Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə137/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   144
386 in.fealxh ders vesaiti

235
XXIII Fəsil.
VƏTƏNDAŞLAR TƏRƏFİNDƏN DİNİ ETİQAD
AZADLIĞI HÜQUQUNUN REALİZƏSİ ZAMANI
İCTİMAİ QAYDANIN VƏ İCTİMAİ TƏHLÜKƏSİZLİYİN 
MÜHAFİZƏSİ 
 
§ 1. Dini etiqad azadl
ı
ğ
ı
 v
ə
 dini t
əş
kilatlar haqq
ı
nda qanunveri-
cilik. Dini t
əş
kilatlar
ı
nhüquqi v
ə
ziyy
ə
tinin 
ə
saslar
ı
 
Azərbaycan Respublikası vətəndaşlarının dini etiqad azadlığı 
Azərbaycan Respublikasının Konstitusiyasına, “Dini etiqad azad-
lığı haqqında” Azərbaycan Respublikasının 20 avqust 1992-ci il 
tarixli Qanununa uyğun həyata keçirilir. Bu normativlər əsasında 
Azərbaycan Respublikasında dini etiqad azadlığı və müvafiq ola-
raq dini qurumlar arasındakı münasibətlər tənzimlənir. Bu qarşı-
lıqlı münasibətlər dinin (dini birliklərin) dövlətdən ayrılığı prinsi-
pi əsasında qurulmuşdur. Azərbaycan Respublikası Konstitusiya-
sının 48-ci maddəsinin II-ci bəndinə əsasən hər kəsin dinə müna-
sibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və 
ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad 
etməmək, dinə münasibəti ilə bağlı əqidəsinə ifadə etmək və yay-
maq hüququ vardır. İnsan və vətəndaşın vicdan azadlığı və dini 
etiqad azadlığı hüququ Azərbaycan Respublikasının “Dini etiqad 
azadlığı haqqında” Qanunu ilə yalnız dövlətin konstitusiya quru-
luşunun, qanuni maraqlarının, insanların sağlamlığının müdafiəsi 
məqsədi ilə məhdudlaşdırıla bilər. Dinə qarşı münasiibətdə üstün-
lüyün verilməsi, məhdudlaşdırılması və ya başqa şəkildə ayrı-seç-
kiliyə yol verilmir. Azərbaycan Respublikasının vətəndaşları dinə 
münasibətindən və dini mənsubiyyətindən asılı olmayaraq (mülki 
və mədəni həyatın bütün sahəsi) mülki-iqtisadi, ictimai və mədəni 
həyatın bütün sahələrində qanun qarşısında bərabərdirlər. Heç kəs 
dinə olan münasibəti barədə məlumat verməyə borclu deyil və 
heç kəs dinə etiqada olan münasibətini dəyişdirməyə (məcbur 
edilə bilməz) və ya dini tərk etməyə, ibadətlərdə, digər dini ayin-
lər və mərasimlərdə, dini birliklərin fəaliyyətində, dini təlimlərdə 


236
iştirak etməyə və ya etməməyə məcbur edilə bilməz. Azərbaycan 
Respublikasının “Dini etiqad azadlığı haqqında” Qanununun əsa-
sən azyaşlıların iradəsi ziddinə və onların valideynlərinin və ya 
nümayəndələrinin razılığı olmadan dini birliklərə cəlb etmək, ha-
belə onlara biliklər öyrətmək qadağandır. 
Şəxsiyyət üzərində zor tətbiq etməklə, vətəndaşların hər hansı 
dinə mənsubiyyətinə görə onların ləyaqətlərinin alçaldılması, din-
lərin üstünlüyünü təbliğ etməklə, əmlakın məhv edilməsi və ya 
zədələnməsi ilə, habelə bu əməlləri ilə dini tədbirlərin keçirilməsi 
mahiyyətini öyrətmək yolverilməzdir. Uşaqların tərbiyəsi və təh-
sili onların vicdan azadlığı və dini etiqad azadlığı hüququ nəzərə 
alınaraq valideynləri və ya onları əvəz edən şəxslər tərəfindən ke-
çirilir. Uşaqların razılığı ilə valideynlərin və ya onları əvəz edən 
şəxslərin xahişi ilə dövlət tədris müssisələrində, müvafiq icra ha-
kimiyyəti orqanları ilə razılaşdırılaraq tədris proqramından əlavə 
dini tədris etməyə icazə verilir. 
Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” 
Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə dini qu-
rumların hüquqi statusu, onların növləri, təşkil edilməsi, qeydiy-
yata alınması, ləğv edilməsi, eləcə də dini birlik tərəfindən qa-
nunvericiliyin pozulması hallarında onların fəaliyyətinin dayandı-
rılması qaydaları müəyyən edilmişdir. 
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qa-
nununa əsasən dini birliklər dedikdə, Azərbaycan Respublikası-
nın vətəndaşları və Azərbaycan Respublikasının ərazisində daimi 
və qanuni əsaslarla yaşayan digər şəxslərin birgə ibadət etmək və 
dini yaymaq məqsədi ilə təşkil edilən və birgə ibadət etmək, dini 
ayin və mərasimləri keçirmək, dini və öz davamçılarını tərbiyə et-
mək kimi əlamətləri daşıyan könüllü birlik başa düşülür. Dini bir-
liklərin təsisçiləri Azərbaycan Respublikasında 15 ildən az olma-
maq şərtilə Azərbaycan Respublikasının ərazisində mövcud ol-
masını təsdiqləyən ən azı 10 nəfər Azərbaycan Respublikasının 
vətəndaşından ibarət dini qrup ola bilər. Dini təşkilatlara dini cə-
miyyətlər, idarələr və mərkəzlər, məscidlər, dini qardaşlar, mis-
sioner cəmiyyətlər, ixtisaslı müəssisələr aiddir. Bundan başqa di-


237
ni birliklərə öz tərkibində cəmiyyətləri, idarələri, məscidləri olan, 
eləcə də təmsil etmə və tabeçilik münasibətlərinə görə hüquqi cə-
hətdən müstəqil sayılan dini birlikləri birləşdirən sistem aiddir. 
Bununla da məscid qurumlarının daxili nizamnamələrində nəzər-
də tutulmuş dini strukturların davamlılığı və qarşılıqlı tabeçiliyi 
olan ierarxik sistem təsdiqlənir. Belə ierarxik sistemin tərkibinə 
daxil olan məscidlərlə ixtisaslaşmış mədrəsələri, yerli dini birlik-
ləri və mərkəzdəki idarəetmə orqanları ilə “Qafqaz müsəlmanla-
rı” idarəsini misal göstərmək olar. 
Dini birliklər onun təsisçiləri və ya mərkəzi dini təşkilat təsdiq 
edilmiş əsasnamə ilə fəaliyyət göstərirlər. Əsasnamə isə ədliyyə 
orqanları tərəfindən qeydiyyata alınır. Əsasnamənin məzmunu 
qanunvericiliyə zidd olarsa, təşkil edilən təşkilat dini təşkilat kimi 
qəbul edilməmişdirsə və qanunda göstərilmiş digər əsaslarla əsas-
namənin qeydiyyata alınması rədd edilə bilər. Rədd edilmə onun 
əsasları ilə yazılı şəkildə təqdim edilməlidir. Rədd etmə barədə 
qərardan məhkəməyə şikayət verilə bilər. 
Dini təşkilatın əsasnaməsində aşağıdakılar göstərilməlidir: 
– dini təşkilatın adı, ünvanı, növü, etiqadı, mərkəzi dini təşki-
lata aid olduğu halda – onun adı; 
– fəaliyyətinin əsas formaları; 
– fəaliyyəti təşkil etmə və dayandırma qaydaları; 
– təşkilatın strukturu, onun idarəetmə orqanları, onların təşkil 
etmə qaydaları və səlahiyyətləri; 
– təşkilatların maliyyə vasitələrinin və digər əmlakın təmini 
mənbələri; 
– fəaliyyətin dayandırılması hallarında əmlakına sərəncam ver-
mə qaydası; 
– dini təşkilatın fəaliyyəti xüsusiyyətlərinə aid olan digər mə-
lumatlar. 
Dini qruplar isə öz fəaliyyətlərini dövlət qeydiyyatı olmadan 
və hüquqi şəxsin hüquq qabiliyyətini əldə etmədən də həyata ke-
çirirlər. Dini qruplar üçün binalar, evlər və digər lazımi əmlak 
qrupun üzvləri tərəfindən əldə edilir. Dini qrupların ibadət etmək, 
dini ayin və mərasimləri keçirmə, dini tədris etmək və davamçıla-


238
rına dini tərbiyə vermək hüququ var. 
Qanuna əsasən dini təşkilatlar aşağıdakı hallarda ləğv oluna bi-
lər: 

Əsasnamə ilə ləğv etməyə səlahiyyət verilmiş orqan və ya 
onların təsisçilərinin qərarı ilə. 

Qanunvericiliyin dəfələrlə və ya kobud şəkildə pozulması, 
yaxud dini təşkilat tərəfindən onun təşkil etmə məqsədlərinə zidd 
olan fəaliyyətini sistematik olaraq həyata keçirmə hallarında 
məhkəmənin qərarı ilə. 
Qanuna əsasən məhkəmə qaydasında dini təşkilatın ləğv olun-
ması, dini təşkilatın və ya dini qrupların fəaliyyətinin dayandırıl-
ması üçün əsaslar aşağıdakılardır: 
– ictimai qaydanın və ictimai təhlükəsizliyin pozulması, dövlət 
təhlükəsizliyinin zəiflənməsi; 
– Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla 
dəyişdirilməsinə və ərazi bütövlüyünün pozulmasına yönəlmiş 
hərəkətlər; 
– silahlı dəstələrin təşkili; 
– müharibə təbliğatı, sosial, irqi, milli və dini ayrı-seçkiliyi 
yayma; 
– ailənin dağıdılmasına məcburetmə; 
– şəxsiyyətə, vətəndaşların hüquq və azadlıqlarına qəsd etmə; 
– vətəndaşların sağlamlığına, şərəf və ləyaqətinə qanunvericilik-
də nəzərdə tutulmuş zərərin vurulması, həmçinin dini fəaliyyətləri 
ilə bağlı olaraq narkotik vasitələrin, maddələrin, hipnozun istifadə 
edilməsi, əxlaqsız və digər qanunazidd hərəkətlərin edilməsi; 
– intihara təhrik etmək və ya dini motivlərə görə həyat və sağ-
lamlığı üçün təhlükəli vəziyyətdə olan şəxslərin tibbi yardımın-
dan imtinaya cəlb etmə; 
– məcburi təhlsilin alınmasına mane olmaq, dini təşkilatın üzv-
ləri və davamçıları dini təşkilatın xeyrinə şəxsi əmlakın verilmə-
sinə məcbur etmək; 
– vətəndaşın dini birlikdən çıxmasına, əmlaka, sağlamlığa, hə-
yata zərər vurmaq hədəsi ilə və ya digər qanunsuz yollarla mane 
olma (əgər belə hədə real təhlükə yaradırsa); 


239
– qanunla müəyyən edilmiş mülki öhdəliklərdən imtina etmə-
yə və digər qanunsuz hərəkətlərə təhrik edilməsi. 
Dini birliklər və vicdan azadlığı sahəsindəki qanunvericiliyə
həmçinin digr qanunlara müvafiq olaraq dini birliklərin fəaliyyə-
tinə nəzarət funksiyalarını dövlət hakimiyyət orqanları həyata ke-
çirirlər. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə