Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə83/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   78   79   80   81   82   83   84   85   86

 
253
boğazı, La-Manş körfəzi ilə Britaniya adasının indiki Penzans 
şəhərinin sahilinə  qədər davam etmiş  və eyni qaydada geriyə,  
Xəzər dənizinə dönmüşdür. Tunc dövrü As-ər tayfalarının  
qalay mənbəsini kəşf etməsindən sonra başlamışdır; 2. Türk 
dünyasının peyğəmbəri Xızır e.ə. II minillikdə Azərbaycanda, 
indiki Xızı rayonunda dünyaya gəlmişdi. Adı  Bəlyadır. Bəlya  
qədim türkcədə “suyun bilicisi” deməkdir. Əslən Xız (ğız, quz, 
oğuz) tayfasından olduğu üçün Xızır (xız-ər, oğuz-ər) kimi ta-
nınmışdır. Xızır peyğəmbər e.ə. 1235-ci ildə, Beşbarmaq 
qayada Musa peyğəmbərlə görüşmüşdür. Musa peyğəmbər 
Aralıq dənizi sahillərindən başlayaraq Xəzər dənizinin qərb  
sahilləri ilə Qara və Azov dənizinin birləşdiyi yerə, Taman 
yarımadasına qədər getmiş, oradan geri qayıtmış  və  səfərinin 
65-ci günündə, Beşbarmaq qayada Xızırı tapmışdır. Musa 
peyğəmbərin bu uzaq səfərə  çıxmaqda məqsədi həm Allahın 
böyük hikmət bəxş etdiyi Xızırdan elm, həm də yenicə azad  
olmuş qövmünün dirçəlişi üçün vacib olan dövlət və ordu  
quruculuğunu öyrənmək, eyni zamanda o dövrdə iqtisadi 
inkişaf üçün vacib olan qalayın əldə edilməsi idi; 3. Ən qədim  
zamanlardan xalqımızın  əfsanələrində, nağıllarında yer almış, 
dahi Nizaminin “İsgəndərnamə”sinin qəhrəmanı  İsgəndər Zul 
Qar Neyn tarixi şəxsiyyətdir, e.ə. 1244-cü ildə taxta çıxmış  
Assuriya hökmdarı Tukulti Ninurtadır.  İlk dəfə  dəmir filizini  
əritmək üsulunu kəşf etmişdir. E.ə. 1215-ci ildə Urmiya gölü 
və Xəzərin qərb sahilləri ilə hərəkət edərək Şirvan ərazisindən 
keçmişdir; 3. E.ə II minilliyin ikinci yarısında Çin ərazisində  
məskunlaşmış  yəcuc-məcuc tayfaları As-ər ölkəsinə basqınlar  
etmişlər. As-ərlər bu tayfaları Xəzərin şərqinə, oradan da Çinə 
qədər qovmuşlar. Bu dövrdə  Dərbənd-Beşbarmaq sədləri və 
istehkamları tikilməyə başlamışdır. Hun-Çin müharibələri, 
təxminən 1500 il davam etmişdir. E.ə. XIII əsrin sonlarında və  
ya XII əsrin  əvvəllərində qüdrətli As-ər ölkəsi süqut etmişdir.  
Xəzərin qərbində  və  şərqində yaşayan qədim türklər ayrı-ayrı  
tayfalara parçalanmışlar. E.ə. VIII əsrdən başlayaraq biri-birləri  


 
254
ilə savaşlar etmişlər və bu dövrdən başlayaraq bu tayfaların   
dədə-baba yurdlarına qayıdışı başlamışdır; 4. Dərbənd şəhərin-
dən Kür çayına, bəzən də Muğana qədər  ərazidə Hun çarlığı 
e.ə. VII əsrdən başlayaraq ərəb işğalına qədər, 1400 il mövcud  
olmuşdur.  Şir-hun (şirak,  şiroğuz) tayfalarının bu ərazidə  
kütləvi məskunlaşmasından başlayaraq Hun çarlığı  ərazisinə  
həm də  Şirvan deyildi. Xızıdakı Upa kəndi  şir-hun,  şiroğuz  
tayfalarının mərkəzi olmuş Uspa şəhərinin adını daşıyır. 
Beşbarmaq qayanın adlarından biri də  Şiroğuz qayasıdır; 5. I  
əsrdə Azərbaycana basqınlar etmiş alanların qarşısını  Xız 
qalası (Beşbarmaq) istehkamı kəsmişdir. Alanlar dəfələrlə qala-
ya hücum etsələr də hər dəfə məğlub olub geri qayıtmışlar. Xız 
qalası Xəzər dənizində Altıağac kəndinə qədər uzanmış, biri-bi-
rindən 220 m aralı olan sədlərin içində olmuş, istekam Beşbar-
maq qayasından başlayaraq Fındığan kəndini  əhatəsinə almış, 
indiki Xızı  şəhərinin altına qədər  ərazidə olmuşdur; 6. Sasani  
hökmdarlarının Dərbənd-Beşbarmaq sədləri və istehkamlarını 
inşa etməsi  əsassız ehtimallardır. Sadə hesablama göstərir ki
Dərbəndin bircə barısını inşa etməyə Sasanilərin qüdrəti və 
vaxtı yetməzdi, belə ki, Sasani şahlarından heç biri qədim Hun  
dövləti  ərazisində sürəkli hökmüranlıq etməmişdir,  əksinə, 
hunlar və  xəzərlər dəfələrlə Albaniya, Ermənistan,  İberiya 
ərazilərinə hücumlar etmişlər. Sasanilərin  ən qüdrətli  şahı 
hesab edilən I Xosrov Ənuşirəvan Türk xaqanının hədələyici 
məktubundan sonra qaçıb gizlənmiş, öz oğlu tərəfindən sara-
yında öldürülmüşdür; 7. 1044-cü və ya 1045-ci ildə, Səlcuq  
bəyin oğlu, Sultan Toğrulun  əmisi Arslan Yabqunun adına 
bağlı oğuz elatı Şirvan ölkəsinə gəlmiş və Xızıda məskunlaşa-
raq buradakı gimiçi-hun, xız, içquz, qazaq, quzman, dəlilər, 
keçəllər, savir, bizlər,  şiroğuz kimi türkdilli tayfalarla qayna-
yıb-qarışmışlar. Bu elat tarixdə  “İraq oğuzları” və ya “Arslan 
Yabqunun elatı” kimi tanınmış, Xorasanı,  İsfahanı, Reyi,  
Diyarbəkri, Həmədanı fəth etmiş, Böyük Səlcuq imperiyasının 
qurulmasında çox əhəmiyyətli xidmətləri olmuş  oğuz elatıdır. 


 
255
XI  əsrin sonlarından başlayaraq XVII əsrin sonlarına qədər  
vaxt ərzində Azərbaycana gəlmiş səlcuqların, şahsevənlərin də 
müəyyən qismi Xızıda və Siyəzəndə  məskunlaşmışlar. Bu  
tayfa adlarını dağlılar bu günə  qədər qoruyub saxlamışlar.  
Bunlar – saruqlu (sarıoğlu), tuğlu, təkəlu, qədirli, atabəyli,  
gərmiyanoğulları, isalu-əfşar, gədiklu, acılu, muradlu, əhmədli,  
əlişarlu, qazılu (qazılıq), hacılu, qağalu, qaçeyli, şıxlar,  şahse-
vənlər, muğanlı, dənqu (zəngi-əfşar) və s. adlı  oğuz nəsil-
ləridir; 8. Xızı  ərazisi qədimdən beş mahala bölünmüşdür. 
Bunlar – Göyxan, Beşbarmaq, Gədik, Quşçu və Qmişər mahal-
larıdır. Beşbarmaq mahalı Siyəzənin bir qismini, Quşçu mahalı  
Siyəzənin bir qismini və  Şabranın kiçik bir hissəsini də  əhatə  
edir; 9. Ən qədim zamanlardan bəri Azərbaycan ərazisində türk 
dilinin vahid ünsiyyət dili olmasında “dağlılar” adlandırılan bu 
oğuz qisminin də iştirakı danılmazdır; 10. “Dağlı” etnoniminin 
yaranmasının üç səbəbi vardır: birincisi-Xızının  ən böyük 
mahalı Göyxandır,  əfsanəyə görə Göy xan Oğuz xanın oğ-
ludur. Göy xanın qardaşlarından birinin adı Dağ xandır. 
Qədimdən Beşbarmaq dağı  ətrafında yaşamış  oğuzlar Dağ 
xanın nəslidir,  dağoğlu (dağlu) kimi tanınmışlar; ikincisi-hər 
bir oğuz boyunun öz tamğası (damğa) olmuşdur, heyvanata,  
sənədlərə bu damğalarla nişan qoyan oğuzlara tamğalu, dağlu  
(dağ vuran) demişlər; üçüncüsü – hər bir oğuz boyunun öz  
bayrağı (tuğ) olmuşdur. Xızıda Tuğ çayı vardır və bu çayın 
sahilində Tuğlu kəndi yerləşir. Çar Rusiyası dövründən başla-
yaraq kəndin adı  xəritələrdə  və  sənədlərdə  Tıxlı kimi yazıl-
mışdır. “Tuğlu” (bayraqlı) sözü də dağlu etnoniminin yaranma-
sına səbəb olan amillərdən biridir. Hər üç səbəb “dağlı” sözü-
nün yaranmasında  əhəmiyyətli olması ilə yanaşı, həm də  
dağlıların oğuz türklərinə  mənsubluğunu tam aydın  şəkildə 
tərənnüm edir; 11. Təkcə XIX-XX əsrlərdə  Xızı  və Siyəzənin  
bütün Azərbaycanda tanınmış otuzdan çox aşığı olmuş, xalqı-
mızın bir neçə dastanı (“Ağca quzu”, “Məsum dastanı”,  
“Adıgözəl”) məhz bu aşıqların dilindən qələmə alınmışdır. XX  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə