Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə82/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   78   79   80   81   82   83   84   85   86

 
249
adamlar olmasını  nəzərə alaraq, burada Çıraqqala istehkamın-
dan söhbət getdiyini düşünmək olmaz. Çıraqqala tamam başqa  
dağ silsiləsində yerləşir. Oleari isə çox aydın şəkildə məhz Beş-
barmaq dağından, onun ətəyində yerləşən karvansaradan və üzə-
rindəki üçyaruslu əlçatmaz bir qaladan danışır. Bununla yanaşı,  
karvansaranın dördkünc daşlardan hörülmüş “çox köhnə bir 
bina”, qaya üzərindəki tikililərin isə “möhtəşəm və gözəl isteh-
kam” olmaqla, Makedoniyalı İskəndər tərəfindən tikilməsi haq-
qında rəvayət, həmin obyektin Dərbənd qalası, Çıraqqala və Qız 
qalası kimi tarixi abidələrimizlə  təxminən bir vaxtda və bir 
memarlıq biçimində tikildiyi ehtimalını söyləməyə tutar verir. 
Başlıcası isə, ilkin orta əsrlərdə “Hun qapıları” adlanan dövlət 
sərhədi məhz Beşbarmaq dağından keçmişdir” (22, s. 229). 
Bu yığcam və dəqiq izahın özü Dərbənd-Beşbarmaq sədləri-
nin, istehkamlarının tikilmə tarixləri ilə bağlı yuxarıda dediklə-
rimizin yekunudur. Həqiqətən də ulu babalarımızın yadigarları  
olan bu möhtəşəm tikililər dünya qədər qədim olan xalqımızın, 
vətənimiz Azərbaycanın şərəfli tarixinin, memarlıq və hərb sə-
nətinin nümunələridirlər. 
Sözsüz ki, bu sədlərin, möhtəşəm qala şəhərlərin vaxtilə 
mövcud olduqları  ərazilərdə aparılacaq arxeoloji qazıntılar və 
elmi araşdırmalar bu sahədə bilgilərimizi daha da artıracaq, 
tarixmizin qaranlıq səhifələrini işıqlandıracaqdır. 


 
250
III FƏSİL ÜZRƏ NƏTİCƏLƏR 
 
Ümumiyyətlə, hansısa siyasi uğur xatirinə bütöv bir xalqı 
mənsub olduğu köklərdən ayırmaq insanlığa yaraşmayan hərə-
kət və eyni zamanda faydasız bir zəhmətdir. Qısa bir zaman ər-
zində müəyyən qarışıqlıq yarana bilər, lakin xalqın irsi yaddaşı-
nı tamam silmək mümkün deyil. Dərbənd-Beşbarmaq sədlərinin   
Sasanilər tərəfindən inşa edilməsini bir aksiom şəklində  qəbul 
etdirib beyinlərə yeridənlərin bu cəhdləri Azərbaycanı farslaş-
dırmaq arzusundan doğan saxtakarlıqdan başqa bir şey deyildir. 
Sədlərin, istehkamların kimlər tərəfindən və  nə vaxt tikilməsi 
barəsində  qədim mənbələrdə olan bütün təzadları, arxeoloji 
araşdırmalar nəticəsində  sədlərin Sasanilərdən çox-çox əvvəl 
mövcudluğunu sübut etmiş faktları, sovetlər dövründə Sasanilə-
rin indiki Azərbaycan  ərazisində hökmüranlığının həddindən 
artıq  şişirdilməsi sahəsində aparılmış saxtakarlıqları bir kənara 
qoyaq. Xalqın yaddaşına müraciət edək. Sədlər və istehkamlar 
nə vaxt və kimlər tərəfindən inşa edilmişlər? Bu günün özündə 
belə, yaşlı nəslin nümayəndələri bu sədlərin, istehkamların çox  
qədimdə,  İskəndər dövründə tikildiyini və  dədə-babadan belə 
eşitdiklərini deyirlər. Alban tarixçisi M.Kalankatuklu da hun 
tayfaları haqqında danışarkən İskəndərin adını çəkir. Sasanilər-
dən cəmi, təxminən beş  əsr sonra yaşamış Nizami Gəncəvi də 
belə yazır: “Deyirlər Dərbəndi İskəndər qurdu”. Dahi Nizami bu 
məlumatı xalqın dilindən eşidib və yazıb.  Əvvəlcə qeyd etdik  
ki, xalqın yaddaşında yaşamış  İskəndər Makedoniyalı Alek-
sandr deyil. Nizami də bu fatehlə Tanrı nəbisi Zul Qar Neynin 
ayrı-ayrı  şəxslər olduğunu izah etmişdir. Tarixi Zul Qar Neyn 
Assur hökmdarı Ninurta e.ə. 1215-ci ildə  Xızırla Musanın 
görüşündən 20 il sonra Şirvan ərazisindən keçərək şərqə, Çinin 
şimal sərhədlərinə  qədər getmişdir. Çox ehtimal ki, bu zaman  
As-ər dövləti sürəkli Hun-Çin müharibələri nəticəsində artıq 
zəifləmişdi. Dərbən-Beşbarmaq sədləri və istehkamları isə As-ər 
dövlətinin qüdrətli vaxtlarında, Xızırın peyğəmbərlik etdiyi 


 
251
dövrdə, yəcuc-məcuc tayfalarının hücumlarına qarşı inşa edil-
mişdilər. 
Adi hesablamalar və müqayisələr göstərir ki, Dərbənd səddi-
nin bircə hasarını belə inşa etməyə Sasanilərin nə vaxtı, nə vəsa-
iti, nə də qüvvəsi yetməzdi. Bundan başqa Hun tayfalarının qur-
duqları iki ölkənin arasında Sasanilərin nəsə tikməsi bir tərəfə, 
onların bu ərazidə möhkəmlənə bilməsi haqqında uydurmalar 
belə gülünc görünür. Halbuki, Şimal (Türk) xaqanı məktub gön-
dərərək Sasanilərin ən qüdrətli hökmdarı I Xosrov Ənuşirəvan-
dan Bizansa toxunmamağı tələb etmişdir. Güclü Şimal xaqanına 
arxalanan Bizans imperatoru isə Sasani qoşunlarını bir-birinin 
ardınca məhv etmişdir. Bu qədər tarixi faktların məlum olduğu  
halda, o dövrdə Şimal xaqanlığının bir vilayətinə çevrilmiş Hun  
çarlığı ərazisində Sasanilərin hökmüranlıq edə bilməsi və hətta 
möhtəşəm inşaat işləri ilə məşğul olması həqiqətən çox gülünc 
görünür. Hələ Sasanilərdən bir neçə əsr əvvəl Azərbaycana hü-
cumlar etmiş alan tayfalarının “Nart” eposunda Xız (Beşbar-
maq) istehkamının alınmaz qala olduğu artıq öz əksini tapmışdı. 
Aydındır ki, Dərbənd-Beşbarmaq sədlərinin tarixi Azərbay-
can tarixinin ən vacib hissələrindən biridir. Bu sahədə aparıla-
caq arxeoloji axtarışlar, elmi araşdırmalar vətənimizin tarixini 
daha da zənginləşdirəcəkdir. Ən önəmlisi isə, bu sahədə aparı-
lacaq axtarışlar nəticəsində ulu babalarımızın qurduğu, e.ə. IV 
minillikdən e.ə II minilliyin sonlarına qədər mövcud olmuş 
qədim və qüdrətli As-ər ölkəsi haqqında daha geniş materiallar, 
daha mükəmməl faktlar əldə ediləcəkdir. 


 
252
 
ÜMUMİ NƏTİCƏ 
 
Tədqiqat işi Azərbaycan tarixinin ayrılmaz hissəsi olan, 
vətənimizin  şimal-şərqində, Dərbənd-Beşbarmaq keçidində 
mövcud olmuş  sədlərin, istehkamların inşa tarixlərinin araş-
dırılması, adlarının izahı, Beşbarmaq dağı ətrafında məskunlaş-
mış azər-türklərin (dağlıların) təşəkkülünün öyrənilməsi istiqa-
mətində aparılmışdır. 
Öncə sədlərin, istehkamların inşa tarixi haqqında mənbələr-
də olan məlumatlar nəzərdən keçirilmiş  və bu mənbələrin  
özündə olan təzadlar göstərilmişdir. Monoqrafiyada qədim As-
ər ölkəsi və onun paytaxtı Asqar şəhəri, As istehkamı, Xız 
qalası, As-Van (Hun-Çin) müharibələri, Xızır və Musa pey-
ğəmbərlərin tarixi görüşü haqqında müqəddəs  İncildə, Quran-
da, skandinav saqalarında, Çin əfsanələrində, “Nart” eposunda, 
qədim oğuznamələrdə verilən məlumatlar ilk dəfə olaraq bir 
müstəviyə gətirilmiş, tarix ədəbiyyatında verilən məlumatlarla, 
faktlarla uzlaşdırılmışdır. Tədqiqat işində Beşbarmaq dağı  
ətrafında məskunlaşmış  əhalinin (dağlıların) qədim oğuztürk 
mənşəli olduğu və XI-XVII əsrlərdə bu ərazilərə gəlmiş səlcuq 
oğuzlarının,  şahsevənlərin bu camaatın təşəkkülündə  iştirakı 
tarixi faktlarla sübuta yetirilmişdir. Tədqiqat işinin  əsas 
nəticələri: 1. Yurdumuz qədim zamanlardan As-ər ölkəsi  
adlandırılmışdır. “As” qədim türkcədə “birincilər” deməkdir.  
Böyük  əksəriyyəti türkdilli olmuş as-ərlər Böyük Britaniya  
adasından qalay gətirmiş,  İkiçayarası ölkələri qalayla təmin  
etmişlər. Qalay gətirmək üçün Böyük Su Yolu Xəzər dənizin-
dən başlamış, Volqa çayından Don çayına, Azov dənizinə,  
Kerçen boğazı ilə Qara dənizə keçmiş, oradan Dnepr çayı ilə,  
Dnepr çayından quru və ya daşqınlar zamanı yaranmış göllərlə  
Qərbi Dvin (Dauqava) çayına yönəlmiş, Riqa körfəzi, Baltik  
dənizi, Skaqerrak körfəzi,  Şimal dənizi, Duvr (Pa-De-Kale) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə