Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   75   76   77   78   79   80   81   82   ...   86

 
240
tələb edən ağır zəhmətdir. Hündürlüyü 12-15 m, eni 3-4 m, 
uzunluğu  ən azı 40000 m olan səddin tikintisinə  nə  qədər daş  
tələb  olunur?  Hündürlüyü 12 m, eni 3,4 m, uzunluğu 40000 m 
olan səddin tikilməsinə 11 milyon 520 min daş lazımdır.  
Müqayisə üçün qeyd edək ki, müasir daşkəsən kombayn üç  
növbəli iş rejimində, bir ay ərzində, vaxtaşırı cari təmirlərə  və 
texniki xidmətlərə dayanaraq, faktiki olaraq, təxminən 17 min 
əhəng daşı  kəsir. Hal-hazırda tikintidə istifadə etdiyimiz bu  
daşlar, tərkibinə görə  sərt qaya daşlarından çox yumşaqdırlar.   
Yataqların aşkar edilməsinə, sahənin buldozerlərlə təmizlənmə-
sinə  sərf olunan vaxtı, daşkəsən kombaynın irihəcmli cari və 
orta təmirlərə dayanmasını  nəzərə almadan hesablasaq, bu 
kombayn bir il ərzində 204 min daş  kəsə bilər. Səddin tikinti-
sinə lazım olan sayda, yəni 11 milyon 520 min ədəd daş kəsmək  
üçün kombayn 56 ildən çox müddət ərzində, üç növbəli rejimdə 
işləməlidir! Səddin Sasanilər dövründə tikildiyini qəbul etsək, 
göz  önündə belə bir mənzərə açılardı: təxminən 1500 il bundan 
əvvəl, tonlarla çəkisi olan iri sal qayalar əl üsulu ilə kəsilib daş-
yonma yerlərinə gətirilirdi, qayalar lazım olan ölçülərdə kəsilir, 
daşlar balta ilə yonulurdu. Primitiv əl alətləri tez-tez sınır, kütlə-
şir və bunun nəticəsində onların təmir-bərpa işlərinə də çox vaxt 
sərf olunurdu. Daşlar öküz arabaları ilə enişli, yoxuşlu ağır yol-
suzluq  şəraitində on kilometrlərlə  məsafələrə daşınırdı. Payız, 
qış aylarında daşların daşınması ümumiyyətlə mümkün deyildi. 
Minlərlə  işçi qüvvəsi, yüzlərlə öküz arabaları bu işlərə  cəlb 
olunsalar da belə, əhəng daşından çox-çox möhkəm qayalardan 
kəsilib yonulmuş daşların hazırlanmasını, daşkəsən kombaynın 
56 illik normasından daha tez yerinə yetirmək o dövr üçün 
mümkünsüz idi. Daşların kəsilib hazırlanması  və daşınması bu 
qədər işçi qüvvə, avadanlıq, uzun vaxt tələb edirdisə, bəs yük-
süz hərəkət etmək üçün belə çox ağır olan dağlıq ərazidə, hün-
dürlüyü 12-15 m, eni 3-4 m, uzunluğu ən azı 40 km olan və 500 
metrlik bir hissəsi  əsasən 4-5 m dərinlikdə olan dənizin içində 
inşa edilmiş hasarın, cəmi bir barının tikintisinə  nə  qədər işçi 


 
241
qüvvə, avadanlıq, tikinti materialı və vaxt lazım idi? Təkcə bir 
barısı üzərində, bir-birindən 50-70 m məsafədə 30 müdafiə qül-
ləsi olan (116, s. 173) Dərbənd kimi istehkamın, Dərbənd-Beş-
barmaq arasındakı beş  səddin, istehkamların inşası üçün tələb 
olunan vaxt, işçi qüvvəsi və tikinti materialları hesablansa fan-
tastik rəqəmlər alınar. Türk xaqanlarının adı gələndə belə tir-tir 
əsən I Xosrov Ənuşirəvan kimi qaçıb uzaq sarayında gizlənən 
Sasani şahlarının belə qlobal tikintilər aparmağa, hətta bir belə 
hasarı inşa etməyə qüdrətləri yox idi! Bu boş, əsassız ehtimaldır 
və ya sadəcə siyasət nağılıdır. 
Bütün bunlar bir daha sübut edir ki, Dərbənd-Beşbarmaq 
sədləri və istehkamları sasanilərdən təxminən min beş yüz il 
əvvəl, ulu babalarımız tərəfindən inşa edilmişlər. Bu möhtəşəm 
sədlərin və istehkamların inşasına, adı dünya xalqlarının epos-
larında yaşadılan, adı ilə dünyanın ən böyük qitəsinə və doğma 
vətənimizə ad vermiş, uca Tanrımız tərəfindən mükəmməl elm, 
böyük qüdrət bəxş edilmiş ulu babalarımız qadir olmuşlar. Bu 
sədlər və istehkamlar Azərbaycan xalqının həm memarlıq, həm  
də  hərb sənətinin abidələri kimi xalqımızın çox qədim,  şərəfli 
tarixindən, ulularımızın yüksək mədəniyyətindən, müqayisəedil-
məz qüdrətindən xəbər verirlər. 
 
 
3.2. Azərbaycan tarixinin öyrənilməsində 
sədlərin rolu 
 
Sədlərin inşa tarixinin araşdırılması, qədim Hun çarlığı ərazi-
sində  məskunlaşmış  əhalinin təşəkkül prosesinin, bu ərazidəki 
toponimlərin analizi bu vaxta qədər məlum olan və ilk dəfə bu 
tədqiqat işində müzakirə edilmiş, ümumilikdə Azərbaycan tarixi 
üçün çox əhəmiyyətli faktların bir müstəvidə cəmlənməsinə im-
kan yaratmışdır. 


 
242
Əvvəlcədən bizə  məlum olan və bu tədqiqat işi nəticəsində 
əldə etdiyimiz məlumatlara ümumilikdə baxaq: 1. Yurdumuz 
qədimdə As və ya As-ər ölkəsi adlandırılmışdır; 2. Skandinav 
saqalarına görə As istehkamı Azov dənizinə tökülən Don çayı-
nın şərqindədir və istehkamın içində olan paytaxt Asqardır. Qə-
dim türkcədə Asqar-As şəhəridir; 3. “Nart” eposunda nartların 
ala bilmədiyi “Xız qalası” vaxtilə indiki Xızı şəhərinin yaxınlı-
ğındakı  Fındığan kəndini də  əhatə etmiş, Beşbarmaq qayasına 
qədər  ərazidə yerləşmiş istehkamdır. Bu istehkam ya ayrıca 
qala-şəhər ya da Gilgilçayın sağ  və sol sahillərində yerləşmiş 
Şirvan  şəhərinin bir hissəsi olmuşdur; 3. E.ə. V əsrdə yaşamış 
Herodot işquzlar (iç oğuzlar) və qalayın haradan gətirilməsi 
barəsində  məlumat vermişdir. Qədim iç oğuzlar Azov və Qara 
dənizlərinin qovuşduğu yerdən Xəzər sahillərinə  qədər  ərazidə 
yaşamışlar; 4. Qalayı Böyük Britaniya adasından qədim As-ər 
tayfaları gətirmiş, qədim İkiçayarası ölkələri qalayı Azərbaycan-
dan alıb aparmışlar; 5. Ən qədim türkdilli tayfalardan olmuş  
As-ərlər Qara dənizdən Xəzər dənizinə  qədər, indiki Azərbay-
can Respublikasını, Ermənistanı, Cənubi Azərbaycanı  əhatə 
edərək cənubda Dəclə-Fərat çaylarının aşağı axarına, qərbdə  
İstanbula qədər böyük ərazidə yaşamışlar; 6. İndiki Anadolu 
ərazisində məskunlaşmış As-ərlər Şumerlərin mədəniyyətinə və 
dilinə güclü təsir göstərmişlər və yaxud Şumerlər elə As-ər 
tayfalarından biri olmuşlar. E.ə. III minillikdə indiki Anadolu 
ərazisində dünyaya gəlmiş  İbrahim peyğəmbərin atasının adı  
Azər olmuşdur və bunu müqəddəs Quranın “Ənam” surəsinin 
74-cü ayəsi sübut edir; 7. Anadolu ərazisində məskunlaşmış As-
ər tayfaları Böyük Britaniya adasından qalayın və Baltik dənizi 
sahillərindən kəhrabanın  İkiçayarası ölkələrinə  gətirilməsində 
kütləvi iştirakı nəticəsində tədricən indiki Azərbaycana və Qara 
dəniz sahillərinə doğru hərəkət edərək məskunlaşmışlar; 8. E.ə. 
II minillikdə Çin ərazisində  məskunlaşmış tayfaların (yəcuc-
məcucların) Azərbaycan ərazisinə hücumları başlamış, As-ərlər 
onları  Xəzər dənizinin  şərqinə  tərəf sıxışdıra bilmişlər. 9. As-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə