Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   72   73   74   75   76   77   78   79   ...   86

 
230
II FƏSİL ÜZRƏ NƏTİCƏLƏR 
 
Dağlılar – ən azı dörd minillik uzun, şərəfli tarix ərzində, 
əsasən oğuz kökləri üstündə  və üç mərhələdə formalaşmış  
azər-türklərdir. Birinci mərhələ özündə As və Hun dövrlərini 
cəmləşdirir. E.ə. IV-II minilliklərdə indiki Xızı  və Siyəzən 
rayonlarının  ərazisi dünyanın  ən qədim türkdilli tayfalarından 
olan As-ərlərin qurduqları As-ər ölkəsinin tərkibində olmuşdur. 
E.ə. II minilliyin sonunda və ya I minilliyin əvvəllərində As-ər  
ölkəsi süqut etmişdir. Xızı  ərazisində  məskunlaşmış  xız (ğız, 
quz), içquz və quzman tayfaları türkdilli As-ərlərə aid olan 
tayfalardır. E.ə. VII əsrdə  həm cənubdan, həm də  Dərbənd-
Beşbarmaq keçidindən kütləvi şəkildə Azərbaycana daxil olan, 
iç-oğuz tayfalarına aid edilən masqut-hunlar Beşbarmaq dağı 
ətrafında da məskunlaşdılar. Bu hunlar şimal-qərbdə Dunay, 
şimalda Volqa çayı sahillərindən cənubda Muğana, qərbdə 
Göyçə gölünə qədər böyük bir ərazidə yaşayırdılar. Tarixdə bu 
hun tayfalarına yunanlar “massaget”, ərəblər isə “məsqət”  
demişlər. Beləliklə, e.ə. VII əsrdə  Dərbənd  şəhəri ilə Kür  
çayına, bəzən Muğana qədər uzanan ərazidə Hun çarlığı  
yaranmış, təxminən 1400 il mövcud olmuş və VII əsrin ikinci 
yarısında müstəqilliyini itirərək Xəzər xaqanlığının Hun 
vilayətinə çevrilmiş, sonralar bu ərazi,  Şir (sır,  şirak,  şirokuz)   
oğuz tayfalarının adi ilə “Şirvan” adlandırılmışdır. “Şirvan” və 
“Apşeron” toponimləri biri digərini həm izah edən həm də 
təsdiqləyən toponimlərdir. Sovetlər dövründə “Apşeron” sözü, 
bir qayda olaraq, “ab + şor + an” kimi açıqlanmış  və fars 
mənşəli söz olaraq “suyu duzlu yer” mənasında olduğu iddia 
edilmişdir. Bu, sovetlər dövründə Azərbaycan tarixinə “yeridil-
miş” saysız-hesabsız saxtakarlıqlardan biridir. Qeyd etdik ki, 
Şirvan – “şir (şiroğuz, sıroğuz) yurdu” deməkdir və  Xəzər 
dənizinin həm qərbi, həm də  şərqi sır tayfalarının kütləvi 
məskunlaşdığı ərazi olmuşdur. Bu səbəbdən də, dənizin şərqin-
də olan bir sıra yer, çay, dağ adları ilə  qərbində olan adlar 


 
231
eynidir. Məsələn: Sır (Sır-Dərya) – Şir (Şirvan); Sabran – 
Şabran; Balxaş – Palxaş;  Ələt – Ələt; Nəvai – Nəvai; Siyah 
Kuh – Siyaku; Kader – qədir (qədirli); Barçuk – Bərcuq;  
Karaçuq – Qarağuc və s. Xatırladaq ki, şiroğuz tayfalarının  
paytaxtı Upa olmuşdur. Upa isə məhz Xəzərin qərbində, indiki  
Xızı rayonu ərazisində vaxtilə böyük yaşayış məntəqəsi olmuş, 
sovetlər dövründə dağıdılıb xarabalıqlara çevrilmişdir. Xəzər 
dənizinin həm qərbi, həm də  şərqi  Şir tayfalarının yurdu 
olmuşdur. Xəzərin  şərqi ucsuz-bucaqsız səhralardır, düzənlik-
dir, qərbi isə dağlıq ərazidir. “Apşeron” sözü də məhz bu xüsu-
siyyəti “vurğulayan” toponimdir. Qədim zamanlardan türklər  
yüksək dağ düzənliklərinə “Alp düzü” demişlər. Buna Xızının  
Göyxan mahalındakı Alp düzünü misal göstərmək olar. 
 
Ümumiyyətlə “alp” sözü dağ, ucalıq mənasında işlədilən söz  
olmuşdur və böyük türk sərkərdələri (Alp-ər-Tun-qa, Alp 
İlitvər, Alp Arslan və s.) bu sözdən ünvan kimi istifadə 
etmişlər. Təxminən 2700 il əvvəl, Araz çayı ilə Kür çayı ara-
sında, yurdumuza basqın etmiş fars qoşunlarını darmadağın 
etmiş maskutların çarı igid Tomiris xanımın atasının adı Alp-
ər-Tunqa olmuşdur. Alp-ər-Tunqanın doğma yurdu Barçuq 
olmuşdur. Bu toponimin də indiki Xızı rayonun Beşbarmaq 
mahalında olduğunu qeyd etmişik. Bu faktları M.Kalankatuklu-
nun Beşbarmaq (mənbədə Xursan)  mahalının  zadəganı Alp-
İlitvər barəsində verdiyi məlumatla uzlaşdırsaq, qətiyyətlə 
demək olar ki “Alp” sözü Xəzərin qərbində daha qədim 
zamanlardan ünvan kimi tətbiq edilmişdir. Beləliklə, “Apşe-
ron” sözü – ap (alp, dağ) + şer (şir, sır) + on (an, məkan) – 
“şiroğuzların dağlıq yurdu” deməkdir. Həm tarixi faktları, həm 
də coğrafi şəraiti nəzərə alsaq, tam əminliklə söyləmək olar ki,  
“Apşeron” sözünün bundan dəqiq açıqlanması yoxdur. Xəzərin 
qərbi  şərqi ilə müqayisədə  həqiqətən dağlıq  ərazidir və tarixi  
faktlara əsasən, Şirvan şiroğuz tayfalarının ən qədim yurdudur. 
“Apşeron” sözü “Şirvan” sözünü təsdiq edən toponimdir. 
İtaliyanın  şimalında sıra dağların “Alp” adlandırılması da heç 


 
232
kimə  təəccüblü gəlməsin. Belə ki, təxminən 3500 il əvvəl 
İtaliyaya Anadolu ərazisindən getmiş  və Roma şəhərinin 
təməlini qoymuş etrusklrın kökündə duran üç etnik təbəqədən  
ən qədimi məhz azər (as-ər) tayfaları olmuşdur (3, 178 s.). Bu  
faktlar da indiki Türkiyə  və Azərbaycan  ərazilərinin ulu Türk  
millətinin  ən qədim, bəlkə  də ilk məkanlarından olduğunu bir 
daha təsdiq edirlər. 
İkinci mərhələ eramızın II-IX əsrlərini əhatə edir. Bu zaman 
kəsiyində Azərbaycan ərazisində ümumilikdə hun adlandırılmış  
peçeneq, barsil, xəzər, hun, savir (savər, suvar, sabir), gimiçi,  
onoqur (on-oğuz), qazaq tayfalarının məskunlaşması davam et-
mişdir. İndiki Xızı rayonunda peçeneqlərin, savirlərin və xəzər-
lərin adı ilə bağlı toponimlərin olması bu tayfaların Beşbarmaq 
dağı ətrafında da məskunlaşmasını söyləməyə əsas verir. 
III mərhələ XI əsrdən başlayaraq XVII əsrə qədər davam et-
mişdir. Bu vaxta qədər səlcuq oğuzlarının indiki Azərbaycan 
ərazisində XI əsrin ikinci yarısından başlayarq məskunlaşdığı 
qeyd edilirdi. Tədqiqat işinin II fəslində aparılan araşdırma 
nəticəsində  səlcuq oğuzlarına aid böyük bir elatın 1044-cü və 
ya 1045-ci ildə  Şirvana gəlməsi, bu elatın indiki Xızı  və 
Siyəzən rayonları ərazilərində məskunlaşması sübut edilmişdir. 
Səlcuqun oğlu Arslan Yabqunun 4000 çadırlıq elatı Ceyhun 
çayı sahillərindən gələrək Siyah Kuh (indiki Manqışlaq) 
yarımadasında yaşamış və 1025-ci ildə Xorasana getmişdir. Bu 
elat bir neçə il, hərbi-siyasi vəziyyətdən asılı olaraq, gah 
yarımadada gah da Xorasanda yaşamışdır. 1025-1044-cü illər-
də İranda, İraqda və Anadoluda misilsiz qələbələr qazanmış bu 
oğuz elatı sonradan qüdrətli imperiya qurmuş Səlcuq oğuzları-
nın avanqardı (öndə gedən qoşun dəstəsi) olmuşdur. Bu elatın 
bir qismi Urmiya gölü ətrafında məskunlaşdı. Elatın böyük  
qismi Diyarbəkirə getdi. 1044-cü ildə 10000 süvari ilə güclən-
dirilmiş bu elatı  Səlcuqlar dövlətinin hökmdarı Sultan Toğrul  
Şirvana göndərdi. Elatın vəzifəsi Səlcuqlar dövlətini Dərbənd-
dən  şimalda kütləvi  şəkildə yerləşmiş  qıpçaq tayfalarının  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə