253
boğazı, La-Manş körfəzi ilə Britaniya adasının indiki Penzans
şəhərinin sahilinə qədər davam etmiş və eyni qaydada geriyə,
Xəzər dənizinə dönmüşdür. Tunc dövrü As-ər tayfalarının
qalay mənbəsini kəşf etməsindən sonra başlamışdır; 2. Türk
dünyasının peyğəmbəri Xızır e.ə. II minillikdə Azərbaycanda,
indiki Xızı rayonunda dünyaya gəlmişdi. Adı Bəlyadır. Bəlya
qədim türkcədə “suyun bilicisi” deməkdir. Əslən Xız (ğız, quz,
oğuz) tayfasından olduğu üçün Xızır (xız-ər, oğuz-ər) kimi ta-
nınmışdır. Xızır peyğəmbər e.ə. 1235-ci ildə, Beşbarmaq
qayada Musa peyğəmbərlə görüşmüşdür. Musa peyğəmbər
Aralıq dənizi sahillərindən başlayaraq Xəzər dənizinin qərb
sahilləri ilə Qara və Azov dənizinin birləşdiyi yerə, Taman
yarımadasına qədər getmiş, oradan geri qayıtmış və səfərinin
65-ci günündə, Beşbarmaq qayada Xızırı tapmışdır. Musa
peyğəmbərin bu uzaq səfərə çıxmaqda məqsədi həm Allahın
böyük hikmət bəxş etdiyi Xızırdan elm, həm də yenicə azad
olmuş qövmünün dirçəlişi üçün vacib olan dövlət və ordu
quruculuğunu öyrənmək, eyni zamanda o dövrdə iqtisadi
inkişaf üçün vacib olan qalayın əldə edilməsi idi; 3. Ən qədim
zamanlardan xalqımızın əfsanələrində, nağıllarında yer almış,
dahi Nizaminin “İsgəndərnamə”sinin qəhrəmanı İsgəndər Zul
Qar Neyn tarixi şəxsiyyətdir, e.ə. 1244-cü ildə taxta çıxmış
Assuriya hökmdarı Tukulti Ninurtadır. İlk dəfə dəmir filizini
əritmək üsulunu kəşf etmişdir. E.ə. 1215-ci ildə Urmiya gölü
və Xəzərin qərb sahilləri ilə hərəkət edərək Şirvan ərazisindən
keçmişdir; 3. E.ə II minilliyin ikinci yarısında Çin ərazisində
məskunlaşmış yəcuc-məcuc tayfaları As-ər ölkəsinə basqınlar
etmişlər. As-ərlər bu tayfaları Xəzərin şərqinə, oradan da Çinə
qədər qovmuşlar. Bu dövrdə Dərbənd-Beşbarmaq sədləri və
istehkamları tikilməyə başlamışdır. Hun-Çin müharibələri,
təxminən 1500 il davam etmişdir. E.ə. XIII əsrin sonlarında və
ya XII əsrin əvvəllərində qüdrətli As-ər ölkəsi süqut etmişdir.
Xəzərin qərbində və şərqində yaşayan qədim türklər ayrı-ayrı
tayfalara parçalanmışlar. E.ə. VIII əsrdən başlayaraq biri-birləri
254
ilə savaşlar etmişlər və bu dövrdən başlayaraq bu tayfaların
dədə-baba yurdlarına qayıdışı başlamışdır; 4. Dərbənd şəhərin-
dən Kür çayına, bəzən də Muğana qədər ərazidə Hun çarlığı
e.ə. VII əsrdən başlayaraq ərəb işğalına qədər, 1400 il mövcud
olmuşdur. Şir-hun (şirak, şiroğuz) tayfalarının bu ərazidə
kütləvi məskunlaşmasından başlayaraq Hun çarlığı ərazisinə
həm də Şirvan deyildi. Xızıdakı Upa kəndi şir-hun, şiroğuz
tayfalarının mərkəzi olmuş Uspa şəhərinin adını daşıyır.
Beşbarmaq qayanın adlarından biri də Şiroğuz qayasıdır; 5. I
əsrdə Azərbaycana basqınlar etmiş alanların qarşısını Xız
qalası (Beşbarmaq) istehkamı kəsmişdir. Alanlar dəfələrlə qala-
ya hücum etsələr də hər dəfə məğlub olub geri qayıtmışlar. Xız
qalası Xəzər dənizində Altıağac kəndinə qədər uzanmış, biri-bi-
rindən 220 m aralı olan sədlərin içində olmuş, istekam Beşbar-
maq qayasından başlayaraq Fındığan kəndini əhatəsinə almış,
indiki Xızı şəhərinin altına qədər ərazidə olmuşdur; 6. Sasani
hökmdarlarının Dərbənd-Beşbarmaq sədləri və istehkamlarını
inşa etməsi əsassız ehtimallardır. Sadə hesablama göstərir ki,
Dərbəndin bircə barısını inşa etməyə Sasanilərin qüdrəti və
vaxtı yetməzdi, belə ki, Sasani şahlarından heç biri qədim Hun
dövləti ərazisində sürəkli hökmüranlıq etməmişdir, əksinə,
hunlar və xəzərlər dəfələrlə Albaniya, Ermənistan, İberiya
ərazilərinə hücumlar etmişlər. Sasanilərin ən qüdrətli şahı
hesab edilən I Xosrov Ənuşirəvan Türk xaqanının hədələyici
məktubundan sonra qaçıb gizlənmiş, öz oğlu tərəfindən sara-
yında öldürülmüşdür; 7. 1044-cü və ya 1045-ci ildə, Səlcuq
bəyin oğlu, Sultan Toğrulun əmisi Arslan Yabqunun adına
bağlı oğuz elatı Şirvan ölkəsinə gəlmiş və Xızıda məskunlaşa-
raq buradakı gimiçi-hun, xız, içquz, qazaq, quzman, dəlilər,
keçəllər, savir, bizlər, şiroğuz kimi türkdilli tayfalarla qayna-
yıb-qarışmışlar. Bu elat tarixdə “İraq oğuzları” və ya “Arslan
Yabqunun elatı” kimi tanınmış, Xorasanı, İsfahanı, Reyi,
Diyarbəkri, Həmədanı fəth etmiş, Böyük Səlcuq imperiyasının
qurulmasında çox əhəmiyyətli xidmətləri olmuş oğuz elatıdır.
255
XI əsrin sonlarından başlayaraq XVII əsrin sonlarına qədər
vaxt ərzində Azərbaycana gəlmiş səlcuqların, şahsevənlərin də
müəyyən qismi Xızıda və Siyəzəndə məskunlaşmışlar. Bu
tayfa adlarını dağlılar bu günə qədər qoruyub saxlamışlar.
Bunlar – saruqlu (sarıoğlu), tuğlu, təkəlu, qədirli, atabəyli,
gərmiyanoğulları, isalu-əfşar, gədiklu, acılu, muradlu, əhmədli,
əlişarlu, qazılu (qazılıq), hacılu, qağalu, qaçeyli, şıxlar, şahse-
vənlər, muğanlı, dənqu (zəngi-əfşar) və s. adlı oğuz nəsil-
ləridir; 8. Xızı ərazisi qədimdən beş mahala bölünmüşdür.
Bunlar – Göyxan, Beşbarmaq, Gədik, Quşçu və Qmişər mahal-
larıdır. Beşbarmaq mahalı Siyəzənin bir qismini, Quşçu mahalı
Siyəzənin bir qismini və Şabranın kiçik bir hissəsini də əhatə
edir; 9. Ən qədim zamanlardan bəri Azərbaycan ərazisində türk
dilinin vahid ünsiyyət dili olmasında “dağlılar” adlandırılan bu
oğuz qisminin də iştirakı danılmazdır; 10. “Dağlı” etnoniminin
yaranmasının üç səbəbi vardır: birincisi-Xızının ən böyük
mahalı Göyxandır, əfsanəyə görə Göy xan Oğuz xanın oğ-
ludur. Göy xanın qardaşlarından birinin adı Dağ xandır.
Qədimdən Beşbarmaq dağı ətrafında yaşamış oğuzlar Dağ
xanın nəslidir, dağoğlu (dağlu) kimi tanınmışlar; ikincisi-hər
bir oğuz boyunun öz tamğası (damğa) olmuşdur, heyvanata,
sənədlərə bu damğalarla nişan qoyan oğuzlara tamğalu, dağlu
(dağ vuran) demişlər; üçüncüsü – hər bir oğuz boyunun öz
bayrağı (tuğ) olmuşdur. Xızıda Tuğ çayı vardır və bu çayın
sahilində Tuğlu kəndi yerləşir. Çar Rusiyası dövründən başla-
yaraq kəndin adı xəritələrdə və sənədlərdə Tıxlı kimi yazıl-
mışdır. “Tuğlu” (bayraqlı) sözü də dağlu etnoniminin yaranma-
sına səbəb olan amillərdən biridir. Hər üç səbəb “dağlı” sözü-
nün yaranmasında əhəmiyyətli olması ilə yanaşı, həm də
dağlıların oğuz türklərinə mənsubluğunu tam aydın şəkildə
tərənnüm edir; 11. Təkcə XIX-XX əsrlərdə Xızı və Siyəzənin
bütün Azərbaycanda tanınmış otuzdan çox aşığı olmuş, xalqı-
mızın bir neçə dastanı (“Ağca quzu”, “Məsum dastanı”,
“Adıgözəl”) məhz bu aşıqların dilindən qələmə alınmışdır. XX
Dostları ilə paylaş: |