Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə66/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   ...   62   63   64   65   66   67   68   69   ...   75

 
199
nümunələridir. Bu nümunələrin hər biri bizdə ulu tariximizə
keşmişimizə iftixar hissi ilə baxmağa  əsas verir. Buna görə  də 
hər bir azərbaycan vətəndaşı, eləcə də müvafiq qurumlar tarix və 
mədəni abidələtin mühafizəsi, onlarən bərpası  və  təbliği üçün 
xüsusi səy göstərməlidir.  
Azərbaycan Respublikası Konstitusiyasına görə tarix və 
mədəniyyət abidələrini mühafizə etmək hər bir vətəndaşın 
borcudur. Tarix və  mədəniyyət abidələri Azərbaycan 
Respublikasının “Mədəniyyət haqqında” (6 fevral 1998-ci il), 
“Tarix və  mədəniyyət abidələrinin mühafizəsi haqqında” (10 
aprel 1998-ci il) qanunlarına, habelə “Ümumdünya mədəni və 
təbii irsinin qorunması haqqında Konvensiya” (Paris, 1972-ci il), 
“Arxeoloji irsin qorunması haqqında Avropa Konvensiyası” 
(La-Valetta, 1992-ci il) kimi beynəlxalq sənədlərə uyğun olaraq 
mühafizə, bərpa və istifadə edilir. 
Tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması keçmiş 
SSRİ-nin Ümumittifaq Mədəniyyət  İnstitutu tərəfindən 
hazırlanmış vahid prinsip əsasında aparılıb. 1969-cu ildən tətbiq 
edilən bu sistem mövcud olan və yeni üzə  çıxarılan hər bir 
abidənin hökmən öz pasportu və qeydiyyat vərəqəsi olmasını 
tələb edirdi və onlarda abidə haqqında  ətraflı  zəruri 
informasiyalar toplanırdı. Sovet dövründə bu sistemə 1500 abidə 
daxil edilmiş  və pasport “almışdı”. Hazırda elektron 
pasportlaşdırma və kataloqlaşdırmanın yeni milli standartları 
işlənib hazırlanır.  
Abidələrin mühafizəsi sahəsində mütəxəssislərin təhsili və 
hazırlanması ilə Memiarlıq və Tikinti Universiteti və Dövlət 
Mədəniyyət və  İncəsənət Universiteti məşğul olur; burada 
müvafiq olaraq bərpaçı memarlar və abidələrin mühafizəsi 
mütəxəssisləri hazırlanır. Milli Elmlər Akademiyası 
sistemində Memarlıq və  İncəsənət  İnstitutu, Arxeologiya və 
Etnoqrafiya  İnstitutu fəaliyyət göstərir; bu institutlarda 
mədəni irsin öyrənilməsi, aşkar edilməsi və tarixinə dair elmi 
tədqiqatlar aparılır. Milli Elmlər Akademiyasının nəzdində 


 
200
Tarix və  Mədəniyyət Abidələri üzrə Elmi-Metodik Şura 
fəaliyyət göstərir. 
Azərbaycan YUNESKO-nun nəzdindəki Ümumdünya İrs 
Mərkəzi ilə  sıx  əməkdaşlıq edir; 2000-ci ildə Bakı  şəhərinin 
tarixi mərkəzi “İçərişəhər, Şirvanşahlar Sarayı və Qız qalası ilə 
birlikdə” Ümumdünya İrsi Siyahısına daxil edilmişdir. 
Gələcəkdə  həmin siyahıya daxil edilmək üçün digər abidələrin 
(atəşpərəstlik məbədi “Atəşgah”, “Qobustan” mədəni-tarixi 
qoruğu və Naxçıvandakı Möminə xatun, Gülüstan, Qarabağlar 
və ibn Hüseyr türbələri) sənədləri və yeni “tentativ vərəq” (ilkin 
siyahı) Ümumdünya İrs Mərkəzinə  təqdim edilmişdir. Mədəni 
irsin qorunub saxlanılması sahəsində bir çox ölkələrin iş 
təcrübəsi öyrənilir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri 
qurulmuşdur. Tarix və  mədəniyyət abidələrinin mühafizəsi və 
bərpası sahəsində çalışan Azərbaycan mütəxəssisləri ardıcıl 
olaraq, YUNESKO, İKOMOS,  İKROM və digər beynəlxalq 
təşkilatların keçirdiyi konfrans və sessiyalarda iştirak edirlər. 
Bərpa və konservləşdirmə  işləri  əsasən dövlət büdcəsindən, 
yerli büdcədən ayrılan vəsait, habelə özəl  şəxslərin, xarici və 
beynəlxalq təşkilatların dotasiyaları hesabına aparılır. 
Mütəxəssislərin fikrincə abidələrin mühafizəsi işini təkmilləşdir-
mək məqsədilə yaxın perspektivdə  aşağıdakı  vəzifələri həyata 
keçirmək lazımdır: mövcud siyahılar üzrə abidələrin tədqiq 
edilməsi və beynəlxalq standartlarla cavab verən yeni 
mükəmməl siyahının hazırlanması; tarix və  mədəniyyət 
abidələrinin pasportlaşdırılması  işinin başa çatdırılması; 
abidələrin elmi yolla işlənib hazırlanmış mühafizə  şəbəkəsinin 
yaradılması; abidələrin istifadəsi proqramının yaradılması və bu 
proqramın onların mövcudluğu və mühafizəsi tələblərinə cavab 
verməsi; məqsədyönlü konservasiya və  bərpa planının işlənib 
hazırlanması; mədəni irsin mühafizəsi və  bərpası sahəsində 
təhsil sisteminin yaxşılaşdırılması; milli bərpa işləri istehsalı ba-
zasının yaxşılaşdırılması  və yaradılması; mədəni irsin 
mühafizəsi və bərpası sahəsində mövcud qanunvericiliyin təshih 


 
201
edilməsi; obyektlərin inkişaf planının realizasiyası; gənc 
mütəxəssislərin Avropanın ali təhsil müəssisələrinə oxumağa 
göndərilməsi. 
Avropa  Şurasına təqdim edilmiş Milli Məruzədə deyilir ki, 
mədəniyyət sahəsində, o cümlədən milli-mənəvi irsin qorunması 
ilə bağlı  dəyişikliklər yuxarıların  əmri ilə deyil, reflektiv 
prosesin bir hissəsi kimi baş verir. Milli Məruzə və ekspertlərin 
icmalı da bu prosesin bir hissəsidir və onun gücləndirilməsinə 
ehtiyac vardır. 
 
2.2.3. Dövlət gənclər siyasətinin mədəni və mənəvi  
aspektləri 
 
Azərbaycan Respublikasının mədəniyyət siyasətinin tərkib 
hissəsi olan gənclər siyasətinin prioritetlərindən biri budur ki
gənclərin ləyaqətli vətəndaş kimi yetişməsi üçün onlar hərtərəfli 
biliyə, milli keyfiyyətlərə malik olmalıdırlar: “Öz dili, mədəniy-
yəti, mənəvi dəyərləri ilə  tərbiyə olunmuş  gənclər heç vaxt 
vətəninə, xalqına ögey münasibət bəsləməz. Gənclərimiz milli 
ruhda tərbiyə olunmalıdır, bizim milli dəyərlərimizin  əsasında 
tərbiyələnməlidirlər. Gənclərimiz bizim tariximizi yaxşı 
bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı 
bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli 
dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi 
yaxşı bilməyən gənc vətənpərvər ola bilməz” (47, 3 fevral 
1996). 
Qanunların sivil dünya dövlətlərinin hüquqi dövlət 
quruculuğu ənənələrinə, beynəlxalq hüquq normalarına, Avropa 
Şurası və dünya demokratik qanunvericilik təsisatları tələblərinə 
uyğun hazırlanması üçün Azərbaycan Respublikası Prezidenti 
yanında 1996-cı ilin fevralında xüsusi hüquqi islahatlar 
komissiyası yaradılmışdır. Məlumdur ki, əvvəllər mövcud olan 
partiya-sovet ideologiyası prinsplərində  və  əsaslarında 
formalaşdıran cəmiyyətin mənəvi və  mədəni həyatının inkişaf 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə