Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   66   67   68   69   70   71   72   73   ...   86

 
212
Uzun illər “inqilabdan əvvəl”... ifadəsinin kölgəsi altında dəfn  
etdiyimiz işıqlı keyfiyyətlərə, mənəvi qənimətlərimizə vaysı-
nıb-ağlamaqdansa, onları üzə  çıxarıb bərpa etsək yaxşıdır.  
Keçən  əsrin axırlarında Bakı  şəhərinin son dərəcə mürəkkəb
ziddiyyətli, eyni zamanda keşməkeşli, cah-cəlallı bir dövrü  
olmuşdur. Həmin dövrdə yaşamış işıqlı şəxsiyyətlərdən biri də  
Məşədi  Ələsgər Hacı Gülməmməd oğludur. O, 1850-ci ildə 
Quba dairəsinin Xızı  qəryəsində, ortabab mülkədar ailəsində 
dünyaya göz açmışdır. Olduqca dindar bir şəxs olan Hacı 
Gülməmməd kişi beş  oğlunun beşini də vaxtında Məşhəd və 
Kərbəla ziyarətlərinə aparmışdı. Qardaşları içərisində öz dərin 
ağlı  və  zəkası ilə  fərqlənən  Ələsgər mollaxana təhsili alandan 
sonra atasının təsərrüfat işləri ilə  məşğul olmuş, ticarətin 
sirlərinə dərindən yiyələnmiş, Bakıda tanınan ticarətçilər sırası-
na çıxmışdır. 
Cavan yaşlarında Bakı  şəhərinə köçən Məşədi  Ələsgər 
indiki Nəriman Nərimanovun heykəlindən bir qədər yuxarı 
əldə, 4-cü Sovet küçəsində 10-12 gözdən ibarət ikimərtəbəli  
bir imarət tikdirmişdi. O, istər Rusiyadan, istərsə  də  İrandan, 
Türkiyədən külli miqdarda mal-qara, qoyun sürüləri alıb 
Bakıda və Azərbaycanın başqa  şəhərlərində satdırardı. Bakıda 
yerləşən Qəssab bazarında dükanların əksəriyyəti onun ixtiya-
rında idi. Görənlər söhbət edirdilər ki, Məşədi Ələsgər “İmam  
ehsanlarında” 300 toyuq kəsdirər, hər iki adama bir toyuq  
qoydurardı. Orucluq aylarında onun evi növbəyə dayanmış 
camaatla dolu olardı. Hər kəs öz azuqəsini alıb gedərdi. Məşədi 
Ələsgərin  ən böyük xidmətlərindən biri Böyük Zirə adasında 
(Nargin adası)  əsir saxlanan türk əsgərlərinə etdiyi köməklik 
idi. 
1916-cı ildə rus qoşunları Qafqaz cəbhəsi boyunca hücuma 
keçərək  Ərzurumu və Trabzonu tutdular. Bu döyüşlər zamanı  
türklərdən çoxlu əsir alınmışdı. Onlardan təxminən 400-600 
nəfəri Bakı şəhəri yaxınlığındakı Böyük Zirə adasında saxlanı-
lırdı. Türk əsirlərinin güzəranı burada olduqca pis idi. Aclıq, 


 
213
susuzluq və xəstəlik onları əldən salmışdı. Onlar arasında müx-
təlif epidemik xəstəliklər gözlənilirdi. 
Belə bir vəziyyətdə  Məşədi  Ələsgər onlara çox köməklik 
göstərmiş, müxtəlif yollarla, gah pulla onları satın almış, gah 
pendir çəlləklərində onların adadan qaçırılıb vətənlərinə yola 
salınmasını təşkil etmişdi. Əlbətdə, onun yaxşı əməllərinin səs-
sorağı Türkiyəyə gedib çatmaya bilməzdi. Bu xidmətlərinin 
nəticəsi olaraq şəxsən  Ənvər paşanın göstərişi ilə  Məşədi 
Ələsgər qiyabi olaraq yüksək Türkiyə ordeni ilə təltif olunmuş-
du. 1918-ci ildə türklər Bakıya gələndə, azərbaycanlıları 
ermənilərin soyqırımından xilas etdikləri vaxt Məşədi Ələsgər 
artıq öz dünyasını  dəyişmişdi. Hörmət və ehtiram əlaməti  
olaraq türklər onun evinin damında türk bayrağını dalğalandır-
mışdılar. 
Orta boylu, gur səsli, yaraşıqlı bir şəxs olan Məşədi Ələsgər 
1917-ci ildə arxadan vurulan bir namərd gülləsinin qurbanı ol-
muşdur”.  
1917-ci il oktyabrın 25-də Rusiyada baş vermiş dövlət çevri-
lişindən sonra, hələ üç gün əvvəl Bakı Sovetinə keçirilmiş seç-
kilərdə çoxluq qazanmış bolşeviklər öz hakimiyyətlərini bütün  
Cənubi Qafqaza yaymağa çalışdılar. İcraiyyə Komitəsinin sədri 
vəzifəsinə  Şaumyanın seçildiyi Bakı Soveti, öz hakimiyyətini 
Bakıda möhkəmlətməyi, Bakını Rusiyanın ayrılmaz hissəsi et-
məyi qərara aldı. Sovetdə bolşevik-daşnak ittifaqı yarandı. Bakı 
1917-ci ildə yaranmış Zaqafqaziya Komissarlığı tərkibinə daxil 
edilmədi. Bakıda güclü erməni silahlı qüvvələri cəmləşdirildi. 
Bakı Sovetinin işində  iştirakdan imtina etmiş müsavatçılar 
Azərbaycanın muxtariyyatı uğrunda mübarizə aparmağa başla-
dılar. Bolşevik-daşnaklar isə “Müsavatı” müdafiə edən yerli 
əhaliyə divan tutmaq üçün 1918-ci il martın sonunda Bakıda 
qırğın təşkil etdilər. Üç gün davam etmiş  qırğında yerli 
azərbaycanlı  əhalidən 12 min nəfərə  qədəri vəhşicəsinə  qətlə 
yetirilmişdi. Qırğın Azərbaycanın hər yerinə yayılmışdı. 
Yüzlərlə  kənd viran edildi. Bolşevik-daşnaklar bu vasitə ilə 


 
214
bütün Azərbaycana yiyələnmək istəyirdilər. Lakin onlar buna 
nail ola bilmədilər. 1918-ci il mayın 26-da Zaqafqaziya 
Komissarlığı  əsasında yaradılmış Zaqafqaziya Seymi süqut 
etdikdən sonra, Zaqafqaziyada üç müstəqil cümhuriyyət, o 
cümlədən mayın 28-də M.Ə.Rəsulzadənin başçılığı altında  
Azərbaycan Müvəqqəti Milli Şurasının elan etdiyi Azərbaycan  
Xalq Cümhuriyyəti yaradıldı. Bu bütün türk və müsəlman  
dünyasında ilk respublika idi. F.Xoyskinin başçılığı altında  
müvəqqəti hökumət təşkil edildi. Bu hökumət Türkiyə ilə 
ittifaqa girdi, Osmanlı qoşunları Azərbaycana daxil oldular (48, 
s. 314-315). 
Nuru paşanın Gəncəyə gəlməsi və Qafqaz  İslam Ordusunun 
yaradılmasının ona tapşırılması Bakıda hakimiyyəti əlinə keçir-
miş bolşevik-daşnak qüvvələrini ciddi təşvişə salmışdı. Azər-
baycanın bütün ərazisinə qeyd-şərtsiz hakim olmaq istəyən bol-
şevik-daşnak qüvvələri yaxşı anlayırdılar ki, Qafqaz İslam Or-
dusunun təşkilatlanması onların niyyətlərinin həyata keçməsinə 
imkan verməyəcəkdir. Ona görə də Qafqaz İslam Ordusu hələ 
təşkilatlanmamış, dövlət müstəqilliyini yenicə əldə etmiş Azər-
baycanın milli qüvvələri nəfəs dərməyə imkan tapmamış S.Şa-
umyan və onun ətrafındakılar, əsasən ermənilərdən təşkil edil-
miş bolşevik-daşnak qoşunlarına Gəncəyə doğru hücum əmri 
verdilər. İyun ayının əvvəllərində bu qoşun hissələri Bakı-Gən-
cə dəmir yolu xətti boyunca hücuma keçdilər. Bolşevik-daşnak 
liderlərinin qarşılarına qoyduqları minimum məqsəd Yevlaxda 
Kür çayı üzərindən keçən körpünü tutmaq idi. Çünki bu körpü-
nü tutmaqla Qafqaz İslam Ordusu hissələrinin şərqə doğru irə-
liləməsinin qarşısı alına bilərdi. 
Mövcud vəziyyətdə Nuru paşanın  əl atdığı yeganə vasitə o 
oldu ki, Müsəlman qolordusunun Gəncədə olan zirehli qatarını 
və Qafqaz İslam Ordusunun qərargah rəisi Nazim bəyi Müsüs-
lü istiqamətində göndərdi. Nazim bəy vəziyyəti öyrənməklə bə-
rabər Müsüslü ətrafında və Qaraməryəm istiqamətində olan az-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə