Microsoft Word vidadi butov dL



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə30/51
tarix01.11.2017
ölçüsü5,05 Kb.
#7732
1   ...   26   27   28   29   30   31   32   33   ...   51

 
www.achiq.info
  
65 
 
yuxarıda qeyd edilmiş cəmiyyət, mətbuat orqanlarından başqa Süleyman Nəzif, Rövşəni bəy, Həmdulla 
Sübhi bəy kimi ayrı-ayrı ziyalılar tərəfindən də geniş təbliğ edilirdi. 
Rövşəni bəyin nitqlərinin birinin mətni fars dilində ”İranşəhr” jurnalında dərc edilib. Rövşəni bəy sübut 
etməyə çalışırdı ki, Azərbaycan, Xəmsə, Kürdüstanda türklər yaşayır və onların sayı 3 milyon. qədərdir, 
İranda farsların hakimiyyəti altında ağır vəziyyətdə 4 milyon. türk yaşayır. O, ümid etdiyini bildirir ki, 
”Azərbaycan özü özünü azad edəcək, Azerbaycana münasibətdə biz əmin ola bilərik, çünki bu ölkədə milli 
cərəyanlar inkişaf edir” Nəhayət müəllif qeyd edir ki, farslar azərbaycanlılara onların türk ola bilmədikləri 
fikrini təlqin edirlər. Sayı 4 milyona. çatan bu türklər-müəllif qeyd edir - bizdən kömək gözləyir və biz öz 
qan qardaşlarımızı azad etməliyik.
123
 
 Rövşəni bəyin türkçülük ruhunda deyilmiş nitqində müəyyən mənada 
İran azərbaycanlılarının ictimai həyatının ayrı-ayrı cəhətləri obyektiv olaraq əks olunmuşdu. 
Bu münasibətlə onu qeyd etmək lazımdır ki. həmin dövrdə İran azərbaycanlıları haqqında hərtərəfli 
məlumat şərq dillərində ancaq Türkiyədə türk dilində səbt olunmuşdu, özü də bu məlumat İran 
azərbaycanlıları haqqında rus və xarici dillərdə elmi, etnoqrafik məlumatdan fərqli olaraq azərbaycanlılar 
üçün daha anlamlı xarakter daşıyırdı. 
Səciyyəvi hal budur ki, türkçülük, xüsusən söhbət əhalinin sayından, etnik ərazisindən, azərbaycanlıların 
iqisadi, sosial, mədəni həyatının müxtəlif cəhətləri üzərində müşahidədən gedəndə, obyektiv olaraq 
azərbaycanlı ziyalıların bir sıra nümayəndələri arasında güclənməkdə olan paniranizmə qarşı çevrilmişdi. 
Yuxarıda qeyd edildiyi kimi, azərbaycanlı ziyalıların müəyyən bir hissəsi azərbaycanlıların adi şüurunun 
məzmununa və etnoqrafik məlumatlara uyqun olaraq azərbaycanlıları həmişə türk, Azərbaycan türkü hesab 
etmişlər. Lakin, oxşar təsəvvür geniş yayıla bilməmiş ve bir qayda olaraq ayrı-ayrı parıltılar şəklində təzahür 
etmişdi, çünki azərbaycanlıların sosial-iqtisadi mənafeyi türkizm ideyasını irəli atmağı nəzərdə tutmurdu. 
Bununla belə sübut etmək olar ki, Azərbaycanda ziyalıların bir qismi, zahirən büruzə verməsə də, türkçü 
milli şüura malik idi. Bu barədə aşağıdakı faktı qeyd etmək olar. Yuxarıda deyilmişdi ki, Rövşəni bəy 
Azərbaycanda “milli cərəyanlar olduğunu” göstərirdi. Onun bu iddiası haqqında danışacağımız faktla 
müəyyən dərəcədə uyğun gəlir. İran müəllifi Xacə Nuri İ. yazır ki, əslən Ərdəbildən olan, Əhməd şahın 
(1909-1925) şah qvardiyasının keçmiş rəisi Abdulla Təhmasibi Şimal-qərb hərbi dairəsinin komandanı və 
Azərbaycanın hərbi valisi olarkən Təbrizin tanınmış alim və xadimlərinə tarixi sənədlərdən istifadə etməklə 
Azərbaycanın müfəssəl tarixini hazırlamağı tapşırmışdı. O, onlara Azərbaycanın hər bir tayfasının “onların 
yaranışından bu günə qədər”ki tarixini yazmağı da tapşırmışdı. “İndi, bu saat - müəllif yazır - mən bu 
sətirləri yazanda, Abdulla xanın kağızları arasında təsadüfən mənim əlimə düşən əlyazmalardan bəziləri 
mənim yazı stolumun üstünə səpələnmişdir. Onlardan biri belə adlanır: “Skiflər, yəni iranlıların ”turanlı”, 
yaxud sak, ərəblərin ”Yəcuc və məcuc” adlandırdıqları türklər. Tarixi baxımdan bu qruplar İlitber
*
 türk 
xaqanlarının ilk sülalərindən birini təmsil edib həzrət İbrahim Xəlilullahın müasirləridirlər”. ”Bu hissədə - 
müəllif davam edir - Azərbaycan tayfalarının bir-bir təsviri, etnonimlərinin xüsusiyyətləri qeyd olunub, 
onların hər birinin tarixi haqqında qısaca danışılır 
124

Bizə Xacə Nuri İ.-nin sözlərini təsdiq edə biləcək ikinci mənbə məlum deyil. Lakin bəzi qeyri-müstəqim 
məlumatlar həmin sözlərin doğruluğuna güman verir. 
Birincisi, qədim türklərin tarixinə gəlincə, skiflərin türk olması barədə müxtəlif dillərdə, o cümlədən fars 
dilində xeyli məlumat qeyd edilmişdi. 
İkincisi, A.Təhmasibi prinsip etibarilə ziyalılara Azərbaycanın və Azərbaycan tayfalarının tarixini 
yazmağı tapşıra bilərdi və məsələnin bu cəhəti onun əyalətdə böyük nüfuz və hörmət sahibi olması və onun 
Rza xanla münasibətlərinin xarakteri ilə izah edilə bilər. A.Mostoufi qeyd edir ki, A.Təhmasibi 
Azərbaycanda olduğu müddət ərzində (1924-1925), adamların elə hörmət və etibarını qazanmışdı ki, 
”Azərbaycan dilində söylədiyi nitqləri ilə onları heç bir etiraz etmədən istənilən çətin işə, istənilən 
fədakarlıq göstərməyə vadar edə bilərdi”.
125
 Yuxarıda adı çəkilən Xacə Nuri İ isə Rza xanın 


 
www.achiq.info
  
66 
 
A.Təhmasibiyə qarşı şübhələrinin artdığını qeyd edir.
126
 A.Tahmasibinin Azərbaycan qoşunlarına əyalətdə 
Qacar sülaləsinin tərəfdarlarının ehtimali çıxışlarının qarşısını almaq üçün komandan təyin edilməsinə 
127
 
baxmayaraq onun özü Rza xanın taxt-taca gedən yolunda ehtimali rəqibinə çevrilmişdi. 
Rza xan onu Tehrana-geri çağırmağı qərara aldı, “lakin, azərbaycanlılar çoxlu teleqram göndərərək onun 
getməsinə mane oldular və hökumət əhalinin tələbi ilə razılaşaraq onu bir müddət orda saxlamağa məcbur 
oldu. Onu oradan geri çağırmaq çətin olduğu üçünSərdar sepəh (Rza xan - V.M.) özü ora getdi və oradan 
Abdulla xanla Kürdüstana hərəkət edib onu oradan Tehrana apardı.”
128
 
Əhalinin A.Təhmasibiyə olan 
xeyirxah münasibətini bəzi müəlliflər onun şəxsi keyfiyyətləri, köçərilərin özbaşınalığının qarşısını almaq, 
əyalətdə qayda-qanunun bərqərar edilməsi, burada abadlıq sahəsində gördüyü tədbirlərin təsirliliyi ilə izah 
edirlər.
129
 
A.Təhmasibinin nüfuzuna, görünür, onun azərbaycanlılar qarşısında həmişe azərbaycanca danışması da 
təsir göstərirdi. 
Beləliklə, A.Təhmasibi həm özünün gələcək ehtimali dayağını daha dərindən tanımaq, həm də 
azerbaycanlılar arasında milli, tarixi şüurun geniş yayılmasına yardım etmək üçün Azərbaycan ve 
Azərbaycan tayfalarının tarixini yazmaq tapşırığı verə bilərdi. Əgər, A.Təhmasibinin tapşırığı ilə Təbrizdə 
yazılmış əlyazmalarının mövcud olması doğrudursa, onda Azərbaycan ziyalılarının bəzi nümayəndələrinin 
nisbətən inkişaf etmiş tarixi - milli şüura malik olmaları fikri də doğrudur. 
130
 
Bununla belə, yuxarıda deyildiyi kimi, Azərbaycan ziyalılarının bir sıra nümayəndələri Qacar sülaləsinin 
hakimiyyətdən salınması ərəfəsində azərbaycanlıların zorakılıqla assimilyasiya edilməsi, paniranizmin fəal 
ideoloqları kimi çıxış edirdilər. Bu cəhətdən İran və Azərbaycan azərbaycanlılarını təmsil edən iki ziyalının 
mənəvi fəaliyyətinin bir sıra cəhətləri maraq doğurur. Onlardan biri Əfşar tayfasının nümayəndəsi, bir 
vaxtlar Yəzd şəhərində məskən salmış tacirin oğlu Mahmud Əfşar 1925-ci ilin avqustundan Tehranda 
“Ayəndə” jurnalını nəşr etməyə başladı. M.Əfşar jurnalın birinci nömrəsində böyük bir məqalə ilə 
mərkəzləşdirmə və xüsusən, güya milli birlik və müstəqillik naminə İranın qeyri-fars xalqlarının tezliklə 
assimilyasiya olunması uğrunda çıxış etmişdir. O güman edir ki, İran dövlətinin mövculduğu İran 
hökumətinin İran xalqlarının etnik və etnoqrafik müxtəlifliyinin, dil, adət-ənənə, paltar, etnonim və s.-ni 
ləğv edib-etməməsindən asılıdır. O yazırdı: ”Bizim əqidəmizə görə, nə qədər ki, İranda dil, əxlaq, paltar və 
s. sahədə milli birlik yaranmayıb bizim suverenliyimiz və ərazi bütövlüyümüz hər dəqiqə təhlükə altında 
olacaqdır 
131
. Onun fikrincə dil cəhətdən milli yekcinsliyə nail olmaq üçün aşağıdakı tədbirləri həyata 
keçirmək lazımdır; ibtidai məktəblər açmaq və burada təhsili farsca aparmaq, İran tarixini tədris etmək, milli 
rayonlarda, xüsusən Azərbaycan və Xuzistanda fars dilində ucuz kitabçalar və hökumət qəzetləri nəşr etmək 
və s 
132
 
Bundan əlavə M.Əfşar yenə də həmin məqsədlə qeyri-fars xalqları fars rayonlarına köçürmək, qeyri-fars 
toponimləri fars toponimləri ilə əvəz etmək, orduda, dövlət idarələrində, məhkəmədə və s. qeyri-fars 
dillərinin qadağan edilməsini məsləhət görürdü.
133
 
Göründüyü kimi, M.Əfşarın həmin ideyaları H.Kazımzadənin milliyyət və milli birliyə aid ideyalarını 
dəqiqləşdirir və təkrar edirdi. 
Demək lazımdır ki, azərbaycanlılara türk dilinin zorla qəbul etdirilməsi və onların tezliklə assimilyasiya 
olunması ideyasını İranda kommunist hərəkatının görkəmli xadimlərindən biri, milliyyətcə azərbaycanlı 
olan Tağı Ərani də həmin dövrdə qızğıncasına müdafiə edirdi 
134
 İranın milli birliyinin digər azərbaycanlı 
ideoloqu S.Ə.Kəsrəvi M.Əfşarın proqramının məntiqiliyini ”elmi cəhətdən” əsaslandırmağa cəhd 
göstərmişdir. Özunün ”Azəri ya zəbane bastane Azerbaycan” (”Azəri yaxud Azərbaycanın əski dili, 1926) 
kitabında S.Ə.Kəsrəvi şərq dillərində olan mənbələrə birtərəfli yanaşaraq ”sübut” etmişdir ki, Azərbaycan 
əhalisinə türk dili türklər tərəfindən zorla XI-XIV əsrlərdə qəbul etdirilmiş və Azərbaycan dili ölkədə XV 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə