187
hakimi olan əmir İnanc bu işə narazılığını bildirdi və çox
keçmədən bir sui-qəsd nəticəsində ortadan götürüldü. Şumla
Fars hakimi Zəngi kimi Arslan şaha tabe oldu. 561-ci ildə
(1166) Şumlanın qardaşı oğlu Şənka oğlu qudası – Bəsrə valisi
Məngü Barsın xəlifə tərəfindən öldürüldüyünə hirslənərək həm
Bəsrəni, həm də Vasit tərəfləri yağmaladı. Buna cavab olaraq
xəlifənin Vasit valisi, Hutlu-bars qoşun toplayaraq, Şənka
oğluna qarşı çıxsa da vuruşmada məğlubiyyətə uğrayıb
öldürüldü. Həmin il Şumla da hərəkətə keçərək Bağdadın
ətrafındakı əl-Mahkiyə gəldi və xəlifədən xeyli torpaq tələbin-
də bulundu. Şumla xəlifəyə Vasit və Bəsrənin Sultan Arslan
şah tərəfindən Məlik şahın oğluna iqta olaraq verildiyini və
özünün həmin şahzadənin atabəyi sifətilə hərəkətə keçdiyini
bildirdi. Ancaq qardaşı oğlu Qılıncın xəlifə ordusu ilə vuruş-
mada məğlub olduğunu və əsir düşdüyünü öyrənən Şumla
Xuzistana qayıtdı (29, s. 259).
Küş-Doğdu Şumla bəyin Xas bəy və Zəngi Candar bəy adlı
tərəfdarları vardı. 1152-ci ildə Xas bəy Sultan Məhəmməd tərə-
findən hiylə ilə öldürülmüşdür (29, s. 257-258). Küş-Doğdu
Şumla bəy 1166-cı ildə şah Məlik Məhəmməd oğlunun atabəyi
olmuşdur.
Xızı rayonunun Beşbarmaq mahalındakı Tuğ çayının şərqi
Zəngi (Dəngi, Tanku), qərbi Şəngi (Şanku) adlandırılmışdır.
Mikayıl Müşfiqin baba yurdu Sayadlar kəndinin yaxınlığında
Şəngi adlı yer olmuşdur. Mikayıl Müşfiqin qohumu Əlihüseyn
Dağlı sovetlər dövrünün ilk illərində məsul vəzifələrdə çalış-
mış, general-leytenant rütbəsinə qədər yüksəlmişdir və 1937-ci
ildə rütbəsi alınaraq Sibirə sürgün edilmişdir. Əlhüseyn Dağlı
da Dəngi və Şənginin Xızıda, Tuğ çayı ətrafında yer adları
olduğunu yazmışdır. O, Dəngi və Şəngi haqqında, qəhrəmanlıq
mövzusunda, fars dilində şeirin də olmasını yazmışdır (20).
Mikayıl Müşfiq də “Şəngül, Şüngül, Məngül” haqqında,
uşaqlar üçün mənzum nağıl yazmışdır. Bundan başqa, əslən
Xızıdan olan yaşlılar bu gün də nəvə-nəticələrinə “Had quda”
188
şerini öyrədirlər. “Had quda” adlanan şeirin isə təxminən 900 il
yaşı var. Şeirdən bir parça belədir:
A had quda, had quda...
O kişi mənim dostum idi,
Getdi İraqa gəlmədi,
Yaylığmı aldı, vermədi.
Yaylığmın ucu qarə,
Verdilər peyğəmbərə.
Peyğəmbəri öldürdülər,
Alvara geydirdilər.
Alvaranın saçağı,
Gümüşdəndi bıçağı.
Yeri-yeri yetim oğlan,
Əlindən tutum oğlan.
Öylə vurum sandığa,
Sandıq ağzı açılsın.
İncil-mincil filfilə,
Keyfi xub bu Cin-cıla.
Quşunum yalə, təxtə,
Quşunum qalə bəxtə.
Dəngi-tuz, dəngi-tuz,
Biri kəhər, biri buz.
Mindim buzun belinə,
Çıxdım Xəl-xəl yoluna.
Xəl-xəl yolu dərbədər,
İçində meymun gəzər...
Cin-cıla ləqəbli döyüşçünün, bəlkə də sərkərdənin dilindən
deyilən bu şeirdə hərbi yürüşdən söhbət açılır. “Cıla” qığılcım
deməkdir, adətən bir yerdə rahat oturmayan, davakar adamlara
cin-cıla, cılasun və ya cincilə deyilirdi. Had (hadər, hədər) quda
– şəhid olmuş qudadır. “Yaylığmı aldı, vermədi” ifadəsi xalq
inancı ilə əlaqəlidir, belə ki, yuxuda “yaylıq almaq” ayrılıq əla-
189
mətidir, alıb qaytarmaq-müəyyən müddət ərzində ayrılmaq,
alıb qaytarmamaq-əbədi ayrılıq deməkdir. Şeirdəki peyğəmbər
İsa peyğəmbərdir, çünki İncilin adı çəkilməklə yanaşı “pey-
ğəmbəri öldürdülər, alvara geydirdilər” ifadəsi məsələyə tam
aydınlıq gətirir. Belə ki, xaçpərəstlərin rəvayətinə görə İsa
peyğəmbəri çarmıxa çəkdikdən sonra uzun müddət əzab
çəkməsini görən bir romalı əsgər ucu gümüş bıçaqlı nizəsi ilə
peyğəmbərin böyrünə zərbə vurur. Şeirdəki uzun dəstəyi
“saçaqlı”, ucu “gümüş bıçaqlı” alvara –bizanslıların alebarda
adlandırdıqları nizəli, baltalı silahdır. Avropalılar uzun müddət
bu nizə ilə yanaşı İsanın müqəddəs piyaləsini, Musa peyğəmbə-
rin sandığını (təknəsini) və digər qiymətli əşyaları axtarıblar.
Şeirdə – “İncil-mincil filfilə”, yəni İncil, din boş bir bəhanədir,
avropalıların Xaç yürüşü adlandırdıqları müharibə torpaqlar
zəbt etməkdən, qarətçilikdən və yuxarıda adları çəkilən
qiymətli əşyaları ələ keçirməkdən başqa bir şey deyildi.
Cılasunın keyfi xubdur,ona görə ki, qoşunu “yalə, təxtə”, yəni
dağlara, düzənlərə yayılıb. “Yal” yoxuş deməkdir (məsələn,
atın yalı), şeirdə dağ kimi başa düşülür. Təxtə isə “tağta”
(tağtar) sözünün oğuz ləhcəsində deyiliş formasıdır. Bu söz –
tağ (dağ) + tar (tarım, düzən, əkin yeri) – dağ düzü deməkdir.
“Quşunum qalə bəxtə” yəni “qoşunum bəxtsiz olmasın”
anlamındadır. “Dəngi-tuz” ifadəsi isə dəstə ilə yürüş zamanı
yaranan tozdan (tuz, duz, toz) şikayətdir. “Biri kəhər, biri buz”
sözləri isə səfərin uzaq olduğunu göstərir, çünki müəllif iki atla
səfərə çıxıb, növbə ilə bir atı minir, digərini (yorulmuş atı)
yedəyə alır. Atların biri kəhər, digəri “buz”-yəni boz rənglidir.
Bu gün türk dillərində işlənən boz (rəng) və bozkır sözləri
qədimdə “buz” və “buzkır” kimi ifadə edilmişlər. Buz rənginə
sonradan “boz” deyilmiş, “bu uz kır” (bu uzun düzənlik) isə
“bozkır” olmuşdur. Şübhə yoxdur ki, “Had quda” şeiri
Əlihüseyn Dağlının dediyi “qəhrəmanlıq mövzusunda, fars
dilində deyilən şeirin” özüdür, şeirin türk dilində olan ilkin
variantıdır və şahsevənlərin Xızı, Siyəzən, Apşeron ərazilərinə
190
gəlişindən sonra fars dilinə kələ-kötür tərcümə edilmişdir.
Lakin çox önəmli faktdır ki, şeirin fars dilinə tərcüməsi tamam
unudulmuş və xalqın yaddaşında şeirin doğma türk dilində olan
ilkin variantı qalmışdır. Bəs şeirdə adları çəkilən qudalar kim-
dir? XII əsrdə İran və İraq ərazilərində məşhur oğuz bəyləri
Şənkaoğlu və Məngü Bars! Had quda-Məngü Bars bəydir, bir
az əvvəl qeyd etdik ki, bu bəy sui-qəsd nəticəsində öldürülmüş-
dür. Bu qudalarla həm eyni oğuz (əfşar) boyundan, həm də
müttəfiq olan Zəngi bəy isə Farsın hakimi idi. Zəngilərin də
səlib müharibələrində xaçpərəstlərə necə ağır zərbələr vuraraq
şanlı qələbələr qazanması bütün dünyaya məlumdur. Səlcuq-
ların Hələb Atabəyi dövlətinin ən qüdrətli sultanı, əfşar Zəngi
Nurəddin Mahmudun (1146-1174) parlaq qələbələri nəticəsin-
də on minlərlə itki verən səlibçilər demək olar ki, tamamən
Anadolu ərazilərindən qaçıb getdilər. Nurəddin Zənginin
sarayında böyümüş və sonradan sultan olmuş Səlahəddin
Əyyubi xaçpərəstləri Qüdsdən (Yerusəlim) də qovmuşdur. Hər-
bi yürüşdən, qudalardan danışan, İncildən, İsa peyğəmbərdən,
“gümüş bıçaqlı alvara”dan söhbət açan “Had quda” şeiri məhz
XII əsrdə baş vermiş bu hadisələri tərənnüm edir.
Sayadlar kəndinin yaxınlığındakı Şəngi (Şəngieli), Tuğ çayı-
nın qərbindəki Dəngi (Zəngi), Qılızı (Giləzi), Zəglan toponim-
lərini, Siyəzəndəki Ərzi-Küş kəndinin adını, “Had quda”
şerində tərənnüm edilən hadisələri, qudaları, baba yurdu Sayad-
lar kəndi olmuş M.Müşfiqin uşaqlar üçün yazdığı mənzum
nağılındakı Şəngül, Şüngül, Məngül adlarını, tarixi şəxsiyyət-
lər olmuş Şənkaoğlunun, Məngü Barsın, Qılıncın, Zənginin,
Şumla Küş-Doğdu bəyin, şah Məlik Məhəmməd oğlunun, Xas
bəyin adlarını bir araya gətirdikdə bir çox suallara cavab
tapılır. Adları çəkilən bəylər oğuzun əfşar boyuna aiddirlər.
Deməli, tarixi şəxsiyyətlərin, oğuzun əfşar boyuna aid olan
bəylərin adlarını sadə xalq, uzun sürən əsarət dövründə
nağıllarında, şeirlərində, yurd yerlərinin adlarında yaşadıb.
Azərbaycan Atabəylər dövlətini həm siyasi, həm də hərbi
Dostları ilə paylaş: |