209
Adgözəl və Pəricahan dar cığıra girməyə cəhd etmiş bir neçə
kazakı güllə ilə vuraraq yaralayırlar. Yaşlıların danışdıqlarına
görə, Adgözəlin qardaşı Qurd Məhərrəm gecə yuxuda görür ki,
qardaşı və bacısı Qanlı göldə boğulurlar, onu köməyə
çağırırlar. Qurd Məhərrəm yuxudan oyanıb cəld silahını və
güllə ilə dolu çantasını götürüb ata minir, Aladağın Aladaş
yaylağında, Qanlı göl yaxınlığında düşərgə salmış qaçaq
dəstəsinə xəbər göndərərək atı çaparaq yola düşür. Bir qədər
sonra güllə səsi gələn yeri təyin edərək atışma gedən yerə
gəlir. Gecənin qaranlığından istifadə edərək, kazaklara yaxınla-
şır, qayalığa güllə ata-ata cığıra girir və “Ayə, Adgözəl, atma,
mənəm!” deyib dağa qalxır. Güllələri tükəndikdən sonra, qaya
arxasında namaz qılaraq Allaha yalvaran Pəricahan bu zaman
dualarını bitirir və qardaşı Məhərrəmi görərək sevincindən
qışqırır. Onun səsini aşağıda dayanmış pristav eşidərək heyrətə
gəlir və “Bizimlə bayaqdan atışan qadın imiş?!” deyə çığırır.
Qaçaq dəstəsindən bir nəfərin köməyə gəldiyini görən pristav
bilirdi ki, tezliklə bütün dəstə buraya gələcək və cəld əmr
verərək dəstəni toplayıb qaçmağa üz tutur. Tezliklə qaçaq
dəstəsi və Ağdərə kəndindən bir neçə atlı hadisə yerinə
gəlirlər. Adgözəl dəstəsini götürüb pristavı təqib etməyə üz
tutarkən, Hacı Qurban Əli Zeynal oğlu ona “Qardaşoğlu, çalış
nahaq qan tökülməsin, bizim padşah ordusuna qarşı gücümüz
yoxdur” deyə, məsləhət verir. Adgözəlin dəstəsi pristavı səhər
açılana yaxın, Göyxan mahalının şərqindəki Qaşqa yoxuşunda
haqlayır. Qaçaqlar otuz nəfərdən ibarət kazak dəstəsini müha-
sirəyə alırlar, onları tərksilah edib, diz çökdürürlər. Qorxusun-
dan sıravi kazakla geyimini dəyişmiş pristavı Adgözəl tanıyır,
küt ülgüclə onun bığlarını, başını və qaşlarını qırxır. Qaçaqlar
qayalıqda ağır yaralanmış üç kazak üçün üç at saxlayıb qalan
atları, silah və sursatları alıb geri qayıdırlar. O vaxtdan həmin
pristav bütün Şirvan elində “Qaşqa pristav” kimi məşhur oldu.
O çətin, ağır illərdə sadə insanların təsəlli, güvənc yeri olmuş
igid Adgözəl barəsində dildən-dilə, nəsildən-nəsilə ötürülən
210
söhbətlər bu gün də xalq arasında danışılır, bu qorxubilməz
qəhrəmanın adı həmişə ehtiramla yad edilir. Oğuzun əfşar
boyundan, şahsevən Şıx Səfərli qaçaq Adgözəl təxminən
1909-cu ildə Qarabağdan, yenə də toydan qayıdarkən, Kür çayı
sahilində kazakların mühasirəsinə düşmüş, tabe olmaq əmrinə
ucadan gülərək dəstə başçısını güllə ilə vurduqdan sonra
öldürülmüşdür.
Ağdərəli qaçaq Adgözəlin yaxın qohumu, Göyxan mahalı-
nın Əmbizlər kəndindən olan Ağabala Əzimoğlu da dövrünün
adlı-sanlı igidlərindən olmuşdur. O da bir müddət Sibirdə
həbsdə olmuş, rus dilini mükəmməl öyrənmişdir. Sonra həbs-
dən qaçaraq Xızıya qayıtmışdır. Hədsiz dərəcədə cəld olan, o
dövrün ən müasir tüfəng və tapançalarından məharətlə istifadə
etməyi bacaran Əzimoğlu başına dəstə toplamamış, tək-tənha
gəzib-dolaşmışdır. Buna görə də Əzimoğluya – “Yalquzaq”
(tənha canavar) deyilib. XIX əsrin sonlarında XX əsrin
əvvəllərində Bakıda soyğunçuluq, fırıldaqçılıq, oğurluqla
məşğul olan rus, erməni, gürcü qruplaşmaları hər dəfə öz
“qazanclarından” çar məmurlarına “pay” verərək istədiklərini
edirdilər. Şikayət edən Bakı sahibkarlarından da, cinayətkarlar-
dan da rüşvət alan məmurlar bu işə göz yumurdular. Ehtimal
ki, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin məsləhəti
ilə, sahibkarlar Bakı kəndlərindən və Xızı ərazisindən Əzimoğ-
lu kimi igidləri gizli şəkildə silah və pul ilə təmin edərək bu işə
cəlb etdilər. Bu “əməliyyatların” birində Əzimoğlu təkbaşına,
yeddi nəfərdən ibarət bandanı məhv etmişdir. Ağabala Əzim-
oğlunun yaxın dostu Qılızılı Fərruğ da məşhur igidlərdən
olmuşdur. Əslən Xızının Gədik mahalından, gərmiyanoğulla-
rından olan Fərruğ sonradan Giləzidə (Qılızıda) yaşadığı üçün
Qılızılı Fərruğ adlanmışdır. Həddindən artıq zəhmli bir insan
olmuş Qılızılı Fərruğ Bakının Çəmbərəkənd ərazisində fayton-
çuları incidən erməni bandasının başçısını öldürmüşdür. Sonra-
dan Fərruğ, Şaumyanın qoşun dəstələrinə qarşı Xızı ərazisində
gedən döyüşlərdə iştirak etmişdir.
211
Qasımkəndin Mirzəəli nəslindən olan qaçaq İmambaxış Çar
Rusiyası dövründən başlayaraq 1944-cü ilə qədər silahı yerə
qoymamışdır. Qaçaq İmambaxış varlı mülkədar Kərbalayi Nə-
zərin nəvəsi, Məhəmmədin oğludur. Həbs edilərək Sibirə gön-
dərilmiş İmambaxış da həbsdən qaçmış, başına qaçaq dəstəsi
toplamış və uzun illər işğalçılara qarşı mübarizə aparmışdır.
Sovet dövrünün ilk illərində də dəfələrlə həbsdən qaçmağa mü-
vəffəq olmuş qaçaq İmambaxışın dəstəsində Soltanəli, Gülmir-
zə kimi igid insanlar, sərrast atıcılar olmuşdur. Novruz bayramı
ərəfəsində, Göyxan mahalında, Qaşqa yoxuşundan şimalda, bir
dağ mağarasında gecələyən qaçaqlar NKVD qoşun dəstəsinin
mühasirəsinə düşmüşlər. İgid İmambaxış və onun silahdaşları
tabe olmaq əmrini rədd edərək, son güllələrinə qədər döyüş-
müşlər. Qeyri-bərabər döyüş İmambaxışın və silahdaşlarının
öldürülməsi ilə nəticələnmişdir.
Qaçaq Adgözəllə eyni oğuz boyundan (əfşar), eyni nəsildən
olmuş, şahsevən Şıx Lətifli (Manafov) Xəlilulla Sadin oğlu
Göyxan mahalının Əmbizlər kəndində dünyaya gəlmişdir.
Məşhur igid Ağabala Əzimoğlunun bacısı oğlu Xəlilulla Çar
Rusiyası və sovet işğalçılarına qarşı silahlı mübarizənin fəal
iştirakçılarından olmuşdur. 1937-ci ildə həbs edilmiş və NKVD
Üçlük məhkəməsinin 21 oktyabr 1937-ci il qərarı ilə güllələn-
mişdir. Azərbaycan SSR Ali Məhkəməsinin sədr müavini
V.Belikovun iştirakı ilə çıxarılmış 1958-ci il 22 avqust qərarına
əsasən, ölümündən sonra Manafov Xəlilullaya bəraət veril-
mişdir.
Azərbaycanın ilk teatr rejissorlarından biri Məmmədzəki Sa-
dıqovun oğlu Hafiz Sadıq da Bakının və Xızının tədqiqatçıla-
rından olmuşdur. “Qızıl qələm” və “Zərdabi” mükafatlarına
layiq görülmüş görkəmli tədqiqatçı, filoloq, jurnalist Hafiz
Sadıq 1932-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. Saysız-
hesabsız tədqiqat işlərindən birini də dağlı Məşədi Ələsgərə
həsr etmişdir. 1991-ci il sentyabrın 3-də “Novruz” qəzetində
çap edilmiş məqalədə deyilir: “Hər dövrün öz qəribəlikləri var.
Dostları ilə paylaş: |