Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   65   66   67   68   69   70   71   72   ...   86

 
209
Adgözəl və  Pəricahan dar cığıra girməyə  cəhd etmiş bir neçə  
kazakı güllə ilə vuraraq yaralayırlar. Yaşlıların danışdıqlarına  
görə, Adgözəlin qardaşı Qurd Məhərrəm gecə yuxuda görür ki, 
qardaşı  və bacısı Qanlı göldə boğulurlar, onu köməyə 
çağırırlar. Qurd Məhərrəm yuxudan oyanıb cəld silahını  və 
güllə ilə dolu çantasını götürüb ata minir, Aladağın Aladaş 
yaylağında, Qanlı göl yaxınlığında düşərgə salmış qaçaq 
dəstəsinə  xəbər göndərərək atı çaparaq yola düşür. Bir qədər 
sonra güllə  səsi gələn yeri təyin edərək atışma gedən yerə  
gəlir. Gecənin qaranlığından istifadə edərək, kazaklara yaxınla-
şır, qayalığa güllə ata-ata cığıra girir və “Ayə, Adgözəl, atma, 
mənəm!” deyib dağa qalxır. Güllələri tükəndikdən sonra, qaya  
arxasında namaz qılaraq Allaha yalvaran Pəricahan bu zaman 
dualarını bitirir və qardaşı  Məhərrəmi görərək sevincindən  
qışqırır. Onun səsini aşağıda dayanmış pristav eşidərək heyrətə  
gəlir və “Bizimlə bayaqdan atışan qadın imiş?!” deyə  çığırır. 
Qaçaq dəstəsindən bir nəfərin köməyə  gəldiyini görən pristav  
bilirdi ki, tezliklə bütün dəstə buraya gələcək və  cəld  əmr 
verərək dəstəni toplayıb qaçmağa üz tutur. Tezliklə qaçaq 
dəstəsi və  Ağdərə  kəndindən bir neçə atlı hadisə yerinə  
gəlirlər. Adgözəl dəstəsini götürüb pristavı  təqib etməyə üz  
tutarkən, Hacı Qurban Əli Zeynal oğlu ona “Qardaşoğlu, çalış 
nahaq qan tökülməsin, bizim padşah ordusuna qarşı gücümüz 
yoxdur” deyə, məsləhət verir. Adgözəlin dəstəsi pristavı səhər 
açılana yaxın, Göyxan mahalının  şərqindəki Qaşqa yoxuşunda 
haqlayır. Qaçaqlar otuz nəfərdən ibarət kazak dəstəsini müha-
sirəyə alırlar, onları tərksilah edib, diz çökdürürlər. Qorxusun-
dan sıravi kazakla geyimini dəyişmiş pristavı Adgözəl tanıyır,  
küt ülgüclə onun bığlarını, başını və qaşlarını qırxır. Qaçaqlar  
qayalıqda ağır yaralanmış üç kazak üçün üç at saxlayıb qalan 
atları, silah və sursatları alıb geri qayıdırlar. O vaxtdan həmin  
pristav bütün Şirvan elində “Qaşqa pristav” kimi məşhur oldu. 
O çətin, ağır illərdə sadə insanların təsəlli, güvənc yeri olmuş 
igid Adgözəl barəsində dildən-dilə, nəsildən-nəsilə ötürülən 


 
210
söhbətlər bu gün də xalq arasında danışılır, bu qorxubilməz  
qəhrəmanın adı  həmişə ehtiramla yad edilir. Oğuzun  əfşar 
boyundan,  şahsevən  Şıx Səfərli qaçaq Adgözəl təxminən  
1909-cu ildə Qarabağdan, yenə də toydan qayıdarkən, Kür çayı   
sahilində kazakların mühasirəsinə düşmüş, tabe olmaq əmrinə  
ucadan gülərək dəstə başçısını güllə ilə vurduqdan sonra 
öldürülmüşdür. 
Ağdərəli qaçaq Adgözəlin yaxın qohumu, Göyxan mahalı-
nın Əmbizlər kəndindən olan Ağabala Əzimoğlu da dövrünün 
adlı-sanlı igidlərindən olmuşdur. O da bir müddət Sibirdə  
həbsdə olmuş, rus dilini mükəmməl öyrənmişdir. Sonra həbs-
dən qaçaraq Xızıya qayıtmışdır. Hədsiz dərəcədə  cəld olan, o 
dövrün ən müasir tüfəng və tapançalarından məharətlə istifadə  
etməyi bacaran Əzimoğlu başına dəstə toplamamış, tək-tənha  
gəzib-dolaşmışdır. Buna görə  də  Əzimoğluya – “Yalquzaq”  
(tənha canavar) deyilib. XIX əsrin sonlarında XX əsrin 
əvvəllərində Bakıda soyğunçuluq, fırıldaqçılıq, oğurluqla 
məşğul  olan  rus,  erməni, gürcü qruplaşmaları  hər dəfə öz 
“qazanclarından” çar məmurlarına “pay” verərək istədiklərini 
edirdilər. Şikayət edən Bakı sahibkarlarından da, cinayətkarlar-
dan da rüşvət alan məmurlar bu işə göz yumurdular. Ehtimal  
ki, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin məsləhəti 
ilə, sahibkarlar Bakı kəndlərindən və Xızı ərazisindən Əzimoğ-
lu kimi igidləri gizli şəkildə silah və pul ilə təmin edərək bu işə  
cəlb etdilər. Bu “əməliyyatların” birində  Əzimoğlu təkbaşına,  
yeddi nəfərdən ibarət bandanı  məhv etmişdir. Ağabala  Əzim-
oğlunun yaxın dostu Qılızılı  Fərruğ da məşhur igidlərdən  
olmuşdur.  Əslən Xızının Gədik mahalından, gərmiyanoğulla-
rından olan Fərruğ sonradan Giləzidə (Qılızıda) yaşadığı üçün 
Qılızılı  Fərruğ adlanmışdır. Həddindən artıq zəhmli bir insan  
olmuş Qılızılı Fərruğ Bakının Çəmbərəkənd ərazisində fayton-
çuları incidən erməni bandasının başçısını öldürmüşdür. Sonra-
dan Fərruğ, Şaumyanın qoşun dəstələrinə qarşı Xızı ərazisində 
gedən döyüşlərdə iştirak etmişdir. 


 
211
Qasımkəndin Mirzəəli nəslindən olan qaçaq İmambaxış Çar 
Rusiyası dövründən başlayaraq 1944-cü ilə  qədər silahı yerə 
qoymamışdır. Qaçaq İmambaxış varlı mülkədar Kərbalayi Nə-
zərin nəvəsi, Məhəmmədin oğludur. Həbs edilərək Sibirə gön-
dərilmiş  İmambaxış da həbsdən qaçmış, başına qaçaq dəstəsi 
toplamış  və uzun illər işğalçılara qarşı mübarizə aparmışdır. 
Sovet dövrünün ilk illərində də dəfələrlə həbsdən qaçmağa mü-
vəffəq olmuş qaçaq İmambaxışın dəstəsində Soltanəli, Gülmir-
zə kimi igid insanlar, sərrast atıcılar olmuşdur. Novruz bayramı 
ərəfəsində, Göyxan mahalında, Qaşqa yoxuşundan şimalda, bir 
dağ mağarasında gecələyən qaçaqlar NKVD qoşun dəstəsinin  
mühasirəsinə düşmüşlər.  İgid  İmambaxış  və onun silahdaşları 
tabe olmaq əmrini rədd edərək, son güllələrinə  qədər döyüş-
müşlər. Qeyri-bərabər döyüş  İmambaxışın və silahdaşlarının 
öldürülməsi ilə nəticələnmişdir. 
Qaçaq Adgözəllə eyni oğuz boyundan (əfşar), eyni nəsildən 
olmuş,  şahsevən  Şıx Lətifli (Manafov) Xəlilulla Sadin oğlu 
Göyxan mahalının  Əmbizlər kəndində dünyaya gəlmişdir. 
Məşhur igid Ağabala  Əzimoğlunun bacısı  oğlu Xəlilulla Çar 
Rusiyası  və sovet işğalçılarına qarşı silahlı mübarizənin fəal 
iştirakçılarından olmuşdur. 1937-ci ildə həbs edilmiş və NKVD 
Üçlük məhkəməsinin 21 oktyabr 1937-ci il qərarı ilə güllələn-
mişdir. Azərbaycan SSR Ali Məhkəməsinin sədr müavini 
V.Belikovun iştirakı ilə çıxarılmış 1958-ci il 22 avqust qərarına 
əsasən, ölümündən sonra Manafov Xəlilullaya bəraət veril-
mişdir.  
Azərbaycanın ilk teatr rejissorlarından biri Məmmədzəki Sa-
dıqovun oğlu Hafiz Sadıq da Bakının və  Xızının tədqiqatçıla-
rından olmuşdur. “Qızıl qələm” və “Zərdabi” mükafatlarına  
layiq görülmüş görkəmli tədqiqatçı, filoloq, jurnalist Hafiz  
Sadıq 1932-ci ildə Bakı  şəhərində dünyaya gəlmişdir. Saysız-
hesabsız tədqiqat işlərindən birini də dağlı  Məşədi  Ələsgərə 
həsr etmişdir. 1991-ci il sentyabrın 3-də “Novruz” qəzetində 
çap edilmiş məqalədə deyilir: “Hər dövrün öz qəribəlikləri var. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə