Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   73   74   75   76   77   78   79   80   ...   86

 
233
hücumlarından qorumaq idi. Elat 1044-cü və ya 1045-ci ildə  
Beşbarmaq dağı ətrafında, əsasən indiki Xızı rayonu ərazisində 
məskunlaşdı. Səlcuq oğuzları buradakı  xız, quzman, içquz, 
peçeneq, savir, xəzər, qazaq, gimiçi, bizlər, şiroğuz tayfaları ilə 
qaynayıb qarışdılar. 1066-cı ildə  Hələb ilə indiki Türkiyənin  
Maraş  şəhəri arasında, o dövrdə Qars adlandırılmış  ərazinin  
mahalında məskunlaşmış  qədirli oğuz tayfalarından böyük bir 
qol ayrılıb Xızı  ərazisinə  gəldi. Qədirli tayfalarının bir qismi  
Xızının indiki Qars, Əngilan, Altıağac və Baxşılı  kəndlərinin  
ərazisində yurd saldı. Bu tayfaların  əsas qismi Xızının   
Göyxan mahalının şərqində, dağətəyi ərazidə məskunlaşdı. XI-
XII  əsrlərdə Beşbarmaq və Quşçu mahallarına Anadoludan,  
İraqdan və  Cənubi Azərbaycandan gəlmiş  əfşar oğuz boyuna  
aid saru (saruqlu, sarıoğlu), küş, nişapurlu, zəngi, çaruq 
adlanan tayfalar yurd salmışlar. 
XIII əsrin ilk yarısında monqol yürüşləri ilə əlaqədar Azər-
baycanda məskunlaşmış oğuzların bir qisminin Anadoluya get-
məsini də bilirik. Eyni zamanda, Xızıya Anadoludan Gərmi-
yanlılar (gərmiyanoğulları, gədiklilər) adlanan oğuz tayfaları 
gəlmişlər və Xızının Gədik (Gədi, Gədük) mahalında məskun-
laşmışlar. 
Tarixdə “Sultan Səncəri əsir etmiş oğuzlar” kimi yadda qal-
mış  oğuzların da bir qismi Beşbarmaq və Quşçu mahallarının  
bir-birinə yaxın olan kəndlərində məskən salmışdır. Onların bu 
əraziyə XII əsrin sonlarında XIII əsrin  əvvəllərində  gəlmələri 
ehtimal edilir. XVII əsrdə  şahsevənlərdən olan əfşar tayfaları 
əsasən Qasımkənd, Şıx-Xızı, Dizəvər, Zərgərli, Acı, Əmbizlər 
kəndlərinin  ərazilərində  məskunlaşdılar. Səfəvilər dövründə 
Anadoludan, indiki Yozqat şəhəri yaxınlığındakı Əlişar elindən 
Cənubi Azərbaycana, oradan da Xızıya gəlmiş Hacı Yusif 
bəyin eli XVII əsrin ortalarında indiki Qasımkənd  ərazisində 
məskunlaşmışdır.  
Xızı ən qədim zamanlardan Göyxan, Qomişər, Gədik, Quş-
çu, Beşbarmaq mahallarına bölünmüş oğuz yurdudur. Quşçu və 


 
234
Beşbarmaq mahalları indiki Siyəzən rayonunun da böyük 
qismini  əhatə edirlər. Xızı Türk qövmünün peyğəmbəri Xızır 
Bəlyanın dünyaya gəldiyi müqəddəs məkandır. Xızının  ən 
böyük mahalı Göyxandır. Göy xan Oğuz xanın oğludur. Xızı 
və Siyəzən sakinləri  əsrlər boyu “dağlı” adını  şərəflə yaşat-
mışlar, dağlılar Oğuz xanın digər oğlu Dağ xanın nəslidir. 
Göründüyü kimi, indiki Xızı  və Siyəzən  ərazilərində  məs-
kunlaşmış, “dağlılar” adlandırılan  əhali, üç mərhələdə,  əsasən 
oğuz kökləri üstündə formalaşmış, ən azı dörd min illik tarixi 
olan azər-türklərdirlər. Xızı camaatının Anadolu, Cənubi Azər-
baycan və  İraq oğuzları ilə  əlaqəsi, gediş-gəlişi XVIII əsrə 
qədər davam etmişdir. Bu üç mərhələ ümumiyyətlə Azərbay-
can xalqının təşəkkülünə aid olan mərhələlərdir. 


 
235
 
III FƏSİL 
AZƏRBAYCAN TARİXİNİN 
ÖYRƏNİLMƏSİNDƏ DƏRBƏND-
BEŞBARMAQ SƏDLƏRİNİN ROLU 
 
3.1. Sədlərin yerləşdiyi coğrafi şərait və ölçüləri 
 
Qara və Azov dənizlərinin birləşdiyi Taman ərazisindən baş-
layan Böyük Qafqaz dağ silsiləsi, Dağıstan Respublikasının Ma-
haçqala  şəhəri ilə Azərbaycan Respublikasının paytaxtı Bakı  
şəhərinin cənubunda yerləşən  Ələt qəsəbəsi aralığında, Xəzər 
dənizinin sahillərinə qədər uzanır. Dərbənd şəhərinin və Beşbar-
maq dağının yerləşdiyi ərazilər Böyük Qafqaz dağlarının Xəzər 
dənizinə  ən yaxın yerləridir. Dərbənd tərəfdə  Xəzər dənizinin  
sahillərindən dağlara qədər məsafə  təxminən 3000 m, Beşbar-
maq dağına qədər isə təxminən 1700 m-dir. Dərbənd şəhəri ilə 
Beşbarmaq dağı arasında, Xəzər dənizi sahilləri boyu geniş 
düzənlik (çöl) təxminən 135 kilometrdir. Şərqdən Xəzər dənizi, 
şimaldan, qərbdən və  cənubdan Böyük Qafqaz dağları  əhatə 
olunmuş bu çölə (düzənliyə) çala da demək olar və  ən qədim 
zamanlardan bu ərazilərin sakinləri olmuş hunların (iç-oğuzla-
rın, maskutların və s.)  bu düzənliyi həm çöl, həm də çala adlan-
dırmalarına heç bir şübhə  də yoxdur. Belə ki, ən azı üç min 
ildən bəri, demək olar ki, bütün türk dillərində yer almış çöl və 
çala sözləri məhz bu ərazidə yaranmışlar. Çünki, e.ə. II minil-
liyin ikinci yarısında, Dərbənddən Beşbarmağa qədər çəkilmiş 
sədlər As tayfalarının yurdunu – iç el (iç an) və dış el (dış an) 
adlanan iki hissəyə bölmüşdür. Dərbənd-Beşbarmaq arasındakı 
ərazinin adından, yəni “İç el”dən çöl və çala sözləri yaranmış-


 
236
dır. Məhz bu səbəbdən də  Dərbənd-Beşbarmaq keçidi, yerli 
əhalinin İç el, çöl (çala, çola) kimi də adlandırdığı ərazinin adı 
mənbələrdə  bəzən “Çola keçidi” kimi verilmişdir. Mənbələrdə 
bəzən ərazi “Çora” (cora) kimi də adlandırılıb ki, bu da “iç ara” 
ifadəsinin türk dilindən digər dillərə keçərək təhrif olunmuş 
formasıdır. 
“Azərbaycan tarixi” kitabında yazılır: “Hazırda Dərbənddə 
dağlardan başlayaraq Xəzərin içərilərinə doğru uzanan beş hasar 
məlumdur: Abşeronun  şimalından keçən Beşbarmaq hasarları, 
bu hasarlardan 23 km şimalda Gilgilçay (Şabran) hasarları, Tor-
paqqala yaxınlığında, Samur çayının  şimalındakı hasar, Dər-
bənd hasarları, bir də Dərbənddən şimaldakı hasarların qalıqları.  
Mütəxəssislər belə hesab edirlər ki, bu hasarların hamısını Sasa-
ni hökmdarları  cənubdan başlayaraq  şimala doğru uzatmışlar” 
(48, s. 56). Artıq bizə  məlumdur ki, hörmətli tarixçimiz Mah-
mud  İsmayılın dediyi “mütəxəssislər” kimlərdir və onlar hansı  
məqsədləri güdmüşlər. Sovetlər dövründə yazılan “tarixdə” Sa-
sanilərin indiki Azərbaycan  ərazisində hakimiyyəti həddindən 
artıq  şişirdilmişdir. Təsəvvür edin ki, hündürlüyü 12-15 metrə 
çatan, qalınlığı 3 metrdən 8 metrə qədər olan, on kilometrlərlə 
Böyük Qafqaz dağlarına doğru, 300-500 m Xəzərin içinə daxil 
olan, 135 km məsafə daxilində qurulmuş beş səddin inşası üçün 
nə  qədər böyük işçi qüvvəsi, nə  qədər tikinti materialı  və  nə 
qədər vaxt lazımdır. Bu möhtəşəm beş  səddən yalnız birinin 
tikilmə tarixi Sasanilərin ümumi tarixindən dəfələrlə böyük 
olardı. Hələ üstəlik Dərbənd və Çola qala-şəhərlərinin də inşası-
nı Sasanilərin adı ilə əlaqələndirirlər. Sasanilər Albaniyanı asılı  
vəziyyətə salsalar da yalnız I Xosrov Ənuşirəvanın (531-579)  
vaxtında bu ölkənin müstəqilliyini ləğv edərək öz imperiyaları-
nın tərkibinə daxil etmişlər. Hunlar bu dövrdə də Albaniya əra-
zisinə hücumlar etmişlər. I Xosrovun Hun çarlığı  ərazisində 
böyük miqyaslı tikinti işləri aparması tamamilə mümkünsüz idi. 
Hunlar, Dərbənddən şimalda olan Türküstanda tez-tez baş verən 
daxili  çəkişmələrdə, bu xaqanlığın digər tayfalarla döyüşlərində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə