Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   59   60   61   62   63   64   65   66   ...   86

 
191
cəhətdən dəstəkləyən bu hədsiz dərəcədə cəsur oğuz bəylərinə  
aid elatların müəyyən qisminin XII əsrin sonlarında, Xızıda və 
Siyəzəndə  məskunlaşmasına heç bir şübhə yoxdur. Bunu  
Göyxan, Beşbarmaq və Quşçu mahallarındakı toponimlər  
Göyxan mahalında Məlik Məhəmməd oğlunun adı ilə bağlı 
Məlik Məhəmməd kəndi, Beşbarmaq mahalında  Şənka bəyin  
və  Şənkaoğlunun adı ilə bağlı  Şəngəeli, Zəngi bəyin adını  
yaşadan Zəglan kəndi, Qılınc bəyin adı ilə  əlaqəli Qılızı  
(Giləzi) kəndi, Şumla Küş-Doğdu bəyin adı ilə bağlı Ərzi-Küş  
kəndi), məlikməhəmmədli, xasməhəmmədli, məlikli, atabəyli  
kimi tayfa və nəsil adları da təsdiq edir. Bu siyahıya Göyxanın 
cənub-şərqində olan Cəngi kəndinin də adını əlavə etmək olar.  
Qılınc bəyin adını yaşadan Qılıncı (Qılızı) kəndinin də adı Çar 
Rusiyası dövründə  tərtib olunan xəritələrdə, təhrif edilərək  
“Giləzi” kimi qeyd edilmişdir. Bu təhrifə Qubadakı Giləzi və  
Xızıdakı  Qılızı  kəndlərinin adlarındakı oxşarlıq da səbəb ola 
bilərdi. 
Qədim adı Şəngə-eli olmuş Şıx-Xızı barəsində Çar Rusiyası 
dövrünə aid arxiv materiallarında qarışıq məlumat verilmişdir. 
Hətta bir sənəddə  əhalinin tatmənşəli olduğu qeyd edilmişdir. 
Halbuki,  Şıx-Xızı  əhalisinin böyük əksəriyyətinin elə  həmin 
dövrdə  (1874-cü    ildə) milliyyəti “türk” yazılmış Sayad-Xızı, 
Sayadlar və Baxşılı  kəndlərindən gəldiyi hər bir dağlıya 
məlumdur. Bu məsələni XII əsrin sonlarında  Şənka bəyin və 
Şənkaoğlunun adı ilə bağlı, fars dilini bilən oğuz (əfşar) qismi-
nin Şıx-Xızı ərazisində məskunlaşması ilə əlaqələndirmək olar. 
Lakin bu kənddə fars dilini bilməyən, qonşu kəndlərdən gəlib 
bu  ərazidə  məskunlaşmış camaat üstünlük təşkil etdiyi halda 
qeydiyyata alınmamışlar. Necə ola bilər ki, mülliyyəti türk olan 
əhalinin bir qismi 5-6 km yerini dəyişdikdən sonra tata  
çevrilsin? Bu da “parçala və hökm sür” deyən imperiyaçıların 
növbəti saxtakarlıqlarından biridir. 1874-cü ildə Şıx-Xızıda 91 
ev, əhalisinin sayı 788 nəfər (141, s. 1141-1186) olmuşdur ki, 
bu  əhalinin böyük qismi Sayad-Xızı, Sayadlar kəndlərindən  


 
192
gəlmiş quz (xız) və Baxşılı kəndindən gəlmiş qədirli tayfasına, 
kiçik bir qismi isə XII əsrin sonlarında bu kənddə  məskun-
laşmış əfşar tayfasına mənsub olmuşlar. 
Atabəy Müzəffərəddin Gökbörü (Bozqurd) kimi məşhur bir 
igid yetişdirmiş saruların da Beşbarmaq və Quşçu mahallarında  
məskunlaşdığını qeyd etdik. XVII əsrdə yaşamış  Əbülqazinin 
verdiyi məlumata görə sarı, sarıqlı, içgi-salur, taşqı-salur, 
yomut və təkə adlı oğuzlar salur boyuna aiddirlər (29, s. 324). 
Xızının Beşbarmaq mahalında yerləşən və altı min il tarixi olan 
qədim oğuz yurdu Fındığan (Findağan) kəndi “Sultan səncəri 
əsir etmiş” məşhur oğuzların bir qismi olan Nişapur 
oğuzlarının (şapurluların) və saruqlu nəslinin də yurdudur. 
Saruqlu (saru, saruqlu) etnonimi Saraku, Qalatəpə, Qaratanku, 
Təkəli toponimləri ilə birlikdə  Xızının  şimal-şərqində salur  
boyuna aid oğuzların kütləvi məskunlaşmasını göstərir. 
Professor Faruq Sümər oğuz türklərinin tarixinə yön vermiş, 
qüdrətli Səlcuqilər dövlətini qurmuş böyük şəxsiyyətlər olan   
Toğrul bəy və onun qardaşı Çağrı  bəy haqqında belə yazır: 
“Onlar olmasaydı, idarə etdikləri oğuz kütləsi uzlar, İraq oğuz-
ları və Sultan Səncəri məğlub edən oğuzlar kimi dağılıb gedə-
cəkdi” (29, s.114). 
Göründüyü kimi, İraq oğuzları (Arslan Yabqunun elatı) Sul-
tan Səncəri məğlub edən oğuzlardan və  Şəngə  bəyin elindən 
fərqli olaraq heç də dağılıb getməmişlər. Səncəri məğlub edən  
oğuzların (nişapurlu və ya şapurlu) və  Şəngə  bəyin elinin bir 
qismi də indiki Xızı  və Siyəzən rayonları  ərazisində  məskun-
laşmışlar. 
Siyəzən yaxınlığındakı Çıraqqala qədim Şirvan şəhərinin is-
tehkam sisteminin şimal-qərb tərəfdən sonuncu qülləsi olmuş-
dur. Görkəmli alim Mirəli Seyidovun bu qalanın adı ilə əlaqəli 
verdiyi bir sıra açıqlamalar, tariximizin öyrənilməsi baxımın-
dan böyük əhəmiyyət kəsb edir: “Azərbaycanın indiki Dəvəçi 
rayonundakı  Çıraq qalasının belə adlanması onun bir tərəfdən 
işıq buraxması ilə ilgilidirsə, digər tərəfdən Siraq//Şiraq qəbilə-


 
193
si ilə bağlılığını göstərir. Deməli, qalanın adı Siraq//Şiraq qəbi-
ləbirləşməsinin adı ilə bağlıdır. Türkoloqların gözündən yayın-
mış Toyuququn şərəfinə yazılmış abidənin 3-4-cü sətirlərinə 
diqqət yetirək:  İltaris qayan bilga Tonuquq qazyantuq üçün 
Qapayan Türk Sir budun jorydugy (müasir azərbaycancası: 
İlteriş qağan və müdrik (bilgin) Tonyuququn zəhməti hesabına  
Qapağan xaqan və türk Sir xalqı mövcuddur). Abidədə açıqca 
yazılmışdır ki, Sir türkdilli qəbiləbirləşməsini məhv etmək  
üçün ona öz qohum qəbiləbirləşmələri basqın etmişlər: Türk   
Sir budun jarinta idi jorumazun! Usar idi yogysabum! – tirman  
(müasir azərbaycancası: Türk-Sir xalqının ölkəsində (dövlət) 
quruluşu qalmadı, mümkün qədər bu hökmdarı məhv edək-mən 
deyirəm). Bu tarixi duruma bir də qayıdılıb belə bir bilgi 
verilir: Qapayan qayan Türk Sir budun jisinta bod jama, budun  
jama kisi jama idi joq aritaci arti (müasir azərbaycancası: 
Qapağan qağan və türklər – Sirlər ölkəsində heç bir dövlət  
quruluşu, heç bir xalq, insanlar, hakim qalmadı). Abidədən  
məlum olur ki, Türk-Sirlər darmadağın edilirlər. Ancaq elə 
“Tonyuquq” abidəsindən anlaşılır ki, Türk-Sirlər başqa bir 
qüvvətli qəbiləbirləşməsinin tərki-bində yaşamış  və deyəsən  
çağlar keçdikcə onlarla qaynayıb-qarışmışlar. “Şirvan”ın 
Sirvan/Şir//Sir fonetik variantı da olmuşdur. Azərbaycanın  
Sabirabad, Ağdam, Bərdə, Qəbələ,  İsmayıllı  (Şirvanmeşə)  
rayonlarında, Türkmənistanda (Şirvan,  Şirvanqala), Türkiyədə 
(Şirvan, Şirvan-Mazin) və başqa yerlərdə Şirvan adlı toponim-
lər vardır. Sir//Şir//Siraq//Şiraq qəbiləsi yerləşdiyi bir çox 
yerlərə öz adını vermişdir. Bu deyilənlərdən aydınlaşır ki, 
Siraq//Şiraq/ hələ eradan qabaq V – IV yüzilliklərdə adam adı  
kimi yunan qaynaqlarında yad edilmiş, IV – III yüzillikdən, ola  
bilsin ki, ondan da qabaq, həmin adlı  qəbiləbirləşməsi ta yeni 
eranın VII-VIII (“Tonyuquq” abidəsində) yüzilliyinə kimi 
güclü qəbiləbirləşməsi olmuşdur. Aparılan araşdırma belə dü-
şünməyə imkan verir ki, Siraqların//Şiraqların//Sirlərin soy-et-
nik kökləri, genləri türkdilli Saqlar olmuş, onlar sonradan Oğuz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə