Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   56   57   58   59   60   61   62   63   ...   86

 
181
Mikayıl Müşfiqin baba yurdudur. Heç nədən çəkinmədən
qorxmadan həqiqəti sovet cəlladlarının üzünə deyən  şair 
həbsxanada yeddi ay olmazın işgəncələrə  məruz qalmış,  
“pantürkizm carçısı” adı altında 1938-ci ildə, yanvarın 6-da 
sovet cəlladlarının qurduğu məhkəmənin qərarı ilə ölümə məh-
kum edilmiş, Nargin adasında güllələnmişdir. 
Sayadlar (və ya Sayad) kəndinin əhalisinin də “tatar” (türk) 
olduğu Çar Rusiyası dövrünə aid (1874-cü il) arxiv sənəd-
lərində qeyd edilmişdir (140, səh. 902-926). 
Siyəzən rayonunun adını sovet dövründə, zərrəcə düşünmə-
dən, fars dilində “siyə” (siyah) sözü ilə  əlaqələndirirdilər. Bu 
da  ən azı o ərazilərə yaxşı  bələd olmamaqdan irəli gəlir. 
Halbuki Siyəzənin özünə dağlılar “Qara Siyəzən” demişlər və 
Gücövrü kəndinin yaxınlığında Ağ Siyəzən kəndi vardır. Əgər 
rayonun adı “siyah” sözü ilə  əlaqələndirilərsə bir türk dilində 
“qara” bir də fars dilində “siyah” (qara) yanaşı durmaqla  
məntiqsiz bir ifadə yaranar. Qonşu Xızı rayonunun Sayad-Xızı, 
Sayadlar, Sayadan, Dovşansayakeş toponimlərindəki “saya” 
sözü “Siyəzən” sözünün birinci hissəsini təşkil edir. Siyəzən – 
saya (müqəddəs) + az  (azər) + an (yurd) – müqəddəs azər  
yurdu deməkdir. Ağ Siyəzən isə II əsrdə Azərbaycana gəlmiş  
hunların yurdudur. Qədim yerli türkdillilər ümumilikdə bu  
əraziyə Qara (böyük) Saya-az-an demişlər. XI əsrdə kütləvi  
şəkildə Azərbaycana (Şirvan ərazisinə) gəlmiş və Xızı, Siyəzən 
ərazilərində  məskunlaşmış  oğuzlar Sayaazana Qızılburun adı  
vermişlər. Sovetlər dövründə isə  Qızılburunun adı  dəyişdirilib 
guya qədim adı ilə “Siyəzən” adlandırıldı. Bu yurdun adı 
Azərbaycanın qədim sakinləri olmuş  zəngi oğuzlarının adı ilə  
də əlaqəli olub Saya-zəngi kimi açıqlana bilər və bu barədə bir 
qədər sonra söhbət edəcəyik. 
Ağ Siyəzəninin yanındakı Gücövrü (Gücəri) kəndinin adı, 
bir qədər əvvəl qeyd etdiyimiz kimi, qədim oğuzların həyat tər-
zindən doğan “köçəri” sözünün “küçəri”, sonra isə “gücəri” 
formasıdır. Türkdilli xalqlarda “Köçəri” şəxs adının olması da 


 
182
bizə  məlumdur. Müasir dövrdə “köçəri” ifadəsi bəzən yanlış 
şəkildə, yurdsuz-yuvasız, mütləq haradansa gəlmə insan kimi 
başa düşülür. Halbuki minillərcə bir məkanda yaşamış  qədim 
türklər vardır ki, onlar da köçəri həyat sürmüşlər, ən çoxu cəmi 
otuz-qırx kilometr məsafədə yerləşən qışlaq-yaylaq arasında 
heyvandarlıqla məşğul olmuşlar. 
“Xız” toponimi ilə yanaşı, Beşbarmaq mahalında, çox qədim 
tarixi olan Fındığan kəndinin də adı Azərbaycanın dünya yara-
nandan bəri türkdilli tayfaların baba məskəni olmasına daha bir 
sübutdur. Fındığan kəndinin adını müxtəlif  şəkillərdə açmağa 
cəhd ediblər, lakin bu açıqlamaların hamısı elmi əsası olmayan 
mülahizələrdir. Fındığan kəndinin adını  qədim Asər-türklərin 
tarixini bilmədən açıqlamaq mümkün deyildir. Bu tədqiqat işi 
isə altı minillik tarixi olan qədim Asər-türklərin tarixini açıqla-
yan ilk elmi əsərdir. Əslən bu kənddən olan, xalqımızın gözəl 
ziyalısı,  şairə, Respublikanın  əməkdar müəllimi Ofelya 
Babayevanın yüz ildən artıq yaşamış babası  Kərbalayi  İsrafil 
və yaşlı  nəslin digər nümayəndələri bu sözün “Findağan”  
olduğunu söyləmişlər. I şah Abbasın farslaşdırma siyasətini 
dəstəkləyən  şahsevənlərin Xızıya gəlişindən sonra bu kəndin 
adı “Fındığan”, “Fünduğun” və s. kimi tələffüz edilmişdir. 
1903-cü ildə, Tiflis şəhərində, Qafqaz Hərbi Dairəsinin topoq-
rafiya  şöbəsində  tərtib edilmiş  xəritədə  kəndin adı  məhz  
“Findaqan” kimi qeyd edilmişdir.  Əlbətdə ki, o dövrdə bu 
toponimin açıb “deyə” biləcəyi həqiqətin kiçicik bir qismi Çar  
Rusiyası  məmurlarına məlum olsaydı mütləq düşünüb bir şey 
“tapardılar” və bizə məlum olan faktlar kimi, bu kəndin adı da 
dəyişdirilərdi yaxud heç xəritəyə salınmazdı. “Findağan” sözü  
fin + dağ  +  an  kimi  üç  hissədən ibarətdir.  İkinci və üçüncü 
hissələr birlikdə “dağan”dır, yəni dağ yeri, dağ yurdu demək-
dir. “Fin” isə e.ə IV minilliyə aid, asər-türklərə  məxsus  
ifadədir.  “Dar” (dar keçid, dar yer) anlamında olan “fin” sözü  
bu gün də dilimizdə  işlənən fincan, fındıq, qıf, qıfıl və s.  
sözlərin yaranmasında kök rolunu oynamışdır. Fındıq sözündən  


 
183
başqa göstərilən üç söz (fincan, qıf, qıfıl) hidronimlərdir.  
Fındıq – fin (dar yer) + tığ (çoxlu) – “dar yerdə çoxlu” demək-
dir və həqiqətən də yığcam bir dəstəsində çoxlu meyvəsi olan  
bitkidir. Fincan sözü isə – fin + cu  (su) + an – “dar yerdə 
yığılmış su”, “dar çalada yığılmış su” deməkdir. Qıf – qu (ku, 
su, su axını) + fi (fin, dar keçid) –  “dar keçiddən axan su” an-
lamındadır. Qıfıl sözü – qu + fi + il –  “suyun (açılıb-bağlanan) 
dar keçiddən buraxılması”, yəni insanlar istədikləri vaxt qıfıl 
bəndi bağlaya və aça bilərdilər. Britaniya adasından qalay gəti-
rən qədim As-ər tayfalarına məxsus “fin” sözü e.ə IV minilliyə 
aiddirsə, fincan, qıf, qıfıl ifadələri “suyun sirrini bilən Xızır” 
dövrünə, yəni e.ə. II minilliyə aid hidronimlərdir. “Findağan” – 
“dar keçidli dağ yurdu” deməkdir və bu da tarixi faktlarla təs-
diqlənən həqiqətdir. Belə ki, “Findağan” Beşbarmaq səddinin  
qərbində, dağlardadır, skandinav əfsanələrində “As istehkamı”, 
“Nart” eposunda “Xız qalası” adlandırılmış Beşbarmaq isteh-
kamının və yaxud Bacərvan  şəhər-istehkamının daxilində 
olmuşdur.  Şamaxı-Xızı-Şirvan-Şabran-Dərbənd yolu məhz  
indiki  Fındığan kəndindən, Beşbarmaq səddi (istehkamı) ilə 
dağların arasında olan “dar dağ keçidindən” keçmişdir. Məhz 
bu səbəbdən də aşağı Fındığan “Arkara”-yəni “ara çay”, yuxarı 
Fındığan isə Qala (Qələ) Fındığan, kəndin yaxınlığındakı 
Saraku dağı ilə yanaşı olan dağ Qalatəpə adlandırılmışdır. 
Göründüyü kimi, bu kəndin altı min illik tarixi vardır və 
“Findağan” toponimi zərrə qədər şübhə edilməyəcək dərəcədə 
qədim türk dillərinə aid gözəl, dəqiq ifadədir. E.ə. IV minilliyə 
aid olan bu toponim Azərbaycanın  ən qədim zamanlardan  
türkdilli tayfaların məskəni olduğunu təsdiqləyən saysız-
hesabsız sübutlardan biridir. 
Çar Rusiyası dövründə (1874-cü il) tərtib edilmiş arxiv sə-
nədlərində Fındığan kəndinin əhalisinin türk olduğu qeyd edil-
mişdir (141, s. 403-429). 1874-cü ildə bu kənddə 75 ev olub. 
Təkəli və  Təkə-Şıxı  kəndlərinin  əhalisinin də türk olduğu 
Çar Rusiyası dövrünə aid (1874-cü il) arxiv sənədlərində qeyd 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə