Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   54   55   56   57   58   59   60   61   ...   86

 
175
qisminə aid toponimlərdən olduğu  şübhəsizdir. Xal-xal yer  
adını  Xəl-xəl kimi tələffüz etmiş  oğuzlar sonradan yurdun 
adına sadəcə  Xəl demişlər. “Xal-xal” heyvandarlıqla məşğul  
olmuş  qədim türklərə aid sözdür, heyvanatın saxlandığı yerə 
xal-xal deyilib. 
Quşçu mahalının Vərdəh kəndinin adı ilə əlaqəli açıqlamalar 
Türkiyədəki Elazıq şəhəri ilə Xızının tarix baxımından çox sıx 
bağlılığını göstərir. Beləki, Xızının Vərdəh kəndi Saraku dağın-
dan bir neçə kilometr şimal-qərbdədir,  Ələz sözünün də Elaz 
olduğunu qeyd etdik, Türkiyədəki Elazıq  şəhərinin bir neçə 
kilometrliyində olan Xızır (Hızır), Vərdək obaları Saru (sarılu) 
adlanan oğuz qisminin yurdlarıdır. İraqda, kərküklərin yaşadığı 
Qaratəpə yaxınlığında da Sarıliyyə (Sarayliyyə) adlı el vardır 
(134). Xızıda Saraku dağının yaxınlığında Qalatəpə  və Qara-
tanku dağları var. Elazıqdakı  oğuz qisminin Qafqazdan Ana-
doluya gəlməsi ehtimal edilir. Sarılu oğuzlarının adını XIV 
əsrdə yaşamış Məhəmməd Saru bəyin adı ilə bağlayırlar (134). 
“Xızır” toponiminin Türkiyəyə Azərbaycan ərazisindən aparıl-
masına heç bir şübhə yoxdur. Deməli, sarulu oğuzları  Xızıda 
yaşamışlar və çox güman ki, monqol yürüşləri dövründə bu 
oğuzların bir qismi köç edərək  İrana, oradan da Anadoluya  
getmişdir. Sarılu oğuzlarının XI əsrdə  Xızıya gəlmiş Arslan  
Yabqunun elatı adlandırılan oğuzlara aid edilməsi  ən doğru 
ehtimaldır. Lakin saru oğuzların iç-oğuz (işquz) tayfalarından  
olan salur boyuna aid edilməsi (29, s. 324) onların da çox 
qədim bir tarixə malik olduqlarını göstərir. Bu barədə bir qədər 
sonra daha ətraflı danışacağıq. Saru adlanan elatın XI əsrin ilk 
yarısında İraqdakı hərbi-siyasi fəaliyyətlərinə görə, həm də İraq 
oğuzları adlandırılmasını bilirik. XI əsrdə  İrandan,  İraqdan 
Diyarbəkirə, oradan da Xızıya gəlmiş bu elatın sarular adlanan  
kiçik bir qismi Kərkük yaxınlığında qalmışdır. Digər qismi isə  
əsas elatla Azərbaycana getmiş və 1044-cü və ya 1045-ci ildə   
Xızıda məskunlaşmışdır. Fikrimizcə, bu ardıcıllıq Xızır – Xızı, 
Saru-Saraku-Sarıliyyə, Vərdək-Vərdəh və Qaratəpə-Qalatəpə-


 
176
Qaratanku toponimlərinin bağlılığını izah edən  ən doğru ardı-
cıllıqdır. Belə olduqda Sarulu oğuzlarının adını  Məhəmməd 
Saru bəyin adı ilə bağlamaq yanlışdır. Oğuzlarda qədimdən  
saru-isalu, saru-musalu kimi tayfa adlarının olduğu məlumdur. 
XIV  əsrdə yaşamış  Məhəmməd bəy məxsus olduğu Saru 
tayfasının adını ünvan kimi qəbul etmişdir. Bunu təsdiqləyən 
faktlardan biri də  Məhəmməd Saru bəydən təxminən yüz il 
əvvəl yaşamış Atabəy Müzəffərəddin Gökbörü (Bozqurd) 
bəyin Saru adlı qalasının olmasıdır. Onun atasının adı  Bəg-
Təgin, babasının adı Məhəmməd olmuşdur. Səlahəddin Əyyu-
binin kürəkəni olan Gök-börü bəy o dövrdəki səlib vuruşmala-
rının  ən igid əmirlərindən biri olmuşdur. Tikdirdiyi ictimai  
əsərlərlə  və xalqa göstərdiyi  şəfqət, yardımlarla onun adı-sanı  
hər tərəfə yayılmışdı (29, s. 145). Saraku (sarı dağ), sarılu, 
sarıliyyə toponim və etnonimləri saru-oğuz tayfasının adı ilə 
əlaqəlidir. Vərdəh və  Vərdək toponimləri – ver (vər) + dağ  
(dəğ, dəh) – “verimli, bərəkətli dağ” deməkdir. 
Barcuq da, Güneyqışlaq da vaxtilə böyük yaşayış məskənlə-
rindən olmuşlar. Bir mülahizəyə görə, Barcuq – Xəzərin  şər-
qindəki qədim Barcuk şəhərinin adı ilə  əlaqəli toponimdir. 
Barcuk Turanın böyük oğlu Alp Ər Tonqanın şəhəri olmuşdur, 
farslar ona Əfrasiyab demişlər. Massagetlərin (maskutların) 
çarı igid Tomiris Alp Ər Tonqanın qızıdır. Digər bir mülahizə-
yə görə, kəndin adı 730-cu ildə baş vermiş hadisələrlə bağlıdır. 
Bu ildə  Xəzər xaqanının oğlu Bars bəy hücum edərək  ərəb 
qoşunlarını  məğlubbiyyətə  uğratmış  və  Ərdəbilə  qədər Azər-
baycan  ərazilərini  ələ keçirmişdir. Mənbələrdə Bars bəyin adı 
Bərcik, Bərcil və s. kimi də yazılmışdır (86, s. 94). 
Xızı  ərazisində  ən hündür dağ Ata-dağ silsiləsinin Kolanı 
dağıdır, hündürlüyü 2206,9 metrdir. Ata-dağ silsiləsi qapalı 
dairə formasındadır, ortası dərə olduğuna görə, bu təbii divarlar  
(dağlar) arasında olan dərəyə “Dibarı” (dib barı)-yəni “divar-
ların (dağların) yaratdığı dib (dərə)” demişlər. Bu sözü di barı, 
yəni barıların, dağların arası kimi də açıqlamaq olar. Çar Rusi-


 
177
yası və sovetlər dövründə tərtib edilən (1942-ci ildə tərtib edil-
miş məxfi hərbi xəritə istisna olmaqla) bütün xəritələrdə Kolanı 
dağının adı “Dübrar” kimi qeyd edilmişdir. Sonra isə “Dibrar” 
sözü  fars dilində “dü birar” və ya “dü bəradər”, yəni “iki 
qardaş” kimi açıqlanmışdır. Halbuki dü, birar, bəradər ifadələri 
də qədim türk dilindən fars dilinə keçmiş saysız-hesabsız söz-
lərdəndirlər. Qədim  türk  sözü  olan  və aralıq bildirən (iki 
nəsnənin arası) di ifadəsi (dil, diş, diz, dirsək, divar, dilək və s.) 
sonradan fars dilinə birbaşa say (iki) bildirən “dü” kimi 
keçmişdir. Birar sözü – bir + ar (ər) – bir ər (burada “ikimiz bir 
adamıq”), bəradər isə-bir + ad + ər (kişi, adam) – bir adlı, eyni 
adlı adam, yəni “adaş” deməkdir və sonradan fars dilinə  
“qardaş” anlamında qəbul edilmişdir. Ata-dağ silsiləsinin və 
Kolanı dağının adının süni şəkildə  dəyişdirilmə  cəhdi də bu 
gün yalnız istehzalı gülüş doğuran yüzlərlə saxtakarlıqdan 
biridir. Nə üçün belə bir saxtakarlığa  əl atılmışdır? Məhz ona 
görə ki, “kolan” və ya “kolanı” sözü oğuz türklərinin Qayı 
(Kayı) tayfasına məxsus toponimdir (29, s. 404). Qaya (Beşbar-
maq) ilə Kolanı arasında məsafə  cəmi 40-45 kilometrdir.  
“Qaya” və “Kolanı” sözləri birlikdə xalqa çox şeylər “danışa” 
bilərdi. Beşbarmaq mahalı xız, çaruq, saruqlu (sarıoğlu), qədir-
li, əhmədli, əfşar və başqa oğuz tayfaları ilə yanaşı mənbələrdə 
adı “qayı” və ya “kayı” kimi yazılan oğuz tayfasının da  
yurdudur. Ümumiyyətlə, Türk tarixində Beşbarmaq qayanın  
rolu yəhudi tarixində Sinay yarımadasındakı Tur dağının rolu 
qədər  əhəmiyyətlidir.  İncildə, Quranda və  qədim mənbələrdə 
adı “Qaya”, “Xızır qayası”, “Musa qayası”, “Beşbarmaq”,  
“Barmaq”, “Şirvan qayası”, “Şirokuz qayası” kimi yazılan bu 
qaya nəinki Türk millətinin məskunlaşdığı ərazilərdə, ümumiy-
yətlə Avrasiyada ən məşhur qayadır. Bundan başqa, yazılı 
mənbələrə görə bu qayanın yerləşdiyi ərazi, oğuz türklərinin ən 
qədim məskənlərindən biri olmuşdur. 
Xızı-Beşbarmaq mahalının  adı  Xızır peyğəmbərin adı ilə 
bağlıdır. Belə ki, Sayad-Xızı  həm Xızı-Beşbarmaq mahalının,  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə