Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   60   61   62   63   64   65   66   67   ...   86

 
194
qəbiləbirləşməsinin içərisində yaşamışlar. Elə buna görə  də 
tarixdə onlar Türk-Sirlər adlanmışlar. Qafqazda, o sıradan 
Azərbaycanda, Gürcüstanda, Ermənistanda Çıraq//Şiraq//Siraq 
adı ilə adlanmış yerlərdə, qalalarda (Çıraqqala) onlar yaşamış-
lar. Çıraq//Siraq//Şiraq//Sirlə bağlı Azərbaycanın Dəvəçi rayo-
nundakı qalanın böyüklüyü, əzəməti bir daha göstərir ki, bu 
qəbiləbirləşməsi hərbi, mədəni baxımdan güclü, zəngin olmuş  
və Qafqazdakı tarixi-ictimai hadisələrə yön vermişdir” (79, s. 
57-59). 
Rim legionları ilə, aorslarla, Dara ilə uzun-uzadı müharibə-
lər aparmış şir-türk (şiroğuz) tayfalarının paytaxtı Uspa şəhəri 
olmuşdur (79, s. 52). Beşbarmaq qayanın adlarından birinin 
Şiroğuz qayası olduğu məlumdur və Beşbarmaq mahalında, 
Xızının Sayadlar və Gərmiyan obaları arasında Upa adlı qədim 
yaşayış  məskəninin xarabalıqları bu gün də mövcuddur. Upa 
xarabalıqlarının qədim  şiroğuz məskəni olduğuna heç bir  
şübhə yoxdur, belə ki, Xızı dağlılarının digər kəndlərinin əhali-
si kimi, upalılar da “oğuz” ifadəsini günümüzə  qədər ünvan
tərif,  şərəfləndirmə  mənasında istifadə etmişlər. Xalqımızın  
gözəl şairi, əslən Upa kəndindən olan Cabir Novruzun “Oğuz” 
təxəllüsü ilə  çıxış etmək istəyi hamıya məlumdur. Lakin 
sovetlər dövründə buna icazə verilmədiyindən Cabir “Oğuz”  
əvəzinə “Novruz” təxəllüsü götürmək məcburiyyətində qal-
mışdır. 
Mahmud  İsmayıl qədimdən Azərbaycanda məskunlaşmış 
bulqar, qarxun türk tayfaları ilə yanaşı şiraqların da adını qeyd 
edir və şiraqların bir qisminin indiki Ermənistan ərazisində və 
Türkiyənin Qars vilayətində məskunlaşdığını yazır (48, s. 92). 
Xızıda, Upa yaşayış  məntəqəsi və  Şiroğuz qayası ilə yaxın 
ərazidə, hətta eyni  mahalda Qars kəndi vardır. Türkiyədəki və 
Azərbaycanın Xızı rayonundakı “Qars” toponiminin də  şiroğ-
uzlara aidiyyətinə heç bir şübhə qalmır. Deməli, Xızı  və 
Siyəzən  əraziləri digər türkdilli tayfalarla yanaşı, həm də e.ə. 
VII  əsrdə Azərbaycanda məskunlaşmış  şiroğuzların da ulu  


 
195
yurdlarından olmuşlar. XI əsrdə  Xızıda məskunlaşmış  səlcuq-
ların qədirli tayfasının da bir qismi Qars kəndində yerləşmişdir. 
Beşbarmaq mahalında yerləşən Xələnc kəndi XIX əsrin əv-
vəllərində yaranmışdır. Lakin kəndin yaxınlığında  Əhmədoba  
adlı qədim yurd olmuşdur və indiki Xələnc kəndinin ərazisi bu  
yurdu da tərkibinə qatmışdır. 1903-cü ildə, Tiflis şəhərində, 
Qafqaz Hərbi Dairəsinin topoqrafiya şöbəsində  tərtib edilmiş 
xəritədə Xızı yaxınlığındakı Xələnc kəndinin və Salyan yaxın-
lığındakı  Xələc kəndinin adı eyni şəkildə “Xaladj” (azərb. 
Xələc) kimi qeyd edilmişdir. Sayad-Xızıya çox yaxın olan bu  
kənd qədim xız tayfası ilə yanaşı  əhmədli və  xələc oğuz 
tayfalarının yurdudur. 
Beşbarmaq mahalındakı Tuğlu kədinin adı sovetlər dövrün-
də  dəyişdirilərək Tıxlı kimi yazılmışdır. Sayad-Xızı  kəndinin 
cənubundan, Tanqru dağlarından başlayıb Tuğlu və Giləzi 
(Qılızı) kəndlərindən keçərək Damqulu (Damğalu, Tamğalu) 
kəndinin yaxınlığında Xəzərə tökülən çayın adı 1942-ci ilin 
hərbi xəritəsində “Tuqçay” kimi yazılmışdır. “Tuğlu” (bayraq-
lı) və “damğalu” toponimləri ümumiyyətlə  Xızıda və Siyəzən 
ərazisində  məskunlaşmış  oğuz elinin vaxtilə çox qüdrətli 
olduğundan, şanlı tarixindən xəbər verir. 
Altıağac kəndinin adını  qədim uzunluq vahidi olmuş 
“ağac”la  əlaqələndirirlər və bu kəndin  Şamaxıdan altı  ağaclıq 
məsafədə olduğunu söyləyirlər. Tarixi ərzində  Şamaxı  şəhəri-
nin yerini bir neçə  dəfə  dəyişməsi məlumdur. Sual yaranır: 
Altıağac kəndi hansı  Şamaxıdan altı  ağaclıq məsafədə olmuş-
dur? Bilinmir. Bəs bu kəndin Dərbənddən və ya Şabrandan  
uzaqlıq məsafəsi ilə əlaqəli adları varmı? Yoxdur. Digər tərəf-
dən, qədim uzunluq vahidi olmuş “ağac”ın 6-12 kilometr  
hüdudlarında müəyyən edilməsi, daha doğru desək, qeyrimüəy-
yənliyi də bu mülahizənin yanlış olduğunu göstərir. Bundan  
başqa, Altıağac kəndinin XVIII əsrdə Azərbaycana gəlmiş 
ruslar tərəfindən qurulmasını da söyləyənlər vardır. Qəribə bir 
vəziyyət alınır – Azərbaycana gəlmiş rusların bir qismi Xızı  


 
196
ərazisində  kənd qurur və adını türk dilində “Altıağac” qoyur. 
Halbuki, ruslar, məskunlaşdıqları yerlərə yalnız rus dilində 
adlar qoymuşlar (məsələn:  İvanovka, Pokrovka, Slavyanka, 
Astraxanka və s.) və nadir hallarda kəndlərin  əvvəlki adlarını  
saxlamışlar (məsələn: Mərəzə, Altıağac və s.). 
“Altıağac” toponimi səthi baxışla, adi müqayisə yolu ilə 
sirrini asan “verən” toponimlərdən deyil. Bu söz qədim oğuz 
əfsanəsinə  və e.ə. V əsrdən başlayaraq tarixdə  təsbit edilmiş 
faktlara əsaslanaraq açıqlanır. Oğuz xanın altı oğlundan üçü – 
Dağ xan (dağlı), Göy xan (Göyxan mahalı) və  Dəniz xanla 
(Xəzər), ulu peyğəmbərimiz Xızırla (Xızı), qədim oğuzların 
meşə  həyatı ilə  əlaqəli quşçu ilə, sayadla, altı min il tarixə 
malik Findağan ilə “yanaşı” dayanmış Altıağac – Ana ağacdan 
doğulmuş altı  oğulun tərənnümüdür. Ulu Tanrıya inancları ilə 
yanaşı həm də Ana ağacı müqəddəs sayan və ona qurban kəsən  
qədim hunların yurdunda belə bir toponimin olması  təbiidir.   
Bundan başqa, oğuzların yaşadıqları ucsuz-bucaqsız ərazilərdə 
“Üç ağac”, “Altı söyüd” və s. “ağac”la bağlı onlarla yer adını  
misal göstərmək olar ki, bunların da hamısı  oğuzun yaranış  
əfsanəsi ilə, qədim inancları ilə  əlaqəlidir. Altıağac  ən qədim 
oğuz məkanlarındandır. XI əsrin birinci yarısında Xızı ərazisi-
nə  gəlmiş  səlcuq oğuzları Yarımca, Qızılqazma kəndlərində,  
XI  əsrin ikinci yarısında gəlmiş  qədirli oğuzları isə Altıağac,  
Əngilan, Baxşılı  və Qars kəndlərində  məskən salmışlar.  
“Əngəlan” sözü kəndin coğrafi mövqeyindən yaranmış sözdür,  
əngəlli, maneəli məkan, çətin dəf edilən yoxuş deməkdir. 
Baxşılı  kəndinin adının açıqlanmasını  Dədə Qorqudun adı ilə 
əlaqələndirirlər. Baxşı-ozan, Baxşılı-ozanlı deməkdir. Xalq ara-
sında danışılan bu hadisəni, mənim ssenarim əsasında, rejissor 
Məhərrəm Bədirzadə  tərəfindən lentə alınmış, 2010-cu il  
dekabrın 7-də, Azərbaycan Televiziyasında efirə getmiş, elmi-
publisistik filmdə yazıçı Rafiq Savalan da söyləmişdir. VII 
əsrdə  Məhəmməd peyğəmbərlə görüşdən sonra Məkkədən  
gələn Dədə Qorqud islamı təbliğ  edə-edə Xızıya gəlmiş və bir  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə