Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   74   75   76   77   78   79   80   81   ...   86

 
237
iştirak etmişlər. Bu səbəbdən Sasanilərin Kür çayından şimalda 
olan Hun çarlığı ərazisində hökmüranlığı sürəkli deyil, epizodik  
xarakterlidir və belə şəraitdə, istər I Xosrovun, istərsə də ondan  
əvvəlki şahların vaxtında irimiqyaslı inşaat işləri aparıla bilməz-
di. Sasanilər sədlərin, istehkamların dağılmış hissələrində yalnız 
təmir-bərpa işləri apara bilərdilər. Alban tarixçisi Kalankatuklu-
nun Kürdən şimalda məskunlaşmış türk mənşəli tayfaları ümu-
milikdə  xəzər, hun, massaget adlandırması da səhv deyil. Belə 
ki, bu tayfaların milli mənsubiyyəti, dili, adət-ənənələri eyni idi 
və bu tayfaların böyük bir qismi də qədimdən Albaniya ərazisin-
də yaşadığından M.Kalankatuklu bunu yaxşı bilirdi. Sasanilərin  
ən qüdrətli  şahı olmuş Xosrov Ənuşirəvanın vaxtında  Şimal 
(Türküstan) hökmdarı Cebu Xaqan Albaniya, İberiya və Atropa-
tena  ərazilərinə hücumlar edirdi. I Xosrov tərəfindən bir neçə 
şəhəri zəbt edilmiş Bizansın imperatoru Cebu Xaqandan kömək  
istədi. Bizans imperatoru ilə müqavilə bağlayandan sonra Cebu 
Xaqan qardaşı oğlunun başçılığı altında qoşun göndərdi. Xaqa-
nın qardaşı oğlu Şad, sasani şahı I Xosrov Ənuşirəvana məktub 
göndərdi. Məktubda deyilirdi: “Əgər sən bizanslıların imperato-
rundan  əl çəkib onlardan zorla tutduğun torpaq və  şəhərlərini 
ona qaytarmasan, əgər onun ölkəsindən əsirlərlə birgə apardığın 
və bütün xaçpərəst xalqlarının ehtiram və sitayiş etdikləri  İsa 
Xaçını geriyə qaytarmasan və əgər öz ordularını onun torpaqla-
rından geriyə qaytarmasan, onda qulaq as, gör Şimalın çarı, 
bütün yer üzünün hökmdarı, sənin və bütün çarların çarı sənə nə  
deyir: Mən, ey Suriyanın valisi, üzümü sənə tərəf çevirib, impe-
ratora vurduğun bir zərər əvəzinə ikiqat zərər verərəm. Öz qılın-
cımla sənin torpaqlarında sən öz qılıncınla onun torpaqlarında   
gəzdiyin kimi gəzərəm. Sənə heç rəhmim də  gəlməz və bütün 
bunların hamısını  mən təxirə salmadan yerinə yetirəcəyəm!” 
(60, s. 96). Bu hədələrdən sonra I Xosrovun sərkərdələri orduya  
rəhbərlik etməkdən imtina etdilər. I Xosrov yalnız Roçveh adlı 
bir saray əyanını dilə tutaraq, hədiyyələr verərək, onu qoşunları-
na sərkərdə  təyin etmiş  və döyüşə göndərmişdir. Lakin bu qo-


 
238
şunları Bizans imperatoru məhv etmişdir. Türk xaqanının mək-
tubundan sonra qorxuya düşmüş I Xosrov demək olar ki, heç bir 
müqavvimət göstərmədən qaçdı  və tezliklə öz oğlu Qubadın 
əmri ilə qətlə yetirildi. Bütün bunlar bir daha sübut edir ki, VII  
əsrə  qədər müstəqil dövlət, eyni zamanda Türküstanın müttə-
fiqi olmuş, sonradan onun bir əyalətinə çevrilmiş Hun çarlığı 
ərazisində sasani şahları heç bir irimiqyaslı tikinti işləri apara 
bilməzdilər. Özü də Hun çarlığı ilə Türküstan arasında, Dərbənd 
və ya hansısa başqa şəhər-istehkamın sasanilər tərəfindən tikil-
məsini iddia etmək müəyyən məqsədlər güdən yalandan başqa 
bir şey deyil. 
M.Kalankatuklu Dərbənd-Beşbarmaq sədlərinin yerləşdiyi 
Hun çarlığı ilə qonşu olmuş Albaniyadandır, yəni sədlərin inşası 
haqqında bildiklərini yazmış bütün tarixçilərdən sədlərin yerləş-
diyi  əraziyə  ən yaxın yaşamış tarixçidir. Ondan başqa, məlum 
olan tarixçilərdən hansınınsa sədlərin inşası haqqında daha də-
qiq  məlumat verə biləcəyi ehtimalı çox zəifdir. M.Kalankatuklu 
isə yazır: “Bu əzəmətli divarları İran şahları tikdirmişdi və bu-
nun  üçün onlar çox böyük pullar xərcləyib, öz ölkələri əhalisini 
taqətdən salmışdılar” (60, s. 92). Hər  şeyi dəqiqliklə yazan ta-
rixçinin sədlərin inşası kimi mühüm bir hadisəni belə ümumi 
sözlərlə, qeyri-müəyyən şəkildə təsviri diqqəti cəlb etməyə bil-
məz. Bu məlumatla Bərdə  şəhərinin tikilməsi haqqında verilən 
məlumatın (60, s. 19) müqayisəsi təəccüb doğurur. Necə ola bi-
lər ki, inşası VI əsrə aid edilən möhtəşəm istehkamlar, sədlər 
barəsində ümumi sözlərdən istifadə etmiş tarixçi, V əsrdə tikil-
miş  Bərdənin tikilməsinə kimin əmr verməsi, kim tərəfindən 
icra edilməsi kimi dəqiq məlumat verir? M.Kalankatuklu İran 
şahı Firuzun (454-484) vaxtında, bu şahın  əmri ilə, Albaniya  
çarı II Vaçe tərəfindən Bərdə şəhərinin tikilməsi, şəhərin adının 
əvvəl Firuzabad, indi Bərdə adlanması haqqında məlumat verdi-
yi halda, guya 100 ildən sonra baş vermiş on dəfələrlə böyük 
tikintilər haqqında belə ötəri yaza bilməzdi. Bu ötəri məlumatın 
kitabda yer almasının iki səbəbi ola bilər: 1. Tarixçinin bu səd-


 
239
lərin, istehkamların inşası haqqında heç bir məlumatı olmamış-
dır və sadəcə əsassız ehtimal kimi belə bir məlumat vermişdir
2.  İkinci kitabın onuncu fəslinə yamaq kimi görünən bu hissə 
sonradan  əlavə edilmişdir. Kitabın sovetlər dövründə,  əvvəl  
erməni, sonra rus dillərində çap edilməsini nəzərə alsaq, ikinci 
izah daha doğru görünür. Azərbaycan tarixçilərinin bir neçə belə 
“düzəliş” və  “əlavələri” aşkar etməsi faktları bu ehtimalı daha 
da gücləndirir. Bu, əslən ərəb olan kəsranilərin Ərəb Xilafətin-
dən ayrılarkən “neytral dil” kimi fars dilini dövlət dili elan et-
mələrinə  bənzəyir. Fərqli cəhət odur ki, xüsusilə  Dərbəndin 
sasanilər tərəfindən inşasını iddia edənlər “neytral dil” əvəzinə 
“neytral inşaatçı” terminini nəzərdə tuturlar. 
V  əsr tarixçisi Yegişe də  sədlərin nə vaxt və kimlər 
tərəfindən tikildiyi haqqında dəqiq məlumat verməmişdir. O da 
bu haqda danışarkən ümumi sözlərdən istifadə etmiş, 
“qədimdən tikilməyə başlanmış” istehkamın, yəni Beşbarmaq 
səddinin və istehkamının (Xız qalasının) inşasını guya II 
Yezdəgird (438-457) başa çatdırmışdır (116, s. 166). Sasanilər 
hələ Albaniyada tam hakim olmadıqları vaxtda Hun Darvazası 
adlanan istehkamın və  səddin tikintisində  nə kimi işlər görə 
bilərdilər? Halbuki albanlar işğalçılara qarşı üsyan edərək II 
Yezdəgirdin qoşunlarını  qırmışdılar (116, s. 166). Maraqlıdır  
ki, Dərbənd-Beşbarmaq sədləri və istehkamlarının inşası ilə 
bağlı, qədim mənbələrdəki qeyri-müəyyən məlumat çoxlarının  
diqqətini cəlb etsə də, bəziləri sadəcə təəccüblənməklə, bəziləri  
də müəyyən ehtimallar etməklə kifayətlənmişlər. Halbuki adi  
hesablama cəmi bir səddin inşasının nə qədər böyük bir hadisə 
olduğunu tam aydınlığı ilə üzə  çıxarır. Bu hesablama üçün  
Dərbəndin bir səddini götürək. Səddin inşasında əsasən uzunlu-
ğu 100 sm, qalınlığı 25-30 sm, eni 60-70 sm, çəkisi təxminən 
200 kq olan yonma sal daşlar istifadə edilmişdir (116, s. 172).  
İri sal qaya parçalarının kəsilib daşyonma məntəqələrinə daşın-
ması, məntəqələrdə daşın göstərilən ölçülərdə  kəsilməsi işləri 
çox vaxt, böyük işçi qüvvəsi, iş alətləri və yüksək təşkilatçılıq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə