178
həm də ümumilikdə bütün Xızı ərazisinin mərkəzidir. Beşbar-
maq dağının da “Xızır qayası”, “Xızır piri”, “Xıdır zində” kimi
tanındığı məlumdur. Xızı-Beşbarmaq mahalı başlanğıcını
Quşçu mahalındakı Kolanı dağından alıb,
Xəzər dənizinə tökü-
lən Ata-çayın cənub tərəfindədir. Xızı-Beşbarmaq mahalının
şimal-qərbində Quşçu mahalı, sənub-qəbində Göyxan mahalı,
cənubunda Qomişər mahalı, cənub-şərqində Gədik mahalıdır.
Xızı-Beşbarmaq mahalının ərazisi, Siyəzən royonunun da (Ata-
çaya qədər) bir qismini əhatə edir. Xızı rayonuna aid yurd
yerləri: Sayad-Xızı, Sayadlar, Altıağac, Baxşılı, Təkəli, Yarım-
ca, Əngilan, Fındığan (Findağan), Giləzi (Qılızı, Qılıncı), Qars,
Qızılqazma, Xələnc, Tuğlu (Tıxlı), Upa, Şıx-Xızı (Şəngə-eli),
Təkə-Şıxı.
Siyəzən rayonuna aid yurd yerləri: Qalaşıxı, Şıxlar, Zərgərli,
Keş, Güceyri, Zarat, Xışkədər, Ağ Siyəzən.
Sayad- Xızı. Xızı rayonunun mərkəzi Xızı şəhəridir. Şəhər
Türk dünyasının peyğəmbəri Xızırın yurdu, Tanqru (Tanqoru)
dağlarının şimal-şərqindəki müqəddəs Sayad-Xızı kəndinin ya-
xınlığında salınmış, bu kəndin adı ilə adlandırılmışdır. Ən azı
dörd min il yaşı olan bu kənd ulu Oğuzun oğlu Dağ xanın nəs-
lindən olan, iç-oğuz qoluna mənsub Xız (ğız, quz) tayfasının
məskənlərindəndir. Qədim “Nart” eposunda “Xız qalası” adlı
istehkamın adının çəkilməsi “xız” toponiminin qədimliyini bir
daha sübut edir. M.H.Təhmasibin “Azərbaycan xalq dastanları”
kitabında deyilir: “Nart eposunun
mənşəyini və inkişaf mərhə-
lələrini tam dürüstlüyü ilə müəyyənləşdirmək, hələlik mümkün
deyildir. Ayrı-ayrı qolların təhlili göstərir ki, eposun bir sıra
süjet və motivləri qədim skif mifləri ilə əlaqədar olub, yeni
eradan əvvəlki VIII-VII əsrlərə gedib çıxır” (85, s. 123). Şimali
Qafqaz, Dağıstan və Abxaziya xalqlarının şərik olduqları
“Nart” eposunda nart adlı tayfaların
dəfələrlə hücum etdikləri
və heç vaxt ala bilmədikləri “Xız qalası” haqqında danışılır.
M.H.Təhmasib “Azərbaycan xalq dastanları” kitabında yazır:
“nəhayət, bu eposda “Xız qalası” adlı çox möhkəm bir qaladan
179
danışılır” (85, s. 120). Mütəxəssislər, o cümlədən professor
E.A.Paxomov, eposda adı çəkilən “Xız qalası”nın indiki Xızı
rayonu ərazisində olduğunu söyləmişlər. Bu barədə M.H.Təh-
masib yazır: “Çox maraqlıdır ki, bu “Xız” qalasının eposdakı
təsviri 1943-cü ildə Xızı rayonunda aparılmış xüsusi tədqiqat
zamanı “Xızı qala” adlı qədim qala-istehkam xərabələri haq-
qında əldə edilmiş müxtəsər məlumatla çox yaxından səsləşir”
(85, s. 120). Ən qədim oğuzlardan olmuş Xız tayfasının adı ilə
bağlı Xızı-Beşbarmaq mahalındakı Sayad-Xızı toponimindən
başqa digər toponimlər də vardır. Bunlar Şıx-Xızı, Xızırkənd
və Xızrakəndçay toponimləridir. Mirəli Seyidov “Azərbaycan
xalqının soykökünü düşünərkən” kitabında yazır: “Xalq arasın-
da indi də oxunan sayaçı sözlərində onun əski çağla ilişgəli,
oyun-mərasim səciyyəsi özünü göstərir.
Bir neçə örnəyə diqqət
yetirək:
Salaməleyk, say bəylər,
Bir-birindən yey bəylər!
Saya gəldi, gördünüz,
Salam verdi, aldınız,
Alnı təpəl quzunu,
Sayaçıya verdiniz.
Bu saya kimdən qaldı?
Adəm atadan qaldı.
Adəm ata gələndə,
Qızıl öküz duranda,
Buğda sünbül salanda.
Gətirilən örnəkdən aydın olur ki, sayaya alnı təpəl quzunu
pay verirlər. Saya ilə ilişgəli xalq arasındakı deyimlərdən
aydınlaşır ki, o,
vaxtilə onqon, bəlkə də tanrı olmuşdur. İndi
“saya”nın bu səciyyəsini nümayiş etdirən deyimlərə diqqət
yetirək: “Saya yaradan, soy qurandır”; “Saya əppəyi, peyğəm-
bər ətəyi”; “Sayadan dönən soyundan dönər”; Soy yox ikən
180
Saya var idi”; “Saya dərd verəndə, dərman da verər”; “
Soy min
olar, Saya bir” (79, s. 140-141). “Adəm atadan” peyğəmbər-
lik qalıb və saya-peyğəmbərdir. Xızır peyğəmbərin Hun-Çin
müharibələrində qədim türk nəsillərini və türk dilini sürətli
dəyişikliyə uğrayaraq məhv olmaqdan qoruduğunu, türk
soyunun, türk dilinin xilaskarı olduğunu bilirik. “Sayadan
dönən soyundan dönər” misalı məhz
bu hadisəni tərənnüm
edən xalq deyimidir. Bəs bu Sayanın yurdu hardadır? Bu suala
da nəsildən-nəsilə ötürülərək yaddaşlara həkk olunmuş xalq
deyimi cavab verir:
Saya yaxşı sayadır,
Yeri, yurdu qayadır.
Onun gözəl sözləri,
Yatanları oyadır (79, s. 141).
Beşbarmaq qayanın həm də “Xızır piri”, “Xızır qayası” kimi
tanındığını yada salsaq “yeri, yurdu qaya” olan Sayanın Xızır
olduğuna heç bir şübhə də qalmır. Bütün bunlar göstərir ki,
“Sayad” (Saya ad) sözü “peyğəmbərin adı” deməkdir. Sadala-
nan toponimlərdən yalnız “Sayad-Xızı”nın Xızır peyğəmbərin
adı ilə əlaqəli olduğu tamamilə aydınlaşır. Sayad-Xızı Xızır
peyğəmbərin yurdudur. Sayad-Xızı dahi Cəfər Cabbarlının da
baba yurdur. Şıx-Xızı, Xızırkənd və Xızrakəndçay
toponimləri
xız (ğız, quz) tayfasının adı ilə bağlı toponimlərdir. Ulu pey-
ğəmbər Bəlya Məlikan oğlu da Xız tayfasındandır, Xızırdır.
Sonralar sadəcə Xızı adlandırılan Sayad-Xızının əhalisinin
də “tatar” (türk) olduğu Çar Rusiyası dövrünə aid (1874-cü il)
arxiv sənədlərində qeyd edilmişdir (140, səh. 996-1042).
Sayadlar kəndi Xızı-Beşbarmaq mahalındadır. Vaxtilə Sa-
yad-Xızının qışlağı olan bu ərazidə sonradan kənd salınmış və
Sayadlar adlandırılmışdır. Sayadlar da qədim xız tayfasının
məkanlarından biridir. Bu kənd, cəmi 29 il yaşamasına baxma-
yaraq bütün türk dünyasında tanınmış şair, qüdrətli sənətkar