Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   62   63   64   65   66   67   68   69   ...   86

 
200
Dağlıların yaşadıqları yerlərdə – Xızıda, Siyəzəndə, Bakıda  
uşaqlar son vaxtlara qədər aşıq-aşıq, naqquli, şumaqədər, xan-
vəzir və s. kimi oyunlar oynayırdılar. Qədim dastanlarda uşaq-
ların və  gənclərin oynadıqları  aşıq oyunundan bəhs edilir. Bu 
milli bir oyundur. Göytürklər dövründə bu oyunun oynandığı 
məlum idi (29, s. 381). 
Qədim oğuz dastanlarında “ayaqqabı” anlamında “edik” və 
“soqman” adları çəkilir (29, s. 379). Dağlılar son vaxtlara qədər 
ayaqqabı sözünün sinonimi kimi “soxman” və ya “soxa” 
sözünü işlətmişlər. 
Ümumiyyətlə oğuzlarda yeməyin özü də müəyyən qaydalar 
çərçivəsinə salınmışdır. Professor Faruq Sümər bu barədə 
yazır: “Yenə  Rəşidəddinin siyahısından anlaşılır ki, qədim 
zamanlarda bunların yeyəcəkləri qoyun ətinin qisimləri də 
xüsusi qaydaya salınmışdı. Rəşidəddində bu qisimlərə 
“əndamiqoşt” (ətin bir qismi), Yazıçıoğlunda “sümük” deyilir. 
Maraqlıdır ki, onqonlar kimi hər dörd boyun da müştərək bir 
sümüyü vardır. Beləliklə, kayı, bayat, alka-evli, qara-evli boy-
larının sümüyü, yəni qoyundan yeyəcəkləri qisim “sağ karı 
yağrın”, yəni sağ kürək sümüyü qismidir. Yazır, döyər,  
dodurğa və yaparlı boylarınınkı “sağ  aşuqlu”, yəni aşığın  
bulunduğu ət parçası (bud), əfşar, kızık, bəydili və karkınların 
sümüyü “sağ umaca”, yəni sağrı sümüyü, bayındır, peçeneq,   
çavundur və  çəpnilərin sümüyü “sol karı yağrın”, salur,   
eymür, ala-yuntlu, yürəgirlərinki ucayla (sol umaca?), iqdır,  
büğdüz, yıva və kınık boylarınınkı isə (sol?) aşığlıdır. Sümük-
lərin də  hər dörd boy üçün müştərək olması bu ənənənin çox  
qədim olduğunu və  oğuzların 6 boy halında yaşadıqları dövr-
dən qaldığını göstərir” (29, s. 213). Xızı camaatının ümumi 
Azərbaycan mətbəxindən başqa “qorqud” və tutmac adlı 
yeməkləri vardır. Tutmac Azərbaycanda “dağlıların xörəyi” 
kimi tanınır. “Oğuzlar”  kitabında tutmac haqqında yazılır: “Di-
gər türk ellərində olduğu kimi, oğuzların da milli yeməkləri 
tutmac idi. Tutmac tarix boyu bir sıra mənbələrdə türklərin 


 
201
milli yeməyi kimi qeyd olunur” (29, s. 67). Sultan Toğrul 
Xorasanda, bir qonaqlıqda yediyi badam halvasını  tərifləmək  
məqsədilə, həm də zarafatla “Yaxşı tutmac imiş, ancaq sarım-
sağı çatışmır” demişdir (29, s. 364). Lakin mənbələrdə 
tutmacın hazırlanması haqqında verilən məlumatlar tam deyil, 
həm xörəyi təşkil edən kompanentlərin hamısı sadalanmır,  
həm də onun hazırlanma prosesi tam açıqlanmır. Görünür, 
tutmac elə  qədimdən “dağlıların xörəyi” olmuşdur. Dağlıların  
arasında Qomişər mahalının Qarabulaq kəndinin və Beşbarmaq 
mahalının Sayad-Xızı  kəndinin tutmacı daha məşhurdur.   
Türklərin arasında oğuzların, oğuzların arasında  əfşarların  
tutmacı ən ləzzətli sayılmışdır. Tutmac bu qaydada hazırlanır: 
xəmir yuxa şəklində, ancaq bir qədər qalın (bir millimetr  
yarıma qədər) açılır, sac üzərində  xəfif bişirildikdən sonra 
üçbucaq və ya paxlava şəklində kəsilir və qaynar suya tökülür.  
Əvvəlcədən bişirilmiş yaşıl mərci (mərcimək), qaragöz lobya,  
qırmızı lobya, noxud qaynar su olan qazana tökülür. Sarımsaqlı 
qatığa yalnız quru nanə vurulur. Dağ edilmiş yağda bişirilmiş 
qiymə  və sarımsaqlı, nanəli qatıq süfrəyə ayrı-ayrılıqda  
qoyulurlar. Qablara çəkilmiş isti, sulu xörəyə qatığı  və yağlı 
qiyməni hər kəs zövqünə uyğun  əlavə edir. Bədənə hiss  
ediləcək dərəcədə istilik gətirən bu xörəyi adətən soyuq aylarda 
yeyirlər. 
Oğuz dastanlarında qədim ovçuluq adəti də diqqəti cəlb 
edən məqamlardan biridir. “Oğuzlar” kitabında yazılır: “Bəylər 
zümrəsinə  mənsub olan qəhrəmanlar vaxtlarını döyüşlərdə,  
ovçuluq etməkdə və toy verməkdə keçirirdilər. Bəylərin ovçu-
başıları var idi. Bəylər bəzən öz yurdlarındakı ovlaqlarda və 
qoruqlarda tək, bəzən də içlərindən birinin dəvəti ilə kollektiv 
şəkildə ovla məşğul olurdular. Başlıca ov heyvanları qaçarlar-
dan maral, ceyran, uçarlardan qaz, ördək, kəklik, göyərçin idi” 
(29, s. 380). Alban tarixçisi Musa Kalankatuklu VII əsrdə  
Beşbarmaq mahalında yaşamış zadəgan Alp el-Təbirlə yanaşı  
Ovçunun da adını çəkir. 1920-1937-ci illərdə sovet hökumətinə  


 
202
qarşı silahlı mübarizə aparmış məşhur dağlılardan biri də Ovçu 
Qara  Əhməd olmuşdur. VII əsrdən XX əsrə  qədər ovçu 
sözünün ünvan kimi işlədilməsi bu adətin də dağlılar arasında 
olduğunu göstərir. Bu adət bu gün də yaşamaqdadır. 
Xızı  və Siyəzən  ərazisində xalçaçılıq sənətinin xüsusi yeri 
olmuşdur. Tarixçi Əbu Cəfər Məhəmməd Təbəri (839-923) 
hicrətin 22-ci ilində (642-ci il), Azərbaycanda baş vermiş 
hadisələrlə bağlı yazılarında qeyd edir ki, Azərbaycanın şimal-
şərqində yüksək  keyfiyyətli xalçalar istehsal olunmuşdur (41, 
s. 8). Yarımköçəri həyat sürən heyvandar dağlıların istehsal   
etdikləri xalçalar, palazlar, xurcunlar Azərbaycan xalçaçılığın-
da “Quba-Şirvan” növünün Bakı qrupuna aid edilirlər. “Azər-
baycan xalçası” kitabında yazılır: “Xızı. Bu rayonda “Fındı-
ğan”, “Qədi” xalçalarını, həmçinin burada, çox istehsal olunan 
zililəri qeyd etmək olar. Quba-Şirvan xalça tipinə daxil olan bu 
üç qrupun (Quba, Şirvan, Bakı) texnologiyasının oxşarlığına 
baxmayaraq, həmin xalçaların naxışları bir-birindən fərqlənir” 
(41, s. 12). Yazılanlardan göründüyü kimi, kitabda Xızının 
yalnız bir kəndində (Fındığan) və bir mahalında (Gədik) 
toxunan xalça növləri haqqında müəyyən məlumat verilmişdir.   
Naxışların bir-birindən fərqlənməsinə  gəlincə, bu həqiqətən  
belədir, çünki XX əsrin ortalarına qədər Xızıda, Siyəzəndə,  
Bakıda yaşayan dağlıların toxuduğu xalçalarda, palazlarda, 
xurcunlarda oğuz boylarına aid damğalar naxış kimi həkk  
edilmişdir. XX əsrin ilk yarısında, Qomişər mahalının Qarabu-
laq kəndində toxunmuş xurcunların üzərində çavuldur, eymür,  
əfşar boylarının damğaları əks etdirilmişdir. 
Demək olar ki, bütün türk ellərində olduğu kimi, Xızıda və 
Siyəzəndə də aşıq sənəti sevilib, nəsildən-nəsilə ötürülərək da-
vam etdirilib. Ə.Dağlı, A.Nəcəfzadə, Ə.Rzayev bu sahədə çox  
əhəmiyyətli araşdırmalar aparmışlar. Aşıq Əliqulu (1762-1826) 
– Xızının Sayadlar kəndindəndir, azadlıq, türkçülük uğrunda 
şəhid olmuş dahi M.Müşfiqin ulu babasıdır. Aşıq Qurban 
Abdul oğlu 1886-cı ildə Ağdərə kəndində anadan olmuş, 1944-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə