya  mərkəzləri,  innovasiya  biznesi  inkubatorları, 

texnologiya  ötürmə  mərkəzləri  və  s.  kimi  infrastruktur  elementləri  çıxış  edir. 

Sadalanmış hər bir infrastruktur elementinin təyin və adlarının müxtəlifliyinə 

baxmayaraq, dünyanın aparıcı ölkələri, həmçinin Almaniya, texnoparklarının 

fəaliyyət əsasında olan baza anlayışlarını formalaşdırmaq olar. 

Texnopark  -  əsas  məqsədi  şirkətlərin  və  insanların  innovasiya 

texnologiyaları yaradılmasına motivasiyası, həmçinin, həm şirkətlərə, həm də 




50 

 

insanlara  bu  innovasiyaları  uğurlu  məhsullarda  reallaşdırmaları  üçün  dəstək 



olan  infrastruktur  obyektləri  kompleksidir.  Bu  təşkilat  əsas  məqsədləri 

innovasiya  mədəniyyətinin  irəliləməsi  vasitəsi  ilə  yerli  cəmiyyət  rifahının, 

həmçinin,  innovasiya  biznesinin  və  elmi  təşkilatların  rəqabətə  davamlılığının 

artımı olan peşəkarlar tərəfindən idarə edilir.  

  Bu  məqsədlərə  çatmaq  üçün,  texnopark  universitetlər,  elmi-tədqiqat 

institular,  şirkətlər  və  bazarlar  arası  bilik  və  texnologiyaları  stimullaşdırır  və 

idarə  edir.  Buna  görə  də,  texnoparkın  əsas  komponentlərini  innovasiya 

yaradan şirkətlər, firmalar, təşkilatlar; elmi və texniki kadrlar təchiz edən ali 

təhsil mərkəzləri; idarəedici kadrlar – peşəkar menecerlər təşkil edir. 

Texnoparkların əsas konseptual məqsədləri bunlardır: 

-bilik və icadların texnologiyaya çevrilməsi; 

-texnologiyaların ticarət məhsullarına çevrilməsi; 

-texnologiyaların  kiçik  elmi  tutumlu  sahibkarlıq  sektoru  vasitəsi  ilə 

senayeyə ötürülməsi; 

-elmi tutumlu firmaların əmələ gəlməsi və bazarda formalaşması; 

-elmi tutumlu biznes müəssisələrinə dəstək. 

nnovasiyaları  həyata  keçirmək  məqsədi  ilə  innovasiya  biznes-layihələri 

qurulur.  Biznes-layihələrin  maliyyələşdirilməsi,  adətən,  adi  sahibkarlıq 

riskindən  çox  olan  önəmli  risklə  bağlıdır.  nnovasiya  firmalarının  kapitalı 

vençur (risk) kapitalı adı almışdır.  

lk  dəfə  “vençur  kapitalı”  anlayışı  ABŞ-da  meydana  gəlmişdir.  Lakin 

iqtisadçıların mühüm diqqətini vençur kapitalı yalnız bu yaxın vaxtlarda cəlb 

etdi.  Vençur  kapitalı  anlayışını  müxtəlif  müəlliflər  müxtəlif  cür  izah  edirlər. 

Bəziləri  vençur  kapitalı  adı  altında  sadəcə  biznes,  hətta  biznes-ideyaları 

inkişafının  ilk  çağlarında  yüksəkriskli  yatırımlar  başa  düşür.  Digərləri  isə 

vençur kapitalının şirkət böyüməsi üçün gərəkli olan istənilən maliyyələşdirmə 

olduğunu güman etdirən, daha geniş izaha üstünlük verirlər.  

     Beləliklə, vençur kapitalı tək start kapitalının deyil, həm də innovasiya 

müəssisəsinin gələcək formalaşma etaplarının da yaranmasını maliyyələşdirir. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə