Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   63   64   65   66   67   68   69   70   ...   86

 
203
cü ildə  vəfat etmişdir. Aşıq Cəlil Muradoğlu Xızıda dünyaya 
gəlmişdir, 1936-cı ildə “Ağca quzu” dastanı onun dilindən 
qələmə alınmışdır (40, s. 390). Aşıq Əbdüləli Soltanbağı oğlu  
Altıağac kəndində dünyaya gəlib, 1956-cı ildə “Məsum 
dastanı” onun dilindən qələmə alınıb (85, s. 394). Aşıq 
Bibiqulu Xızının Upa kəndində dünyaya gəlib. Azərbaycanda 
çox sevilən, məşhur aşıq Ocaqqulunun atasıdır. Aşıq Məhəm-
məd Qasım oğlu 1927-ci ildə Siyəzənin Mustafaxanlı kəndində  
dünyaya gəlib.  İlk təhsilini (7 il) Ərzi-Küş  kəndində alıb,  
Xırdalanda orta məktəbi, sonra isə  Mərdəkandakı milis 
 
məktəbini bitirib. Onun əmisi oğlu aşıq Qurban və anasının 
əmisi oğlu aşıq Zohulla da məşhur aşıqlardan olublar. Aşıq 
Xələf Murad oğlu Xızıda anadan olub. 1956-cı ildə onun 
dilindən “Mirzə Lətif” dastanı qələmə alınıb (85, s. 394). Aşıq 
Gülalı  Xızının Təkəli kəndində dünyaya gəlib. Aşıq Mehdi 
Künövşəli Künövşə  kəndində dünyaya gəlib. Aşıq Gülü onun  
yetirməsidir. Aşıq Gülü (Gülmurad Ağamurad oğlu Qurbanov) 
1919-cu ildə  Xızının Bəyəhmədyurd kəndində dünyaya gəlib.  
Aşıq Gülü 16 dastanı mükəmməl bilib. Aşıq İmanbaxış Rzaqu-
lu oğlu Xirək kəndində dünyaya gəlib, 1930-cu ildə vəfat edib. 
Aşıq  Şamil Dağquşçu kəndində dünyaya gəlib. 1956-cı ildə  
onun dilindən “Adıgözəl” dastanı  qələmə alınıb (40, s. 390).  
Aşıq Camal Tıxlı (Tuğlu) kəndində dünyaya gəlib. Aşıq 
Şirinağa Ağdərə  kəndində doğulub. Aşıq Ocaqqulu 1905-ci 
ildə  Xızının Upa kəndində dünyaya gəlib. 36 xalq dastanını 
kamil bilib. Azərbaycanın demək olar ki, hər bir yerində 
tanınan və sevilən bu el sənətkarının bu gün də dillər  əzbəri 
olan qoşma, gəraylı  və digər janrlarda yazdığı nümunələrdə 
vətənə  məhəbbət, saf sevgi, mərdlik, xeyirxahlıq tərənnüm 
edilir. 1957-ci ildə onun dilindən “Novruz” dastanı  qələmə 
alınıb (85, s. 394). Kitabda atasının adı səhvən Əlibala yazılıb. 
Aşıq Ocaqqulu upalı  aşıq Bibiqulunun oğludur. Xızıda qadın 
sənətkarlar da olmuş, el şənliklərində kişi aşıqlarla üzbəüz söz 
demişlər. Bunlardan aşıq Qurbanın həyat yoldaşı, Ağdərə 


 
204
kəndində dünyaya gəlmiş  aşıq Nisəni və  Xızıda dünyaya  
gəlmiş  aşıq Zərnişanı misal göstərmək olar. M.H.Təhmasib 
“Azərbaycan xalq dastanları” kitabında məşhur qadın aşıqları 
arasında aşıq Zərnişanın da adını  çəkir: “Uzaq keçmişin  
Məhsətisi, XIX əsrin Natəvanı, Aşıq Pərisi, Fatma xanım  
Kəminəsi, XX əsrin Zərnişanı (Xızılı), nəhayət, müasir 
Azərbaycanın Aftab, Mehri, Əsli, Nabat kimi qadın aşıqlarını  
xüsusilə qeyd etmək olar” (85, s. 50). 1970-ci illərə  qədər 
Xızıda, Siyəzəndə, Bakıda keçirilən dağlı toylarında mütləq bir 
və ya bir neçə aşıq iştirak edərdi. 
 
 
2.5. XIX – XX əsrlərdə Xızı camaatının 
işğalçılara qarşı mübarizəsi 
 
XVIII yüzilliyin sonu – XIX yüzilliyin başlanğıcında Azər-
baycanın daxili və xarici siyasi vəziyyəti çox ağır idi. Ayrı-ayrı  
xanlıqların hakimləri öz şəxsi mənafelərini güdür, yalnız xan-
lıqlarını qoruyub saxlamaq naminə çalışır, bir-birinə güzəştə 
getmək istəmirdilər. Əvvəl Şəki, sonra isə Quba xanlığının öz 
torpaqlarını genişləndirərək vahid Azərbaycan dövləti yarat-
maq cəhdləri də boşa çıxdı. Xanlıqlara parçalanmış, sosial-
iqtisadi inkişafı geriləmiş  və bu səbəblərdən də irticaçılara 
qarşı vahid qüvvə ilə çıxış edə bilməyən Azərbaycan ərazilərini 
cənubdan  şah  İranı,  şimaldan güclü Çar Rusiyası bir-birinin 
ardınca  ələ keçirməyə başladılar. Nəticədə Azərbaycanda 
maraqları toqquşan Rusiya və  İran arasında mühribə başladı.  
1804-1813-cü illərdə birinci Rusiya-İran müharibələri  İranın 
tam məğlubiyyəti ilə nəticələndi. Şah hökuməti Rusiya ilə sülh 
danışıqlarına girdi. Bu danışıqlar 1813-cü il oktyabr ayının 13-
də Qarabağda olan Gülüstan kəndində sülh müqaviləsinin 
bağlanması ilə yekunlaşdı. 1826-cı ildə başlamış ikinci Rusiya-
İran müharibəsində də İran məğlub oldu. 1828-ci il fevralın 10-


 
205
da müharibə edən tərəflər arasında, Təbriz yaxınlığındakı   
Türkmənçay kəndində “Türkmənçay” müqaviləsi imzalandı.  
Azərbaycan iki hissəyə bölündü. Azərbaycanın  şimal hissəsi  
Rusiyanın, cənub hissəsi  İranın müstəmləkəsinə çevrildi. 
Xalqın zorla iki hissəyə bölünməsi kimi tarixi ədalətsizlik baş 
verdi. Çar Rusiyası və sovetlər dövründə Azərbaycanın Rusiya  
tərəfindən işğal olunmasının xalqın sonrakı taleyində müsbət 
cəhətlərindən ağız dolusu danışılırdı. Hər imkan düşdükcə 
“böyük qardaşın” “xilaskar” rolunu ön plana çəkir, Azərbayca-
nın Rusiya tərəfindən işğal edilməsi hadisəsini isə rus xalqının  
az qala humanistliyindən doğan bir hadisə kimi qələmə 
verirdilər. Həqiqətdə isə Azərbaycanın Rusiya tərəfindən zəbt 
edilməsi, müstəmləkəyə çevrilməsi ən mürtəce hadisə idi. 
İşğal nəticəsində Azərbaycan xalqının düçar olduğu faciənin  
ağrı-acısını  Gəncə millət vəkili  İsmayıl xan Ziyadxanovun I 
Dövlət dumasında, çar məmurlarının önündə söylədiyi nitqdən  
duymaq olar: “Zaqafqaziya torpaqları 100 il bundan əvvəl 
ruslar tərəfindən işğal edilmişdir. Bu yüz ildə biz müsəlmanlar, 
həmişə əsir müamiləsi görmüş və bu sifətlə hər təqibata məruz 
qalaraq, hər cür haqq və hüquqdan faydalanmaz kölə vəziyyə-
tinə endirilmişik. Sözün həqiqi mənasında, 100 il içində biz 
mənfi düzəltmələrin altında yaşadılmışıq. Siyasi, sosial və 
iqtisadi sahənin hansı sahəsi  ələ alınarsa alınsın, bizim 
haqqımızda haqsızlığın hökm sürdüyünü görmüş olacaqsınız.  
Ölkəmiz istila edilər-edilməz, dərhal milli varlığımıza təcavüzə 
qalxışıldı. Dinimizə və müqəddəslərimizə müdaxilə edildi” (48, 
s. 217-218). 
Azərbaycan kəndində milli-müstəmləkə  əsarətinə, çar mə-
murlarının özbaşnalığına, feodal zülmünə qarşı siyasi mübarizə  
getdikcə güclənirdi. Bu mübarizə iki formada: passiv və aktiv 
formada gedirdi. Passiv mübarizə forması-hökumət orqanlarına 
şikayətetmə halları daha geniş yayılmışdı. Kəndlilər çar 
məmurlarının, vergi yığanların, mirabların özbaşnalığından  
minlərlə  ərizələr yazırdılar. Lakin çar inzibati orqanları da, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə