Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   57   58   59   60   61   62   63   64   ...   86

 
184
edilmişdir (141, s. 49-52). Bu iki kənddə 1874-cü ildə 79 ev 
olub. 
Aydın məsələdir ki, indiki Xızı və Siyəzən rayonları 1700  il  
ərzində, demək olar ki, fasiləsiz olaraq Dərbənd keçidindən 
Azərbaycana daxil olan başqa türkdilli tayfaların da məskunlaş-
dığı  ərazilərdəndirlər. Bundan başqa, XI-XVIII əsrlərdə ölkə-
mizə cənubdan daxil olan türkdilli tayfaların (səlcuqlar, şahse-
vənlər) da bu ərazilərdə kütləvi  şəkildə  məskunlaşdığı  
məlumdur. Bu səbəbdən də Beşbarmaq və Quşçu mahallarının 
ərazilərində hun (xun), peçeneq (beçənə, biçənəq), çaruq,  
səlcuq və başqa türk tayfaları ilə  əlaqəli yer, çay, dağ, nəsil 
adlarına rast gəlirik. 
Xızının Beşbarmaq mahalı ilə Quşçu mahalının ərazilərində 
“Sultan Səncəri  əsir etmiş” məşhur oğuzlarla, XII-XIII əsrdə  
İranda, İraqda, Anadoluda hərbi-siyasi fəaliyyətdə olmuş oğuz-
larla, şahsevən adlandırılmış digər oğuzlarla bağlı bir sıra yurd 
və nəsil adları günümüzə qədər gəlib  çıxmışdır. Bu baxımdan 
Xızının və Siyəzənin tarixinə aidiyyəti olan bir sıra faktlara 
diqqət yetirmək vacibdir. 
“Sultan Səncəri  əsir etmiş  oğuzlar” onları  məşhur etmiş 
hadisələrdən bir qədər  əvvəl Mavəraünnəhrdə yaşayırdılar və 
Qaraxani hökmdarı  Məhəmməd Arslan (1101-1132) xana  
xidmət edirdilər. Onların Sır-Dərya boyundan Mavərannəhrə  
enmələri qıpçaqların təzyiqi ilə bağlıdır. Bu oğuzlar da boz-ox 
və üç-ox adı ilə iki qola ayrılırdılar. Üç-oxların başında Dad 
bəy ünvanlı  İshaq oğlu Tuti bəy, boz-oxların başında isə 
Əbdülhəmid oğlu Qorqud bəy dururdu. Oğuzlar Qaraxani  
hökmdarları ilə yaxşı münasibətdə idilər (29, s. 126). Sultan 
Məlikşahın üçüncü oğlu Sultan Səncərin vaxtında (1118-1157) 
Səlcuqların qüdrətli imperiyası tənəzzül etdi və onun ərazisi bir 
neçə yerə bölündü. O sıradan, Girman, Konya, Suriya, İraq 
səlcuq sultanlığı  və kiçik Asiyada bir sıra  əmirliklər yarandı. 
Azərbaycan İraq sultanlığına daxil idi (12, s. 292). 1141-ci ildə  
karluklar və qara xətaylar (qara-kıtaylar) birləşərək Səmərqənd 


 
185
yaxınlığındakı Katvan çölündə Sultan Səncərə hücum etdilər. 
Sultan Səncər ağır məğlubiyyətə  uğradı. Bunun nəticəsində 
Mavəraünnəhrdəki Qaraxani dövləti qara xətayların hakimiy-
yəti altına keçdi. Karluklar isə qara xətayların köməyi ilə 
buradakı  oğuzları  sıxışdırmağa başladılar. Oğuzlar səlcuq 
sultanı Səncərin xidmətinə qəbul olunmaq istədilər, Səncər bu  
təklifi rədd etdi və hətta oğuzların Bəlx yaxınlığında məskun-
laşmasına da icazə vermədi. Bəlxin valisi Kımac Sultan  
Səncərdən izn alaraq 10 min süvari ilə  oğuzlara hücum etdi.  
Bu barədə “Oğuzlar” kitabında yazılır: “Oğuzların bu yaşayış   
bölgəsindən köçüb getməyi rədd etdikləri üçün Kımac hər  
halda Səncərdən icazə alaraq 10 min atlı ilə onların üzərinə  
yürüdü. Bunu eşidən oğuz bəyləri onun yanına gedərək burada 
qalmalarına icazə versə, ev başına 200 dirhəm ödəyəcəklərini  
söylədilərsə  də, Kımac razı olmadı, üstəlik bəylərlə pis rəftar  
elədi. Hirslə geri qayıdan bəylər atlandılar və  Kımacın  
qabağına çıxdılar. Baş verən döyüşdə oğuzlar parlaq qələbə qa-
zandılar. Kımac və oğlu əsir alınaraq öldürüldülər” (29, s. 128). 
Kımacın məğlubiyyət xəbəri Sultan Səncərə çatdıqda 100 min-
lik böyük bir ordu toplayaraq oğuzların üstünə getdi. Oğuzlar  
yenə də elçilər göndərdilər, xərac verməklə sülh istədilər, lakin 
sultan bütün təklifləri rədd  etdi. Sultan Səncərin öz qövmünə 
qarşı bu qəddarlığı, onları qırıb məhv etmək məqsədi çox təəc-
cüblüdür. Sultan Səncərin fikrindən dönməyəcəyini görən 
oğuzlar özlərindən bir neçə  dəfə böyük ordu ilə döyüşməyə 
qərar verdilər. Dar bir keçiddə mövqe tutaraq yollarda ağac 
kötüklərindən, daşlardan maneələr-tarqan düzəltdilər. Bu say 
baxımından qeyri-bərabər döyüş haqqında Faruq Sümər yazır: 
“Oğuzlar burada Səncərin ordusunu bir həmlədə dağıtdılar 
(məhərrəm, 548-mart-aprel, 1153). Səncər bir dəstə  əsgəri ilə 
pərişan halda Bəlxə tərəf qaçdı. Oğuzlar arxadan gəlib çatdılar, 
bir də vuruşma oldu. Səncər yenə  məğlub olaraq səfər ayında 
(aprel-may) Mərvə getdi. Oğuzlar Mərvə hücum elədilər. 
Onların yaxınlaşdığını  eşidən Səncər və  əsgərləri döyüşməyə 


 
186
cəsarət etmədən oradan uzaqlaşdılar. Oğuzlar Mərvə girib  
şəhəri görünməmiş  şəkildə yağmaladılar (cəmadül-əvvəl). Bir 
müddət sonra Sultan Səncəri  ələ keçirən oğuzlar hökmdarı 
taxta oturdaraq ona təzim etdilər və itaət edəcəklərini  
söylədilər. Əslində isə, Səncər dustaqdan başqa bir şey deyildi.  
Oğuzlar mövcud vəziyyəti qorumaq və xarici müdaxilələrin 
qabağını almaq üçün Səncəri qorumağı  və onu hökmdar kimi  
göstərməyi öz siyasətlərinə uyğun hesab edirdilər. Oğuzlar 
Səncəri də yanlarına alıb rəcəb ayında Mərvə qayıtdılar və 
şəhəri  əvvəlkindən də daha qorxunc şəkildə yağmaladılar. Bu  
yağmaya xalqın onları  təhrik etmiş olması mümkündür.  
Deyildiyinə görə, birinci və ya ikinci dəfə  şəhər üst-üstə üç  
gün yağmalanmışdı. Oğuzlar bu yağma zamanı bi-rinci gün  
qızıl, gümüş  və ipək  əşyaları, ikinci gün düyü, mis, tunc və 
dəmir əşyaları, üçüncü gün isə yataq-yastıq içini, küp, çömçə, 
qapı  və  çərçivələri alıb aparmışdılar. Bu, əslində yağmalı toy  
adətinin geniş miqyasda tətbiqindən başqa bir şey deyildi. 
Oğuzlar bozqırlarda həmişə mövcud olan bu adətin oturaq əhali 
yaşayan yerdə də həyata keçirilməsini təbii sayırdılar. Bu əsna-
da Nişapura qaçmış Sultan Səncərin əyan-əşrəf və əmirləri ora-
da Səncərin qardaşı  oğlu Sultan Məhəmməd Tapar oğlu Sü-
leyman şahı hökmdar elan etdilər. Süleyman şah Mərv üzərinə 
yürüş elədisə  də, onun əsgərləri oğuzlardan o qədər qorxmuş-
dular ki, onları görər-görməz arxalarına baxmadan qaçdılar. 
Onları  təqib edən oğuzlar yolları üstündəki Tusu yağmaladıq-
dan sonra Nişapura gəldilər. Bütün bu yürüşlər zamanı Səncər 
də yanlarında idi. Qaçmaması üçün onu dəmir bir qəfəsin 
içində saxlayırdılar” (29, s. 129-130). 
1165-ci ildən sonra bu oğuzların yavaş-yavaş öz siyasi əhə-
miyyətlərini itirdikləri müşahidə olunur. Oğuzların  əsas qismi 
Xorasana getsə də bir qismi İran ərazisinin müxtəlif yerlərində 
məskunlaşmışdır. 
“1166-cı ildə  səlcuq taxtına Arslan şah çıxdı. Ancaq bütün 
iqtidar onu taxta çıxaran Eldənizin  əlində idi. Əvvəlcə Rey 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə