249
adamlar olmasını nəzərə alaraq, burada Çıraqqala istehkamın-
dan söhbət getdiyini düşünmək olmaz. Çıraqqala tamam başqa
dağ silsiləsində yerləşir. Oleari isə çox aydın şəkildə məhz Beş-
barmaq dağından, onun ətəyində yerləşən karvansaradan və üzə-
rindəki üçyaruslu əlçatmaz bir qaladan danışır. Bununla yanaşı,
karvansaranın dördkünc daşlardan hörülmüş “çox köhnə bir
bina”, qaya üzərindəki tikililərin isə “möhtəşəm və gözəl isteh-
kam” olmaqla, Makedoniyalı İskəndər tərəfindən tikilməsi haq-
qında rəvayət, həmin obyektin Dərbənd qalası, Çıraqqala və Qız
qalası kimi tarixi abidələrimizlə təxminən bir vaxtda və bir
memarlıq biçimində tikildiyi ehtimalını söyləməyə tutar verir.
Başlıcası isə, ilkin orta əsrlərdə “Hun qapıları” adlanan dövlət
sərhədi məhz Beşbarmaq dağından keçmişdir” (22, s. 229).
Bu yığcam və dəqiq izahın özü Dərbənd-Beşbarmaq sədləri-
nin, istehkamlarının tikilmə tarixləri ilə bağlı yuxarıda dediklə-
rimizin yekunudur. Həqiqətən də ulu babalarımızın yadigarları
olan bu möhtəşəm tikililər dünya qədər qədim olan xalqımızın,
vətənimiz Azərbaycanın şərəfli tarixinin, memarlıq və hərb sə-
nətinin nümunələridirlər.
Sözsüz ki, bu sədlərin, möhtəşəm qala şəhərlərin vaxtilə
mövcud olduqları ərazilərdə aparılacaq arxeoloji qazıntılar və
elmi araşdırmalar bu sahədə bilgilərimizi daha da artıracaq,
tarixmizin qaranlıq səhifələrini işıqlandıracaqdır.
250
III FƏSİL ÜZRƏ NƏTİCƏLƏR
Ümumiyyətlə, hansısa siyasi uğur xatirinə bütöv bir xalqı
mənsub olduğu köklərdən ayırmaq insanlığa yaraşmayan hərə-
kət və eyni zamanda faydasız bir zəhmətdir. Qısa bir zaman ər-
zində müəyyən qarışıqlıq yarana bilər, lakin xalqın irsi yaddaşı-
nı tamam silmək mümkün deyil. Dərbənd-Beşbarmaq sədlərinin
Sasanilər tərəfindən inşa edilməsini bir aksiom şəklində qəbul
etdirib beyinlərə yeridənlərin bu cəhdləri Azərbaycanı farslaş-
dırmaq arzusundan doğan saxtakarlıqdan başqa bir şey deyildir.
Sədlərin, istehkamların kimlər tərəfindən və nə vaxt tikilməsi
barəsində qədim mənbələrdə olan bütün təzadları, arxeoloji
araşdırmalar nəticəsində sədlərin Sasanilərdən çox-çox əvvəl
mövcudluğunu sübut etmiş faktları, sovetlər dövründə Sasanilə-
rin indiki Azərbaycan ərazisində hökmüranlığının həddindən
artıq şişirdilməsi sahəsində aparılmış saxtakarlıqları bir kənara
qoyaq. Xalqın yaddaşına müraciət edək. Sədlər və istehkamlar
nə vaxt və kimlər tərəfindən inşa edilmişlər? Bu günün özündə
belə, yaşlı nəslin nümayəndələri bu sədlərin, istehkamların çox
qədimdə, İskəndər dövründə tikildiyini və dədə-babadan belə
eşitdiklərini deyirlər. Alban tarixçisi M.Kalankatuklu da hun
tayfaları haqqında danışarkən İskəndərin adını çəkir. Sasanilər-
dən cəmi, təxminən beş əsr sonra yaşamış Nizami Gəncəvi də
belə yazır: “Deyirlər Dərbəndi İskəndər qurdu”. Dahi Nizami bu
məlumatı xalqın dilindən eşidib və yazıb. Əvvəlcə qeyd etdik
ki, xalqın yaddaşında yaşamış İskəndər Makedoniyalı Alek-
sandr deyil. Nizami də bu fatehlə Tanrı nəbisi Zul Qar Neynin
ayrı-ayrı şəxslər olduğunu izah etmişdir. Tarixi Zul Qar Neyn
Assur hökmdarı Ninurta e.ə. 1215-ci ildə Xızırla Musanın
görüşündən 20 il sonra Şirvan ərazisindən keçərək şərqə, Çinin
şimal sərhədlərinə qədər getmişdir. Çox ehtimal ki, bu zaman
As-ər dövləti sürəkli Hun-Çin müharibələri nəticəsində artıq
zəifləmişdi. Dərbən-Beşbarmaq sədləri və istehkamları isə As-ər
dövlətinin qüdrətli vaxtlarında, Xızırın peyğəmbərlik etdiyi
251
dövrdə, yəcuc-məcuc tayfalarının hücumlarına qarşı inşa edil-
mişdilər.
Adi hesablamalar və müqayisələr göstərir ki, Dərbənd səddi-
nin bircə hasarını belə inşa etməyə Sasanilərin nə vaxtı, nə vəsa-
iti, nə də qüvvəsi yetməzdi. Bundan başqa Hun tayfalarının qur-
duqları iki ölkənin arasında Sasanilərin nəsə tikməsi bir tərəfə,
onların bu ərazidə möhkəmlənə bilməsi haqqında uydurmalar
belə gülünc görünür. Halbuki, Şimal (Türk) xaqanı məktub gön-
dərərək Sasanilərin ən qüdrətli hökmdarı I Xosrov Ənuşirəvan-
dan Bizansa toxunmamağı tələb etmişdir. Güclü Şimal xaqanına
arxalanan Bizans imperatoru isə Sasani qoşunlarını bir-birinin
ardınca məhv etmişdir. Bu qədər tarixi faktların məlum olduğu
halda, o dövrdə Şimal xaqanlığının bir vilayətinə çevrilmiş Hun
çarlığı ərazisində Sasanilərin hökmüranlıq edə bilməsi və hətta
möhtəşəm inşaat işləri ilə məşğul olması həqiqətən çox gülünc
görünür. Hələ Sasanilərdən bir neçə əsr əvvəl Azərbaycana hü-
cumlar etmiş alan tayfalarının “Nart” eposunda Xız (Beşbar-
maq) istehkamının alınmaz qala olduğu artıq öz əksini tapmışdı.
Aydındır ki, Dərbənd-Beşbarmaq sədlərinin tarixi Azərbay-
can tarixinin ən vacib hissələrindən biridir. Bu sahədə aparıla-
caq arxeoloji axtarışlar, elmi araşdırmalar vətənimizin tarixini
daha da zənginləşdirəcəkdir. Ən önəmlisi isə, bu sahədə aparı-
lacaq axtarışlar nəticəsində ulu babalarımızın qurduğu, e.ə. IV
minillikdən e.ə II minilliyin sonlarına qədər mövcud olmuş
qədim və qüdrətli As-ər ölkəsi haqqında daha geniş materiallar,
daha mükəmməl faktlar əldə ediləcəkdir.
252
ÜMUMİ NƏTİCƏ
Tədqiqat işi Azərbaycan tarixinin ayrılmaz hissəsi olan,
vətənimizin şimal-şərqində, Dərbənd-Beşbarmaq keçidində
mövcud olmuş sədlərin, istehkamların inşa tarixlərinin araş-
dırılması, adlarının izahı, Beşbarmaq dağı ətrafında məskunlaş-
mış azər-türklərin (dağlıların) təşəkkülünün öyrənilməsi istiqa-
mətində aparılmışdır.
Öncə sədlərin, istehkamların inşa tarixi haqqında mənbələr-
də olan məlumatlar nəzərdən keçirilmiş və bu mənbələrin
özündə olan təzadlar göstərilmişdir. Monoqrafiyada qədim As-
ər ölkəsi və onun paytaxtı Asqar şəhəri, As istehkamı, Xız
qalası, As-Van (Hun-Çin) müharibələri, Xızır və Musa pey-
ğəmbərlərin tarixi görüşü haqqında müqəddəs İncildə, Quran-
da, skandinav saqalarında, Çin əfsanələrində, “Nart” eposunda,
qədim oğuznamələrdə verilən məlumatlar ilk dəfə olaraq bir
müstəviyə gətirilmiş, tarix ədəbiyyatında verilən məlumatlarla,
faktlarla uzlaşdırılmışdır. Tədqiqat işində Beşbarmaq dağı
ətrafında məskunlaşmış əhalinin (dağlıların) qədim oğuztürk
mənşəli olduğu və XI-XVII əsrlərdə bu ərazilərə gəlmiş səlcuq
oğuzlarının, şahsevənlərin bu camaatın təşəkkülündə iştirakı
tarixi faktlarla sübuta yetirilmişdir. Tədqiqat işinin əsas
nəticələri: 1. Yurdumuz qədim zamanlardan As-ər ölkəsi
adlandırılmışdır. “As” qədim türkcədə “birincilər” deməkdir.
Böyük əksəriyyəti türkdilli olmuş as-ərlər Böyük Britaniya
adasından qalay gətirmiş, İkiçayarası ölkələri qalayla təmin
etmişlər. Qalay gətirmək üçün Böyük Su Yolu Xəzər dənizin-
dən başlamış, Volqa çayından Don çayına, Azov dənizinə,
Kerçen boğazı ilə Qara dənizə keçmiş, oradan Dnepr çayı ilə,
Dnepr çayından quru və ya daşqınlar zamanı yaranmış göllərlə
Qərbi Dvin (Dauqava) çayına yönəlmiş, Riqa körfəzi, Baltik
dənizi, Skaqerrak körfəzi, Şimal dənizi, Duvr (Pa-De-Kale)
Dostları ilə paylaş: |