184
edilmişdir (141, s. 49-52). Bu iki kənddə 1874-cü ildə 79 ev
olub.
Aydın məsələdir ki, indiki Xızı və Siyəzən rayonları 1700 il
ərzində, demək olar ki, fasiləsiz olaraq Dərbənd keçidindən
Azərbaycana daxil olan başqa türkdilli tayfaların da məskunlaş-
dığı ərazilərdəndirlər. Bundan başqa, XI-XVIII əsrlərdə ölkə-
mizə cənubdan daxil olan türkdilli tayfaların (səlcuqlar, şahse-
vənlər) da bu ərazilərdə kütləvi şəkildə məskunlaşdığı
məlumdur. Bu səbəbdən də Beşbarmaq və Quşçu mahallarının
ərazilərində hun (xun), peçeneq (beçənə, biçənəq), çaruq,
səlcuq və başqa türk tayfaları ilə əlaqəli yer, çay, dağ, nəsil
adlarına rast gəlirik.
Xızının Beşbarmaq mahalı ilə Quşçu mahalının ərazilərində
“Sultan Səncəri əsir etmiş” məşhur oğuzlarla, XII-XIII əsrdə
İranda, İraqda, Anadoluda hərbi-siyasi fəaliyyətdə olmuş oğuz-
larla, şahsevən adlandırılmış digər oğuzlarla bağlı bir sıra yurd
və nəsil adları günümüzə qədər gəlib çıxmışdır. Bu baxımdan
Xızının və Siyəzənin tarixinə aidiyyəti olan bir sıra faktlara
diqqət yetirmək vacibdir.
“Sultan Səncəri əsir etmiş oğuzlar” onları məşhur etmiş
hadisələrdən bir qədər əvvəl Mavəraünnəhrdə yaşayırdılar və
Qaraxani hökmdarı Məhəmməd Arslan (1101-1132) xana
xidmət edirdilər. Onların Sır-Dərya boyundan Mavərannəhrə
enmələri qıpçaqların təzyiqi ilə bağlıdır. Bu oğuzlar da boz-ox
və üç-ox adı ilə iki qola ayrılırdılar. Üç-oxların başında Dad
bəy ünvanlı İshaq oğlu Tuti bəy, boz-oxların başında isə
Əbdülhəmid oğlu Qorqud bəy dururdu. Oğuzlar Qaraxani
hökmdarları ilə yaxşı münasibətdə idilər (29, s. 126). Sultan
Məlikşahın üçüncü oğlu Sultan Səncərin vaxtında (1118-1157)
Səlcuqların qüdrətli imperiyası tənəzzül etdi və onun ərazisi bir
neçə yerə bölündü. O sıradan, Girman, Konya, Suriya, İraq
səlcuq sultanlığı və kiçik Asiyada bir sıra əmirliklər yarandı.
Azərbaycan İraq sultanlığına daxil idi (12, s. 292). 1141-ci ildə
karluklar və qara xətaylar (qara-kıtaylar) birləşərək Səmərqənd
185
yaxınlığındakı Katvan çölündə Sultan Səncərə hücum etdilər.
Sultan Səncər ağır məğlubiyyətə uğradı. Bunun nəticəsində
Mavəraünnəhrdəki Qaraxani dövləti qara xətayların hakimiy-
yəti altına keçdi. Karluklar isə qara xətayların köməyi ilə
buradakı oğuzları sıxışdırmağa başladılar. Oğuzlar səlcuq
sultanı Səncərin xidmətinə qəbul olunmaq istədilər, Səncər bu
təklifi rədd etdi və hətta oğuzların Bəlx yaxınlığında məskun-
laşmasına da icazə vermədi. Bəlxin valisi Kımac Sultan
Səncərdən izn alaraq 10 min süvari ilə oğuzlara hücum etdi.
Bu barədə “Oğuzlar” kitabında yazılır: “Oğuzların bu yaşayış
bölgəsindən köçüb getməyi rədd etdikləri üçün Kımac hər
halda Səncərdən icazə alaraq 10 min atlı ilə onların üzərinə
yürüdü. Bunu eşidən oğuz bəyləri onun yanına gedərək burada
qalmalarına icazə versə, ev başına 200 dirhəm ödəyəcəklərini
söylədilərsə də, Kımac razı olmadı, üstəlik bəylərlə pis rəftar
elədi. Hirslə geri qayıdan bəylər atlandılar və Kımacın
qabağına çıxdılar. Baş verən döyüşdə oğuzlar parlaq qələbə qa-
zandılar. Kımac və oğlu əsir alınaraq öldürüldülər” (29, s. 128).
Kımacın məğlubiyyət xəbəri Sultan Səncərə çatdıqda 100 min-
lik böyük bir ordu toplayaraq oğuzların üstünə getdi. Oğuzlar
yenə də elçilər göndərdilər, xərac verməklə sülh istədilər, lakin
sultan bütün təklifləri rədd etdi. Sultan Səncərin öz qövmünə
qarşı bu qəddarlığı, onları qırıb məhv etmək məqsədi çox təəc-
cüblüdür. Sultan Səncərin fikrindən dönməyəcəyini görən
oğuzlar özlərindən bir neçə dəfə böyük ordu ilə döyüşməyə
qərar verdilər. Dar bir keçiddə mövqe tutaraq yollarda ağac
kötüklərindən, daşlardan maneələr-tarqan düzəltdilər. Bu say
baxımından qeyri-bərabər döyüş haqqında Faruq Sümər yazır:
“Oğuzlar burada Səncərin ordusunu bir həmlədə dağıtdılar
(məhərrəm, 548-mart-aprel, 1153). Səncər bir dəstə əsgəri ilə
pərişan halda Bəlxə tərəf qaçdı. Oğuzlar arxadan gəlib çatdılar,
bir də vuruşma oldu. Səncər yenə məğlub olaraq səfər ayında
(aprel-may) Mərvə getdi. Oğuzlar Mərvə hücum elədilər.
Onların yaxınlaşdığını eşidən Səncər və əsgərləri döyüşməyə
186
cəsarət etmədən oradan uzaqlaşdılar. Oğuzlar Mərvə girib
şəhəri görünməmiş şəkildə yağmaladılar (cəmadül-əvvəl). Bir
müddət sonra Sultan Səncəri ələ keçirən oğuzlar hökmdarı
taxta oturdaraq ona təzim etdilər və itaət edəcəklərini
söylədilər. Əslində isə, Səncər dustaqdan başqa bir şey deyildi.
Oğuzlar mövcud vəziyyəti qorumaq və xarici müdaxilələrin
qabağını almaq üçün Səncəri qorumağı və onu hökmdar kimi
göstərməyi öz siyasətlərinə uyğun hesab edirdilər. Oğuzlar
Səncəri də yanlarına alıb rəcəb ayında Mərvə qayıtdılar və
şəhəri əvvəlkindən də daha qorxunc şəkildə yağmaladılar. Bu
yağmaya xalqın onları təhrik etmiş olması mümkündür.
Deyildiyinə görə, birinci və ya ikinci dəfə şəhər üst-üstə üç
gün yağmalanmışdı. Oğuzlar bu yağma zamanı bi-rinci gün
qızıl, gümüş və ipək əşyaları, ikinci gün düyü, mis, tunc və
dəmir əşyaları, üçüncü gün isə yataq-yastıq içini, küp, çömçə,
qapı və çərçivələri alıb aparmışdılar. Bu, əslində yağmalı toy
adətinin geniş miqyasda tətbiqindən başqa bir şey deyildi.
Oğuzlar bozqırlarda həmişə mövcud olan bu adətin oturaq əhali
yaşayan yerdə də həyata keçirilməsini təbii sayırdılar. Bu əsna-
da Nişapura qaçmış Sultan Səncərin əyan-əşrəf və əmirləri ora-
da Səncərin qardaşı oğlu Sultan Məhəmməd Tapar oğlu Sü-
leyman şahı hökmdar elan etdilər. Süleyman şah Mərv üzərinə
yürüş elədisə də, onun əsgərləri oğuzlardan o qədər qorxmuş-
dular ki, onları görər-görməz arxalarına baxmadan qaçdılar.
Onları təqib edən oğuzlar yolları üstündəki Tusu yağmaladıq-
dan sonra Nişapura gəldilər. Bütün bu yürüşlər zamanı Səncər
də yanlarında idi. Qaçmaması üçün onu dəmir bir qəfəsin
içində saxlayırdılar” (29, s. 129-130).
1165-ci ildən sonra bu oğuzların yavaş-yavaş öz siyasi əhə-
miyyətlərini itirdikləri müşahidə olunur. Oğuzların əsas qismi
Xorasana getsə də bir qismi İran ərazisinin müxtəlif yerlərində
məskunlaşmışdır.
“1166-cı ildə səlcuq taxtına Arslan şah çıxdı. Ancaq bütün
iqtidar onu taxta çıxaran Eldənizin əlində idi. Əvvəlcə Rey
Dostları ilə paylaş: |