Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə2/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
1   2   3   4   5   6   7   8   9   ...   75

 
5
Mədəniyyət siyasəti sahəsində qazanılan nailiyyətlər sübut 
edir ki, Azərbaycan dövlət müstəqilliyi getdikcə 
möhkəmləndirilməkdə, respublikamızda demokratik, hüquqi, 
dünyavi dövlət quruculuğu prosesi daha da sürətlə inkişaf 
etməkdədir. Dövlətçiliyin təməlinin, milli varlığın özülünün, 
əsasının mədəniyyətə bağlı olduğunu aydın dərk edən mərhum 
prezident Heydər Əliyev 13 avqust 2001-ci il tarixli bəyanatında 
söyləmişdir: “Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini 
dəyərlərimizlə, adət-ənənələrimizlə  fəxr edirik. Bizim xalqımız 
yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi 
dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın 
mənəviyyatını təşkil edən amillərdir”. 
Ümummilli liderimiz Heydər  Əliyevin yürütdüyü siyasi-
mədəni xəttin layiqli davamçısı prezident İlham Əliyevin inamla 
və  sədaqətlə  həyata keçirməkdə olduğu mədəniyyət siyasətinin 
uğurlu nəticələri və perspektivləri artıq göz qabağındadır. Belə 
ki, “2006 – 2016-cı illər üçün mədəniyyət sahəsində dövlət 
inkişaf konsepsiyası”nın  əsas qayəsi daxili və xarici dövlət 
mədəniyyət siyasətinin təminatı mexanizmlərini dünya 
standartları  səviyyəsinə çatdırmaq yolunda mədəni irsin 
qorunması, yaradıcılığın dəstəkləqməsi və  mədəni sənayelərin 
dirçəldilməsi kimi prioritet istiqamətləri müasir dövrün 
tələblərinə uyğun şəkildə inkişaf etdirməklə qədim və möhtəşəm 
Azərbaycan mədəniyyətinin və incəsənətinin qorunub 
saxlanılmasına, gələcək inkişafına və dünya mədəniyyətinə 
uğurlu inteqrasiyasına nail olmaqdır. Mədəniyyət və incəsənətin 
bütün sahələrində müasir informasiya-kommunikasiya 
texnologiyalarının tətbiqi həyata keçiriləcək islahatların  əsas 
məğzi kimim nəzərdə tutulmuşdur. 
Mədəniyyət siyasətinin perspektivlərini müəyyənləşdirən 
“2006 – 2016-cı illər üçün mədəniyyət sahəsində dövlət inkişaf 
konsepsiyası”nın ümumi məqsəd və  vəzifələri mədəniyyət 
siyasətinin təminat mexnazimləri kimi çıxış edən və 
mədəniyyətin bütün sahələrini  əhatə edən mədəniyyətin 


 
6
idarəolunma, hüquqi, maliyyə, elmi-informasiya təminatı, insan 
resurslarının inkişafı, maddi-texniki infrastrukturun 
müasirləşdirilməsi və beynəlxalq  əməkdaşlığın möhkəmlən-
dirilməsi kimi ümumi məsələlərin inkişaf etdirilməsindən, o 
cümlədən daxili və xarici dövlət mədəniyyət siyasətinin 
göstərilən sahələrinin dünya standartları səviyyəsinə çatdırılması 
üçün tələb olunan islahatların həyata keçirilməsinin təmin 
edilməsindən ibarətdir . 
“2006 – 2016-cı illər üçün mədəniyyət sahəsində dövlət 
inkişaf konsepsiyası”nın müddəalarında belə bir elmi yanaşma 
yer alır ki, digər ictimai-siyasi konsepsiyalarla yanaşı 
mədəniyyət konsepsiyası da cəmiyyətdə mühüm dərketmə  və 
dünyagörüşü funksiyasını yerinə yetirməli, baş verən mədəni 
proseslərin mənasını, məzmununu, istiqamətini 
müəyyənləşdirməli, kulturologiyanın gələcək inkişaf yollarını, 
vasitələrini və  məqsədlərini  əsaslandırmalı, gələcəyə doğru 
gedən insanların ali humanist sərvətlərini qorumalı, müasir 
inkişaf etmiş ölkələrin mədəniyyət praktikasının neqativ 
tərəflərini, mədəniyyət haqqında qeyri-bəşəri “ifrat müasir” 
konsepsiyalarının  əsassızlığını sübut etməlidir. Mədəniyyət 
konsepsiyası  mədəniyyətin bir ictimai hadisə kimi mahiyyətini 
açmalı, onun müasir cəmiyyətdə müxtəlif  əlaqələrini, yerini və 
rolunu aydınlaşdırmalı, mədəni həyatın yaradıcılıq, mədəni irsə 
münasibət, mədəni sərvətlərin yayılması, istifadə olunması  və 
qorunması kimi mühüm tərəflərini hərtərəfli öyrənməlidir. 
Belə bir kulturoloji yanaşmaya görə, mədəniyyət 
konsepsiyaısna ehtiyac həm də gündəlik mədəni fəaliyyət 
praktikasında, siyasətdə, müəssisələrin və sosial mədəniyyət 
institutlarının işində, habelə  mədəniyyətin sosial idarəolunması 
və  cəmiyyətin mədəni həyatının təşkili sahəsində  də özünü 
göstərir. Bu ehtiyac müstəqililk  əldə etimş  cəmiyyətlərdə 
insanın hərtəfli inkişafına, humanist tipli şəxsiyyətin 
formalaşmasına yönəldilmiş elmi, mədəni, tərbiyəvi işə  və 
maarifləndirici fəaliyyətlə  məşğul olanların hamısına aiddir. 


 
7
Təsadüfi deyildir ki, dünyanın digər ölkələrindəki mədəni 
quruculuğun nəzəri təminatı ölkəmizdə  də  mədəniyyət 
konsepsiyasının mühüm şərtidir. Mədəniyyət faktları ilə əlaqəsi 
olan ictimai elmin konkret və ixtisaslaşdırılmış sahələrindən 
fərqli olaraq, bu konsepsiya mədəniyyət haqqında bütöv və 
ümumiləşdirilmiş konsepsiyadır. 
Müasir inkişaf mərhələsində mədəni praktikanı idarə etməkdə 
vacib olan mədəniyyət haqqında elmi təsəvvürün işlənib 
hazırlanması, ancaq gündəlik məsələlərin həllinə yönəldilən və 
mədəniyyət işinin ayrı-ayrı sahələrini  əhatə edən tətbiqi tədqi-
qatlar sahəsi ilə məhdudlaşdırılmır. Həmin tədqiqatlar çox geniş 
bir elmi bilikləri özündə ehtiva edən kulturoloji profilli sahələrlə 
həyata keçirilir. Eyni zamanda mədəniyyət haqqında elm – 
kulturologiya sürətlə inkişaf edən elmi sahələrə aiddir. Bu da 
belə bir zərurətdən doğmuşdur ki, məhz ümumi kulturoloji 
konsepsiya mədəniyyət sahəsində bütün tətbiqi tədqiqatların 
nəzəri və metodoloji bazasını  təşkil etməlidir. Kulturoloji 
konsepsiyaya ehtiyac nəinki mədəni praktikada və ona bilavasitə 
xidmət edən tətbiqi elmlərdə, həm də bütün ictimai elmlər 
sistemində özünü göstərir.  
Lakin kulturoloji konsepsiyanın bu sistemdə yerini dəqiq 
müəyyən etmək zərurəti vardır. Şübhəsiz, bunun üçün ilkin şərt 
nisbətən müstəqil tədqiqat predmetinin müəyyən edilməsidir. 
Vaxtilə təbiət və tarix elmlərini, sonralar isə ictimai elmləri bir-
birindən ayırmaq üçün vacib hesab edilən təbiət və 
mədəniyyətin ənənəvi fərqləndirilməsi bu gün qənaətbəxş hesab 
oluna bilməz. Bu konsepsiyanın prinsiplərini ictimai və tarix 
elmlərinin digər sahələrindən ayırmaq üçün kriteriya yoxdur. 
Vacib olan sahələrin hər biri bütün mədəniyyət faktları ilə 
əlaqəlidir, mədəniyyət haqqında elm onları öz tədqiqat 
perdmetinə daxil edir. Deməli, mədəni materiala ehtiyac, 
özlüyündə  hər hansı bir bilik sahəsini müstəqil mədəniyyət 
konsepsiyası kimi qurmaq üçün kifayət deyildir və  hələ ki, 
mədəniyyət və siyasət kulturoloji sahədə elmi tədqiqatın xüsusi 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə