Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   67   68   69   70   71   72   73   74   ...   86

 
215
saylı qüvvələri bolşevik-daşnak hücumunu ləngitməyə  və bu-
nunla da vaxt qazanmağa çalışmalı idi. 
Nuru paşa bilirdi ki, Bakı bolşevikləri böyük bir qüvvə ilə  
irəliləyib Müsüslü ətrafındakı bataqlıq sahəyə yaxınlaşmışlar. 
500 nəfər miqdarında təxmin edilən başqa bir dəstə isə Şamaxı 
yolu ilə Qaraməryəm üzərinə hücuma keçmişdir. 
Nuru paşanın Gəncə ermənilərinin tərksilah edilməsi ilə baş-
lanan gərgin günləri davam edirdi. Bir sınaqdan çıxmağa macal 
tapmamış onu növbəti sınaq haqladı. Özü də bu sınaq daha 
ciddi idi. Türk qoşunları düşmən ilə üzbəüz gəlmişdilər. 
Bolşevik-daşnak qoşunlarının hücumunun qarşısının alınma-
ması çox ciddi faciələrə yol aça bilərdi. Hərbi təşəbbüs isə 
hələlik bolşevik-daşnak qüvvələrinin  əlində idi və onlar bu  
fürsətdən istifadə edərək irəliyə doğru hərəkət edirdilər (82, s. 
62-63). 
Şamaxıda, Mərəzədə yerləşən bolşevik-daşnak qüvvələrinə 
aid dəstələr bir neçə dəfə Xızı ərazisinə hücum etmişlər. Lakin  
hər dəfə bu hücumların qarşısını Ağdərə kəndi kəsmişdir. Xızı-
nın Göyxan, Qomişər, Beşbarmaq və Gədik mahallarının kənd-
lərindən gəlmiş silahlı  dəstələr Ağdərə igidləri ilə birlikdə bu 
kəndi alınmaz qalaya çevirmişdilər. Ümumiyyətlə, bolşevik-
daşnak qoşunlarının 1918-ci ilin mart ayından başlayan fəaliy-
yətini, xüsusilə  də may-iyun aylarında qərbə doğru hücum 
etmələrini Nuru paşanın Gəncəyə  gəlişi ilə  əlaqələndirmək o 
qədər də dəqiq fikir deyil. Əslində 1918-ci ilin yanvar ayından 
başlayaraq ölkəmizin demək olar ki, hər bir bölgəsində bolşe-
vik-daşnak qüvvələrinə qarşı qanlı mübarizə gedirdi. Tarixi  
faktlar göstərir ki, Rusiyanı idarə edən bolşevik rəhbərləri, 
1918-ci ilin ilk günlərindən başlayaraq, 1-ci Dünya müharibəsi-
nin Qafqaz cəbhəsindən qayıdan hərbi hissələri Gəncə və Bakı 
şəhərlərinin yaxınlıqlarında yerləşdirməyə başlamışdılar. Bu 
barədə A.Proxorovun sədrliyi ilə hazırlanmış  və 1987-ci ildə 
Moskva  şəhərində  nəşr edilmiş ensiklopediyada ətraflı  məlu-
mat verilir (124, s. 213, 677). Şamxor (indiki Şəmkir) dəmiryo-


 
216
lu stansiyası yaxınlığında rus qoşunlarının eşelonlarının məhv 
edilməsi nəticəsində Azərbaycanın qərb ərazilərinin hələ 1918-
ci ilin yanvar ayında işğal edilməsinin qarşısı alındı. 1918-ci 
ilin yanvar ayında eyni hadisə Xaçmaz stansiyası yaxınlığında 
baş vermişdir, birləşmiş qaçaq dəstələri rus qoşunlarının 
eşelonlarına hücum etmişlər. Bu hücumlar nəticəsində  işğalçı 
ordu bölmələrinin bir neçə min əsgəri öldürülmüş  və yaralan-
mışdır. 
Qafqaz (Rusiya-Türkiyə) cəbhəsindən qayıdan rus qoşun-
larının getdiyi qatara Xaçmaz stansiyası yaxınlığında, daha 
dəqiq desək, indiki Şabrandan  şimalda, Bayat-uzun qışlağı 
ərazisi ilə  Vəlvələçay körpüsü arasında hücum etmiş qaçaq 
birləşməsində  Xızının Ağdərə  kəndindən Hacı  Həbib  Əmirli, 
Şamaxılı Seyid-qulu, Qonaqkəndli Mail öz dəstələri ilə iştirak 
etmişlər. Yaşlıların dediyinə görə Hacı  Həbib “Müsavat”ın 
üzvü olmuşdur. Bu, Azərbaycan  SSR Dövlət Siyasi İdarəsinin, 
“Ağdərə üsyanı” adı altında apardığı istintaq sənədlərində  də 
təsdiqini tapır.  Şabran yaxınlığında, qəfil hücum nəticəsində  
rus alayını darmadağın etmiş qaçaqların  əlinə xeyli silah və 
sursat keçmişdir. 
Hadisələrin canlı  şahidləri olmuş  ağsaqqallar bolşevik-
daşnak dəstələrinin “hələ heyvanat qışlaqda olarkən” bir neçə 
dəfə Xızının Göyxan mahalına gəldiklərini söyləyirdilər. 1918-
ci ildə, mart ayının ortalarında Qaraquc və Düşmənli qışlaqları 
ərazisindəki yataqlara qoyun almaq bəhanəsilə 6-7 nəfərdən 
ibarət bir dəstə  gəlmiş  və onları iki varlı sahibkar qardaşlar – 
Hacı Cabbar ilə Hacı Səməd qarşılamışlar. Bolşevik-daşnaklar-
dan olan silahlı  dəstə hacıların  ətrafındakı adamların da xalq 
arasında “beşatlan” adlandırılan tüfənglərlə silahlandıqlarını 
gördükdə türkcə “qonağıq, qoyun almağa gəlmişik” demişlər. 
Hacı Cabbar onların ləhcəsindən şübhələnib “satlıq qoyunumuz  
yoxdur, amma qonaq Allah qonağıdır” demişdir. “Qonaqlar” 
üçün süfrə açmışlar. Xain xislətli ermənilər fürsət tapıb Hacı 
Cabbar ilə Hacı  Səmədin su piyalələrinə  zəhər atıblar və bir 


 
217
qədər yemək yedikdən sonra tez-tələsik gediblər. Hacı Cabbar  
ilə Hacı Səmədin adamları məsələnin nə yerdə olduğunu başa  
düşəndə artıq gec idi – nə hacıları xilas etmək, nə də artıq çox 
uzaqda olan xainlərə yetmək mümkün deyildi. 
Ağdərədən və Göyxan mahalının digər kəndlərindən gəlmiş 
igidlərdən ibarət silahlı  dəstə  nəinki bolşevik-daşnakları  Xızı 
ərazisinə buraxmamış, hətta  Şaumyanın  Şamaxıda yerləşmiş  
qüvvələri üzərinə bir neçə gecə hücumu da təşkil etmişlər. Bu 
barədə “Tarixin qan yaddaşı” kitabında yazılır: “Ağdərəlilər 
Şamaxı  şəhərində öz dəstələri ilə azərbaycanlıları erməni 
yaraqlılarından müdafiə edirdilər. Buna görə də erməni döyüş-
çü dəstələri kəndə basqın edib, əhalini qırmağa cəhd göstərdi-
lər. Dəstə Xil-milli kəndindən çayla kəndin cənubuna keçib,  
iki evi və  məscidi yandırdı. Ağdərəlilər təhlükəni görüb 
qocaları  və  uşaqları, bəzi qadınları Aladaş dağının  ətəyindəki 
təhlükəsiz bir yerə apardılar. Qadınların  əsas hissəsi kişilərə 
kömək edirdilər. Ağsaqqalların dediyinə görə Qara Əhməd beş 
yüz metrdən yaraqlılar dəstəsinin komandirini vurdu, ağdərəli-
lər hücuma keçdilər. Ermənilər dəstələrinin bir hissəsini 
itirdiklərindən geri çəkilməyə  məcbur oldular. Bu döyüşdə 
ermənilər 11 döyüşçü, ağdərəlilər isə cəmi 5 döyüşçü itirdilər” 
(77, s. 142). Kitabda ermənilərin Xızının Ağdərə  kəndinə bir 
hücumu barədə məlumat verilir. Bolşevik-daşnak silahlı dəstə-
ləri Ağdərəyə bir neçə  dəfə hücum etmişlər. Hər dəfə  də  ağır 
itkilər verərək qaçmışlar. Bu döyüşlərin birində bolşevik-
daşnaklar kəndin yaxınlığındakı  Xəlifə Süleyman dağına top  
da çıxarmışdılar. Lakin Ovçu Qara Əhməd, Hacıbala Hacı 
Rüstəm oğlu, Molla Əli Nadir oğlu, Məşədi Əmbəy, pəhləvan  
İmanqulu,  İbrahim Qədimoğlu, aşıq  Şıx Mirhüseyn kimi  
sərrast atıcılar topçuları  dəqiq nişan alaraq məhv etmişlər və  
topu  ələ keçirmişlər. Bu döyüşlərdə Hacı  Həbib  Əmirlinin  
düzəltdirdiyi al rəngli, ay-ulduzlu bayraq yurdunu qeyrətlə  
müdafiə edən igidlərin döyüş bayrağına çevrilmişdir. Son  
vaxtlara qədər Xızı dağlıları arasında zarafatla işlədilən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə