Microsoft Word vencur kapital docx



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix04.04.2018
ölçüsü0,68 Mb.
#35834
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

54 

 

Girovlu alış maliyyələşdirməsi 



Ənənəvi al

ış 


Digər  şirkətə  mülkiyyət  hüququnun  əldə  edilməsi  və  o  şirkətin  firma 

nəzarəti altına keçirilməsi. 

Girovlu alış 

Şirkət rəhbərliyi firman

ı onun hal hazırdaki sahibkarından girov qoyaraq 

almaq qərarına gəlir. 

Özəlləşdirmə 

Şirkətin  bəzi  menecerləri  onu,  d

övriyyədə  olan  bütün  səhimlərini  alaraq, 

yenidən özəl firmaya çevirirlər. 

 

 

nnovasiya biznes-layihələrinin maliyyələşdirilməsi üçün lazım olan vençur 



kapitalının axtarışı 3 növ bazarda aparılır: 

Şəxsi kapital bazar

ında (“pul kisələri”), 

nvestisiya kapitalı bazarında, 

Dövlət və bələdiyyə fondlarında. 

Yatırımçılar  (investor)  və  girişimçilərin  (innovator)  maraqları  bir  birinə 

ziddir.  Girişimçi,  yeniliyin  həyata  keçməsi  üçün  gərəkən  investisiyaları  əldə 

etməyə  çalışaraq,  ideyasının  çatışmamazlığını  lazım  olan  dərəcədə 

qiymətləndirməyə  bilər,  onun  səmərəsini  isə  şişirdə  bilər.  Yatırımçı  isə,  öz 

növbəsində,  təhlükəni  minimallaşdırmağa  çalışaraq,  innovasiyanı  obyektiv 

texniki, iqtisadi və bazar baxımdan qiymətləndirməyə can atır. 

qtisadi  kateqoriya  kimi,  vençur  kapitalı  yatırımçı  və  girişimçilərin 

innovasiyaya  intelektual  mülkiyyətin  tanıması  və  qiymətləndirilməsinə, 

uzunmüddətli vəsaitlərin innovasiya müəssisəsinin yaradılmasına və inkişafına 

yatırılmasına, 

investisiyaların 

zəmanətinə 

və 


risk 

xəbərdarlığına, 

innovasiyaların  həyata  keçirilməsindən  əldə  edilən  gəlirin  qarşılıqlı  səmərəli 

paylanılmasına  dair  bir  birinə  zidd  olan  maraqların  uyğunlaşdırılması 

formasında olan iqtisadi münasibətlər təşkil edir. 

Vençur  kapitalının  innovasiyalara  təsiri  nöqteyi-nəzərindən  növbəti 

funksional istiqamətlər mövcuddur. 



55 

 

1)



 Vençur  kapitalının  təkrar  istehsal  funksiyası  innovasiyaların  sadə  və 

geniş  təkrar  istehsalı  prosesi  zamanı  onların  dövriyyəsinin  hər  mərhələsində 

maddi və maliyyə resurslarının tarazlığı prinsipini həyata keçirir. 

2)

 Vençur kapitalının bölüşdürücü funksiyası maliyyə resursları fondlarının 



formalaşması və istifadəsindən, həm dövlətin makro- mezo- və mikrosəviyyədə 

həyata  keçirdiyi  maliyyə-kredit  siysasəti,  həm  də  innovasiya  fəaliyyəti 

subyektinin  maliyyə  strategiyası  nöqteyi-nəzərindən  kapital  strukturu 

effektivliyinin qorunub saxlanılmasından, riskli maliyyələşdirmə formasından 

və maliyyə münasibətləri təşkilinin digər formalarından ibarətdir. 

3)

 Vençur  kapitalının  nəzarət  funksiyası  innovasiya  sahəsindəki  real  pul 



dövriyyəsinin  maliyyə  monitorinqinin  həyata  keçirilməsindən  ibarətdir.  Bu 

funksiya 

innovasiyaların 

həyata 


keçirilmə 

strategiyasına, 

onların 

maliyyələşdirilməsinə,  maliyyə  göstəricilərinin  dəyişməsinə,  ödəmə  və 

hesablamalar  durumuna  nəzarət  şəklində  həyata  keçirilir.  Maliyyə 

monitorinqi, həmçinin, maliyyə vəsaitləri fondlarının strukturu və innovasiya 

fəaliyyətinin  nəzərdə  tutduğu  hədəfləri  arasında  nisbəti  aşkar  edir; 

yatırımçının gəliri və xərcləri arasındaki uyğunsuzluqlara düzəliş verir, kapital 

yatırımının dəyişilməsi, yəni effektsiz sahə maliyyələşdirməsinin dayanması, və 

innovasiya  fəaliyyətinin  yeni  istiqamətlərinin  maliyyələşdirməsi  imkanlarını 

müəyyən edir. Nəzarət funksiyası təkrar istehsal və bölüşdürücü funksiyalarla 

əlaqəlidir.  Bu  funksiya  konkret  qərar  verilməsində  fəal  rol  oynaya,  və  ya 

maliyyə resursları və təkrar istehsal proseslərinin bölüşdürülmə nəticələrini əks 

etdirə bilər. 

Beləliklə,  “vençur  kapitalı”  anlayışı  maliyyə  resurslarının  innovasiyya 

fəaliyyətində istifadə xarakterini daha adekvat şəkildə əks etdirir. Eyni anda, 

onu  da  nəzərə  almaq  lazımdır  ki,  innovasiyaya  yatırılan  investisiyaların  risk 

dərəcəsi,  konkret  nəticənin  məlum  olub-olmamasından  asılı  olaraq, 

əhəmiyyətli dərəcədə dəyişəcək. 

 

 




56 

 

3.2.  nnovasiya layihələrinin qiymətləndirmə amilləri və istiqamət



 

meyarları 

 

           nnovasiya fəaliyyəti risk dərəcəsinin azaldılması üçün müəssisəyə, ilk 



növbədə,  innovasiya  layihəsini  dəqiq  qiymətləndirməlidir.  Bir  müəssisə  üçün 

effektiv  olan  biznes-layihə,  obyektiv  və  subyektiv  səbəblərə  görə,  digər 

müəssisə  üçün  heç  bir  effekt  verməyə  də  bilər.  Səbəblər,  məsələn,  bunlar  ola 

bilər:  müəssisənin  yerləşmə  ərazisi,  personalın  innovasiya  layihəsinin  əsas 

istiqamətləri  üzrə  bacarıq  səviyyəsi,  əsas  fondların  vəziyyəti  və  s.  Hər  bir 

konkret  müəssisənin  innovasiya  biznes-layihələrinə  təsir  göstərən,  özünə 

məxsus  amillərinin  olduğuna  görə,  universal  layihə  qiymətləndirmə  sistemi 

müvcud  deyil,  lakin  bir  sıra  amil  innovasiya  müəssisələrinin  çoxuna  təsir 

göstərir. 

Birinci  amil,  digər  analoji  biznes-ideyalarla  və  müəssisələrlə  müqayisədə, 

innovasiyanın  mahiyyəti.  Əksər  ideyaların  müzakirəsi  və  qiymətləndirilməsi 

məhz bundan başlayır. Analoji müəssisələrin və ya qiymətləndirilən firmanın 

yaranma  və  inkişaf  tarixcəsi,  bu  sahədəki  biznesin  potensialı,  mövcud  olan 

məhdudiyyət  və  çətinliklər  şəraitində,  hüdudlarını  müəyyən  etməyə  imkan 

yaradır. 

kinci amil, ölkənin, sahənin, və müəssisənin iqtisadi perspektivləri, iqtisadi 

vəziyyətin  3-5  illik  proqnozu.  Yaradılan  müəssisə  gələcəkdə  gəlir  gətirəcək, 

buna görə də, verilən proqnozdan layihənin real olub-olmayacağı asələdər. 

Üçüncü  amil,  balans  kapitalı  və  maliyyə  vəziyyəti.  Fəaliyyət  göstərən 

firmada kapitalın balans dəyəri əsas kapitalın köhnəlmə dərəcəsinin, dövriyyə 

aktivlərinin  borcla  (öhdəliklə)  müqayisədə  kafiliyinin  qiymətləndirilməsi 

zamanı, məlumat düzəlişləri ilə hesabatlar üzrə qiymətləndirilir. Amortizasiya 

siyasəti, təmir miqdarı, texnikaya xidmət göstərən personalın ixtisaslaşdırması 

kimi amillər nəzərə alınır. Yeni layihələrə görə, itkisizlik anına çatmazdan öncə 

plan balansları tərtib edilir. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə