Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   58   59   60   61   62   63   64   65   ...   86

 
187
hakimi olan əmir  İnanc bu işə narazılığını bildirdi və çox 
keçmədən bir sui-qəsd nəticəsində ortadan götürüldü. Şumla 
Fars hakimi Zəngi kimi Arslan şaha tabe oldu. 561-ci ildə 
(1166) Şumlanın qardaşı oğlu Şənka oğlu qudası – Bəsrə valisi 
Məngü Barsın xəlifə tərəfindən öldürüldüyünə hirslənərək həm 
Bəsrəni, həm də Vasit tərəfləri yağmaladı. Buna cavab olaraq 
xəlifənin Vasit valisi, Hutlu-bars qoşun toplayaraq, Şənka 
oğluna qarşı  çıxsa da vuruşmada məğlubiyyətə  uğrayıb 
öldürüldü. Həmin il Şumla da hərəkətə keçərək Bağdadın  
ətrafındakı əl-Mahkiyə gəldi və xəlifədən xeyli torpaq tələbin-
də bulundu. Şumla  xəlifəyə Vasit və  Bəsrənin Sultan Arslan  
şah tərəfindən Məlik  şahın oğluna iqta olaraq verildiyini və  
özünün həmin  şahzadənin atabəyi sifətilə  hərəkətə keçdiyini  
bildirdi. Ancaq qardaşı  oğlu Qılıncın xəlifə ordusu ilə vuruş-
mada məğlub olduğunu və  əsir düşdüyünü öyrənən  Şumla 
Xuzistana qayıtdı (29, s. 259). 
Küş-Doğdu Şumla bəyin Xas bəy və Zəngi Candar bəy adlı 
tərəfdarları vardı. 1152-ci ildə Xas bəy Sultan Məhəmməd tərə-
findən hiylə ilə öldürülmüşdür (29, s. 257-258). Küş-Doğdu 
Şumla bəy 1166-cı ildə şah Məlik Məhəmməd oğlunun atabəyi 
olmuşdur. 
Xızı rayonunun Beşbarmaq mahalındakı Tuğ çayının  şərqi 
Zəngi (Dəngi, Tanku), qərbi  Şəngi (Şanku) adlandırılmışdır. 
Mikayıl Müşfiqin baba yurdu Sayadlar kəndinin yaxınlığında  
Şəngi adlı yer olmuşdur. Mikayıl Müşfiqin qohumu Əlihüseyn 
Dağlı sovetlər dövrünün ilk illərində  məsul vəzifələrdə çalış-
mış, general-leytenant rütbəsinə qədər yüksəlmişdir və 1937-ci 
ildə rütbəsi alınaraq Sibirə sürgün edilmişdir.  Əlhüseyn Dağlı  
da Dəngi və  Şənginin Xızıda, Tuğ çayı  ətrafında yer adları 
olduğunu yazmışdır. O, Dəngi və Şəngi haqqında, qəhrəmanlıq 
mövzusunda, fars dilində  şeirin də olmasını yazmışdır (20). 
Mikayıl Müşfiq də  “Şəngül,  Şüngül, Məngül” haqqında, 
uşaqlar üçün mənzum nağıl yazmışdır. Bundan başqa,  əslən  
Xızıdan olan yaşlılar bu gün də nəvə-nəticələrinə “Had quda”  


 
188
şerini öyrədirlər. “Had quda” adlanan şeirin isə təxminən 900 il 
yaşı var. Şeirdən bir parça belədir: 
 
A had quda, had quda...            
O kişi mənim dostum idi, 
Getdi İraqa gəlmədi, 
Yaylığmı aldı, vermədi. 
Yaylığmın ucu qarə, 
Verdilər peyğəmbərə. 
Peyğəmbəri öldürdülər, 
Alvara geydirdilər. 
Alvaranın saçağı, 
Gümüşdəndi bıçağı. 
Yeri-yeri yetim oğlan, 
Əlindən tutum oğlan. 
Öylə vurum sandığa, 
Sandıq ağzı açılsın. 
İncil-mincil filfilə, 
Keyfi xub bu Cin-cıla. 
Quşunum yalə, təxtə, 
Quşunum qalə bəxtə. 
Dəngi-tuz, dəngi-tuz
Biri kəhər, biri buz. 
Mindim buzun belinə, 
Çıxdım Xəl-xəl yoluna. 
Xəl-xəl yolu dərbədər, 
İçində meymun gəzər...  
         
Cin-cıla ləqəbli döyüşçünün, bəlkə  də  sərkərdənin dilindən 
deyilən bu şeirdə hərbi yürüşdən söhbət  açılır. “Cıla” qığılcım  
deməkdir, adətən bir yerdə rahat oturmayan, davakar adamlara  
cin-cıla, cılasun və ya cincilə deyilirdi. Had (hadər, hədər) quda 
–  şəhid olmuş qudadır. “Yaylığmı aldı, vermədi” ifadəsi xalq 
inancı ilə əlaqəlidir, belə ki, yuxuda “yaylıq almaq” ayrılıq əla-


 
189
mətidir, alıb qaytarmaq-müəyyən müddət  ərzində ayrılmaq, 
alıb qaytarmamaq-əbədi ayrılıq deməkdir. Şeirdəki peyğəmbər 
İsa peyğəmbərdir, çünki İncilin adı  çəkilməklə yanaşı “pey-
ğəmbəri öldürdülər, alvara geydirdilər” ifadəsi məsələyə tam  
aydınlıq gətirir. Belə ki, xaçpərəstlərin rəvayətinə görə  İsa 
peyğəmbəri çarmıxa çəkdikdən sonra uzun müddət  əzab  
çəkməsini görən bir romalı əsgər ucu gümüş bıçaqlı nizəsi ilə 
peyğəmbərin böyrünə  zərbə vurur. Şeirdəki uzun dəstəyi 
“saçaqlı”, ucu “gümüş  bıçaqlı” alvara –bizanslıların alebarda   
adlandırdıqları nizəli, baltalı silahdır. Avropalılar uzun müddət 
bu nizə ilə yanaşı İsanın müqəddəs piyaləsini, Musa peyğəmbə-
rin sandığını (təknəsini) və digər qiymətli  əşyaları axtarıblar.  
Şeirdə  – “İncil-mincil filfilə”, yəni İncil, din boş bir bəhanədir, 
avropalıların Xaç yürüşü adlandırdıqları müharibə torpaqlar 
zəbt etməkdən, qarətçilikdən və yuxarıda adları  çəkilən 
qiymətli  əşyaları  ələ keçirməkdən başqa bir şey deyildi. 
Cılasunın keyfi xubdur,ona görə ki, qoşunu “yalə,  təxtə”, yəni  
dağlara, düzənlərə yayılıb. “Yal” yoxuş deməkdir (məsələn, 
atın yalı),  şeirdə dağ kimi başa düşülür. Təxtə isə “tağta”  
(tağtar) sözünün oğuz ləhcəsində deyiliş formasıdır. Bu söz – 
tağ  (dağ) + tar (tarım, düzən, əkin yeri) – dağ düzü deməkdir.  
“Quşunum qalə  bəxtə” yəni “qoşunum bəxtsiz olmasın” 
anlamındadır. “Dəngi-tuz” ifadəsi isə  dəstə ilə yürüş zamanı  
yaranan tozdan (tuz, duz, toz) şikayətdir. “Biri kəhər, biri buz” 
sözləri isə səfərin uzaq olduğunu göstərir, çünki müəllif iki atla 
səfərə  çıxıb, növbə ilə bir atı minir, digərini (yorulmuş atı)  
yedəyə alır. Atların biri kəhər, digəri “buz”-yəni boz rənglidir. 
Bu gün türk dillərində  işlənən boz (rəng) və bozkır sözləri 
qədimdə “buz” və “buzkır” kimi ifadə edilmişlər. Buz rənginə  
sonradan “boz” deyilmiş, “bu uz kır” (bu uzun düzənlik) isə  
“bozkır” olmuşdur.  Şübhə yoxdur ki, “Had quda” şeiri  
Əlihüseyn Dağlının dediyi “qəhrəmanlıq mövzusunda, fars 
dilində deyilən  şeirin” özüdür, şeirin türk dilində olan ilkin 
variantıdır və şahsevənlərin Xızı, Siyəzən, Apşeron ərazilərinə 


 
190
gəlişindən sonra fars dilinə  kələ-kötür tərcümə edilmişdir. 
Lakin çox önəmli faktdır ki, şeirin fars dilinə tərcüməsi tamam 
unudulmuş və xalqın yaddaşında şeirin doğma türk dilində olan 
ilkin variantı qalmışdır. Bəs şeirdə adları çəkilən qudalar kim-
dir? XII əsrdə  İran və  İraq  ərazilərində  məşhur oğuz bəyləri 
Şənkaoğlu və Məngü Bars! Had quda-Məngü Bars bəydir, bir 
az əvvəl qeyd etdik ki, bu bəy sui-qəsd nəticəsində öldürülmüş-
dür. Bu qudalarla həm eyni oğuz (əfşar) boyundan, həm də 
müttəfiq olan Zəngi bəy isə Farsın hakimi idi. Zəngilərin də 
səlib müharibələrində xaçpərəstlərə necə ağır zərbələr vuraraq 
şanlı  qələbələr qazanması bütün dünyaya məlumdur. Səlcuq-
ların Hələb Atabəyi dövlətinin ən qüdrətli sultanı, əfşar Zəngi  
Nurəddin Mahmudun (1146-1174) parlaq qələbələri nəticəsin-
də on minlərlə itki verən səlibçilər demək olar ki, tamamən 
Anadolu  ərazilərindən qaçıb getdilər. Nurəddin Zənginin  
sarayında böyümüş  və sonradan sultan olmuş  Səlahəddin  
Əyyubi xaçpərəstləri Qüdsdən (Yerusəlim) də qovmuşdur. Hər-
bi yürüşdən, qudalardan danışan,  İncildən,  İsa peyğəmbərdən, 
“gümüş bıçaqlı alvara”dan söhbət açan “Had quda” şeiri məhz 
XII əsrdə baş vermiş bu hadisələri tərənnüm edir. 
Sayadlar kəndinin yaxınlığındakı Şəngi (Şəngieli), Tuğ çayı-
nın qərbindəki Dəngi (Zəngi), Qılızı (Giləzi), Zəglan toponim-
lərini, Siyəzəndəki  Ərzi-Küş  kəndinin adını, “Had quda” 
şerində tərənnüm edilən hadisələri, qudaları, baba yurdu Sayad-
lar kəndi olmuş M.Müşfiqin uşaqlar üçün yazdığı  mənzum 
nağılındakı  Şəngül,  Şüngül, Məngül adlarını, tarixi şəxsiyyət-
lər olmuş  Şənkaoğlunun, Məngü Barsın, Qılıncın, Zənginin, 
Şumla Küş-Doğdu bəyin, şah Məlik Məhəmməd oğlunun, Xas 
bəyin adlarını bir araya gətirdikdə bir çox suallara cavab  
tapılır. Adları  çəkilən bəylər oğuzun  əfşar boyuna aiddirlər.  
Deməli, tarixi şəxsiyyətlərin, oğuzun  əfşar boyuna aid olan 
bəylərin adlarını sadə xalq, uzun sürən  əsarət dövründə 
nağıllarında,  şeirlərində, yurd yerlərinin adlarında yaşadıb.  
Azərbaycan Atabəylər dövlətini həm siyasi, həm də  hərbi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə