197
müddət burada yaşadıqdan sonra vəfat etmişdir. Deyilənlərə
görə, Dədə Qorqud Beşbarmaq qayanın yaxınlığında və yaxud
qayanın zirvəsindəki mağarada dəfn edilmişdir. Türk dünyası-
nın ən böyük ozanı olan Dədə Qorqudun məzarını ziyarətə
gələn baxşıların (ozanların) bir neçəsi qayanın yaxınlığında
yurd salıb yaşamışlar və beləcə Baxşı kəndi yaranmışdır.
Bəlkə də “baxşı” ifadəsi elə buradan yaranmışdır: Dədə Qorqu-
dun məzarına baxan (qoruyan), beləki, dilimizdə “baxmaq”
sözü həm də qulluq etmək, nəzarət etmək kimi ifadələrin
əvəzinə də işlənir – məsələn: “bu bağa mən qulluq edirəm”
əvəzinə “bağa mən baxıram” deyilir. XII əsrdə Şirvanda baş
vermiş güclü zəlzələ nəticəsində dağlardan axan torpaq (şığın)
kəndi basmış və Dədə Qorqudun məzarı da torpaq altında
qalmışdır. Bundan sonra Baxşılı kəndinin əhalisi dağlara
qalxaraq indiki Altıağac kəndinin yaxınlığında məskən
salmışdır və bu kənd yuxarı Baxşılı adlanmışdır. Xalq arasında
danışılan bu hadisəni 1636-1638-ci illərdə Rusiyadan İrana
səyahət etmiş alman alimi Adam Oleari də qələmə almışdır:
“Burada biz müsəlmanların daha iki müqəddəs adamının
qəbrinə rast gəldik; bunlardan biri – Pür Muxarın (Pir Muxtar?
– Red.) qəbri düzənlik yerdə, o birisi – İmam Kurxudun
(Qorqudun – Red.) qəbri isə dağda idi. Kurxud haqqında
söyləyirlər ki, o, Məhəmmədin dostu olmuş, həmişə onun ayaq-
ları yanında oturmuş, ondan dərs almış və onun ölümündən
sonra 300 il yaşamışdır. Belə söyləyirlər ki, o (burada) çar
Hassanın yanına gələrək, onun qarşısında qopuz çalıb oxuya-
raq, onu ləzgilərə qarşı savaşa çağırmışdır. Keçmişdə bütpərəst
olan ləzgiləri və ya Dağıstan tatarlarını o, dinə-imana gətirmək
üçün açıq təbliğat apardığı vaxt onlar onu öldürmüşlər. Onun
qəbri qayalıq bir dağda oyulmuş böyük bir mağara içindədir”
(22, s. 228-229). Dərbənd yaxınlığında olduğu kimi, Beş-
barmaq qayasının zirvəsindəki müqəddəs məzarın yanında da
daim bir qadın əyləşir, ziyarətə gələnlər bu qadına sədəqə verir-
lər. Baxşılı kəndində “Qorqud” adlı yeməyin olması xalq
198
arasında Dədə Qorqudun məzarı haqqında danışılan söhbətin
boş yerə yaranmadığını göstərir.
Əngilan və Baxşılı kəndləri əhalisinin də türk olduğu Çar
Rusiyası dövrünə aid arxiv sənədlərində qeyd edilmişdir. 1874-
cü ildə Baxşılıda 32 ev olmuşdur (138, s. 816-826).
Ən qədim zamanlardan türkdilli xalqların məskən saldıqları
yerlərdə, o cümlədən Xızıda, dağ adlarının bəzilərində olan
“ku” ifadəsi ənənəvi olaraq fars dilindəki kuh (dağ) sözü ilə ey-
niləşdirilir. Bəs farslardan ən azı 2500 il əvvəl yaşamış şumer-
lər kur (dağ) (83, s. 201) sözünü hansı xalqın dilindən qəbul
etmişlər? “Ku” qədim aslara aid sözdür, “qara su” ifadəsinin
ilkin formasıdır. Qədim türklər şimaldan cənuba, qərbdən şərqə
axan sulara qu, cu, su, cənubdan şimala, şərqdən qərbə axan
sulara ku – yəni “əks axın” demişlər. Su (bulaq, çay, yağış
suyu) dağdan aşağı axır. Ulularımız dağa qalxan yola “yoxuş”
demişlər. “Yoxuş” ifadəsi iki hissədən ibarətdir – yox (əks,
imtina, inkar) + uş (şəkilçi). “Yox” (yok) kökünün özü də iki
hissədən ibarətdir – yo (ya, yaş, yağmur, su və s.) + xu (ku,
əksinə axan su), aydın məsələdir ki, su təbii olaraq dağa qalxa
(əksinə axa) bilməz və buna görə də dilimizdəki “yox” sözü
əks, imtina, inkar bildirir. Təbiətdə “ku” anlamında olan, yəni
cənubdan şimala, şərqdən qərbə axan bulaqlar, çaylar var,
amma dağa qalxan su “yox”dur (yo + ku). Məhz bu səbəbdən
də “yoxuşla getmək” – suyun axarı əksinə getmək, yəni dağa
qalxmaq deməkdir. “Ku” sonradan dağ anlamında da istifadə
edilmişdir. Ulu babalarımızın dərin biliklərindən yaranmış və
dünya qədər qədim olan dilimizə aid “ku” ifadəsi də As-ərlərin
başqa xalqlara bəxş etdiyi saysız-hesabsız sözlərdən biridir.
Xızının Göyxan mahalındakı al qırmızı rəngli “Qanku” sıra
dağlarının adı çox qədim və eyni zamanda sadə bir sözdür –
qanlı dağ. Yağışdan sonra bu dağlardan axıb çaylara qovuşan
qırmızı sulara xalq arasında “qanlı sular”, yaranan gölməçəyə
“qanlı göl” deyilmişdir. Sonradan dağlılar ümumiyyətlə, hey-
199
vandarlıq üçün, çayın qabağını kəsərək süni şəkildə yaratdıqları
göllərə də “qanlı göl” demişlər.
Xızıdakı dağ adlarından təkcə Siyaku dağının adının fars di-
lində olduğu ehtimal edilə bilər ki, bu toponim Arslan Yabqu-
nun elatının XI əsrdə Manqışlaqda (Siyah-Kuhda) qısa müddət
yaşaması ilə əlaqəlidir. Lakin qədim zamanlardan türklərin yur-
du olmuş Manqışlağın özünün də əvvəl Siyah-Kuh adlanması
qəribədir. Bu ərazinin Suya-Ku kimi adlanması daha doğru gö-
rünür, belə ki, bu yarımadada həqiqətən də dağlar suya, Xəzər
dənizinə çox yaxındır.
Qədim oğuzlara aid “yağmalı toy” adətini dağlılar son illərə
qədər davam etdirmişlər. Dağlılar Xızıda, Siyəzəndə, Bakıda
“bəysiz, gəlinsiz toy” mərasimləri təşkil edərdilər. Məclisə ta-
nınmış musiqiçilər dəvət olunardı, pul toplanardı. Yığılan pul-
lar elin, kəndin, məhəllənin ehtiyaclarına sərf olunardı. Faruq
Sümər bu barədə yazır: “Fars dilində olan mənzum və mənsur
əsərlərdə görünən “xani-yağma” (yağma süfrəsi) sözü bu yağ-
malı toyu ifadə edir. Səlcuqlardan başqa, Suriya atabəyləri döv-
lətində (Zəngilər) və Osmanlılarda da bu adətin davam etdiyi
özünü göstərir” (29, s. 381).
Qədim mənbələrin oğuzların (hunların) yas mərasimləri
haqqında verdiyi məlumatlarda qeyd olunan bəzi adətlər günü-
müzə qədər gəlib çıxmışdır. Son vaxtlara qədər Azərbaycanın
bir çox yerlərində, o cümlədən Xızıda, Siyəzəndə, Bakıda yas
mərasimlərində qadınların üzünü cırması, kişilərin hönkür-
hönkür ağlaması, bir vəfat anında, bir də cənazəni dəfn etmək
üçün “yerdən götürəndə” qadınların “vay-şivən” qoparması,
öldürülənin məzarı üstündə qisas üçün and içilməsi və s. bu
kimi adətlər hələ də mövcuddur. Adətən, din xadimləri (molla-
lar) istisna olmaqla, üzlərini təmiz qırxaraq yalnız bığ saxlayan
dağlılar yaxın adamlarının vəfatı ilə əlaqədar qırx gün üzlərini
qırxmırlar. Bu da islamdan çox-çox əvvəl yaranmış, hun
dövründən qalma qədim oğuz adətidir. Bəlkə də dilimizdəki
“qırxmaq” sözü elə bu adətlə bağlıdır.
Dostları ilə paylaş: |