Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   68   69   70   71   72   73   74   75   ...   86

 
218
“qırmızı bayraqlı Ağdərə”, “Ağdərənin qırmızı rəngi” ifadələri 
bu şərəfli hadisə ilə əlaqəlidir. 
“Tarixin qan yaddaşı” kitabında Xızı-Göyxan mahalının Ağ-
dərə kəndində gedən döyüşlərdən Qafqaz İslam Ordusu koman-
danlığının xəbərdar olduğu bu şəkildə izah edilir: “Kəndin mü-
dafiəçilərindən pəhləvan Məşədi İmanqulu, Molla Əli, İbrahim, 
Əşrəf,  Əhməd Səfərli xüsusilə  fərqlənirdilər. Məşədi  Əmbəg 
Hacı Məlikəli oğlu isə erməni dəstələrinin qovulmasında xüsusi 
xidmətlərinə görə türk komandanlığı  tərəfindən Yüzbaşı  hərbi  
rütbəsinə layiq görülmüşdü. Ermənilər Yanardağ tərəfindən hü-
cuma keçirdilər, yolboyu üç dəyirman yandırmışdılar. Hacı Qə-
dim oğlu İbrahim dəstəsiylə birlikdə ermənilərin kəndin şimal 
tərəfindən keçməsinə yol vermədi, çünki bu hissədə qocalar və 
uşaqlar çox idi. O, kənddə əla atıcılığı ilə fərqlənirdi. Türk ko-
mandanlığı ona xüsusi ad vermişdi. Döyüşdə ağır yaralandı və 
32 yaşında vəfat etdi” (77, s. 142). 
İyun ayında, Qafqaz İslam Ordusunun şanlı qələbələri nəti-
cəsində döyüş meydanından qaçan bolşevik-daşnakların kiçik 
bir dəstəsi Ağdərə  kəndinin qərbindən ötərək, gizli yollarla, 
sürətlə çaparaq, Altıağac yaxınlığından keçərək Quba istiqamə-
tində hərəkət etmişlər. Deyilənlərə görə, bu yollar ilə belə sür-
ətlə hərəkət edərək qaçmağa müvəffəq olmuş bolşevik-daşnak  
dəstəsinə Mərəzə malakanları bələdçilik etmişlər. 
Qafqaz İslam Ordusu bolşevik-daşnak ordusunu Bakıya qə-
dər qovdu. Ağır döyüşlərdən sonra, 1918-ci il sentyabrın 15-də 
Bakı azad edildi. Bakı  uğrunda döyüşlərdə  Xızı camaatından 
təşkil olunmuş  və yüzbaşı (kapitan) Məşədi  Əmbəyin başçılıq 
etdiyi süvari dəstəsi iştirak etmişdir. Bu süvari dəstəsindən bir 
neçə nəfər, o cümlədən aşıq Şıx Mirhüseyn şəhid olmuşdur. 
Həm Çar Rusiyası  işğalçılarına, həm  Şaumyanın bolşevik-
daşnak quldurlarına, həm də sovetlərin NKVD qoşun dəstələri-
nə qarşı mübarizə aparmış igidlərdən biri də Hacı Qurban Əli 
Zeynal oğlu olmuşdur. Onun barəsində “Tarixin qan yaddaşı” 
kitabında yazılır: “Kəndin müdafiəsində o dövrdə 80 yaşı olan 


 
219
Hacı Qurban Əli Zeynal oğlu böyük işlər gördü. Yaşının çoxlu-
ğuna baxmayaraq öz oğullarıyla çağırılmamış qonaqlara qarşı  
mübarizə aparır, onun bas (gur) səsi hər yerdən, xüsusilə  də 
müdafiənin zəif təşkil olunduğu yerdən eşidilirdi.  Ən yüksək 
zirvədə durub, dirijor kimi ağdərəlilərin müdafiəsinə koman-
dirlik edirdi. Bu müdrik qocanın dəyanətini görən hər bir  
ağdərəli öz yerindən tərpənmir, postunda möhkəm durub 
kəndini qoruyurdu. Bir addım da olsun geri çəkilməyib, çox  
böyük  şücaətlə erməni yaraqlılarını qovdular” (77, s. 142).  
İgid Hacı Qurban Əli Azərbaycan Demokratik Respublikasının  
Sovet Rusiyası  tərəfindən işğal edilməsinin ilk günlərindən 
başlayaraq işğalçılara qarşı silahlı mübarizə aparanların liderlə-
rindən olmuşdur. “Tarixin qan yaddaşı” kitabında Hacı Qurban 
Əli Zeynal oğlu barəsində yazılır: “Oktyabrın 17-də  Məxfi  
Siyasi  Şöbənin müvəkkili A.A.Dmitrov 95 yaşlı müdrik qoca  
Hacı Qurban Əli Zeynal oğlunu ittiham edir. Onun 2 oğlu 
oktyabrın 8-də güllələnmiş, o biri dörd oğlu isə həbs edilmişdir. 
Savadlı  oğlu  İsgəndər həbsdən qayıtmayacaq, onun taleyi 
haqqında heç bir məlumat yoxdur. Bu məğrur qoca kənddə çox  
məşhur adam idi. 1918-ci ilin mart hadisələrində erməni yaraq-
lıları  kəndin  əhalisini qırmaq istəyəndə o, oğulları ilə birlikdə   
Ağdərə  kəndini, vətənini, namusunu qorumuşdu. O, 1931-ci 
ilin 21 sentyabrında həbs edildi, bir neçə il həbsdə saxlandıq-
dan sonra, təqsiri sübut edilmədiyindən azad edildi. Qoca 
yaşında doğma kəndinə qayıtdı, oğullarının yolunu gözləyə-
gözləyə bir qədər yaşadı. Bu müdrik qoca QPU əməkdaşlarına 
boyun  əymədi. O, həmişə müqəssir olmadığını onlara sübut 
edirdi, ölümdən qorxmurdu, QPU əməkdaşları qarşısında  
əllərini yuxarı qaldırıb onlara tabe olmurdu” (77, s. 184). Hacı 
Qurban Əli 1931-ci ilin sentyabr ayının 21-də həbs edilmişdir. 
Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin 1931-ci il 14 noyabr 
tarixli anketində milliyyətinin türk, yaşının 95 olduğu qeyd 
edilmişdir (77, s. 223). Xızının, demək olar ki, bütün kəndləri 
işğalçılara qarşı silahlı mübarizəyə qalxmışdı. Lakin Azərbay-


 
220
can Demokratik Respublikası qurulduqdan sonra say-seçmə  
atlarını  və silahlarını  təhvil vermiş camaat üçün bu savaşın 
sonucu  əvvəlcədən məlum idi. Aydın məsələdir ki, bu və ya 
digər halda, bir neçə  kənd və yaxud bir neçə mahal dünyaya  
meydan oxuyan qanlı imperiyanın qarşısında çox davam gətirə  
bilməzdi. Sözsüz ki, 1920-ci ildə sovetlər ölkəsinin dövlət  
işçilərinə çevrilmiş bu Orbelyan, Avanesov, Qriqoryan, Mar-
karyan, Sayqakov, Aqacanyan, Dimitrov, Suxanov və başqa 
bolşevik-daşnaklar 1917-1918-ci il hadisələrini Xızı camaatına 
“xatırlatmalı” idilər. Bunu yaxşı  dərk edən insanlar yenidən 
qaçaq həyatı yaşamağa məcbur  oldular. “Tarixin qan yaddaşı ”  
kitabında yazılır: “1931-ci ilin 28 sentyabrında müttəhimlərdən 
heç biri dindirilmədi, işdə bir protokol yox idi, avqustun əvvə-
lində Ağdərədə baş verən hadisə barədə əməkdaşların raportları  
və ya başqa materiallar yox idi. Bu dövrdə kəndin kişiləri evlə-
rindən çıxıb getmiş  və gizli halda yaşamışlar, belə ki, bütün 
kişilərin həbs ediləcəyi barədə şayiələr hər gün baş alıb gedir,  
qonşu kəndlərə  də yayılırdı. Elə  həmin günlərdə Azərbaycan 
Dövlət Siyasi İdarəsində 2-ci şöbənin rəisi Orbelyan oldu. 
Onun türk mənşəli dinc əhalini qırmaqda böyük təcrübəsi  
vardı və dəfələrlə buna görə vəzifəsi yüksəlmişdi” (77, s. 223). 
Kitabda Azərbaycan DSİ-nin rəisi Markaryanın dostu olmuş 
Orbelyanın bu “xidmətləri” nəticəsində sonralar Dağlıq Qara-
bağ Vilayəti Ali Məhkəməsinin sədri vəzifəsinə təyin olunması 
da qeyd edilir. 
Ağdərədən və  Xızının digər kəndlərindən qaçaqlığa çıxmış 
igidlər bir neçə  dəstəyə bölünmüşdülər. Bu dəstələrdən birinə 
Şıx Səfərli Ovçu Qara Əhməd başçılıq edirdi. Ovçu Qara Əh-
mədin dəstəsi Qanlı göl yaxınlığında NKVD qoşun dəstəsinin 
mühasirəsinə düşdü. Xeyli itki verməsinə baxmayaraq ən müa-
sir silahlarla silahlanmış və sayca çox olan NKVD qoşun dəstə-
si qaçaq dəstəsini üstələdi. Ağır döyüş  nəticəsində güllələri 
qurtarmış qaçaq dəstəsinin bütün üzvləri, o cümlədən Qara 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə