Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə71/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   67   68   69   70   71   72   73   74   75

 
215
mənimsəmə prosesində  fərdin dünyanı  dərketməsinin, onun 
dərinliyi və  zənginliyi ilə  əks etdirməsinin, onun daha vacib 
hesab etdiyi mədəni sərvətər kompleksinin mənimsənilməsinə 
ardıcıl, məqsədyönlü və tam münasibət göstərir. 
Artıq bu gün müasir insanın mədəni irsə münasibətinin 
təkmilləşdirilməsi mədəni sərvətlərin həm  şüurlu surətdə, 
həm də kortəbii mənimsənilməsinin mahiyyət və 
xüsusiyyətlərinin dərk edilməsilə bağlıdır. Kortəbii mədəni 
varislik bir sıra neqativ nəticələrə səbəb olur. Bu baxımdan o, 
keçmişdə çoxcəhətli əlaqələrin pozulmasına, bəzən isə bir sıra 
mədəni hadisələr haqqında biliyin tam itməsinə şərait yaradır. 
Digər tərəfdən keçimşin mənəvi potensialı ilə kortəbii, 
özbaşına ünsiyyət insanlarda mədəni irsə münasibətdə 
fetişizm ruhu yaradır. Deməli, mədəniyyətin bu və ya digər 
hadisəsinin həqiqi dəyərindən asılı olmayaraq, o sitayiş  və 
şöhrətpərəstlik əşyasına dönür. 
Mədəni sərvətləri qorumaq, onu bərpa etmək sahəsində 
mütərəqqi qüvvələrin birgə  fəaliyyəti, beynəlxalq mədəni 
mübadilə onu göstərir ki, mədəni varislik insanların tarixi və 
etnik məhdudluqdan tədricən azad olmasına imkan verir. 
Dövlət siyasətində  mədəni və  mənəvi dəyərlərin kulturoloji 
mahiyyəti, mədəniyyətlərarası kommunikasiyalar və  mədəni 
ünsiyyət ön planda durur, siyasi mədəniyyət inkişaf etdirilir. 
Azərbaycanın dövlət konsepsiyasında mədəni və mənəvi irsin 
qorunması  zəruri məsələ kimi qoyulur və  həll edilir. Burada 
önəmli olan vətənpərvərlik bir tərəfdən müəyyən tarixi-
mədəni mühitdə doğma torpağa, sənətə  və  sənətkarlara, dilə, 
ənənələrə münasibətdir, digər tərəfdən isə o, estetik-siyasi 
məzmuna malikdir. 
Azərbaycanın mədəniyyət siyasətində  mədəni və  mənəvi 
irsin qorunması  vətənpərvərlik sayılır. Elə buna görə  də 
estetik  şüur insanın və  vətənin vəhdətini, onun gözəlliyini 
çoxdan təsbit edərək, onu vətənpərvərlik tələbində ifadə 
etmişdir. Bu mürəkkəb, zəngin, tarixən dəyişkən sosial-estetik 


 
216
və  əxlaqi-psixoloji haldır. Özünün obyektiv sosial 
məzmununa görə  vətənpərvərlik praktik olaraq, müəyyən 
vətənlər çərçivəsində insanların ünsiyyətinə, yekdilliyinə, 
birliyinə kömək etməlidir. Öz fərdi-psixoloji mexanizminə 
görə o, dərin intim törəmədir, vətənin, mədəniyyətin taleyinə 
insanın  şərik olması, onun vətənlə birləşməsi hissi və 
duyğusudur. Bu, daha aydın sübut edir ki, bir tərəfdən fərdlər 
konkret tarixi sosial-mədəni mühiti mənimsəyir, onunla 
qovuşur, digər tərəfdən bu mühitin özü konkret fərdlərin 
ünsiyyətinin nəticəsidir. 
İstiqlaliyyətimizin yenidən bərpasından sonrakı dövrdə 
belə bir gerçəklik bir daha təsdiqləndi ki, milli mədəniyyət, 
həm özünəməxsus ünsürləri, xüsusiyyəti mühafizə etmək və 
həm də müəyyən bir dinamizm içində  dəyişmək surətilə 
varlığını qoruya bilir. Güclü bir mədəniyyətin həqiqi 
keyfiyyəti  əsl xüsusiyyətini qətiyyətlə qoruyaraq dəyişə 
bilməsidir; milli xüsusiyyətidən böyük güzəştlərə getmədən 
yeni  şərtlərə uyğunlaşma qabiliyyətini göstərə bilməsidir. 
Mədəniyyətün dinamik mahiyyəti və keyfiyyəti bu şəkildə 
anlaşılmalıdır. Belə olduqda milli mədəniyyət siyasətinin 
dəyişən  şərtlərə uyğunlaşmaq məcburiyyəti daimi olacaqdır. 
Əsas xüsusiyyətini və Azərbaycanın milli hədəflərilə olan 
bağlılığını mühafizə edə bilməsi üçün isə (bir demokratiyada 
zəruri olan iqtidar dəyişmələrindən mütəəssir olmayacaq 
formada) müntəzəm bir tətbiqat  şansına sahib olması 
zəruridir. Keçən illərdə iqtidarların, mədəniyyətin müxtəlif 
ünsürləri etibarilə  tətbiq etdikləri dəyişik siyasətlər 
Azərbaycana sadəcə zaman itkisi bahasına başa gəlməmiş, 
eləcə  də  gənclərin (milli varlığımız baxımından milli, dini, 
ruhi-mənəvi və  mədəni dəyərlərə  səmimiyyət və  sədaqətlə 
bağlı olan vətəndaş olaraq yetişdirmələrinin həyati zərurətə 
çevrildiyi dövrlərdə) milli xarakterimiz baxımından 
tərəddüdlər içinə düşmələrinə  səbəb olmuşdur. Bu mənada, 
keçid dövrünün böhranlı 
vəziyyətlərinə yenidən 


 
217
sürüklənməmək üçün, milli hədəflər baxımından aparılacaq 
milli mədəniyyət siyasətinin siyasi iqtidar dəyişikliklərindən 
təsirlənməyəcək formada müntəzəm olaraq varlığını mühafizə 
etməsi və həyata keçirilmə qabiliyyətini qoruması şərtdir. 
Mədəniyyət siyasətinin mühüm ideoloji vəzifəsi – 
Azərbaycan dövlətinin mütərəqqi inkişafı və onun gələcəyinin 
proqnozlaşdırılması üçün yeni imkanların yaradılması ilə 
bağlıdır. Bu vəzifələrin elmi cəhətdən  əsaslı  şəkildə  həyata 
keçirilməsi üçün yeni mədəniyyət siyasəti kulturoloji elmlər 
əsasında formalaşdırılılmalıdır. Bunları  nəzərə alaraq, milli 
maraqlarımıza cavab verən dövlət mədəniyyət siyasəti elmin, 
təhsilin, incəsənətin, idarəetmənin, uğurlu daxili və xarici 
siyasətin tərəqqisi naminə, “yuxarıdan” (dövlət qurumları) və 
“aşağıdan” (professional qeyri-hökumət təşkilatları, alimlərin 
tədqiqatları) gələn yeniliklərin həyata keçirilməsi üçün 
əlverişli şərait yaratmalıdır. 
Azərbaycan Respublikasının mədəniyyət siyasəti 
intellektual, mənəvi, bədii mədəniyyətlə yanaşı,  şəxsiyyət, 
ailə  və  cəmiyyət mədəniyyəti, tibb və ekologiya, məişət və 
ünsiyyət, siyasət və istehsalat, insan hüquqları və mədəniyyət 
hüquqları, sülh mədəniyyəti, gender mədəniyyəti, 
demokratiya və  vətəndaş  cəmiyyəti mədəniyyəti, istehlak və 
ictimai münasibətlər, mədəni münaqişələrin aradan 
qaldırılması  mədəniyyətinin inkişafı problemlərini daima 
diqqət mərkəzində saxlamalıdır. Mədəniyyət siyasətinin 
həyata keçirilməsini təmin edən mədəni inkişafın 
idarəolunması isə üç əsas problemlə bağlıdır: sosial-mədəni 
inkişafın srateji istiqamətlərinin müəyyən edilməsi və dövlət 
prioritetlərinin təsdiq olunması; ruhi-mənəvi, intellektual və 
maddi mədəniyyətin müxtəlif sahələri üçün mütəxəssislərin 
hazırlanması  və  tərbiyəsi, onların həyat və  fəaliyyətləri üçün 
maddi-texniki və sosial şəraitin yaradılması; sosial-mədəni, o 
cümlədən, iqtisadi tərəqqinin təmin edilməsi məqsədi ilə, 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə