181
Mikayıl Müşfiqin baba yurdudur. Heç nədən çəkinmədən,
qorxmadan həqiqəti sovet cəlladlarının üzünə deyən şair
həbsxanada yeddi ay olmazın işgəncələrə məruz qalmış,
“pantürkizm carçısı” adı altında 1938-ci ildə, yanvarın 6-da
sovet cəlladlarının qurduğu məhkəmənin qərarı ilə ölümə məh-
kum edilmiş, Nargin adasında güllələnmişdir.
Sayadlar (və ya Sayad) kəndinin əhalisinin də “tatar” (türk)
olduğu Çar Rusiyası dövrünə aid (1874-cü il) arxiv sənəd-
lərində qeyd edilmişdir (140, səh. 902-926).
Siyəzən rayonunun adını sovet dövründə, zərrəcə düşünmə-
dən, fars dilində “siyə” (siyah) sözü ilə əlaqələndirirdilər. Bu
da ən azı o ərazilərə yaxşı bələd olmamaqdan irəli gəlir.
Halbuki Siyəzənin özünə dağlılar “Qara Siyəzən” demişlər və
Gücövrü kəndinin yaxınlığında Ağ Siyəzən kəndi vardır. Əgər
rayonun adı “siyah” sözü ilə əlaqələndirilərsə bir türk dilində
“qara” bir də fars dilində “siyah” (qara) yanaşı durmaqla
məntiqsiz bir ifadə yaranar. Qonşu Xızı rayonunun Sayad-Xızı,
Sayadlar, Sayadan, Dovşansayakeş toponimlərindəki “saya”
sözü “Siyəzən” sözünün birinci hissəsini təşkil edir. Siyəzən –
saya (müqəddəs) + az (azər) + an (yurd) – müqəddəs azər
yurdu deməkdir. Ağ Siyəzən isə II əsrdə Azərbaycana gəlmiş
hunların yurdudur. Qədim yerli türkdillilər ümumilikdə bu
əraziyə Qara (böyük) Saya-az-an demişlər. XI əsrdə kütləvi
şəkildə Azərbaycana (Şirvan ərazisinə) gəlmiş və Xızı, Siyəzən
ərazilərində məskunlaşmış oğuzlar Sayaazana Qızılburun adı
vermişlər. Sovetlər dövründə isə Qızılburunun adı dəyişdirilib
guya qədim adı ilə “Siyəzən” adlandırıldı. Bu yurdun adı
Azərbaycanın qədim sakinləri olmuş zəngi oğuzlarının adı ilə
də əlaqəli olub Saya-zəngi kimi açıqlana bilər və bu barədə bir
qədər sonra söhbət edəcəyik.
Ağ Siyəzəninin yanındakı Gücövrü (Gücəri) kəndinin adı,
bir qədər əvvəl qeyd etdiyimiz kimi, qədim oğuzların həyat tər-
zindən doğan “köçəri” sözünün “küçəri”, sonra isə “gücəri”
formasıdır. Türkdilli xalqlarda “Köçəri” şəxs adının olması da
182
bizə məlumdur. Müasir dövrdə “köçəri” ifadəsi bəzən yanlış
şəkildə, yurdsuz-yuvasız, mütləq haradansa gəlmə insan kimi
başa düşülür. Halbuki minillərcə bir məkanda yaşamış qədim
türklər vardır ki, onlar da köçəri həyat sürmüşlər, ən çoxu cəmi
otuz-qırx kilometr məsafədə yerləşən qışlaq-yaylaq arasında
heyvandarlıqla məşğul olmuşlar.
“Xız” toponimi ilə yanaşı, Beşbarmaq mahalında, çox qədim
tarixi olan Fındığan kəndinin də adı Azərbaycanın dünya yara-
nandan bəri türkdilli tayfaların baba məskəni olmasına daha bir
sübutdur. Fındığan kəndinin adını müxtəlif şəkillərdə açmağa
cəhd ediblər, lakin bu açıqlamaların hamısı elmi əsası olmayan
mülahizələrdir. Fındığan kəndinin adını qədim Asər-türklərin
tarixini bilmədən açıqlamaq mümkün deyildir. Bu tədqiqat işi
isə altı minillik tarixi olan qədim Asər-türklərin tarixini açıqla-
yan ilk elmi əsərdir. Əslən bu kənddən olan, xalqımızın gözəl
ziyalısı, şairə, Respublikanın əməkdar müəllimi Ofelya
Babayevanın yüz ildən artıq yaşamış babası Kərbalayi İsrafil
və yaşlı nəslin digər nümayəndələri bu sözün “Findağan”
olduğunu söyləmişlər. I şah Abbasın farslaşdırma siyasətini
dəstəkləyən şahsevənlərin Xızıya gəlişindən sonra bu kəndin
adı “Fındığan”, “Fünduğun” və s. kimi tələffüz edilmişdir.
1903-cü ildə, Tiflis şəhərində, Qafqaz Hərbi Dairəsinin topoq-
rafiya şöbəsində tərtib edilmiş xəritədə kəndin adı məhz
“Findaqan” kimi qeyd edilmişdir. Əlbətdə ki, o dövrdə bu
toponimin açıb “deyə” biləcəyi həqiqətin kiçicik bir qismi Çar
Rusiyası məmurlarına məlum olsaydı mütləq düşünüb bir şey
“tapardılar” və bizə məlum olan faktlar kimi, bu kəndin adı da
dəyişdirilərdi yaxud heç xəritəyə salınmazdı. “Findağan” sözü
fin + dağ + an kimi üç hissədən ibarətdir. İkinci və üçüncü
hissələr birlikdə “dağan”dır, yəni dağ yeri, dağ yurdu demək-
dir. “Fin” isə e.ə IV minilliyə aid, asər-türklərə məxsus
ifadədir. “Dar” (dar keçid, dar yer) anlamında olan “fin” sözü
bu gün də dilimizdə işlənən fincan, fındıq, qıf, qıfıl və s.
sözlərin yaranmasında kök rolunu oynamışdır. Fındıq sözündən
183
başqa göstərilən üç söz (fincan, qıf, qıfıl) hidronimlərdir.
Fındıq – fin (dar yer) + tığ (çoxlu) – “dar yerdə çoxlu” demək-
dir və həqiqətən də yığcam bir dəstəsində çoxlu meyvəsi olan
bitkidir. Fincan sözü isə – fin + cu (su) + an – “dar yerdə
yığılmış su”, “dar çalada yığılmış su” deməkdir. Qıf – qu (ku,
su, su axını) + fi (fin, dar keçid) – “dar keçiddən axan su” an-
lamındadır. Qıfıl sözü – qu + fi + il – “suyun (açılıb-bağlanan)
dar keçiddən buraxılması”, yəni insanlar istədikləri vaxt qıfıl
bəndi bağlaya və aça bilərdilər. Britaniya adasından qalay gəti-
rən qədim As-ər tayfalarına məxsus “fin” sözü e.ə IV minilliyə
aiddirsə, fincan, qıf, qıfıl ifadələri “suyun sirrini bilən Xızır”
dövrünə, yəni e.ə. II minilliyə aid hidronimlərdir. “Findağan” –
“dar keçidli dağ yurdu” deməkdir və bu da tarixi faktlarla təs-
diqlənən həqiqətdir. Belə ki, “Findağan” Beşbarmaq səddinin
qərbində, dağlardadır, skandinav əfsanələrində “As istehkamı”,
“Nart” eposunda “Xız qalası” adlandırılmış Beşbarmaq isteh-
kamının və yaxud Bacərvan şəhər-istehkamının daxilində
olmuşdur. Şamaxı-Xızı-Şirvan-Şabran-Dərbənd yolu məhz
indiki Fındığan kəndindən, Beşbarmaq səddi (istehkamı) ilə
dağların arasında olan “dar dağ keçidindən” keçmişdir. Məhz
bu səbəbdən də aşağı Fındığan “Arkara”-yəni “ara çay”, yuxarı
Fındığan isə Qala (Qələ) Fındığan, kəndin yaxınlığındakı
Saraku dağı ilə yanaşı olan dağ Qalatəpə adlandırılmışdır.
Göründüyü kimi, bu kəndin altı min illik tarixi vardır və
“Findağan” toponimi zərrə qədər şübhə edilməyəcək dərəcədə
qədim türk dillərinə aid gözəl, dəqiq ifadədir. E.ə. IV minilliyə
aid olan bu toponim Azərbaycanın ən qədim zamanlardan
türkdilli tayfaların məskəni olduğunu təsdiqləyən saysız-
hesabsız sübutlardan biridir.
Çar Rusiyası dövründə (1874-cü il) tərtib edilmiş arxiv sə-
nədlərində Fındığan kəndinin əhalisinin türk olduğu qeyd edil-
mişdir (141, s. 403-429). 1874-cü ildə bu kənddə 75 ev olub.
Təkəli və Təkə-Şıxı kəndlərinin əhalisinin də türk olduğu
Çar Rusiyası dövrünə aid (1874-cü il) arxiv sənədlərində qeyd
Dostları ilə paylaş: |