Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   64   65   66   67   68   69   70   71   ...   86

 
206
məhkəmələr də varlıların-qolçomaqların, bəylərin mənafeyini 
güdürdü.  Şikayətlərinin heç bir nəticə verməməsini görən 
kəndlilər vergi verməkdən boyun qaçırır, hökumət məmurları-
nın, kəndxudaların, bəylərin evlərinə, malikanələrinə hücum  
edir, var-yoxlarını dağıdır, evlərini yandırırdılar. Kəndlilərin  
bu aktiv mübarizəsi silahlı toqquşmalara çevrilirdi. 
XIX yüzilliyin son rübündə Azərbaycanda belə mübarizənin 
ən çox yayılmış forması qaçaq hərəkatı idi. Bu və ya digər 
narazı, cəzanə  gəlmiş  kəndli öz feodalını, çar məmurunu 
öldürəndən sonra ələ keçməmək üçün dağlara qaçır,  ətrafına 
özü kimi narazı kəndliləri toplayaraq silahlı dəstələr düzəldirdi.  
Bu dəstələr əsl xalq intiqamçılarına çevrilirdilər. Onlar qəflətən 
bəyin, qolçomağın, çar məmurunun, sələmçinin mülkünə bas-
qın edir, onların var-yoxlarını ələ keçirib yoxsullara paylayırdı-
lar. Qaçaq hərəkatı demək olar ki, Azərbaycanın hər yerini 
bürümüşdü.  Əhali onların intiqamını  bəylərdən, çar məmurla-
rından alan qaçaqları həmişə müdafiə edir, onların ələ keçmə-
sinə mane olurdular. Təsadüfi  deyil  ki, elimizdə belə xalq  
məsəli var: Qaçağı el saxlar” (48, s. 247-248). 
Çar Rusiyası dövründə  işğalçılara qarşı silahlı mübarizə 
aparmış,  əslən indiki Xızı rayonundan olan qaçaq Adgözəl 
Xələfoğlu, Qurd Məhərrəm (Xələfoğlu), Pəricahan Xələfqızı, 
Dəli Zeynal, Upa Əkbər, Dəli Qəhrəman, Qılızılı Fərruğ, Hacı 
Rüstəm, Hacıbala Rüstəmoğlu, Hacı Həbib Əmirli, Hacı Mah-
mud, Hacı Cabbar, pəhləvan  İmanqulu, Oğuz  Əli, qaçaq 
İmambaxış, Ağabala  Əzimoğlu, Hacı Qurban Əli Zeynaloğlu, 
Molla  Əli Nadiroğlu və başqa bu kimi igidlərin adları dillər 
əzbəri olmuşdur. 
Qaçaqların yerli feodallara qarşı mübarizəsi də  əslində 
işğalçı idarə üsuluna qarşı aparılan mübarizə idi. Çünki o 
dövrdə bəy titulu daşıyanların heç də hamısı əsilli-nəsilli bəylər 
deyildilər. Bu bəylərin  əksəriyyəti çar məmurlarına rüşvət 
verməklə “bəylik” almışdılar. Xızı ərazisində varlı sahibkarlar-
la sadə xalq arasında heç bir qarşıdurma olmamışdır. Belə ki, 


 
207
bir hadisə istisna olmaqla varlı dağlılar “bəy” titulu daşımamış-
lar, “kafirdən bəylik almağı” əksiklik saymışlar. Sözsüz ki, bu 
işdə Hacı Seyyid Zəki ağa, Hacı Seyyid Əli, Hacı Seyyid 
Mahmud kimi savadlı din xadimlərinin rolu böyük olmuşdur. 
Müqəddəs Quranın biliciləri olmuş bu insanlar əhalini İrandan 
qaynaqlanan və din adı altında təbliğ edilən xürafatdan da 
qorumuşlar. 
Çar Rusiyası dövründə “bəy” titulu almış  kəndxudanı 
Beşbarmaq mahalının Fındığan kəndindən olan Dəli Zeynal 
körpünün üstündə güllə ilə vuraraq öldürmüşdür. Dəli Zeynalın 
yaxşı silahlanmış, sərrast atıcılardan ibarət dəstəsi var idi.  
Dəfələrlə onun dəstəsini ləğv etməyə göndərilmiş kazaklar hər 
dəfə itkilər verərək məğlub olmuşlar. Qaçaq Zeynalın hər 
addımını izləyən pristav nəhayət, onun dəstədən ayrılaraq kən-
də gəldiyini öyrənmiş və kazak dəstəsi ilə pusquda  durmuşdur.  
Zeynal kəndin yaxınlığındakı dağda öldürülmüşdür. İgidliyi və  
dönməzliyi ilə “Dəli Fındığan” kimi tanınmış kəndin əhalisin-
dən ehtiyat edən pristav hiyləgərcəsinə, guya belə bir igidin 
ölümünə  dərindən təəssüflənərək, camaata Zeynalın başqa bir  
qaçaq tərəfindən vurulduğunu söyləmişdir. Camaat da buna 
inanmışdır. Dəfələrlə kazaklardan ibarət atlı dəstəsi ilə hücum  
edərək Dəli Zeynalı öldürmək istəyən pristavın bu yalançı 
təəssüfünə camaat necə inana bilərdi?! Burada, kişinin yalan 
danışa bilməsini ağıllarına belə  gətirməyən xalqın hədsiz 
sadəliyindən daha çox məmurun qorxaq xislətindən irəli gələn   
ikiüzlülüyü, artistlik məharəti heyrət doğurur. İstər Çar Rusiya-
sı, istərsə  də sovetlər dövründə bu metoddan geniş istifadə 
edilirdi. Öldürülməsinə  və ya sürgün edilməsinə artıq “qərar 
verilmiş” bir insanın aid olduğu yaşayış yerində, kollektivində  
“məsələ” mütləq müzakirəyə qoyulur, “düzgün” rəy verilir və  
imzalar toplanırdı. “Parçala və hökm sür” proqramının tərkib  
hissələrindən olan bu metod həm də xalqın diqqətini yayındırır, 
işğalçı rejimin məkrli siyasəti üzərinə pərdə çəkirdi. 


 
208
O dövrün adlı-sanlı qaçaqlarından biri də Göyxan mahalının 
Ağdərə  kəndinin  Şıx Səfərli nəslindən Adgözəl Xələfoğlu ol-
muşdur. Gənc yaşlarında bir çar məmurunu xəncərlə vurub ya-
raladığına görə Sibirə sürgün edilmiş  və tezliklə sürgündən 
qaçıb qayıtmış Adgözəl bir neçə nəfərdən ibarət silahlı dəstə ilə 
dağlara çəkilmək məcburiyyətində qalmışdır. Getdikcə  dəstə-
sində olan silahlıların sayı artmış və o dövrün ən böyük qaçaq 
dəstələrindən birinə çevrilmişdir. Bakıda, Təbrizdə, Dərbənddə, 
Şamaxıda,  Şəkidə, Qarabağda, Göyçədə, Qazaxda, Tovuzda, 
Şəmkirdə adı dillər  əzbəri olan bu qaçağın igidliyi haqqında  
aşıqlar,  şairlər söz demişlər. Qaçaq dəstələrinin yüksək 
manevrli olmaları vacib həyati məsələ idi. Silah və sursatla 
təminat rüşvətxor çar məmurları hesabına həyata keçirilirdi. 
Belə ki, qaçaq dəstələri  əsasən elə pristavların, kazakların  
“əlavə  gəlir”  əldə etmək məqsədi ilə gizli şəkildə satdıqları, 
nadir hallarda hərbi qənimət kimi ələ keçirdikləri silah və  
sursatla silahlanırdılar. Tez-tez düşərgə yerini dəyişmək 
məcburiyyətində qalan qaçaqların ərzaqla təminatı da çətin idi. 
Bu səbəbdən də qaçaq dəstələri adətən 15-20 atlıdan ibarət 
olurdu. Lakin Adgözəlin dəstəsində olan qaçaqların sayı yüz 
əlli nəfərdən artıq idi. Beşbarmaq mahalına Dəli Zeynalın,  
Gədik və Göyxan mahallarına qaçaq Adgözəlin qorxusundan  
bir çar məmuru yaxın gələ bilmirdi. Bu səbəbdən də qubernator 
“nəyin bahasına olursa olsun” Adgözəlin öldürülməsini pris-
tava tapşırır. Adgözəlin hər addımını izləyən pristav onun  
Beşbarmaq mahalında toyda olduğundan xəbər tutur. Adgözəl  
toya bacısı Pəricahanla birgə getdiyindən özü ilə dəstədən heç 
kimi aparmamışdı. Belə bir fürsəti çoxdan axtaran pristav otuz 
nəfər atlı ilə dağlara qalxır. Lakin Adgözəli toyda həbs 
etməkdən qorxaraq yolda pusqu qurur. Gecə toydan Ağdərə  
kəndinə qayıdan Adgözəl ilə bacısı yolda pusqu olduğundan  
duyuq düşərək atlarını çapıb dağa qalxır və qayaların  
arxasında mövqe tuturlar. Dağı əhatəyə alan jandarmlar dar cı-
ğırla yuxarı qalxa bilmirlər, belə ki, sərrast atıcılar olan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə