Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   55   56   57   58   59   60   61   62   ...   86

 
178
həm də ümumilikdə bütün Xızı ərazisinin mərkəzidir. Beşbar-
maq dağının da “Xızır qayası”, “Xızır piri”, “Xıdır zində” kimi 
tanındığı  məlumdur. Xızı-Beşbarmaq mahalı başlanğıcını 
Quşçu mahalındakı Kolanı dağından alıb, Xəzər dənizinə tökü-
lən Ata-çayın cənub tərəfindədir. Xızı-Beşbarmaq mahalının 
şimal-qərbində Quşçu mahalı, sənub-qəbində Göyxan mahalı, 
cənubunda Qomişər mahalı, cənub-şərqində  Gədik mahalıdır. 
Xızı-Beşbarmaq mahalının ərazisi, Siyəzən royonunun da (Ata-
çaya qədər) bir qismini əhatə edir. Xızı rayonuna aid yurd 
yerləri: Sayad-Xızı, Sayadlar, Altıağac, Baxşılı, Təkəli, Yarım-
ca, Əngilan, Fındığan (Findağan), Giləzi (Qılızı, Qılıncı), Qars, 
Qızılqazma, Xələnc, Tuğlu (Tıxlı), Upa, Şıx-Xızı  (Şəngə-eli), 
Təkə-Şıxı. 
Siyəzən rayonuna aid yurd yerləri: Qalaşıxı, Şıxlar, Zərgərli, 
Keş, Güceyri, Zarat, Xışkədər, Ağ Siyəzən. 
Sayad- Xızı. Xızı rayonunun mərkəzi Xızı  şəhəridir.  Şəhər 
Türk dünyasının peyğəmbəri Xızırın yurdu, Tanqru (Tanqoru)  
dağlarının şimal-şərqindəki müqəddəs Sayad-Xızı kəndinin ya-
xınlığında salınmış, bu kəndin adı ilə adlandırılmışdır.  Ən azı 
dörd min il yaşı olan bu kənd ulu Oğuzun oğlu Dağ xanın nəs-
lindən olan, iç-oğuz qoluna mənsub Xız (ğız, quz) tayfasının 
məskənlərindəndir. Qədim “Nart” eposunda “Xız qalası” adlı 
istehkamın adının çəkilməsi “xız” toponiminin qədimliyini bir 
daha sübut edir. M.H.Təhmasibin “Azərbaycan xalq dastanları”  
kitabında deyilir: “Nart eposunun mənşəyini və inkişaf mərhə-
lələrini tam dürüstlüyü ilə müəyyənləşdirmək, hələlik mümkün 
deyildir. Ayrı-ayrı qolların təhlili göstərir ki, eposun bir sıra 
süjet və motivləri qədim skif mifləri ilə  əlaqədar olub, yeni 
eradan əvvəlki VIII-VII əsrlərə gedib çıxır” (85, s. 123). Şimali 
Qafqaz, Dağıstan və Abxaziya xalqlarının  şərik olduqları 
“Nart” eposunda nart adlı tayfaların dəfələrlə hücum etdikləri 
və heç vaxt ala bilmədikləri “Xız qalası” haqqında danışılır. 
M.H.Təhmasib “Azərbaycan xalq dastanları” kitabında yazır: 
“nəhayət, bu eposda “Xız qalası” adlı çox möhkəm bir qaladan 


 
179
danışılır” (85, s. 120). Mütəxəssislər, o cümlədən professor 
E.A.Paxomov, eposda adı  çəkilən “Xız qalası”nın indiki Xızı 
rayonu  ərazisində olduğunu söyləmişlər. Bu barədə M.H.Təh-
masib yazır: “Çox maraqlıdır ki, bu “Xız” qalasının eposdakı 
təsviri 1943-cü ildə  Xızı rayonunda aparılmış xüsusi tədqiqat  
zamanı “Xızı qala” adlı  qədim qala-istehkam xərabələri haq-
qında əldə edilmiş müxtəsər məlumatla çox yaxından səsləşir” 
(85, s. 120). Ən qədim oğuzlardan olmuş Xız tayfasının adı ilə 
bağlı  Xızı-Beşbarmaq mahalındakı Sayad-Xızı toponimindən  
başqa digər toponimlər də vardır. Bunlar Şıx-Xızı, Xızırkənd 
və  Xızrakəndçay toponimləridir. Mirəli Seyidov “Azərbaycan 
xalqının soykökünü düşünərkən” kitabında yazır: “Xalq arasın-
da indi də oxunan sayaçı sözlərində onun əski çağla ilişgəli, 
oyun-mərasim səciyyəsi özünü göstərir. Bir neçə örnəyə diqqət 
yetirək: 
 
Salaməleyk, say bəylər,  
Bir-birindən yey bəylər! 
Saya gəldi, gördünüz, 
Salam verdi, aldınız,  
Alnı təpəl quzunu, 
Sayaçıya verdiniz. 
Bu saya kimdən qaldı? 
Adəm atadan qaldı. 
Adəm ata gələndə, 
Qızıl öküz duranda, 
Buğda sünbül salanda.   
 
Gətirilən örnəkdən aydın olur ki, sayaya alnı  təpəl quzunu 
pay verirlər. Saya ilə ilişgəli xalq arasındakı deyimlərdən 
aydınlaşır ki, o, vaxtilə onqon, bəlkə  də tanrı olmuşdur.  İndi 
“saya”nın bu səciyyəsini nümayiş etdirən deyimlərə diqqət  
yetirək: “Saya yaradan, soy qurandır”; “Saya əppəyi, peyğəm-
bər  ətəyi”; “Sayadan dönən soyundan dönər”; Soy yox ikən 


 
180
Saya var idi”; “Saya dərd verəndə, dərman da verər”; “Soy min 
olar, Saya bir” (79, s. 140-141). “Adəm atadan” peyğəmbər-
lik qalıb və saya-peyğəmbərdir. Xızır peyğəmbərin Hun-Çin 
müharibələrində  qədim türk nəsillərini və türk dilini sürətli 
dəyişikliyə  uğrayaraq məhv olmaqdan qoruduğunu, türk 
soyunun, türk dilinin xilaskarı olduğunu bilirik. “Sayadan  
dönən soyundan dönər” misalı  məhz bu hadisəni tərənnüm 
edən xalq deyimidir. Bəs bu Sayanın yurdu hardadır? Bu suala 
da nəsildən-nəsilə ötürülərək yaddaşlara həkk olunmuş xalq 
deyimi cavab verir: 
 
Saya yaxşı sayadır, 
Yeri, yurdu qayadır. 
Onun gözəl sözləri, 
Yatanları oyadır (79, s. 141). 
 
Beşbarmaq qayanın həm də “Xızır piri”, “Xızır qayası” kimi 
tanındığını yada salsaq “yeri, yurdu qaya” olan Sayanın Xızır 
olduğuna heç bir şübhə  də qalmır. Bütün bunlar göstərir ki, 
“Sayad” (Saya ad) sözü “peyğəmbərin adı” deməkdir. Sadala-
nan toponimlərdən yalnız “Sayad-Xızı”nın Xızır peyğəmbərin 
adı ilə  əlaqəli olduğu tamamilə aydınlaşır. Sayad-Xızı  Xızır 
peyğəmbərin yurdudur. Sayad-Xızı dahi Cəfər Cabbarlının da 
baba yurdur. Şıx-Xızı, Xızırkənd və Xızrakəndçay toponimləri 
xız (ğız, quz) tayfasının adı ilə bağlı toponimlərdir. Ulu pey-
ğəmbər Bəlya Məlikan oğlu da Xız tayfasındandır, Xızırdır. 
Sonralar sadəcə  Xızı adlandırılan Sayad-Xızının  əhalisinin 
də “tatar” (türk) olduğu Çar Rusiyası dövrünə aid (1874-cü il) 
arxiv sənədlərində qeyd edilmişdir (140, səh. 996-1042). 
Sayadlar  kəndi Xızı-Beşbarmaq mahalındadır. Vaxtilə Sa-
yad-Xızının qışlağı olan bu ərazidə sonradan kənd salınmış və  
Sayadlar adlandırılmışdır. Sayadlar da qədim xız tayfasının 
məkanlarından biridir. Bu kənd, cəmi 29 il yaşamasına baxma-
yaraq bütün türk dünyasında tanınmış  şair, qüdrətli sənətkar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə