Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   71   72   73   74   75   76   77   78   ...   86

 
227
qoyduğunu duydurmaqla yanaşı, generalın Bakının xilası 
uğrundakı  zəfər yürüşündən bəhs olunacaq yeni əsərini  
yazacağına söz verdi. Cəfər Cabbarlının alovlu nitqi Nuru 
paşanı heyran qoymuşdu. General ziyafətdən sonra arkadaş 
adlandırdığı  Cəfərin dəvətini qəbul edərək, onun qonağı oldu. 
Gənc olmasına baxmayaraq, istedadlı  və böyük sənətkarın  
darısqal mənzil  şəraiti generalı  sıxdı. Nuru paşanın bu 
istiqamətdəki təkliflərindən Cəfər minnətdarlıqla imtina edirdi.  
Lakin ertəsi gün Nuru paşanın göndərdiyi hədiyyələri Cəfərin 
anası Hacı Şahbikə xanım qəbul etmək məcburiyyətində qaldı.  
Bunlar: bir ədəd nikelli dəmir çarpayı, daş güzgü, paltar üçün  
ayaqlı asılqan, divar saatı  və  bəzi  əşya və  ləvazimatlardan 
ibarət idi. 
Bir həftə sonra, 1918-ci il noyabrın 17-də Müttəfiq Dövlət-
lər Birliyinin hərbi hissələrinin Bakıya daxil olması ilə əlaqədar 
Qafqaz İslam Ordusu Azərbaycandan geri çağırıldı. Nuru paşa  
iradəsinin və arzusunun əleyhinə olaraq, Bakını  tərk etmək 
məcburiyyətində qaldı. Cəfər Cabbarlı ziyafətdə verdiyi sözə 
əməl edərək, Nuru paşanın qəhrəmanlığından bəhs edən “Bakı 
müharibəsi” adlı dram əsərini yaratdı” (13, s. 31-32). Nuru 
paşanın verdiyi hədiyyələr C.Cabbarlı evmuzeyinin indi də  
qiymətli eksponatlarıdır. Dramaturqun qızı Gülarə xanım Cab-
barlı deyir ki, sovet dövründə Nuru paşanın bizim ailəmizə  
bağışladığı  hədiyyələrdən, atam ilə görüşündən söz açmaq 
mümkünsüz idi. Nuru paşanın ailəmizə olan ehtiramını Sona  
xanım Cabbarlı həmişə məmnunluqla xatırlayırdı (13, s. 32). 
Cabbarlının Azərbaycan Demokratik Respublikasının bayra-
ğına həsr etdiyi “Azərbaycan bayrağına” şeirindən bir parça: 
 
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi, 
              Səhərlərə uçmuşdur 
Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı, 
             Yurdumuzu qucmuşdur! 
Allah, əməllərim edib bu bayrağı intiqal, 


 
228
Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL! 
Ürəyimdə bir dilək var, o da doğru kəsilsin, 
O gün olsun bu göy bayraq Turan üstə açılsın! 
 
Hörmətli alimlərimiz Nizami Cəfərov, İsa Həbibbəyli, Nur-
lana  Əliyeva, Afət Bakıxanovanın tərtib etdikləri dərslikdə 
yazılır: “Məmmədəmin Rəsulzadə 1915-ci ildə türkçülük və 
müsavatçılıq fikirlərini təbliğ edən “Açıq söz” adlı qəzet təsis 
etmiş  və milli ruhlu ziyalı  və  gənclər həmin qəzetin  ətrafına 
toplaşmışdılar. M.B.Məmmədzadə, Seyid Hüseyn, Əhməd 
Cavad, C.Cabbarlı  və başqa ziyalılar “Açıq söz”ün türkçü 
əqidəli fəal müəlliflərindən idilər”. Bu kitabda C.Cabbarlının 
“Azərbaycan bayrağına” şeirindən bir hissə verilir: 
 
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı, 
      Bir türk oğlu olmalı! 
Yaşıl boya İslamlığın sarsılmayan imanı. 
     Ürəklərə dolmalı. 
Bu al boya azadlığın, təcəddüdün fərmanı. 
   Mədəniyyət bulmalı.  
 
Qüdrətli sənətkar C.Cabbarlı sovet dövründə ciddi nəzarət 
altında olmasına, bir neçə  dəfə  həbs olunmasına baxmayaraq, 
heç nədən çəkinmədən, qorxmadan fikrini birbaşa səhnədən 
xalqa çatdırmışdır. “Allah” sözünün deyilməsini belə yasaq 
etmiş qaniçən kommunist rejimində uzun illər xalqa səhnədən 
“Od gəlini” pyesindəki üsyankar, dinsiz Elxanın dili ilə “la 
ilahə illəllah” kəlamını eşitdirmişdir: “La ilahə illəllah! Bax, o 
da deyir La ilahə illəllah. Bu minlərcə insanları xanimansız 
buraxan acıqlı odlar da deyir, La ilahə illəllah. Bu qara  
torpaqları boyayan günahsız qanlar da deyir, La ilahə illəllah!” 
(14, s. 356). Həmin pyes üçün yazdığı “Düşkün dünya” 
şərqisindən bir parça: 
 


 
229
Tarixlərdə öksüz kimi göründük. 
İllər boyu qaralara büründük, 
Yetər artıq ayaqlarda süründük, 
Qalx, qalx, qalx düşkün dünya! 
 
Hər bir qanun azadlığa bir yağı, 
İnsan oğlu olmuş insan tapdağı, 
Silkin, uçsun köləliyin torpağı, 
Qalx, qalx, qalx düşkün dünya!                   
Milyonlarla günahsız insanları sürgünlərdə, həbsxanalarda 
çürüdən, edam edən bir rejimdə qorxmadan, çəkinmədən xalqı 
azadlığa səsləyən dahi Cəfər Cabbarlının saysız-hesabsız şeirlə-
rində, dram əsərlərində, hekayələrində mübarizlik, türkçülük, 
vətənpərvərlik duyğuları ön plana çəkilmişdir. 
Ardıcıl olaraq bir neçə yüz il ərzində  əvvəl fars, sonra rus 
dili hakim olmuş  Şirvan  ərazisində doğma türk dilini, çigil, 
qazaq, xız, içquz, quzman, əfşar, çaruq, şiroğuz, gimiçi-hun
peçeneq (beçənə, biçənək), qədirli, saru, isalu, əlişarlu, acılu,  
qağalu, dəlilər, gərmiyanoğulları, gədiklü, keçəllər, təkəlu, 
zəngi, quşçu kimi türk tayfalarının adlarını qoruyub saxlamış, 
türk qövmünün peyğəmbəri Xızırın adını yaşatmış, ərazisi oğuz 
bölgüsünə görə mahallara bölünmüş, bütün bunlarla yanaşı 
1917-1918-ci illərdə Şaumyana qarşı, 1920-ci ildən 1937-ci ilə 
qədər sovetlərə qarşı silahlı mübarizə aparmış,  ən azı dörd 
minillik tarixi olan Xızının rayon statusu 1956-cı ildə  ləğv  
edildi. 120-dən artıq kəndi, binəsi, bustanı, qışlağı, yaylağı olan 
iri heyvandarlıq rayonu “rentabelsiz rayon” adı altında  
dağıdıldı, xarabalıqlara çevrildi. Əhalisi isə Abşeronun susuz 
çöllərinə köçürüldü. Halbuki iri heyvandarlıq rayonu olmuş bu 
“rentabelsiz rayon”, uzun illər Xızı rayonunun baş baytar 
həkimi olmuş  Əmirov  İsmayılın dediklərinə görə, minlərlə iri 
buynuzlu, xırda buynuzlu heyvanları hesabına həm özünü, həm 
Sumqayıt şəhərini tam olaraq ət-süd məhsulları ilə təmin etmiş 
və bu məhsulların bir qismini də Bakı şəhərinə göndərmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə