Microsoft Word vidadi butov dL



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə29/51
tarix01.11.2017
ölçüsü5,05 Kb.
#7732
1   ...   25   26   27   28   29   30   31   32   ...   51

 
www.achiq.info
  
63 
 
Azərbaycanın mərkəzdənqaçma və mərkəzəqaçma qüvvələri arasında kompromisə aparırdı. Demokratik 
hərəkat yerli vətənpərvərliyi və İran dövlətinə mənsubluq şüurunu, obyektiv olaraq müəyyən mənada 
azərbaycanlıların milli vəhdəti və birliyini gücləndirmişdir. Həmin dövrdə həmçinin azərbaycanlıların etnik 
şüurunun artması müşahidə edilsə də həmin şüur mənəvi fəaliyyət obyektinə çevrilə bilmədi. Qeyd edilən 
dövrün digər mühüm yekunu əyalətdə vergini müntəzəm surətdə və tamamilə yığmaq, olkənin ərazi 
bütövlüyünü müdafiə etmək, İranın suverenliyini bütün ölkədə həyata keçirmək məqsədilə Azərbaycanın 
hərtərəfli surətdə mərkəzə tabe etdirilməsi prosesinin başlanmasından ibarət idi. 
c)  1920- 1925-ci. illər. Demokratik hərəkatın yatırılmasından (IX. 1920) sonra Azərbaycanın mərkəzə 
tabe etdirilməsi prosesi başlandı. ADP-nin məğlubiyyəti və ləğv edilməsi (1922) əyalətdə feodal-mülkədar 
dairələrinin hakimiyyətinin bərpası demək idi. Öz sinfi mənafelərinin qorunub saxlanmasında maraqı olan 
feodal-mülkədar dairələri, ümumiran məsələləri, vilayətin həyati problemləri üzrə mərkəzlə münaqişəyə 
girməyi arzu etmir, əyalətin onların mənafeyini təmin edə biləcək mərkəzi hakimiyyətə tabe olunması 
uğrunda çıxış edirdilər. 
Azərbaycanın tabe etdirilməsi və İranın mərkəzləşdirilməsi 1921-ci il fevral çevrilişindən, xüsusən Rza 
xanın başçılığı ilə hərbiçilərin müstəqil surətdə hərbi - siyasi səhnəyə çıxmasından sonra xeyli güclənmişdi. 
1922- ci ildə Rza xan İran ordusunun yenindən təşkil etmək işinə başladı. Qədim sərbaz hissələri, kazak 
briqadası, jandarmeriya buraxılmış, onların əvəzində həmin hissələri özündə birləşdirən vahid ordu 
yaradılmasına başlanmışdı. Yeni ordunu təşkil etmək üçün 12 nəfərdən (digər məlumata görə 10 nəfərdən) 
ibarət hərbi şura yaradılmışdı. Həmin şuranın 12 üzvündən yeddisi (yaxud səkkizi) azərbaycanlı idi; 
1- Sərləşkər (diviziya generalı) Sərdar Midhət Cəlair. 
2- Sərtib (general) Məhəmməd Naxçıvan Əmir Müvvəssəq. 
3- Sərtib (general) Seyf Əfşar. 
4- Sərtib (general) Əbdül Məcid Mirzə Firuz Nəsir-od- Dövlə. 
5- Sərtib (general) Heydərqulu Pesyan. 
6- Sərhəng (polkovnik) Əzizulla Zərqami. 
7- Sərhəng (polkovnik) Əli Kərim Qəvanlu 
8- Sərhənge do (polkovnik-leytenant) Seyf-ol- Məmalik Xələc.
116
 
İki il fəaliyyət göstərən şura bütün ilkin təşkilati işləri yerinə yetirmiş, hərbi nizamnamələri hazırlamışdı. 
Hərbi şuranın ürəyi Rusiyada ali hərbi məktəbi bitirmiş, İran ordusunun baş qərargahının rəisi, qacar 
,şahzadesi Amanulla Cahanbani idi. Onu qərargah rəisi vəzifəsində hərbi məktəbin müdiri vəzifəsini özündə 
saxlamaqla general Məhəmməd Naxçıvan Əmir Müvəssəq əvəz etmişdi. 
1922-ci ildə 5 diviziya təşkil edildi: mərkəzi Təbriz olmaqla Şimal-qərb diviziyası, həmədan-Qərb, 
Tehran-Mərkəzi, Məşhəd-Şərq, İsfahan-Cənub. Sonralar diviziya yaxud hərbi dairələrin sayı 7-yə çatdırıldı, 
yeddi hərbi dairədən beşinin komandanı azərbaycanlı idi. 
1- Şimal-qərb hərbi dairəsi - Sərləşkər (deviziya generalı) Əmir Abdulla Təhmasibi. 
2- Qərb hərbi dairəsi - Sərləşkər (deviziya generalı) Əmir Əhmədi. 
3- Cənub hərbi dairəsi - Sərləşkər (deviziya generalı) Məhəmməd Ayrım. 
4- Kerman-Bəluçistan hərbi dairəsi - Sərləşkər (deviziya generalı) Naxçıvan. 


 
www.achiq.info
  
64 
 
5- Mazandaran, Qorqan, Gilan, Talış - Mahmud Ayrım.
117
 
Bu və digər yüksək vəzifəli azərbaycanlı hərbi məmurlar zabit korpusunun özəyini təşkil edir və bir çox 
cəhətdən Rza xan başda olmaqla İranda hokumətin mərkəzləşdirmə siyasətinin müvəffəqiyyətini təmin 
etmişlər. Mərkəzləşdirmə və stabilliyin ticarətin normal inkişafının mühüm xarici şəraiti olduğuna görə 
Azərbaycanın iri və orta ticarət burjuaziyası, həmçinin mülkədarları mərkəzləşdirmə siyasətini geniş 
müdafiə edirdilər. 
Mərkəzləşdirmə ideologiyasını işləyib hazırlayarkən, Azərbaycan ziyalılarının bəzi nümayəndələri İran 
xalqlarının etnik xüsusiyyətlərini ideal şəkildə yaxud fikrən ləğv etmək yolu ilə iranlıların milli, mədəni, 
mənəvi həyatını mərkəzləşdirməyə, eyni şəkilə salmağa səy edirdilər. Əgər Azərbaycan maarifçiləri və 
demokratları ”İran milləti” termini ilə İranın bütün əhalisini yaxud iranlıların dövlət mənsubiyyətini qeyd 
etmək istəyirdilərsə, Azərbaycan ziyalılarının bəzi nümayəndələri həmin termin altında bütün İran əhalisini 
əhatə edən hansısa sosial-etnik orqanizm başa düşürdülər. Başqa sözlə, onlar İran əhalisini vahid etnik birlik 
elan edirdilər. Məsələnin bu cəhəti 1922-ci ildən Berlin şəhərində “İranşəhr” adlı jurnal nəşr etməyə 
başlayan H.Kazımzadənin fəaliyyətində daha geniş əks olunmuşdur. 
118
Bu jurnalda İran gəncliyinin 
millətçilik ruhunu möhkəmlətməyə yönəlmiş. İranin qədim əzəməti haqqında ilk məqalələr meydana 
gəlmişdi”.
119
 
”Milliyyət və vətənpərvərlik” prinsipindən çıxış edıb H.Kazımzadə ”həmin əyalətdə (Azərbaycanda - 
V.M.) İran milliyyəti milli birliyi nəfinə geniş təbliğat aparılması, İran maarifi və fars ədəbiyyatının 
yayılmasında təkid edirdi. O və onun qələm dostu Şəfəq Rzazadə (o da azərbaycanlı idi-V.M.) sübut 
edirdilər ki, azərbaycanlılar mənşəcə farsdırlar, türk dili onlara zorla qəbul etdirilib”.
120
 Bir ideoloq kimi 
H.Kazımzadə cəmiyyət qarşısında duran bütün məsələlərin həllini cəmiyyətin üstqurumunda və 
ideologiyasında mümkün dəyişikliklər aparmaq yolunda axtarırdı. O yazırdı: ”Milliyyət, ictimai 
prinsiplərimizin ən müqəddəsi və bizim milli amalımızın Kəəbəsi olmalıdır. Milliyyət, bizim bütün 
xarabalıqları abad edən, bütün pərişanlıqları islah edən cəmi müstəqilliyin dayağı və xilasedici dairəmiz 
olacaq”.
121
 
Milliyyət deyəndə müəllif vətəndaşlıq və ari irqinə mənsubluq başa düşür. O yazırdı: ”İranlılıq... öz 
güclü, gərilmiş qanadları altında dili və dinindən asılı olmayaraq İran millətinin bütün üzvlərinə yer verir. 
Kimliyindən - kürd yaxud bəlüç, gəbr yaxud erməni olmağından asılı olmayaraq damarlarında ari qanı axan 
və İranı öz Vətəni sayan hər bir fərd iranlı sayılmalı və İranlı adlandırılmalıdır”
122
 
H.Kazımzadənin bu siyahısına düşməyən azərbaycanlılar üçün iranlı olmaq öz dili, tarixi, mədəniyyəti, 
etnonimi, milli şüuru olmamaq demək idi və fars milləti tərəfindən assimilyasiya olunmaqdan başqa bir 
məna daşımırdı. ”İranşəhr” jurnalı alman şərqşunası İ.Markvartın ”Azərbaycan” adlı kitabından (jurnal belə 
təqdim edir) bir neçə səhifəni tərcümə edərək çap etmişdir. Həmin kitabdan tərcümə olunmuş və jurnalda 
dərc edilmiş hissənin girişində qeyd edilir ki, Türkiyədə azərbaycanlıların türk ”irqinə” mənsubiyyətini 
sübut etməyə çalışırlar, hərçənd ”həmin məsələ iranlıların çoxuna axiracan aydın deyil..” Hökumət bu 
məsələ barəsində heç bir tədbir görməmiş və görmur, buna görə də ”həmin məsələnin qəti həlli üçün və 
azərbaycanlıların İran mənşələri barəsində hər cürə şübhələri aradan götürmək üçün” H.Kazımzadə həmin 
kitabı azərbaycanlıların ari mənşəli olmalarının əsas dəlili kimi təsəvvür edərək tərcümə və çap etməyi öz 
qarşısına məqsəd qoymuşdur.
122
 Göründüyü kimi, müəllif (H.Kazımzadə) qəti əmin idi ki, azərbaycanlılar 
arilərdilər. Adətən bir sıra İran müəllifləri azərbaycanlılar arasında İranizmin güclənməsinə onların bir 
hissəsi arasında pantürkizm ideologiyasının təsiri ilə türkçülük meylinin güclənməsinin əksüləməli kimi 
baxırlar. 
Yuxarıda deyildiyi kimi, türklərin cənubi azərbaycanlılara bir türk xalqı kimi maraqı XIX əsrin axırında 
yaranaraq XX əsrin 20-ci illərinin əvvəlinə kimi daim artırdı. Paniranizmin azərbaycanlı ideoloqlarının qeyd 
etdikləri kimi birinci dünya müharibəsindən sonra türk birliyi və azərbaycanlıların türk olmaları ideyası 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə