¹2(3) èéóí 2012
50
Nərağa müəllim köməkçinin qələmlə qızartdığı məqaləni oxuyandan sonra öz müdrikliyinə bir
daha inandı. Hay-küysüz işləmək taktikası öz bəhrəsini verdi. Çıçəyin macərası oliqarxların
mübarizəsi kimi bitirdi. Dilicanlı müxalifətin ən böyük avtoriteti idi. Onun versiyası qəzetlərdə A3
bölməsi barədə söhbətlərin bitməsi demək idi. General köməkçisini çağırıb dedi:
–Xanəgahlını tap, ona Yesentukiyə putyvka düzəlt, mənim fondumnan da beş min konvert
verərsən.
–Baş üstə!
Köməkçi otaqdan çıxanda Nərağa müəllim prokurora zəng vurdu, soruşdu:
–Bizdə ən böyük silah-sursat işi hansıdı?
–Ağ məscid mollalarının işi.
–Lap yaxşı, bu serjantların işini də birləşdir ora...
–Baş üstə cənab general!
–Qişqırma, qulağım batdı!
–Baş üstə cənab general!,– prokurorun səsində razılıq ifadəsi var idi, çünki bu qaranlıq iş onun
xirtdəyində idi.
Nərağa müəllim bir an susdu, sonra dedi:
–Doqquz ay bitəndə serjantların işini təzədən ayırıb göndərərsiz Astara rayon məhkəməsinə...
–Baş üstə cənab general...
Nərağa müəllim telefonu qoyub Məhər Məhərov haqqında fikirləşdi. Ona gələn son məlumata
görə, Məhər müəllim cavan müqənnilərlə maraqlanmağa başlamışdı. Bu işdə ona musiqi savadı
olmayam bəstəkar kömək edirdi. Məhər daha onun adamı deyildi, müstəqil fiqur olmuşdu. Qoy
başını qatsın.
Xanəgahlı isə Dilicanlının versiyasını arvadından eşitdi. Onu gülmək tutdu. Yadına düşdü ki,
Dilicanlının versiyasını o üç gün qabaq onu sorğu-suala tutan kiməsə demişdi. Divanda çay içəndə
xatırladı: bu versiyanı tanınmış yazıçı ...oğluna özü demişdi.
Xanəgahlı da öz müdrikliyinə heyran olmağa başlayırdı.
XXI
Çiçəyin mebel mağazasına axırıncı gəlişi onunçun ağrılı bitdi. Amma Hüseynə bu görüş
misilsiz bir təsir buraxdı. O tanımadığı bu qızdan necə ləzzət almışdısa, heç nə yadından çıxmırdı.
Axırıncı görüşü bütün xırdalıqlarına qədər xatırlayırdı. Özü də bilirdi ki, bu görüş zamanı o kefli
idi, belə hallarda adətən heç nə yadında qalmırdı. Amma bu dəfə elə bil möcüzə baş vermişdi. Çiçək
onun gözünün qabağında idi, hara gedirdisə, nə iş görürdüsə, bu obraz onunla idi və onu elə bil
sevindirirdi. Halbuki, otuz altı yaşınacan arvadlar haqda heç zaman ciddi fikirləşməmişdi.
(ardı gələn sayda)
Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
51
П О Е З И Й А
BƏXTİYAR HİDAYƏT
ADİLİKLƏRDƏN UZAQLAR
... məndən uzaq dur, adiləşmə deyirsən
sağ ol sevgili dost
günəşə, aya, ulduza tay tutursan məni
taleyində günəş kimiyəm demək
uzaqlardan isidirəm səni
taleyində ay kimiyəm demək
gecələr yuxulu xəyallarına işıq salıram
işıqda yata bilmirsən
taleyində dan ulduzu kimiyəm demək
hər səhərini mənimlə açırsan
hiss etmişəm sevgili dost
allah sənə çox yaxın
allah adiləşib demək
mən isə
mən isə adiliklərə o qədər uzağam
o qədər uzağam
lap boğazıma kəndir keçirsələr
elə bilərəm ki
elə bilərəm ki-qıdıqlayırsan
QOV TANRINI YANINDAN
belə tərif verdin tənhalığına:
-təkəm, tanrıynan baş-başayam
deyirəm axı, deyirəm axı
dünya çıxıb tanrının yadından
o yandan sel, bu yandan qlobal istiləşmə
aclIqlar, səfalətlər
amma tanrı bütün diqqətini yönəldib sənə
efirlər fəlakət xəbərləri püskürmədə
qov tanrını yanından
günaha batmaq istə
qəlbinə şeytan girsin
qoynumda yatmaq istə
mən də sənin o qəlbinə girən şeytana səcdə edim
qorxma küfr danışmağımdan
demə sorgu sualı var bunun
aztelekomun internet kartlarını yığıram
orda göstərəcəm
qoy görsünlər ki
mənə verilən ömrü
heç də keçirməmişəm boş-boşuna
SOYUQDƏYMƏ
sənə soyuq dəymiş
bir saxta dondurmadan
bəs gözəllik önündə donmuş
təpədən -dırnaga bu əsl aşiqdən
sənə bir isti dəymirmi ay sag olmuş
daim kədər verdi cəfa verdi
bu dəfə allah şəfa versin
eee- mən də varam axı
qoy gəlim yanına
ehtirasın odu çıxarsın soyuğu canından
bütün hisslərim sənə dərman versin dəva versin
şaşırma bu sözlərə
ən-əl həqq, ən əl-həqq
FACEBOOKDAKİ ƏZİZ DOSTA
Sənə nə qədər yazsam da
Barmaqlarımın ucu göynəməz
əvəzində burnumun ucu göynər səninçün
bizim dostlugumuz
qanunsuz tikililər kimidi
adət müəllim razı deyil
mentalitet müəllim zəncir gəmirir
din müəllim daşa dönmüş ürəyinin hökmüylə
daş-qalaq edər bizi
bu qanunsuz tikili nə qədər gec sökülsə
o qədər ağır olacaq bizə
əvəzində xaraba qalacaq ürəyimiz
bzim dostluğumuz
adət müəllimə savaş
mentalitet müəllimə savaş
din müəllimə savaş
və din demiş...
din din demək deyil ki, dinmə deməkdi
peyğəmbərlər insanı təbiətdən ayırdı
əvəzində özləri təbiətə qayıtdı
hərəmxana yığdılar
bizim dostluğumuz
elan olunmamış bir savaş
elan etsək məğlub olarıq
əvəzində itirərəm səni
bizim yzdıqlarımızda gözəllikdən özgə heç nə yox
bizim yazdıqlarımız
allahın yazdığından gözəl
yazılan qanunlardan gözəl
yazılmayan qanunlardan gözəl
əvəzində qanuna düşmən
allaha düşmən oluruq
...sən azad bir qadın
azad sevgilin olsun istərəm
bütün savaşlara hazır
və azadlığın qədər xoşbəxt olasan
əvəzində çox sevinərəm
əvəzində... əvəzində...
nə var ki sənin əvəzində
..NEÇƏ YOL BİLİRƏM..
Neçə yol bilirəm Tanrıya gedir
Neçə yol bilirəm ölümə gedir
Neçə yol bilirəm ölümnən də anrıya gedir
Sənin ürəyinə gedən yolların
Amma bircəsini tapa bilmirəm
Alllaha gedən yollardan qorxmuram
Allahdan başqa allah yoxdu ki
gedəm başqa bir Allah görəm
Ölümə gedən yollardan qorxmuram
Əzrayıldan başqa Əzrayıl yoxdu ki...
ölümdən anrıya gedən yollardan qorxmuram
ya cənnətdi ya cəhənnəm ,
başqası yoxdu ki....
sənin ürəyinə gedən yolları
taparsam getməyə verimmi qərar
Axı mən Allah deyiləm
Axı mən Əzrayıl deyiləm
Axı mən adamam –
mənnən başqası var
NİYƏ GƏLMƏMİŞDİN
..Niyə gəlməmişdin sən o məclisə
Şənliyin içində batmışdım yasa
Mən el basa-basa getmişdim yolu
Qayitdım çiynimdən dərd basa-bas
Yerin görünürdü baxışlarımda
Hamıdan incidim heç nəyə görə
Umudum asıldı bir sağsağandan
Onu da qovdular cücəyə görə
Qocaltdı həsrətin qocaltdı məni
Ömrüdən neçə il keçdi-bilmərəm
Cavan olməyimdən qorxma sevgilim
Öldü cavanlığım cavan ölmərəm
NƏ YAXŞI TANIDIN...
Məndə o sevgidən nişanmı qalıb
Baxma yanağına nəm düşə bilər
Bəlkə düşündün ki belə bir günə
Bəxtiyardan başqa kim düşə bilər
Tutubdu kiminsə qarğışı məni
Nə yaxşı tanıdın nə yaxşı məni
Dostları ilə paylaş: |