Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   76   77   78   79   80   81   82   83   ...   86

 
243
ərlər böyük ordular quraraq Xəzərin  şərqinə doğru yürüşlər 
etmişlər, yəcuc-məcuc tayfalarını Çin ərazilərinə qədər qovmuş-
lar. Bu müharibələr ilə  qədim türkdilli tayfaların Hun dövrü 
başlamışdır. 1500 ildən çox davam etmiş müharibələr nəticəsin-
də qədim türkdilli tayfalar Anadolu ərazilərini tərk etmişlər. E.ə. 
XIII əsrdən başlayaraq yunan tayfalarının bu ərazilərdə məskun-
laşması başlamışdır; 10. E.ə. XIV əsrin ikinci yarısında, indiki 
Xızı ərazisində Xızır peyğəmbər dünyaya gəlmişdir. Adı Bəlya, 
atasının adı  Məlikandır. “Bəlya” qədim türkcədə “suların bili-
cisi” deməkdir. Bəlya, Xız adlı  oğuz tayfasından olduğu üçün 
Xızır peyğəmbər adlandırılmışdır; 11. Xəzərin  şərqində döyüş-
lər aparan ordular getdikcə doğma torpaqlardan uzaqlaşır və  
bunun nəticəsi olaraq ordunun təchizatı mümkünsüz olurdu.  
Hunlar (yürüş edənlər) yad tayfalardan (altay, tibet, çin və s.) 
qız alıb evlənirdilər. Nəticədə dil və irqi dəyişmələr başlandı. 
Xızır peyğəmbər bu fəlakətin qarşısını aldı. O dövrdən dilimiz-
də deyim qaldı: “Sayadan dönən soyundan dönər”. Xızırın məs-
ləhəti ilə ordular müharibəyə elliklə, heyvanatları ilə getdilər.  
Arabalarda və atlar üstündə sürətlə  hərəkət edən, təchizatı  və  
ailəsi yanında olan oğuzlara Taş Oğuz – taşınan (süvari, mobil) 
oğuz, yəni “arabalarda daşınan oğuz” dedilər. 12. Müqəddəs 
İncildə, Quranda Musa və Xızır peyğəmbərlərin qayada görüş-
dükləri yazılmış  və V əsrdən başlayaraq tarixçilər bu qayanın 
məhz Beşbarmaq (Xosr-vem, Xursan) qayası olduğunu təsdiq 
etmişlər. Bu görüş e.ə. 1235-ci ildə olmuşdur; 13. Allahın  
verdiyi hikmətlə, dəmir filizini əritmək elminə yiyələnmiş  
Assur hökmdarı, qüdrətli I Tukulti Ninurta (Zul Qar Neyn – 
Neyn şəhərinin sahibi) e.ə. 1215-ci ildə Azərbaycan ərazisindən 
keçərək Çin sərhədlərinə  qədər (heç bir tərcüməçidən istifadə  
etmədən) getmiş, orada, indi Böyük Çin səddi adlanan səddin 
ilk və kiçik bir hissəsini tikdirmişdir, tikintidə ərinmiş dəmirdən  
istifadə etmişdir. Onun məqsədi, qərbi, o cümlədən inkişaf  
zirvəsində olan İkiçayarası  əraziləri yəcuc-məcuc basqınından  
xilas etmiş oğuzlara kömək etmək idi. E.ə. XIII əsrin sonlarında  


 
244
oğuzlar dəmir ox ucluqları hazırlamağa başlamışlar; 14. E.ə. XII 
əsrin ilk yarısında qüdrətli As-ər ölkəsi süqut etmişdir. Xəzərin  
qərbində  və  şərqində yaşayan qədim türklər ayrı-ayrı tayfalara 
parçalanmışlar. E.ə. VIII əsrdən başlayaraq bir-birləri ilə savaş-
lar etmişlər; 15. E.ə. VIII əsrdən başlayaraq oğuzların və digər  
türk tayfalarının dədə-baba yurduna qayıdışı başlamış, XI əsrdə 
Səlcuqlar tərəfindən yekunlaşdırılmışdır; 16. Dərbənd  şəhərin-
dən Kür çayına, bəzən də Muğana qədər ərazidə Hun çarlığı e.ə. 
VII  əsrdən başlayaraq  ərəb işğalına qədər, 1400 il mövcud  
olmuşdur. Şir-hun (şirak, siroğuz) tayfalarının bu ərazidə kütlə-
vi məskunlaşmasından başlayaraq Hun çarlığı ərazisinə həm də 
Şirvan deyildi. Xızıdakı Upa kəndi şir-hun, şiroğuz tayfalarının 
paytaxtı olmuş Uspa şəhərinin adını daşıyır. Beşbarmaq qayanın 
adlarından biri də  Şiroğuz qayasıdır; 17. Dərbənd-Beşbarmaq  
sədləri və istehkamları Sasanilər tərəfindən tikilə bilməzdilər.  
Sadə hesablamalar göstərdi ki, bu möhtəşəm tikililərin inşasına,  
hətta bir səddin çəkilməsinə belə Sasanilərin nə qüdrəti, nə 
vaxtı, nə də cəsarəti yetməzdi. Qədim mənbələrdə də bu barədə 
ümumi sözlərlə, biri-birini inkar edən məlumatların verilməsi 
buna sübutdur; 18. Xızının Göyxan, Gədik, Quşçu, Beşbarmaq 
və Qomişər mahallarında məskunlaşmış oğuzlar qədim iç-oğuz 
tayfalarından bəzilərinin adlarını bu günə qədər qoruyub saxla-
mışlar; 19. Xızı  və Siyəzən  ərazilərindəki toponimlərin araşdı-
rılması nəticələri və bu nəticələrin tarixi faktlarla tam uzlaşması  
Azərbaycanın, o cümlədən Dərbənd-Beşbarmaq  ərazisinin,  
türkdilli tayfaların məskəni kimi, ən azı dörd min illik tarixə  
malik olduğunu təsdiqləyir. Bəzi toponimlər bu tarixin altı min 
il olduğundan xəbər verir. 
Göründüyü kimi, Dərbənd-Beşbarmaq sədləri və istehkamla-
rının öyrənilməsi nəinki vətənimiz Azərbaycanın, ümumiyyətlə  
türk xalqlarının tarixinə aid çox əhəmiyyətli faktları  aşkar et-
mişdir.  
 
 


 
245
3.3. Dərbənd-Beşbarmaq müdafiə sistemindəki 
qala şəhərlərin öyrənilməsi perspektivi 
 
Albaniya ilə Xəzər dənizi arasında, Dərbənddən Kür çayına, 
bəzən Muğana qədər uzanan ərazidə yerləşmiş qədim Hun döv-
lətində  Dərbənd, Abxaz, Şabran,  Şirvan,  Şamaxı, Xız qalası 
(Beşbarmaq qalası  və ya Bacərvan), Çola adlı  şəhərlər olmuş-
dur. Mənbələrdə adı  çəkilən bu şəhərlərdən  Şabran istisna ol-
maqla, hamısı qala-şəhərlər olmuşlar. Mənbələrin birində: “Şab-
ran qalasız yerdir. Əhalisinin  əksəriyyəti xristiandır, sərhəddə-
dir” yazılmışdır (86, s. 121). XIX əsrdən başlayaraq bir sıra təd-
qiqatçılar  Şabran,  Şirvan,  Şamaxı  şəhərlərini qarışıq salmışlar. 
Halbuki, mənbələrdə bu şəhərlərin ayrı-ayrılıqda adları  çəkil-
miş, coğrafi şəraiti, əhalisi və tikililəri barəsində aydın məlumat 
verilmişdir. Şirvan və Şabran şəhərlərinin yerləri müəyyən edil-
sə  də, Çola və Abxaz şəhərlərinin harada yerləşdikləri barədə 
dəqiq məlumat yoxdur. Tarixçilər Çola şəhər-qalasının Samur  
çayı yaxınlığında olduğunu ehtimal edirlər. Abxaz şəhəri haq-
qında Nailə Vəlixanlı “Ərəb Xilafəti və Azərbaycan” kitabında 
yazır: “Mənbələrin məlumatına görə Abxaz (əl-Abxaz)  şəhəri  
Şərvanın iki günlüyündə, Samur körpüsünün (Cisr Samur) 12 
fərsəxliyində (təqribən 70-72 km) yerləşirdi. Əl-Müqəddəsi Ab-
xazın “bu vilayətin başqa şəhərləri kimi çox səfalı yerdə” oldu-
ğunu bildirir, başqa səyyahlar isə onun adını Arranın kiçik şə-
hərləri sırasında çəkirlər. Tədqiqatçılar (N.Karaulav, S.Aşurbəy-
li) Abxazı  ya  müasir  Quba  şəhəri ilə eyniləşdirir, ya da Quba-
nın yaxınlığında ola biləcəyini ehtimal edirlər. Mənbələrin mü-
qayisəli təhlilindən bizə elə  gəlir ki, Abxazı indiki Xaçmaz və 
ya Qusar rayonları ərazisində aramalıyıq. Bu ehtimallar da yal-
nız arxeoloji axtarışların nəticələri ilə  təsdiqlənə bilər” (86, s. 
121). Həmin kitabda Şirvan  şəhəri haqqında,  ərəb səyyahı Ya-
qut əl-Həməvinin qeydləri verilir: “Oradan bir çox alimlər çıx-
mışlar. Deyirlər ki, onun yaxınlığında Musa əleyhissalamın qa-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə