203
cü ildə vəfat etmişdir. Aşıq Cəlil Muradoğlu Xızıda dünyaya
gəlmişdir, 1936-cı ildə “Ağca quzu” dastanı onun dilindən
qələmə alınmışdır (40, s. 390). Aşıq Əbdüləli Soltanbağı oğlu
Altıağac kəndində dünyaya gəlib, 1956-cı ildə “Məsum
dastanı” onun dilindən qələmə alınıb (85, s. 394). Aşıq
Bibiqulu Xızının Upa kəndində dünyaya gəlib. Azərbaycanda
çox sevilən, məşhur aşıq Ocaqqulunun atasıdır. Aşıq Məhəm-
məd Qasım oğlu 1927-ci ildə Siyəzənin Mustafaxanlı kəndində
dünyaya gəlib. İlk təhsilini (7 il) Ərzi-Küş kəndində alıb,
Xırdalanda orta məktəbi, sonra isə Mərdəkandakı milis
məktəbini bitirib. Onun əmisi oğlu aşıq Qurban və anasının
əmisi oğlu aşıq Zohulla da məşhur aşıqlardan olublar. Aşıq
Xələf Murad oğlu Xızıda anadan olub. 1956-cı ildə onun
dilindən “Mirzə Lətif” dastanı qələmə alınıb (85, s. 394). Aşıq
Gülalı Xızının Təkəli kəndində dünyaya gəlib. Aşıq Mehdi
Künövşəli Künövşə kəndində dünyaya gəlib. Aşıq Gülü onun
yetirməsidir. Aşıq Gülü (Gülmurad Ağamurad oğlu Qurbanov)
1919-cu ildə Xızının Bəyəhmədyurd kəndində dünyaya gəlib.
Aşıq Gülü 16 dastanı mükəmməl bilib. Aşıq İmanbaxış Rzaqu-
lu oğlu Xirək kəndində dünyaya gəlib, 1930-cu ildə vəfat edib.
Aşıq Şamil Dağquşçu kəndində dünyaya gəlib. 1956-cı ildə
onun dilindən “Adıgözəl” dastanı qələmə alınıb (40, s. 390).
Aşıq Camal Tıxlı (Tuğlu) kəndində dünyaya gəlib. Aşıq
Şirinağa Ağdərə kəndində doğulub. Aşıq Ocaqqulu 1905-ci
ildə Xızının Upa kəndində dünyaya gəlib. 36 xalq dastanını
kamil bilib. Azərbaycanın demək olar ki, hər bir yerində
tanınan və sevilən bu el sənətkarının bu gün də dillər əzbəri
olan qoşma, gəraylı və digər janrlarda yazdığı nümunələrdə
vətənə məhəbbət, saf sevgi, mərdlik, xeyirxahlıq tərənnüm
edilir. 1957-ci ildə onun dilindən “Novruz” dastanı qələmə
alınıb (85, s. 394). Kitabda atasının adı səhvən Əlibala yazılıb.
Aşıq Ocaqqulu upalı aşıq Bibiqulunun oğludur. Xızıda qadın
sənətkarlar da olmuş, el şənliklərində kişi aşıqlarla üzbəüz söz
demişlər. Bunlardan aşıq Qurbanın həyat yoldaşı, Ağdərə
204
kəndində dünyaya gəlmiş aşıq Nisəni və Xızıda dünyaya
gəlmiş aşıq Zərnişanı misal göstərmək olar. M.H.Təhmasib
“Azərbaycan xalq dastanları” kitabında məşhur qadın aşıqları
arasında aşıq Zərnişanın da adını çəkir: “Uzaq keçmişin
Məhsətisi, XIX əsrin Natəvanı, Aşıq Pərisi, Fatma xanım
Kəminəsi, XX əsrin Zərnişanı (Xızılı), nəhayət, müasir
Azərbaycanın Aftab, Mehri, Əsli, Nabat kimi qadın aşıqlarını
xüsusilə qeyd etmək olar” (85, s. 50). 1970-ci illərə qədər
Xızıda, Siyəzəndə, Bakıda keçirilən dağlı toylarında mütləq bir
və ya bir neçə aşıq iştirak edərdi.
2.5. XIX – XX əsrlərdə Xızı camaatının
işğalçılara qarşı mübarizəsi
XVIII yüzilliyin sonu – XIX yüzilliyin başlanğıcında Azər-
baycanın daxili və xarici siyasi vəziyyəti çox ağır idi. Ayrı-ayrı
xanlıqların hakimləri öz şəxsi mənafelərini güdür, yalnız xan-
lıqlarını qoruyub saxlamaq naminə çalışır, bir-birinə güzəştə
getmək istəmirdilər. Əvvəl Şəki, sonra isə Quba xanlığının öz
torpaqlarını genişləndirərək vahid Azərbaycan dövləti yarat-
maq cəhdləri də boşa çıxdı. Xanlıqlara parçalanmış, sosial-
iqtisadi inkişafı geriləmiş və bu səbəblərdən də irticaçılara
qarşı vahid qüvvə ilə çıxış edə bilməyən Azərbaycan ərazilərini
cənubdan şah İranı, şimaldan güclü Çar Rusiyası bir-birinin
ardınca ələ keçirməyə başladılar. Nəticədə Azərbaycanda
maraqları toqquşan Rusiya və İran arasında mühribə başladı.
1804-1813-cü illərdə birinci Rusiya-İran müharibələri İranın
tam məğlubiyyəti ilə nəticələndi. Şah hökuməti Rusiya ilə sülh
danışıqlarına girdi. Bu danışıqlar 1813-cü il oktyabr ayının 13-
də Qarabağda olan Gülüstan kəndində sülh müqaviləsinin
bağlanması ilə yekunlaşdı. 1826-cı ildə başlamış ikinci Rusiya-
İran müharibəsində də İran məğlub oldu. 1828-ci il fevralın 10-
205
da müharibə edən tərəflər arasında, Təbriz yaxınlığındakı
Türkmənçay kəndində “Türkmənçay” müqaviləsi imzalandı.
Azərbaycan iki hissəyə bölündü. Azərbaycanın şimal hissəsi
Rusiyanın, cənub hissəsi İranın müstəmləkəsinə çevrildi.
Xalqın zorla iki hissəyə bölünməsi kimi tarixi ədalətsizlik baş
verdi. Çar Rusiyası və sovetlər dövründə Azərbaycanın Rusiya
tərəfindən işğal olunmasının xalqın sonrakı taleyində müsbət
cəhətlərindən ağız dolusu danışılırdı. Hər imkan düşdükcə
“böyük qardaşın” “xilaskar” rolunu ön plana çəkir, Azərbayca-
nın Rusiya tərəfindən işğal edilməsi hadisəsini isə rus xalqının
az qala humanistliyindən doğan bir hadisə kimi qələmə
verirdilər. Həqiqətdə isə Azərbaycanın Rusiya tərəfindən zəbt
edilməsi, müstəmləkəyə çevrilməsi ən mürtəce hadisə idi.
İşğal nəticəsində Azərbaycan xalqının düçar olduğu faciənin
ağrı-acısını Gəncə millət vəkili İsmayıl xan Ziyadxanovun I
Dövlət dumasında, çar məmurlarının önündə söylədiyi nitqdən
duymaq olar: “Zaqafqaziya torpaqları 100 il bundan əvvəl
ruslar tərəfindən işğal edilmişdir. Bu yüz ildə biz müsəlmanlar,
həmişə əsir müamiləsi görmüş və bu sifətlə hər təqibata məruz
qalaraq, hər cür haqq və hüquqdan faydalanmaz kölə vəziyyə-
tinə endirilmişik. Sözün həqiqi mənasında, 100 il içində biz
mənfi düzəltmələrin altında yaşadılmışıq. Siyasi, sosial və
iqtisadi sahənin hansı sahəsi ələ alınarsa alınsın, bizim
haqqımızda haqsızlığın hökm sürdüyünü görmüş olacaqsınız.
Ölkəmiz istila edilər-edilməz, dərhal milli varlığımıza təcavüzə
qalxışıldı. Dinimizə və müqəddəslərimizə müdaxilə edildi” (48,
s. 217-218).
Azərbaycan kəndində milli-müstəmləkə əsarətinə, çar mə-
murlarının özbaşnalığına, feodal zülmünə qarşı siyasi mübarizə
getdikcə güclənirdi. Bu mübarizə iki formada: passiv və aktiv
formada gedirdi. Passiv mübarizə forması-hökumət orqanlarına
şikayətetmə halları daha geniş yayılmışdı. Kəndlilər çar
məmurlarının, vergi yığanların, mirabların özbaşnalığından
minlərlə ərizələr yazırdılar. Lakin çar inzibati orqanları da,
Dostları ilə paylaş: |