Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə69/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   65   66   67   68   69   70   71   72   ...   75

 
208
üstündür.  İnsanların sağlam ruhda formalaşmasında və  tərbiyə 
olunmasında turizmin rolu əvəzedilməzdir (97, s.3-4). 
Eyni zamanda turizmin bütün inkişaf qanunlarını və xüsusiy-
yətlərini dərk etmək üçün onun sistem şəklində öyrənilməsi 
zəruridir. Ona görə ki, turizm elmi müxtəlif elmlərin (tarix, 
coğrafiya, marketinq, informasiya, planlaşdırma, iqtisadiyyat, 
idarəetmə, hüquq və s.) bir-birinə inteqrasiyası  nəticəsində 
əmələ gəlmişdir. 
YUNESKO-nun bir sıra sənədlərində elm, təhsil və 
mədəniyyətə, eləcə  də turizmə yeni yanaşmalar ifadə 
edilməkdədir. Belə ki, YUNESKO-nun Baş direktoru Koyitiro 
Matsurrinin 2000-ci il mart ayının 14-də Berlindəki çıxışında 
elmi, mədəni və  təbii irsə münasibətin perspektivləri nəzərdən 
keçirilmiş, mədəniyyət hadisəsi olan turizmdən elmin və sülhün 
tərəqqisi naminə istifadə edilməsinin zəruriliyi vurğulanmışdır. 
XXI əsrə istiqamətlənmiş bu yanaşma, elm, təhsil, mədəniyyət, 
idman və turizm sahəsində qarşılıqlı  əlaqələrin möh-
kəmləndirilməsi, eləcə  də turizmin inkişafının mədəni sərvət-
lərin qorunmasına, təbliğinə  və  mədəni tərəqqiyə yönəldilməsi 
baxımından  əhəmiyyətli bir kulturoloji konsepsiya kimi 
dəyərləndirilə bilər. 
Turizmin inkişafı istiqamətində son illərdə yeni kəmiyyət və 
keyfiyyət dəyişiklikləri müşahidə edilməkdədir. Elmi və mədəni 
turizmə diqqət artırılmaqda, elmi ekspedisiyalar turizm sferasi 
kimi qəbul edilməkdə və elmi turizmə XXI əsrin yeni fenomeni 
kimi yanaşılmaqdadır. Turizmdə elmi və  mədəni dəyərlərin 
çəkisini artırmaq üçün YUNESKO “Elm – Mədəniyyət – 
Rekreasiya – Turizm – Təhsil” leytmotivini elmi strategiya kimi 
dəstəkləməkdədir. “Mədəni və ya dərk edilmiş turizm”, 
“Turistik maraqların formalaşmasında mədəniyyət element-
lərinin polu”, “Turizmdə mədəni-tarixi və təbii irsin qorunması 
və istifadəsi” mövzularına dair elmi tədqiqatlar mədəniyyəti 
turistik motivasiyaların əsas amili kimi təqdim edir.  


 
209
Artıq bir danılmaz faktdır ki, turizm, son illərdə dünyanın, o 
cümlədən Azərbaycanın  ən dəbdə olan sektorlarından birinə 
çevrilmişdir. Müasir dövrdə dünya əhalisinin təxminən 10%-i 
beynəlxalq turizm hərəkatına qatılmaqdadır. Ölkədaxili turizm 
proseslərinə qoşulan insanların sayı  məsələsində isə  əldə  dəqiq 
məlumatlar yoxdur. Digər tərəfdən turizmin dünya iqtisadiyyatı 
içərisindəki yeri də müntəzəm artmaqdadır. Aparılan 
araşdırmalar, yaxın illərdə turizmin dünya iqtisadiyyatının  ən 
önəmli sektorlarından biri olacağını göstərməkdədir. Dünya 
Turizm Təşkilatının araşdırmaları, turizm proseslərinə qatılan 
insanların sayının və turizmin iqtisadi təsirlərinin daha da 
artacağını ortaya qoymaqdadır.  
Digər tərəfdən, turizm son illərdə iqtisadi təsirləri ilə yanaşı, 
ətraf mühitə olan təsiri ilə də gündəmdə olan və müzakirə edilən 
sektorlardan biridir. Turizmin daimi xarakter daşımayan bir 
yerdəyişdirmə prosesi olması  və bu proseslərin dünya 
miqyasında getdikcə  təmiz təbii mühitlərə doğru yönəlməsi, 
turizmlə  ərtaf mühutin qaşılıqlı  əlaqəsinə dair müzakirələri 
müntəzəm olaraq gündəmdə saxlamaqdadır.  
Təbii ki, mütəşəkkil və düzgün turizm siyasətinin 
formalaşdırılması  və bunun uğurlu surətdə  həyata keçirilməsi 
heç də asan məsələ deyil. Çünki bu məsələdə, ölkənin yalnız 
turizm resurslarının və potensial imkanların olması hər şeyi həll 
etmir. Bu səbəbdəndir ki, kifayət qədər turizm resurları olduğu 
halda, ölkəmiz beynəlxalq aləmdə  hələ  də turizm regionu kimi 
tanına bilməmişdir. Yalnız son illərdə bu sektorun inkişafı üçün 
siyasi, iqtisadi və sosial-mədəni imkanlar yarandığını  nəzərə 
alsaq, gələcəkdə Azərbaycanda turizmin perspektivlərinə nikbin 
baxmaq olar. Xüsusilə  də, son vaxtlar turizmin inkişafına 
yönəlmiş layihələr bu sahənin gələcəyinə ümidverici nəzərlərlə 
baxmağa imkan verir.  
Azərbaycan Respublikasının turizm sahəsində siyasətinin 
əsas prinsipləri 1999-cu il iyun ayının 4-də  qəbul edilmiş 
“Turizm haqqında Azərbaycan Respublikasının Qanunu”nda, 


 
210
2002-ci ilin avqust ayında təsdiq olunmuş “Azərbaycan 
Respublikasında 2002 – 2005-ci illərdə turizmin inkişafına dair 
Dövlət Proqramı”nda, Azərbaycan Respublikasının Prezidenti 
tərəfindən 2004-cü ilin fevral ayında təsdiq edilmiş “Azərbaycan 
Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004 – 2008-
ci illər) Dövlət Proqramı”nda və 2007 – 2017-ci illər üçün 
nəzərdə tutulmuş Dövlət Proqramında öz əksini tapmışdır. 
Azərbaycan Respublikasında qanunvericiliklə müəyyən edilmiş 
turizm siyasətinin mahiyyəti və  əsas prinsipləri vətəndaşların 
istirahətə olan hüquqlarını müdafiə etməkdə, öz ölkəsində  və 
xarici ölkələrdə sərbəst hərəkət etməsinə şərait yaratmaqda, ətraf 
mühitin qorunmasına dair tədbirlər həyata keçirməkdə, turizm 
sahəsində  təhsil və maarifçilik fəaliyyətlərinə  dəstək vermək-
dədir. Yeni iş yerlərinin açılması, milli gəlirlərin artması, 
beynəlxalq  əlaqələrin genişlənməsi, tarixi abidələrin və turizm 
obyektlərinin qorunması  və restavrasiyası kimi tədbirlər 
nəticədə  mədəniyyətin inkişafına və insanların rifahının 
yaxşılaşdırılmasına təkan verir. 
Turizmin inkişafında vacib amillərdən biri də bu sahədə 
kadrların hazırlanmasıdır. Turizm dinamik bir proses olduğu 
üçün turist bazarı çox dəyişkənlik göstərməkdədir. Belə bir 
dinamik və  dəyişkən şəraitdə yalnız savadlı, yaxşı hazırlıqlı və 
təcrübəli kadrlar rəqabətə dözümlü turist məhsulu hazırlaya və 
sata bilərlər. Bu gün Azərbaycanda turizmin ayrı-ayrı sahələri, o 
cümlədən mədəni xidmət, istirahət və  əyləncə, informasiya və 
kommunikasiya, nəqliyyat və yerləşdirilmə obyektləri üçün işin 
texnologiyası ilə bağlı, həmçinin digər sahələr üzrə ixtisaslaşmış 
kadrlar hazırlığına böyük ehtiyac duyulmaqdadır. 
Məhz ona görə  də bu gün Azərbaycanın turizm sektorunda 
müşahidə edilən dəyişikliklər, qısa bir zaman müddətində öz 
təsirini turizm təhsili sahəsinə  də göstərmişdir və bu sahədəki 
təhsil qurumlarının sayı getdikcə artmaqdadır. Artıq bu gün ali 
təhsil müəssisələrində turizm ixtisasları üzrə peşəkar kadr 
hazırlığı  işinə ciddi fikir verilməkdədir. Bu sahədə ali təhsilli 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə