Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   69   70   71   72   73   74   75   76   ...   86

 
221
Əhməd öldürüldülər. Bu hadisə 1928-ci ildə baş vermişdir (77, 
s. 159). 
Azərbaycan DSİ-nin əməkdaşı Avanesovun tərtib etdiyi ilti-
zamnaməyə görə qaçaqlar, hərəsində 24-26 nəfər olmaqla üç  
qrupa bölünüblər. Birinci dəstəyə  Məmməd Hacı  Cəfər oğlu, 
İbad Hacı Cabbar oğlu, Hacı Rza Hacı Cabbar oğlu,  Şıxbaba 
Məmmədzahid oğlu, pəhləvan  Şıxbaba Hacı Cabbar oğlu, 
Tahir Soltan oğlu və başqaları; ikinci dəstəyə  Ələkbər Hacı 
Qurbanəli oğlu, Eynulla Əliseyran oğlu, Nəcəfqulu Səməd 
oğlu, Mehdiqulu İmanqulu oğlu, Şıxı Əlican oğlu və başqaları; 
üçüncü dəstəyə Hacıbala Hacı Rüstəm oğlu, Hacıqulu Hacı 
Həbib oğlu, Məşədi Hüseyn Məmmədrza oğlu, Hacıbaba 
Hüseyn oğlu, Həmzəli Səfərəli oğlu və başqaları daxil idilər 
(77, s. 152). Sənədlərdə adı  çəkilən bu igid insanlardan biri 
Hacıbala Hacı Rüstəm oğludur. 1917-1918-ci illərdə bolşevik-
daşnaklara və 1920-ci ildən başlayaraq sovet işğalçılarına qarşı 
silahlı mübarizə aparmış Hacıbala Hacı Rüstəm oğlu Göyxan 
mahalının Ağdərə  kəndində dünyaya gəlmişdir. Azərbaycan  
SSR Dövlət Siyasi İdarəsinin 1931-ci il 22 oktyabr tarixli  
anketində milliyyətinin türk, yaşının 52 olduğu qeyd edilmişdir 
(77, s. 237). 1928-1929-cu illərdə Hacıbala Hacı Rüstəm oğlu 
öz dəstəsi ilə Bakı  ərazisində mübarizə aparan qaçaq Aslanın 
da köməyinə getmişdir. Təəssüf ki, qaçaq Aslanın Bakının 
hansı  kəndindən olduğu unudulmuşdur. Bakılı qaçaq Aslanı 
Ağdərə sakini igid Molla Əli Nadir oğlu ilə qaçaq Aslanın 
dəstəsində olan dağlı qaçaq İsmayıl tanış etmişdir. Molla Əli 
Nadir oğlu isə qaçaq Aslanı Hacıbala Hacı Rüstəm oğlu ilə 
tanış etmişdir. 20-ci illərin sonunda qaçaq Aslan da NKVD 
qoşun dəstəsi tərəfindən təqib edilən Hacıbalanın köməyinə  
yetmişdir. 60-cı illərin sonlarında qaçaq Hacıbalanın oğlu 
Dilavər qaçaq Aslanın oğlu ilə Bakıda görüşmüşdür. Hacıbala 
Hacı Rüstəm oğlu heç vaxt düşmənə baş  əyməmiş, igidliyi, 
dönməzliyi ilə digərlərinə nümunə olmuşdur. Onun və qardaşı 
Hacı Rza Hacı Rüstəm oğlunun ittihamnaməsində eyni sözlər 


 
222
yazılıb: “könüllü olaraq Ağdərə bandasına qoşulmuşdur, adam 
öldürməkdə, soyğunçuluqda, bandanın bir yerdən başqa yerə 
getməsində  və s. iştirak etmişdir. Bandanın kommunar 
dəstələrlə və hərbi bölmələrlə atışmasında iştirak etmiş, kənddə 
Müsavat təşkilatının təşəbbüskar üsyançı özəyinin üzvü olmuş, 
bu təşkilatın digər üzvləri ilə üsyanın mərkəzi olan Ağdərə  
kənd sovetində hakimiyyəti ələ almaq və üsyançılar hərəkatını 
daha da genişləndirmək məqsədilə  əksinqilabçı  çıxışlar 
hazırlamışdır”. Qəribə  də olsa faktdır ki, tezliklə dünyanın  ən 
qanlı,  ən irticacı imperiyasına çevrilmiş sovetlər birliyinin 
qurucularından olmuş, on minlərlə günahsız insanları  qətlə 
yetirmiş, sürgünlərdə, həbsxanalarda çürütmüş bolşevik-daşnak 
vəhşiləri öz yurdunu, elinin qeyrətini, namusunu qoruyan 
igidləri cinayətkar kimi ittiham etmişlər. Hacıbala Hacı Rüstəm 
oğlu 1931-ci ildə 10 il həbs cəzasına məhkum edilmiş, 2 
oktyabr 1937-ci ildə güllələnmişdir. 
İndiki Xızı rayonunun ərazisi 1930-cu illərdə NKVD qoşun 
dəstələri tərəfindən üzük qaşı kimi mühasirəyə alınmışdı, bütün 
yollar kəsilmişdi. Məhz bu səbəbdən də Sadıq Zeynaloğlu
haqlı olaraq, Tahir Soltan oğlunun qaçaqların topladığı pula 
patron almaq üçün Bakıya getməkdə ittiham edilməsini yalan 
sayır (77, s. 153). DSİ-nin sənədlərində Ovçu Qara Əhmədin  
öldürdüyü kommunarlardan birinin “Polevoy Soyuz” sovetliyi-
nin sədri olduğu göstərilir. Qara Əhmədin oğulları barəsində 
yazılır ki, İmamulla 1928-ci ildə öldürülmüş atasının qisasını  
almaq üçün banditlərə qoşulub. Onun iki qardaşı var. Biri  
Qızıl ordunun əsgərini öldürdüyünə görə sürgün olunub, o biri 
də adam öldürməkdə  təqsirli bilinərək sürgün edilib (77, s. 
159). 1931-ci il oktyabrın 8-də QPU əməkdaşı Aqacanyanın 
dəstəsi İmamulla Qara Əhməd oğlunun qaçaq dəstəsini müha-
sirəyə salır. Bir müddət atışmadan sonra qaçaqların gülləsi 
qurtarır. Gülbala son gülləsi ilə Yezid adlı kommunarı öldürür.  
İmamulla və onun dəstəsinin bütün üzvləri-qardaşı Gülbala, 
Zeynalabdin və  Ələkbər Hacı Qurban Əli oğlu,  Şahmərdan 


 
223
Şahkərəm oğlu,  Əlağa Səfərəli oğlu, tudarlı  Məmməd, Nəcəf-
qulu Səməd oğlu öldürüldülər. Həmin gün Məxfi siyasi  
şöbənin rəisi Borşovun imzası ilə Tiflisə, Zaqafqaziya Baş 
Siyasi idarənin sədri Lavrenti Beriyaya İmamullanın rəhbərlik 
etdiyi bandit qrupunun ləğv edildiyi barədə teleqram göndəril-
di. Ertəsi gün əməliyyat qrupunun rəisi Suxanov yuxarıda  
adları  çəkilən ağdərəlilərin güllələnməsi barədə arayışla DSİ  
rəhbərliyinə  məruzə  etdi  (77,  s.  174).  Aydın  Əhməd oğlunu  
1937-ci il oktyabrın 21-də Üçlük ölüm cəzasına məhkum 
etmişdir. 1937-ci il oktyabrın 28-dən 29-na keçən gecə güllə-
lənmişdir. 1931-ci il 8 oktyabr tarixli anketdə milliyyətinin 
türk, yaşının 20 olduğu qeyd edilmişdir (77, s. 231). Məmməd  
Cəfər oğlu Ağdərə  kəndində doğulmuşdur. 1931-ci ildə  həbs 
edilmişdir. Anketdə milliyyətinin türk, yaşının 50 olduğu qeyd 
edilmişdir (77, s. 247). 10 il həbs cəzasına məhkum edilmiş, 
Daşkənd həbsxanasına göndərilmişdir. 1937-ci ildə güllələn-
mişdir (77, s. 231). 1931-ci ildə həbs edilmiş Nəcməddin Cəfər 
oğlu, Tahir Soltan oğlu, Eynulla Seyran oğlu və s. kimi igid 
insanları isə  həbsxanalarda işgəncə verərək öldürmüşlər. Bu 
sadalananlar Ağdərə  kəndi üzrə qaçaq dəstəsinin üzvü kimi 
“ləğv” edilənlərin, həbs edilənlərin, edam olunanların, həbsxa-
nalarda işgəncə ilə öldürülənlərin kiçik bir qismidir. Təsadüf 
nəticəsində günümüzə  qədər gəlib çıxmış  və Sadıq Zeynaloğ-
lunun araşdırıb aşkar etdiyi sənədlərdə, fotoşəkillərdə yalnız bir 
kəndin faciəsi öz əksini tapmışdır.  
Xızı  və Siyəzən rayonlarında arxiv sənədləri aşkar edilmə-
miş 1930-cu illərin repressiya qurbanlarının sayı yüzlərlədir. 
Bunların arasında insanları dini fanatizm uçurumuna yuvarlan-
maqdan, eyni zamanda dinsiz kommunist fəlsəfəsinə aldan-
maqdan qoruyan savadlı din xadimləri, xalqı azadlıq uğrunda 
vəhdətə, birgə mübarizəyə  səsləyən ziyalılar da az deyildi. 
Əslən Xızının Sayadlar kəndindən olan Mikayıl Müşfiq də bu 
ziyalılardan biri idi. Onun şeirlə danışmaq, ətrafında baş verən  
hadisələrə ani bir vaxtda şeir qoşmaq, saatlarla şeir demək  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə