Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   78   79   80   81   82   83   84   85   86

 
246
yası var. Qaya-Şirvan qayası, dəniz-Cilan (Xəzər – N.V.) dənizi, 
yanındakı kənd-Bacərvan kəndidir” (86, s. 121). 
Gilgilçay səddi adlanan barı Beşbarmaq səddindən 23 km 
şimalda olmuşdur. Bu sədd çayın Xəzərə tökülən yerindən 5 km 
şimalda başlayır və dağlara doğru uzanır. Səddin 30 km məsafə-
də fraqmentləri qalmışdır. Dağlıq  ərazidə barı  Çıraqqalaya qə-
dər uzanmışdır. Səddin hündürlüyü 8 m, bəzi yerlərdə 5-6 m  
olmuşdur. Mənbələrdə Şirvan şəhərinin yerləşdiyi ərazi haqqın-
da verilən məlumatlardan belə nəticə çıxarmaq olar ki, bu sədd  
şəhərin şimal sərhəddi olmuşdur. Şirvan şəhəri Xəzərin sahilin-
dəki düzənlikdən başlayaq dağlara qədər uzanmış  və Gilgilçay 
şəhərin ortasından keçmişdir. Qədim  Şirvan  şəhəri bu səddən  
cənubda, qədim Şabran isə bu səddən şimalda olmuşdur. Görün-
düyü kimi bu qədim  şəhərlər bir-birinə çox yaxın olmuşlar və 
bu səbəbdən də bəzi mənbələrdə şəhərlərin adları, yerləri qarışıq 
düşmüşdür, bundan sui-istifadə edənlər də az olmamışdır. Arxe-
oloji  tədqiqatlar  nəticəsində  bu şəhərlər arasında çox fərqli cə-
hətlərin  aşkar  olunacağını  qabaqcadan  söyləmək olar. Belə ki, 
qədim Şabranın əhalisi oturaq həyat yaşamış, Şirvan əhalisinin 
isə, saray əyanlarını, xidmətçilərini, ziyalı təbəqəni və sənətkar-
ları  çıxmaq  şərtilə, böyük əksəriyyəti tərəkəmə olmuşdur. Bu  
səbəbdən də Bakıda  Şirvanşahların qış sarayı,  Şamaxı yaxınlı-
ğında isə Binə-Şirvan yaşayış  məntəqəsi olmuşdur. Yuxarıda 
qeyd etdik ki, oğuzun dörd məkanı olmuşdur-qışlaq, binə, bus-
tan və yaylaq. Şirvanlıların qışlaqları Bakı da daxil olmaqla, 
Kür çayına, bəzən Muğana qədər, binələri Bakının qərbindən 
Şamaxıya,  şimalından Beşbarmağın  ətəklərinə  qədər  əraziləri 
əhatə etmiş, bustanları, yaylaqları  Şamaxıda və  Xızıda olmuş-
dur. Buna misal olaraq Keşlə (Keşlaq, qışlaq), Binəqədi, Binə 
toponimlərini göstərmək olar. Binəqədi – Binə Gədi (Gədik) – 
adından göründüyü kimi Xızının Gədik (Gədi) mahalının, gər-
miyanoğulları oğuz tayfasının binəsi olmuşdur. Ərazi Binəqədi  
adlansa da, oğuzların (dağlıların) bu kənddə tam oturaq məskun-
laşması çox sonralar, XIX əsrin sonlarında olmuşdur. Türkan və  


 
247
Masazır kəndləri Beşbarmaq və Göyxan mahallarının (Xanəgah 
kəndinin) binəsi olmuşdur. Novxanı  kəndi Hacılar və  Şıx-Xızı 
kəndlərinin, əsasən Göyxan mahalının hacılu, qağalu, isalu-əfşar  
oğuz nəsillərinin binəsi olmuşdur. Yuxarıda qeyd etdik ki, Çar 
Rusiyasının dövründən başlayaraq yazılarda, xəritələrdə “Göy-
xan” sözü, guya rus dilinə uyğunlaşdırılaraq, “Qovxanı” kimi 
təhrif olunmuşdur. Novxanı kəndinin qədim və əsl adının Göy-
xan olmasına heç bir şübhə yoxdur. İçəri şəhərdə də (Bakı qala-
sı) dağlı məhəllələri olmuşdur. Ümumiyyətlə, Türkan kəndi və 
İçəri şəhər istisna olmaqla, Bakının özündə və bir neçə kəndində 
dağlıların tam məskunlaşması XIX əsrin sonlarından başlamış-
dır. Əhalinin ətraflara yayılmasının digər səbəbi 1192-ci ildə baş 
vermiş güclü zəlzələ  nəticəsində  Şirvan, Bacərvan və  Şamaxı 
şəhərlərinin dağılması oldu. Bu zəlzələ  nəticəsində  şəhərlərdə 
gözəl binalar, saraylar, məscidlər, mədəniyyət abidələri, yerlə  
yeksan  oldu,  Şirvanın şimal hasarı (Gilgilçay səddi) və Beşbar-
maq (Xız və ya Quz) istehkamı tamamilə dağıldı. Minlərlə 
insan, o cümlədən  Şirvanşah Axsitanın ailəsi həlak oldu. 
Axsitan  Şirvan ölkəsinin paytaxtını Bakı  şəhərinə köçürdü. 
Şəhərin ətrafına ikiqat daş hasar çəkdirdi. Bundan sonra Şamaxı 
şəhəri tədricən və qismən bərpa olundusa Şirvan və Bacərvan 
qala-şəhərləri, Hun səddi, Şirvanın şimal barısı bərpa olunmadı. 
Gilgilçay ilə  şimaldakı  sədd arasında  Şirvan  şəhərinin kiçik 
qismi olmuşdur, şəhərin əsas hissəsi çaydan cənuba, Beşbarma-
ğa doğru uzanmışdır. Böyük ehtimalla söyləmək olar ki, Beş-
barmaq səddi Şirvanın cənub barısı olmuşdur. Beşbarmaq isteh-
kamı biri-birindən 220 m məsafədə Xəzər dənizindən Xızı dağ-
larına doğru paralel olaraq uzanmış barılar arasında olmuşdur. 
Vaxtilə  Xız qalası, Beşbarmaq istehkamı, Bacərvan, Hun Dar-
vazası, Hun səddi kimi adlandırılmış qala-şəhərin cənub hasarı 
Xəzərdən başlayaraq, cənub tərəfdən Beşbarmaq qayanın ətəyi-
nə bitişik tikilmiş, buradan da dağlara doğru uzadılmışdır. Fın-
dığan kəndini araya almış bu səddin cənub barısı, çox ehtimal 
ki, Altıağac kəndinə qədər inşa edilmişdir və kəndin yaxınlığın-


 
248
da, dağlarda olan, camaat tərəfindən “Quz qalası” adlandırılan 
qala bu hasarın müdafiə qüllələrindən biri olmuşdur. Bu müda-
fiə qülləsinin qalıqları bu gün də mövcuddur. Xız qalası və ya 
Beşbarmaq istehkamı, əzəmətinə görə heç də Dərbənd istehka-
mından geri qalmamışdır. Vaxtilə Xız qalasının daxilində olmuş 
indiki Fındığan kəndinin ərazisində, yerli əhalinin apardığı tor-
paq işləri zamanı şəhər sütunları fraqmentləri üzə çıxmışdır. 
Beşbarmaq qalası haqqında XVII əsrdə bu yerlərə  gəlmiş 
Adam Olearinin çox maraqlı qeydləri vardır: “Bu dağ  Xəzər 
sahilindən iki muşket atəşi məsafəsində yerləşir; o, uzaqdan  
gözə görünür, dəyirmi  şəkildə olub yuxarısı bütöv bir qayaya 
çevrilir; qaya türkcə Barmaq adlanır, çünki açılmış barmaqlar 
kimi o biri dağlardan yüksəkliyə ucalır. Vadinin sağ tərəfindən  
yuxarıya əyrü-üyrü yol qalxır. Ancaq biz bu yola bələd olmadı-
ğımızdan çox böyük təhlükə ilə yuxarı  dırmaşdıq. Yuxarının 
havası bizə çox soyuq göründü, torpağın üstündəki çim və hələ  
uzun olan otlar buz dənəcikləri ilə örtülmüşdü, halbuki aşağıda 
hava mülayim, karvansarada isə isti idi. Dağın üstündəki dağıl-
mış divarlara və onların qalıqlarına baxdıqca asanlıqla nəticə  
çıxarmaq olur ki, görünür, burada möhtəşəm bir tikinti və gözəl 
istehkam olmuşdur; hündür Barmaq qayasının qurtaracağında 
50 kv. sajenlik hamar yer var, buranı qalın divarlar və 4 bürc 
qorumaqdadır; bu yerin ortasında daşdan hörülmüş  dərin bir 
quyu, onun yaxınlığında isə böyük dəyirmi daşlarla örtülmüş iki  
qəbir var idi. Şimal tərəfdən qayanın lap yaxınlığında iri, yonuq  
özül daşlarından hörülmüş divar ayrıca yer tuturdu, görünür, 
xüsusi istehkam olaraq tikilmişdi. Buradan bir neçə hamar pillə-
lər ilə qayanın demək olar ki, zirvəsinə qalxmaq olurdu, orada 
yenə daşdan yonulmuş tağlı xüsusi bir bina var idi, bura üçün-
cü sığınacaq ola bilərdi”  (22, s. 224-225). Adam Olearinin bu 
qeydlərinə hörmətli tarixçilərimiz S.Əliyarov və Y.Mahmudov 
belə bir izah vermişlər: “Elmi ədəbiyyatda Beşbarmaq dağı üzə-
rində yerləşən qala haqqında hələ araşdırma aparılmamışdır. 
Qolştiniya elçilərinin, xüsusilə, Adam Olearinin geniş bilikli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə