Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   70   71   72   73   74   75   76   77   ...   86

 
224
qabiliyyəti Tanrı  bəxşi idi. İnsanlara mənsub olduqları milli  
köklərini unutdurub manqurt “sovet xalqı” yaratmaq istəyənlə-
rə qarşı qorxmadan, çəkinmədən çıxış edən Müşfiq barəsində 
dahi Hüseyn Cavid “Müşfiq elə bir  alovdur  ki,  axırda  özü  
özünü yandıracaq” dedi. Mərhələ-mərhələ, rişxənd edə-edə 
milli-mədəni irsimizi məhv etməyə, o cümlədən tarı “susdur-
mağa” çalışanların yaltaq üzlərinə Müşfiq tribunadan “Oxu tar”  
şerini çırpdı. Cəmi 29 il yaşamış  şairin, sanki bir an fasilə  
vermədən, yazıb-yaratdığı saysız-hesabsız  şeirlərində,  əsərlə-
rində  çılğın gənclik romantikası ilə  bərabər müdrik müəllim  
təfəkkürü ustad sənətkarın dahiliyindən xəbər verir. Bir aşığın  
Müşfiq barəsində “Füzuli gəlmişdi Azərbaycana!” deməsi  
amalı  uğrunda  şəhid olmuş  şairə xalqın dərin məhəbbətinin  
təzahürüdür. Mikayıl  Əbdülqədir oğlu  İsmayılzadə (Mikayıl 
Müşfiq) 1908-ci il iyunun 5-də Bakı şəhərində anadan olmuş-
dur. 1937-ci il iyunun 4-də həbs edilmiş, həbsxanada yeddi ay 
ağır işgəncələrdən sonra 1938-ci il yanvarın beşindən altısına  
keçən gecə Üçlük məhkəməsinin qərarı ilə ölüm cəzasına məh-
kum edilmişdir. Mikayıl Müşfiqin işini aparan sonuncu müs-
təntiq-Qalustyan, məhkəmədə dövlət ittihamçısı-Kudryavtsev, 
Üçlük məhkəməsinin üzvləri-Nikiçenko,  İlevlev və  Şişenko 
olmuşlar. 
Mikayıl Müşfiqin həyat və yaradıcılığının yorulmaz tədqi-
qatçısı olan görkəmli alim Gülhüseyn Hüseynoğlu sovetlər 
dövründə  təqiblərə, ciddi məhdudiyyətlərə baxmayaraq bu 
müqəddəs işini davam etdirmiş, hətta həbs edilərək Sibirə 
göndərilməsi belə onun M.Müşfiqə olan sevgisini zərrə  qədər 
azalda bilməmişdi. 
Xalq arasında “Cəfər Cabbarlı sağ qalsaydı onu da 37-də 
aparacaqdılar” deyilir və buna heç kim şübhə  də etmir. 
Azərbaycan xalqının ustad sənətkarlarından biri olmuş böyük  
ədib Cəfər Cabbarlı 1899-cu ildə, indiki Xızı şəhərinin yaxınlı-
ğındakı  Xızı  kəndində anadan olmuşdur. 1934-cü il dekabrın 
31-də Bakı  şəhərində  vəfat etmişdir. Cəmi 34 il ömür sürmüş 


 
225
dahinin külliyyatını  nəzərdən keçirənlərin bəziləri dar zaman 
çərçivəsində böyük, ağlasığmaz yaradıcılıq yolu keçməsini 
heyrət, təəccüb və  şübhə ilə qarşılayırdılar. “İnqilab və  
mədəniyyət” jurnalının 1935-ci il 1-ci nömrəsində “Cabbarlı 
ədəbiyyat sahəsinə 12 yaşlı çocuqkən daxil olmuşdu”, 1936-cı  
ildə Azərnəşr tərəfindən buraxılmış “31 dekabr” vərəqəsində 
“Cəfər Cabbarlı  ədəbiyyat sahəsinə  hələ 12 yaşlı çocuqkən 
atılmışdır” deyilir. Yorulmaz tədqiqatçı, hörmətli alim Asif 
Rüstəmli gərgin əməyi nəticəsində Cəfər Cabbarlının həyat və  
yaradıcılığı ilə bağlı saysız-hesabsız faktlar aşkar etmiş, 
Azərbaycan və Türkiyə  mətbuatında müntəzəm olaraq çıxış  
edərək oxuculara çatdırmışdır.  O,  dörd  cilddə  tərtib etdiyi və 
2005-ci ildə nəşr olunmuş “Cəfər Cabbarlı. Əsərləri” kitabında  
yazır: “C.Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının, mədəniy-
yətinin, incəsənətinin təkamülündə  və  təşəkkülündə müstəsna  
xidmətlər göstərmiş görkəmli dramaturq, nasir, şair, jurnalist,  
tərcüməçi, kinossenarist, tənqidçi, teatrşünas, yaşın və yaradıcı-
lığın nisbəti baxımından fenomenal təfəkkür sahibi, qüdrətli 
sənətkardır” (13, s. 5). Sovet əsarəti illərində Cabbarlını  
“Azərbaycan sovet dramaturgiyasının banisi” kimi qələmə  
vermək istəyənlərə tam haqlı olaraq A.Rüstəmli belə cavab  
verir: “İnsan zəkasının yaratdığı ölçülərə, hüdudlara, çərçivə-
lərə  sığışmayan Cəfər Cabbarlının geniş yaradıcılıq panora-
mını sosializm ideologiyasının dar və tutqun pəncərəsindən 
müşahidə etmək müşkül və mümkünsüzdür” (13, s. 5). Kitabda 
Bakının qurtuluşu münasibətilə 1918-ci il noyabr ayının 10-da, 
Bakı  İctimai Yığıncaqlar evinin yay binasında təşkil edilmiş 
ziyafətdə Qafqaz İslam Ordusunun komandanı Nuru paşa ilə 
Cəfər Cabbarlının görüşü haqqında belə yazılır: “Rəsulzadə nit-
qinə davam edərək “Siyasi üfüqdə qara buludlar görünən ki-
bidir, lakin bu qara buludlara qarşı Nurularımızın zülmətləri 
dağıdan nuru var”-dedikdə bütün əhli-məclis ayağa qalxıb paşa 
həzrətlərini xüsusu bir təzim və təcil ilə alqışlamağa başladılar. 
Məclis sürəkli alqışların təsirindən xilas olmamış, salona Os-


 
226
manlı generallarına məxsus buxara papaqlı, sol döşü orden və 
medallarla bəzədilmiş, yaxasından sağ çiyninədək sarı ipəkdən 
hörüklər bənd edilmiş, yarımdairəvi paqonları parlaq atlas sa-
çaqlarla  əhatə olunmuş, ucları yüngülcə yuxarı  eşilmiş qara 
bığlı, qarayanız, general qiyafəsində bir şəxs girdi. Nuru paşa 
ani də olsa, onu böyük qardaşı  Ənvər paşaya oxşatdı. Səbrini 
basaraq, emosional hərəkətlərdən özünü güclə saxladı. General 
qiyafəli şəxs salonun Osmanlı zabitləri əyləşən hissəsinə yaxın-
laşaraq ucadan dedi: “Ey qəhrəman türklərin igid balaları! Siz  
şanlı türk övladları olduğunuzu Bakının qurtuluşuna varmaqla  
sübut etdiniz. Ey Şərq günəşinin hərarətli qoynunda bəslənən 
Asiyanın istiqanlı, igid balaları! Qarışqalar altında tapdanmağa 
da həyatmı deyirik? Hayır, türk olduğunu anlayan hər kəs bunu 
qəbul etməz! Yerin üstündə yatmaqdansa, altında yatmaq daha 
gözəl deyilmi? Biz kimsədən tərəhhüm ummayırıq. Tərəhhüm 
bir millətin ölməsi deməkdir. Silahına arxalanmayan bir millət 
yüksək dağlara belə dayanarsa, nəhayət, yıxılacaqdır”.  Ənvər 
paşanın qiyafəsində monoloq söyləyən görkəmli səhnə ustası  
Abbas Mirzə  Şərifzadə idi. Alqış  sədaları altında Fətəli xan 
“Ədirnə  fəthi”  əsərinin müəllifi, Bakı  Sənaye Məktəbinin 
mütəəllimi, gənc dramaturq C.Cabbarlını Nuru paşaya təqdim 
etdi.  Əsər isə Azərbaycan səhnəsində bir il öncə – 1917-ci il 
dekabrın 15-də uğurla nümayiş etdirilmişdi. 
Nuru paşa ayağa duraraq, bu bəstəboy, qarayanız dağlı 
balasını bağrına basdı. Bakının 29 yaşlı  fatehi  Nuru  paşa 
“Ədirnə  fəthi”nin 19 yaşlı müəllifi, söz sərkərdəsi Cəfərlə 
qucaqlaşdı.  İki böyük türk övladının doğma qardaş kimi bir-
birinə sarılmasını  qələmlə  qılıncın birlik rəmzi kimi dəyərlən-
dirənlər də oldu. 
Cəfər Cabbarlı çıxışında türk xalqının qədimliyindən, zəngin 
mədəniyyət və döyüş ənənələrinə malik olmalarından söz açdı. 
“Ədirnə fəthi”ni bu mövzuya həsr etdiyini, “Trablis müharibə-
si”ndə Ramiz obrazının prototipinin Nuru paşa olduğunu bildir-
di. Nuru paşanın hərbi xadim və  şəxsiyyət kimi onu heyran 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə