Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   61   62   63   64   65   66   67   68   ...   86

 
197
müddət burada yaşadıqdan sonra vəfat etmişdir. Deyilənlərə 
görə, Dədə Qorqud Beşbarmaq qayanın yaxınlığında və yaxud  
qayanın zirvəsindəki mağarada dəfn edilmişdir. Türk dünyası-
nın  ən böyük ozanı olan Dədə Qorqudun məzarını ziyarətə  
gələn baxşıların (ozanların) bir neçəsi qayanın yaxınlığında  
yurd salıb yaşamışlar və beləcə Baxşı  kəndi yaranmışdır.  
Bəlkə də “baxşı” ifadəsi elə buradan yaranmışdır: Dədə Qorqu-
dun məzarına baxan (qoruyan), beləki, dilimizdə “baxmaq” 
sözü həm də qulluq etmək, nəzarət etmək kimi ifadələrin 
əvəzinə  də  işlənir – məsələn: “bu bağa mən qulluq edirəm” 
əvəzinə “bağa mən baxıram” deyilir. XII əsrdə  Şirvanda baş  
vermiş güclü zəlzələ nəticəsində dağlardan axan torpaq (şığın) 
kəndi basmış  və  Dədə Qorqudun məzarı da torpaq altında 
qalmışdır. Bundan sonra Baxşılı  kəndinin  əhalisi dağlara 
qalxaraq indiki Altıağac kəndinin yaxınlığında məskən   
salmışdır və bu kənd yuxarı Baxşılı adlanmışdır. Xalq arasında 
danışılan bu hadisəni 1636-1638-ci illərdə Rusiyadan İrana   
səyahət etmiş alman alimi Adam Oleari də  qələmə almışdır: 
“Burada biz müsəlmanların daha iki müqəddəs adamının 
qəbrinə rast gəldik; bunlardan biri – Pür Muxarın (Pir Muxtar? 
–  Red.) qəbri düzənlik yerdə, o birisi – İmam Kurxudun  
(Qorqudun – Red.) qəbri isə dağda idi. Kurxud haqqında 
söyləyirlər ki, o, Məhəmmədin dostu olmuş, həmişə onun ayaq-
ları yanında oturmuş, ondan dərs almış  və onun ölümündən 
sonra 300 il yaşamışdır. Belə söyləyirlər ki, o (burada) çar 
Hassanın yanına gələrək, onun qarşısında qopuz çalıb oxuya-
raq, onu ləzgilərə qarşı savaşa çağırmışdır. Keçmişdə bütpərəst 
olan ləzgiləri və ya Dağıstan tatarlarını o, dinə-imana gətirmək 
üçün açıq təbliğat apardığı vaxt onlar onu öldürmüşlər. Onun 
qəbri qayalıq bir dağda oyulmuş böyük bir mağara içindədir” 
(22, s. 228-229). Dərbənd yaxınlığında olduğu kimi, Beş-
barmaq qayasının zirvəsindəki müqəddəs məzarın yanında da 
daim bir qadın əyləşir, ziyarətə gələnlər bu qadına sədəqə verir-
lər. Baxşılı  kəndində “Qorqud” adlı yeməyin olması xalq 


 
198
arasında Dədə Qorqudun məzarı haqqında danışılan söhbətin 
boş yerə yaranmadığını göstərir. 
Əngilan və Baxşılı  kəndləri  əhalisinin də türk olduğu Çar 
Rusiyası dövrünə aid arxiv sənədlərində qeyd edilmişdir. 1874-
cü ildə Baxşılıda 32 ev olmuşdur (138, s. 816-826). 
Ən qədim zamanlardan türkdilli xalqların məskən saldıqları 
yerlərdə, o cümlədən Xızıda, dağ adlarının bəzilərində olan 
“ku” ifadəsi ənənəvi olaraq fars dilindəki kuh (dağ) sözü ilə ey-
niləşdirilir. Bəs farslardan ən azı 2500 il əvvəl yaşamış şumer-
lər kur (dağ) (83, s. 201) sözünü hansı xalqın dilindən qəbul 
etmişlər? “Ku” qədim aslara aid sözdür, “qara su” ifadəsinin  
ilkin formasıdır. Qədim türklər şimaldan cənuba, qərbdən şərqə  
axan sulara qu, cu, su, cənubdan  şimala,  şərqdən qərbə axan 
sulara ku – yəni “əks axın” demişlər. Su (bulaq, çay, yağış 
suyu) dağdan aşağı axır. Ulularımız dağa qalxan yola “yoxuş”  
demişlər. “Yoxuş” ifadəsi iki hissədən ibarətdir – yox (əks, 
imtina, inkar) + uş  (şəkilçi). “Yox” (yok) kökünün özü də iki 
hissədən ibarətdir – yo (ya, yaş, yağmur, su və s.) + xu (ku, 
əksinə axan su), aydın məsələdir ki, su təbii olaraq dağa qalxa 
(əksinə axa) bilməz və buna görə  də dilimizdəki “yox” sözü 
əks, imtina, inkar bildirir. Təbiətdə “ku” anlamında olan, yəni 
cənubdan  şimala,  şərqdən qərbə axan bulaqlar, çaylar var, 
amma dağa qalxan su “yox”dur (yo + ku). Məhz bu səbəbdən 
də “yoxuşla getmək” – suyun axarı  əksinə getmək, yəni dağa 
qalxmaq deməkdir. “Ku” sonradan dağ anlamında da istifadə 
edilmişdir. Ulu babalarımızın dərin biliklərindən yaranmış  və  
dünya qədər qədim olan dilimizə aid “ku” ifadəsi də As-ərlərin  
başqa xalqlara bəxş etdiyi saysız-hesabsız sözlərdən biridir. 
Xızının Göyxan mahalındakı al qırmızı rəngli “Qanku” sıra 
dağlarının adı çox qədim və eyni zamanda sadə bir sözdür – 
qanlı dağ. Yağışdan sonra bu dağlardan axıb çaylara qovuşan  
qırmızı sulara xalq arasında “qanlı sular”, yaranan gölməçəyə 
“qanlı göl” deyilmişdir. Sonradan dağlılar ümumiyyətlə, hey-


 
199
vandarlıq üçün, çayın qabağını kəsərək süni şəkildə yaratdıqları 
göllərə də “qanlı göl” demişlər. 
Xızıdakı dağ adlarından təkcə Siyaku dağının adının fars di-
lində olduğu ehtimal edilə bilər ki, bu toponim Arslan Yabqu-
nun elatının XI əsrdə Manqışlaqda (Siyah-Kuhda) qısa müddət 
yaşaması ilə əlaqəlidir. Lakin qədim zamanlardan türklərin yur-
du olmuş Manqışlağın özünün də  əvvəl Siyah-Kuh adlanması 
qəribədir. Bu ərazinin Suya-Ku kimi adlanması daha doğru gö-
rünür, belə ki, bu yarımadada həqiqətən də dağlar suya, Xəzər 
dənizinə çox yaxındır. 
Qədim oğuzlara aid “yağmalı toy” adətini dağlılar son illərə 
qədər davam etdirmişlər. Dağlılar Xızıda, Siyəzəndə, Bakıda 
“bəysiz, gəlinsiz toy” mərasimləri təşkil edərdilər. Məclisə ta-
nınmış musiqiçilər dəvət olunardı, pul toplanardı. Yığılan pul-
lar elin, kəndin, məhəllənin ehtiyaclarına sərf olunardı. Faruq 
Sümər bu barədə yazır: “Fars dilində olan mənzum və mənsur 
əsərlərdə görünən “xani-yağma” (yağma süfrəsi) sözü bu yağ-
malı toyu ifadə edir. Səlcuqlardan başqa, Suriya atabəyləri döv-
lətində (Zəngilər) və Osmanlılarda da bu adətin davam etdiyi 
özünü göstərir” (29, s. 381). 
Qədim mənbələrin oğuzların (hunların) yas mərasimləri 
haqqında verdiyi məlumatlarda qeyd olunan bəzi adətlər günü-
müzə  qədər gəlib çıxmışdır. Son vaxtlara qədər Azərbaycanın 
bir çox yerlərində, o cümlədən Xızıda, Siyəzəndə, Bakıda yas 
mərasimlərində qadınların üzünü cırması, kişilərin hönkür-
hönkür ağlaması, bir vəfat anında, bir də cənazəni dəfn etmək 
üçün “yerdən götürəndə” qadınların “vay-şivən” qoparması, 
öldürülənin məzarı üstündə qisas üçün and içilməsi və s. bu 
kimi adətlər hələ də mövcuddur. Adətən, din xadimləri (molla-
lar) istisna olmaqla, üzlərini təmiz qırxaraq yalnız bığ saxlayan 
dağlılar yaxın adamlarının vəfatı ilə əlaqədar qırx gün üzlərini 
qırxmırlar. Bu da islamdan çox-çox əvvəl yaranmış, hun 
dövründən qalma qədim oğuz adətidir. Bəlkə  də dilimizdəki 
“qırxmaq” sözü elə bu adətlə bağlıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə